Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə99/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   95   96   97   98   99   100   101   102   ...   113
Xidməti  yerdəyişmə
  üfüqi  mobillik  eyni  bir  korpus  daxilində  •  eyni 
vəzifədə (bəzən yaşayış yerini dəyişməklə) bir işdən başqasına keçilməsi 
ilə  əlaqədə  olur.  Bu  daxili  mobillik  çoxştatlı  idarəetmə  korpuslarında 
geniş  tətbiq  olunur;  milli  təhsil  sistemi  də  belə  səciyyələnir:  lisey 
müəllimi ilkin korpus çərçivəsindəki vəzifəsində qalmaqla həmin liseydə 
bir sinifdən digərinə, eyni bir şəhərdə bir liseydən digərinə və yaxud bir 
şəhərdən  başqasına  keçə  bilər.  Poçt  və  rabitə  işçiləri  idarəetmə 
korpuslarında  xeyli  daxili  mobillik  müşahidə  olunur  ki,  bu  da  bir  çox 
hallarda  çətinliklər  yarada  bilər,  çünki  burada  xidmətin  tələblərini  və 
müştərilərin ehtiyaclarını nəzərə almaq vacibdir. Məsələn, məlumdur ki, 
cənub  rayonlarında  poçt  qulluqçularının  sayı  həddindən  artıqdır  və 
müvafiq  vəzifələrin  tutulması  üçün  lazımi  üstünlüklər  sisteminin  təşkil 
edilməsi məqsədəmüvafiq hesab edilir. 
Xidməti  yerdəyişmələr  əksər  hallarda  əlaqədar  şəxslərin  razılığı 
ilə edilir, lakin qulluqçular halında isə ehtiyac olduqda yerdəyişməyə yol 
verilir. Misal üçün, qulluqçu ona tapşırılmış işin öhdəsindən gələ 
195 


bilmədyi  hallarda,  onun  başqa  yerə  keçirilməsi  münasib  sayıldıqda 
qulluqçunun  xidməti  yerləri,  dəyişdirilə  bilər.  Polis  və  ordu 
korpuslarında kütləvi qaydada bir vəzifədən digər vəzifəyə keçirilmə baş 
verir ki, bu da tamamilə qanunauyğundur. 
Xidmət  üzrə  irəliçəkilmə  -  qulluqçu  eyni  bir  korpus  daxilində, 
bəzən  həm  də  eyni  vəzifədə  qalmaqla  özünün  bütün xidməti  karyerası 
müddətində  iyerarxiya  pillələri  ilə  irəliləyir,  bu  da  onun  öz  maddi 
vəziyyətini  yaxşılaşdırmasına  imkan  yaradır.  Xidməti  irəliçəkilmələr 
dərəcələr və kateqoriyalar üzrə həyata keçirilə bilər. 
Dərəcələr  üzrə  irəliçəkilmə  əsasən  uzun  müddət  etdiyi  xidmət 
nəzərə  alınmaqla  həyata  keçirilir.  Qulluqçu  18  aydan  2  ilədək  müddət 
keçdikdə  məvacib  indekslərinin  iyerarxik  pilləkənində  bir  pillə  irəli 
addım  atır,  lakin  bu  zaman  müəyyənləşdirilmiş  müddətlərə  düzəlişlər 
edilə  bilər.  Başqa  sözlə,  attestasiya  zamanı  ən  yaxşı  qiymətlər  almış 
qulluqçular xidmət üzrə daha sürətlə irəliləyirlər. Lakin prinsipcə bütün 
qulluqçular  xidmət  üzrə  gec  və  ya  tez  irəliləyişə  nail  olacaqlar,  çünki 
irəliçəkilmə hüquqi prinsipi onların statusu ilə təsbit edilmişdir. 
Əksinə,  kateqoriyalar  üzrə  irəliçəkilmə  (bu,  bəzən  xidmət 
dərəcəsi üzrə irəliçəkilmə adlandırılır) prinsipcə seçmə qaydada, bəzən 
isə  müsabiqə  əsasında  həyata  keçirlir:  qulluqçunun  belə  irəliçəkilmə 
qaydasına qarşı hər hansı iddia irəli sürməyə heç kəsin hüquqi səlahiyyəti 
yoxdur.  O,  bəzən  bütün  xidmət  müddəti  ərzində  kateqoriya  üzrə  irəli 
çəkilsə də, öz yerində xidmət apara da bilər. Lakin bu çox nadir hallarda 
olur. Kateqoriyanın yüksəldilməsi, eyni zamanda, həm məvacib, həm də 
vəzifədə irəliyə çəkilmə ilə nəticələnir. 
Dərəcələr  və  kateqoriyalar  üzrə  irəliləyiş  zamanı  qulluqçunun 
xidməti karyerası nəzərə alınır. 
İrəliçəkilmə  seçmə  qaydasında  həyata  keçirilir,  buna  görə  də 
müəyyən meyarlara əməl olunmalı və ehtiyatla hərəkət edilməlidir. Bu 
zaman  uzunmüddətli  iş  stajı,  xidmətlər  və  i.a.  kimi  meyarlar  nəzərə 
alınmaqla ən yaxşı əməkdaşlar aynlıb seçilməlidir. Narazılıqlar olmasın 
deyə, xidmət üzrə irəliçəkilmə cədvəl ilə müəyyənləşdirilir və bu, bütün 
dövlət idarəetmə orqanlarında qəbul edilmiş bir qaydadır. 
Bu qayda bir neçə mərhələyə bölünür: xidmət üzrə irəliçəkilmə 
məsələlərini həll etmək səlahiyyəti olan orqan, əvvəlcə bir sıra təkliflər 
irəli sürür. Onun mülki qulluqçulara aid təklifləri administrasiyadan və 
ştat  heyətindən  bərabər  sayda  olmaqla  təşkil  edilən  tərkibdə  fəaliyyət 
göstərən paritet komissiyasının müzakirəsinə verilir. Paritet komissiyası 
namizədin xidmətləri barədə rəyini bildirməklə, qulluqçuların dərəcələr 
üzrə bölünməsinin müəyyən qaydasına riyaət etməklə. 
196 


xidməti  siyahını  hazırlamalıdır.  Buna  müvafiq  olaraq  administrasiya 
siyahıya  daxil  edilmiş  şəxslərin  xidmət  üzrə  irəli  çəkilməsini  müəyyən 
etməlidir. Bəzən bu məqsədlə seçmə komissiya yaradılır və namizədi bu 
və ya digər vəzifəyə təyin etməzdən əvvəl onun biliyi yoxlanılır. 
Xidmət  üzrə  irəliçəkilmə  cədvəlinə  daxiletmə  inzibati  orqanın 
mülahizəsindən asılıdır, paritet komissiyası isə bu barədə yalnız öz rəyini 
verir.  Qulluqçu  xidmət  üzrə  irəliçəkilmə  cədvəlinə  bir  neçə  il  dalbadal 
daxil  edilə  bilər,  lakin  boş  vəzifələr  olmadığından  bundan  istifadə  edə 
bilməz. 
Xidmət üzrə irəliçəkilmə attestasiya ilə bağlıdır. Hər bir mülki və 
yaxud hərbi qulluqçu xidmət etdiyi rəis tərəfindən hər il qiymətləndirilir; 
bu  qiymət  iki  elementdən  -  bal  qiymətindən  və  xasiyyətnamə-  dən 
ibarətdir. 
Qiymətləndirmə  məlumatlarının  bildirilməsi  və  bu  məlumatlara 
yenidən  baxılması  çox  mürəkkəb  prosedur  ilə  əlaqədardır;  adətən, 
əlaqədar şəxsə geniş xasiyyətnamə deyil, balla qiymət verilir, lakin bəzi 
hallarda qiymətə yenidən baxılması tələb edilə bilər. Məlumdur ki, dövlət 
qulluqçularının bal qiymətləri çox böyük hədləri əhatə edir - 17 pis qiymət 
deməkdir və əgər bir neçə il ərzində 18-18,5 qiymətə keçmək mümkün 
olursa, bu, xidmət üzrə gələcək irəliçəkilməyə inam yarada bilər. 
Attestasiya, demək olar ki, avtomatik sürətdə növbəti rütbə və ya 
dərəcə verilməsi üçün verilmiş təqdimatla nəticələnir, habelə xidmət üzrə 
irəliçəkilmə sahəsində sonrakı tədbirlərin əsası qoyulur. 
Xarici mobillik - bu, qulluqçunun karyerasına başladığı idarəetmə 
korpusunun mobilliyidir. Kadr xidməti siyasəti sistemi ölkələrində, misal 
üçün  Fransada,  Almaniyada,  İngiltərədə  bundan  nadir  hallarda  istifadə 
olunur. Əksinə, ABŞ kimi ölkələrdə xarici mobillik çox inkişaf etmişdir. 
Xarici mobilliyin iki dərəcəsini fərqləndirmək yerinə düşərdi: vahid tam 
olmaq etibarilə idarəetmə aparatı çərçivəsində mobillik və həmin aparat 
hüdudlarından kənarda mobillik. 
İdarəetmə  aparatı  çərçivəsində  xarici  mobillik  hər  şeydən  əvvəl 
qulluqçuların bəzi kateqoriyaları üçün, məsələn, müsabiqə üzrə aparılan 
seçmə  yolu  ilə  korpusları  dəyişdirmə  qaydası  tətbiq  edilir.  Tamamilə 
aydındır  ki.  Milli  inzibati  məktəbi  bitirdikdən  sonra  əvvəlki,  xidmətə 
başladığı  korpusa  deyil,  digər  korpusa  qəbul  edilən  qulluqçu  bununla 
xarici  mobillik  formasında  fəaliyyət  göstərir;  o,  bir  idarəetmə 
korpusundan  çıxaraq,  müsabiqə  yolu  ilə  və  yaxud  məktəb  mərhələsini 
keçərək digər korpusa daxil olur. 
Sosial nərdivanla yüksəlməklə korpusun dəyişdirilməsi ancaq 
197 


peşə qulluqçulanmn attestatları əsasmda reallaşdırılır. Həmin attestatlar 
mülki  administrasiya  aparatında  vəzifəyə  təyin  edilmə  zamanı  tərtib 
olunur. Belə əməkdaşlar üçün ümumi bölmədə müəyyən sayda vəzifələr 
müəyyənləşdirilir  və  onlar  bu  yolla  başqa  idarəetmə  korpusuna  keçə 
bilirlər. 
Xarici mobillyin digər forması - eyni səlahiyyətə malik olmaqla 
bir korpusdan digərinə göndərilmə yolu ilə həyata keçirilir. Misal üçün, 
Dövlət  Şurasının  üzvü  idarəetmə  aparatına  və  yaxud  prefektura 
korpusuna rəhbər vəzifəyə göndərilə bilər. On minlərlə qulluqçuya şamil 
edilən  bu  qayda  olduqca  mürəkkəbdir.  Bu  ona  görə  mürəkkəbdir  ki, 
aralarında münaqişə baş verməsin deyə əvvəlcədən hər iki tərəfin razılığı 
alınır. 
Bəzi  vaxtlar  xarici  mobillyin  bu  formasının  yolları  məcburi 
qaydada  həyata  keçirilirdi.  1964-cü  il  islahatına  görə,  milli  inzibati 
məktəbin məzunları olan dövlət qulluqçularının bəzi ali vəzifələrə təyin 
olunmasına yalnız onlar mütləq müəyyən rəhbər və iş stajı qazandıqdan 
sonra  icazə  verilə  bilərdi.  Bu  halla  aşağıdakı  qaydaya  riayət  edilirdi. 
Misal üçün, xidmət direktorunun və ya rəisinin müavini vəzifəsinə yalnız 
öz korpusundan və özünün ilk xidmət yerindən kənarda hər hansı rəhbər 
vəzifədə iki il işləmiş olan mülki administrasiya rəhbərləri qəbul oluna 
bilərdilər.  Bu,  «sınaqdan  çıxarma  adlandırılan  üsuldur.  Nəticədə,  milli 
inzibati məktəbi bitirmiş qulluqçulann müəyyən qismi onlar üçün ehtiyat 
saxlanmış yerləri tuta bilmək üçün aralıq rəhbər vəzifə axtarmalı olurlar. 
13 iyul, 1983-cü il tarixli qanunun qəbul edilməsi ilə yeni addım 
atılır: qanunun 14-cü maddəsinə uyğun olaraq mobillik ayrı-ayrı hallarda 
yalnız vəzifə yox, həm də dövlət və idarəetmə bölmələrinin qulluqçuları 
üçün hüququn «əsas təminat»ıdır. Bu təminat yeni ümumi statusun tətbiqi 
haqqında aktlarda reallaşdırılmışdır. 
Dövlət idarəetmə aparatı hüdudlarından kənarda xarici mobillik 
iki hüquqi formada ifadə oluna bilər. 
Birinci  formada  qulluqçu  başqa  inzibati  vəzifələrə,  məsələn, 
parlamentdə  və  yaxud  hökumət  aparatında  xidmətə  göndərilir. 
Parlamentə  seçilmiş  qulluqçular  eyni  zamanda  həm  deputat,  həm  də 
qulluqçu ola bilməzlər. Eynilə də onları beynəlxalq təşkilata - BMT-yə və 
yaxud  YUNESKO-ya,  ümumi  müəssisəyə,  hətta  ictimai  faydalı 
fəaliyyətlə  məşğul  olan  hesab  edilən  bəzi  xüsusi  müəssisələrə  də  işə 
göndərmək olar. 
Əgər  dövlət  idarəetmə  aparatı  hüdudlarından  kənarda  xarici 
mobillik sözün əsl mənasında xüsusi müəssisəyə keçmək məqsədini 
198 


daşıyırsa, onda başqa qayda - ehtiyata daxil etmə qaydası tətbiq olunur. 
Lakin bu vəziyyət sonsuzluğadək davam edə bilməz; sonra qulluqçu ya 
idarəetmə aparatına işə qayıdır, ya da qəti olaraq onu tərk etməklə xüsusi 
sahibkarlıq sahəsində qulluğa keçir. 
Mobilliyin  bu  formaları  beynəlxalq  təşkilata  və  yaxud  xüsusi 
müəssisəyə də işə keçmək üçün real imkanı olan (bu isə o qədər də tez-tez 
olmur) az bir qisim qulluqçuları əhatə edir. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin