üçüncüsü - hər hansı bir təşkilatın seçkilərdə öz namizədlərini irəli
sürmək azadlığı var və bu olduqca sistemli surətdə həyata keçirilmişdir.
Bu zaman qulluqçu öz vəzifəsini seçki gününədək özündə saxlaya bilər,
əgər o, seçkidə hətta qalib gələ bilməsə də, öz vəzifəsini itirmir, əksinə,
parlamentdə fəaliyyət göstərmək üçün ona mandat verilə bilər. Əksinə
olaraq, İngiltərədə qulluqçu seçkilərdə namizəd kimi çıxış etməzdən
əvvəl istefaya getməlidir, bu zaman o deputat seçilməsə, onda vəzifəsini
itirməklə üzləşir.
Qulluqçu ona tapşırılmış ümumi xidmət sahəsinin işini təmin edir
və hamı ilə birlikdə eyni vəziyyətdə olmaqla, ayrı-seçkiliyə yol
verməmək şərti ilə öz fəaliyyətini həyata keçirir.
Məsələn, müəllim öz şagirdlərinə onların siyasi baxışlarından və
dini əqidələrindən asılı olmayaraq, yaxud da hər hansı başqa meyarları
nəzərə almaqla qeyri-obyektiv qiymət verə bilməz.
Fransada dövlət qulluqçuları obyektiv olmaqla öz vəzifələrini icra
edirlər.
Məhkəmə praktikası sayəsində və müəyyən dərəcədə hüquqi
aktların köməyi ilə qarşıya çıxan problemləri tənzimləmək mümkün
olmuşdur. Məhkəmə praktikası 50-ci illərdə kommunist qulluqçuların,
yaxud kommunist partiyasına mənsubluğu güman edilən qulluqçuların
müdafiəsi ilə əlaqədar olaraq xüsusilə müvəffəqiyyətlə inkişaf etmişdi.
Dostları ilə paylaş: