Azərbaycan Respublikasının inzibati hüququnda dövlət xidməti
işçiləri öz fəaliyyətlərini dövlət xidməti prinsipləri sistemində həyata
keçirirlər:
■
vəzifə
borclarının
icra
edilməsi
aktının,
Azərbaycan
Respublikasının Konstitusiyasının və qanunlarının digər normativ-hüquqi
aktlar qarşısında
üstünlüyü;
■
vəzifə borclarını icra etməmələrinə və ya lazımi səviyyədə icra edə
bilmədiklərinə
görə xidmətçilərin vəzifələri;
■
insan və vətəndaş hüquqlarının və azadlıqlarının üstünlüyü, insan
və vətəndaş hüquqlarına riayət etmək və
qorumaq vəzifəsi;
■
yuxarı təbəqəli orqanların aktlarının tabeçilik qaydasında orqan və
vəzifəli şəxslər üçün
məcburiliyi;
■
xidməti fəaliyyətini həyata keçirərkən aşkarlıq prinsiplərinə əməl
etməsinin zəruriliyi;
■
dövlət xidmətini həyata keçirərkən partiyalardan kənarda olması;
■
müvafiq peşə hazırlıqlarına və bacarıqlarına görə Azərbaycan
Respublikası vətəndaşlarının dövlət xidmətinə daxil olmaqla bərabərlik
hüquqları;
■
xidməti vəzifələrini yerinə yetirərkən peşəkarlıq və səlahiyyətli- lik
prinsipinə əməl etməsi;
■
dövlət xidmətinə stabil kadrların seçilib yerləşdirilməsinə nail
olma;
■
dövlət xidmətini həyata keçirən zaman xidmət tələblərinin vahid
şəkildə icrasının
təmin edilməsi;
■
qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin bölgüsünə
əməl edilməsi, bir-birinin xidməti səlahiyyətlərinə qarışmamaq
prinsiplərinə riayət olunması;
■
dövlət xidmətini həyata keçirərkən dövlət hakimiyyəti sisteminin
vahidliyi, dövlət subyektləri arasında idarəetmə predmetlərinin
bölüşdürülməsinə əməl edilməsi.
Azərbaycan Respublikasında, bütün dövlətlərdə olduğu kimi,
dövlət xidmətçilərinin məsuliyyətləri inzibati hüquqla müəyyən
edilmişdir.
Dövlət qulluqçularının məsuliyyəti dedikdə:
“ dəymiş əmlak ziyanının ödənilməsi məqsədi ilə bərpaedici
sanksiyaların tətbiq edilməsi başa düşülür.
Dövlət xidmətlərinin məsuliyyət növləri aşağıdakılardır:
■
xidməti intizamı pozmasına görə normativ-hüquqi aktlara -
qanunlara, nizamnamələrə, əsasnamələrə və əmək intizam qaydalarına
223
əsaslanaraq dövlət qulluqçuları haqqında tədbir görülür;
■ inzibati məsuliyyət o vaxt yaranır ki, inzibati hüquqpozmaya yol
verilsin.
Maddi məsuliyyət dedikdə dövlət xidmətçisinin öz hərəkətləri ilə
ziyan vurması başa düşülür. Bu zaman onların vurduqları ziyanın qismən
və ya tam ödənilməsi təmin edilir.
Cinayət məsuliyyəti o zaman meydana çıxır ki, dövlət xidmətçiləri vəzifə
cinayətləri törətsinlər.
Dövlət xidmətçilərinə qarşı intizam tədbirləri tətbiq edilir.
Dövlət xidməti qanuna görə: məzəmmət, töhmət,
şiddətli töhmət,
xidmətə tam yararlı olmadığı barədə xəbərdarlıq, işdən xaric etmə
nəzərdə tutur.
İntizam nizamnaməsinə və əsasnamələrinə görə: məzəmmət,
töhmət, şiddətli töhmət, rütbənin aşağı salınması, vəzifənin aşağı
salınması və işdən xaric etmə tədbirləri nəzərdə tutulur.
Daxili əmək intizamını pozduğuna görə qulluqçunu aşağıdakı
intizam tənbeh tədbirləri gözləyir: məzəmmət, töhmət, şiddətli töhmət, 3
ay müddətinədək azmaaşh işə və ya aşağı vəzifəyə keçirmək və işdən
xaric etmək.
Dövlət xidmətçilərinə tətbiq edilən intizam xətası dedikdə, sabit
kollektivin üzvü tərəfindən həmin kollektivdə olması ilə əlaqədar öz
vəzifə borclarının pozulması ilə bağlı xətalı, cəmiyyətə zidd və təqsir
sayılan əməl başa düşülür.
224