İcra hakimiyyəti
-
prefekt.
1982-ci ildən mövcud olan sistemdə
prefektlər təsisatı idarəetmənin əsasını təşkil edirdi. İcra hakimiyyəti
seçilmir, o, hökumətin sərəncamı ilə təyin olunan məmurlardan ibarət idi.
Prefekt Baş Şuranın Sessiyalarını hazırlayır, qərarlar qəbul edir və
verilmiş qərarların yerinə yetirilməsini təmin edir. Prefektin ştat
departament xidmətinə rəhbərlik edən dövlət məmurlarından ibarət idi.
2 mart, 1982-ci il tarixli qanuna əsasən. Baş Şuranın sədri
Prefektin vəzifələrini icra etmək hüququna malik olduğuna görə departa-
mentin icra hakimiyyətinin başçısı kimi onu əvəz etməyə başladı. Dövlət
Periferiya xidmətləri də departamentin sərəncamına verildi, çünki bu
qanuna əsasən qulluqçuların ştatına uyğun nəzərdə tutulmamışdı.
Region.
Yerli idarəetmə sistemindəki yeniliklərin sonuncusu olan
region 2 mart, 1982-ci il tarixli qanunun əsasında yaradılmışdır, lakin
onların regional şuraları birinci seçkilərdən sonra fəaliyyət göstərməyə
başladılar.
Beləliklə, regionlar 20 il ərzində 3 inkişaf mərhələsi keçmişdir.
1960-cı il dekretinə uyğun olaraq yaradılmış regionlar sadə dövlət inzibati
layihələrindən 1972-ci ildə ümumi hüquqi təsisatlara verilmişdir. 1969-cu
ildə isə onlar yerli özünüidarə kollektivlərinə çevrilmişlər. Uğursuzluqlara
düçar olduqlarına görə onlar 1982-ci il tarixli qanunla idarəetmə vəsilələri
qismində hüquqi statusa malik oldular. 1989-cu ildə verilmiş qanunlarla
əlaqədar olaraq onlara mühüm səlahiyyətlər verildi. Regionlar
planlaşdırma, ərazinin abadlaşdıriması, peşə hazırlığı, nəqliyyat,
elmi-tədqiqat kimi sahələrdə fəaliyyət göstərmək, qə
65
rarlar qəbul etməklə tam hüquqlu yerli kollektivlərə çevrildilər. Kom-
munalar və departamentlər ümumi səsvermə əsasında seçilən orqanlardır.
İnqilab və imperiya köhnə rejimdə yaradılmış yerli kollektivlərin
statusluğunun müxtəlifliyinə son qoydu. Xüsusi statusu olan yerli
kollektivin yaranmış probleminin araşdırılması, onların həll edilməsi
üçün lazimi tədbirlər həyata keçirildi. Bu baxımdan Paris xüsusi
mövqeyə malik idi və uzun müddət ərzində o, böyük əraziyə malik
olduğundan bir sıra problemlərlə üzləşirdi.
O, ilk növbədə Fransanın paytaxtıdır. Bu isə Fransada ən mühüm
amillərdən biridir, çünki Fransada siyasi-inzibati struktur və iqtisadiyyat
çox sürətlə inkişaf etmişdir. Paris təkcə siyasi və dövlət idarələrinin
yerləşdiyi şəhər deyil, həm də idarəetmə orqanları, müəssisələr və
xidmətlər göstərən təsisatların mərkəzidir. Paris tarixən inqilab şəhəri
olmuşdur. O, Fransa burjuaziyasının yaddaşında silinməz iz qoymuş
Paris kommunasının beşiyi olmuşdur. Parisin Fransa həyatındakı mühüm
roluna görə bu yerlə bağlı siyasi qarşılaşdırmalar təhlükəsini aradan
qaldırmaq məqsədidə hakimiyyətdə bir-birini əvəz edən imperiya, krallıq
və respublika rejimləri Parisə xüsusi status vermişdir.
XX əsrdə Paris, həqiqətən, zavodlarda çalışan fəhlələrin xeyli
hissəsini itirdi, Parisin siyasi özünəməxsusluğu, iqtisadi əhəmiyyəti onun
ətraf ərazilərinin simasında öz əksini tapdı. Münaqişəli vəziyyətlər şəhər
hüdudlarını aşıb keçdi və xüsusi rejimli şəhər statusu onun ətrafına da
şamil edildi. Konsulluq və imperiya dövründə yaradılmış Parisin
müstəsna rejimi və sonradan 1871 və 1935-ci illərdə dəyişdirilmiş bu
rejim XIX əsrin əvvəlindən etibarən sabit qalmış, kommunalar və
departamentlər rejiminə toxunan iri miqyaslı islahatlar dövründə də,
demək olar ki, dəyişməmişdir.
Paris şəhəri departamenti və şəhərətrafı kommunalan özündə
birləşdirən Sena departamenti arasında fərq qoyulurdu. Paris əhalisi
bələdiyyə şurasına seçilir, şura üzvləri isə şəhərətrafı ərazidən olan
seçkili şəxslərlə birlikdə Baş Şuranı təşkil edirdilər. Bu məclislər çox az
səlahiyyətlərə malik idilər, onların sədrləri isə başlıca olaraq təmsilçilik
rolunu oynayırdı.
Real hakimiyyət iki Prefekt arasında bölüşdürülmüşdü.
Bunlardan biri Sena Prefekti idi; onun hakimiyyətinin xarakterini ikinci
imperiya dövründə şəhərin yenidən qurulması müəyyən etmişdi. Həmin
vaxtda məşhurlaşmış Pubelin isə bütün aqlomerasiyada polis vəzifəsini
yerinə yetirən polis prefektini təmsil edirdi. Paris iyirmi nahi
66
yəyə bölünmüşdü. 10 iyul, 1964-cü il tarixli qanunla Paris şəhərində yeni
spesifik idarəetmə birliyi yaradılmışdır. O, qanun üzrə kommuna və
departament səviyyəsində səlahiyyətləri özündə birləşdirdi. O, eyni
zamanda həm kommuna, həm də Departamentdir, vahid nümayəndəlik
orqanı Paris Şurasıdır. Şəhərətrafı ərazilərlə əlaqədar islahatlar xeyli uzun
çəkmişdir. Doğrudur, Sena və Sena-Uara departamentləri sonralar ləğv
edilmiş, onların əvəzində ümumi hüquq rejiminə tabe olan Sena-Marla
departamentlərindən təşkil edilən altı departament yaradılmışdır.
Paris rayonlarında 1961-ci ildə nayihə yaradılmış və o, 1966-cı
ildə islahata məruz qalmışdı. Həmin nayihə prefekt və inzibati şura
tərəfindən idarə olunurdu. İnzibati şurada solçu müxalifət çox zəif təmsil
edilmişdi, halbuki əslində onlar bütün seçicilərin təqribən çoxunu təmsil
edirdilər.
Beləliklə, ümumi hüquq rejimində dönüş yarandı. Lakin
şəhərətrafı kommunalar, kommuna və departamentlərin ümumi statusları
saxlanılır, şəhərətrafı departamentlər isə tədricən bu statusa qoşulurdular.
Bu sistemdə 3 prefekt - Sena prefektini əvəz edən Paris prefekti özünün
əvvəlki səlahiyyətlərinin çox hissəsini polis prefektinə və Paris
nahiyəsinin prefektinə verdi. Bununla da, 1975-1978-ci illərin islahatı
ümumi hüquq rejiminin tətbiq edilməsi sahəsinin genişləndirilməsinə
doğru yeni addımlar atdı.
31 dekabr, 1975-ci il tarixli qanuna əsasən Paris kommuna və
departamenti üzrə iki müstəqil idarəetmə bölməsi təşkil edildi.
Paris şurası yeni zamanda bələdiyyə şurasının və Baş Şuranın
idarəetmə orqanı oldu. Lakin burada bir sıra şərtlər nəzərdə tutuldu, çünki
eyni zamanda iki seçkili orqanın tərkibinə daxil olan və qanunvericiliklə
qadağan olunmasına baxmayaraq, Paris merinə baş şura üzvlərinin
vəzifələrini icra etmək və şura sədrinin funksiyalarını əvəz etmək hüququ
verildi.
Göstərilən hüquqların verilməsi 1978-ci ildə Paris inzibati
tribunalı tərəfindən müdafiə edilmişdir. Paris şurası 109 üzvdən ibarətdir.
Onun iki icra orqanı vardır; kommunalarm işləri üzrə mer və
departamentlərin işləri üzrə isə Paris Prefekti rəhbərlik edir.
Kommunalarm və departamentlərin idarə edilməsinə dair
qanunvericilik qanunu 1975-ci ildə Parisə də şamil edildi.
Parisdəki departament rəhbərliyinin əvvəllər yol şəbəkəsi və
sosial yardım məsələləri üzrə səlahiyyətləri yox idi, həmin səlahiyyətləri
kommunalar həyata keçirirdilər. Yerlərdə merlər üçün ehtiyatda
saxlanılan səlahiyyətlərin həyata keçirilməsi polisin vəzifəsinə aid edil
67
di. Paris nahiyələrə bölünmüş vəziyyətdə qalmaqla, hətnin nahiyələrdə
bələdiyyə vəzifələrini tutan şəxslərin tərkibində həm dövlət qulluqçulun,
həm də Paris şurasının seçkili nümayəndələri və yerli səviyyəli digər
komissiyalar rəy vermək hüququna malik olmaqla, qapalı iclaslar
keçirilirdi.
Maliyyə və şəxsi heyət baxımından da xüsusi müddəalar öz
qüvvəsində qalmışdır. Maliyyə nəzarəti gücləndirilmişdir. Şəxsi heyət üç
kateqoriyaya bölünmüşdür: dövlət məmurları, departament qulluqçuları
və kommunanm xüsusi rejiminə tabe edilmiş qulluqçular.
Bu islahat 1977-ci ilin əvvəlində hüquqi cəhətdən bir sıra
tənzimləyici aktların köməyi ilə, siyasi cəhətdən isə ümummilli tədbir
kimi keçirilən seçkilərin vasitəsi ilə həyata keçirilmişdir.
6 may, 1976-cı il tarixli qanun Paris islahatını, Paris nahiyəsinin
islahatı ilə tamamladı. «Nahiyə» əvəzinə onun kimi ümumi-hüquqi təsisat
olan «region» yaradıldı və Paris nahiyəsi İlde-Frans regionu adını aldı.
Ərazilərin abadlaşdırılması, iqtisadi və sosial planlaşdırma, şəhər
nəqliyyatı və yaşıllıq zonaları yaradılması sahəsində səlahiyyətlər region
səviyyəsinə keçdi. Regiona 164 üzvü olan şura, iqtisadi və sosial komitə,
region Prefekti rəhbərlik edirdi. 15 mart, 1977-ci il tarixli dekretə əsasən,
region Prefekti eyni zamanda paytaxt departa- mentin prefektidir, yəni
Parisin Prefektidir.
1982-ci il islahatı iki mərhələdə keçirildi. Bu qanun Parisin və İl
de-Frans regionunun statusunu ümumi hüquq rejiminə yaxınlaşdırdı. Bu
zaman polis Prefekturasının xüsusi səlahiyyətlərinin və idarəetmənin
heyəti üçün xüsusi statusun saxlanması nəzərə alınmışdır. 31 dekabr,
1982-ci il tarixdə iki qanun verildi. Bu qanunların biri inzibati quruluşa,
digəri isə seçki sisteminə aid edilmişdir. Bu qanunla Parisə status verildi.
Əhalinin sayına görə bu status Marselə, Liona və bir sıra iri şəhərlərə də
verildi. Bələdiyyə şurası və mer şəhərin bütün işlərinə rəhbərlik edirdi.
Şəhərlər isə nahiyələrə bölünmüşdür, o cümlədən Parisdə 20, Marseldə
16 və Lionda isə 9 nahiyə yaradıldı.
Bu nahiyələr artıq sadə inzibati dairələr qismində mövcud idilər.
1975-ci ildə verilmiş qanuna əsasən, Parisdə onların məsləhət
komissiyaları var idi. Tərkib cəhətdən seçkili şəxslərin azlıq təşkil etdiyi
bu komissiyaların işi qapalı iclaslar formasında aparılırdı.
Komissiyalar nahiyələrin bələdiyyə müşavirlərindən və nahiyə
müşavirlərdən ibarət olan şuralarla əvəz edilmişdir. Nahiyə şuraları öz
üzvləri sırasından meri və onun müavinlərini seçirdilər.
Bu şuralar şəhər nahiyələrinə aid işlər, o, cümlədən şəhərsalma
məsələləri üzrə bələdiyə şurası qarşısında məsələlər qaldıra, öz rəylə
68
rini verə, körpələr evləri, hamamlar, idman qurğuları ilə əlaqədar qərarlar
qəbul edə, səlahiyyətlərin həvalə edilməsi qaydasında bələdiyyə şurası
adından təchizat və yaxud xidmət məsələləri üzrə səlahiyyətləri həyata
keçirə, kirayə haqqı güzəştli olan mənzillərin verilməsindən istifadə edə
bilərlər.
Şəhər nahiyələrinin merləri həmçinin vətəndaşlıq vəziyyəti
aktlarının qeydiyyatı, milli xidmət, icbari məktəb təlimi məsələləri üzrə
öz vəzifələrini dövlət adından yerinə yetirirlər.
Öz tərkiblərinə daxil olan kommunalardan maliyyə dotasiyası
alan şəhər nahiyələri vəsaitlərin xərclənməsində nisbi müstəqilliyə
malikdirlər, lakin onlar hüquqi şəxs olmadıqlarından, deməli, müstəqil
idarəetmə bölmələri deyillər.
Azərbaycan Respublikasının inzibati hüququnda icra hakimiyyəti
orqanlarına ayrıca fəsil həsr edilmişdir. Orqan hər şeydən əvvəl təşkilat,
kollektiv və ya idarə olunan insanlar qrupudur, onda müəyyən yaranma
və fəaliyyət məqsədi, daxili struktur və funksional təbəqələşmə, həmçinin
də mühüm sosial qarşılıqlı əlaqələr sistemi mövcuddur.
İcra hakimiyyəti müxtəlif sahələrdə (iqtisadi, sosial-mədəni, in-
zibati-siyasi) tədbirlər həyata keçirirlər. Bu da öz növbəsində müxtəlif
icra hakimiyyəti orqanlarının olmasını tələb edir. Buna görə də icra
hakimiyyəti orqanlarını, onları xarakterizə edən əlamətlərə görə aşağıdakı
kimi təsnifləşdirmək məqsədə uyğundur;
7
Dostları ilə paylaş: |