§ 4, Məsuliyyətin növlərinin anlayışı və intizam sanksiyalarının tətbiqi qaydaları Ümumi hüquq rejiminin təsir dairəsində olan hüquqi şəxslərin
məsuliyyəti qulluqçuların fərdi məsuliyyəti ilə uzlaşmalıdır. Bəzi
müəlliflər bildirirdilər ki, qulluqçular, ümumiyyətlə, məsuliyyət
daşımayan adamlardır və bu baxımdan 60-cı illərdən dərc edilmiş
məqalənin sərlövhəsini - «Toxunulmaz silki»ni yada salmaq olar.
Məqalədən belə bir nəticə çıxarılırdı ki, qulluqçular toxunulmazdırlar və
onları heç vaxt məsuliyyətə cəlb etmək olmaz.
Bu, şübhəsiz ki, həddindən artıq şişirtmədir. Həqiqətdə isə
qulluqçulara dair bir neçə məsuliyyət növləri mövcuddur.