XII FƏSIL SİYASt HÜQUQLAR § 1. Siyasi hüquqların prinsiphri anlayışı, manbabri, bu sahada qabul edilan qararlann növlari Bütün ölkələrdə oldüğu kimi, Fransada da dövlət qulluqçuları
vətəndaşlan olmalıdır. Ona görə də onlar vətəndaşların malik olduqları
bütün hüquqlara malikdirlər, bəzi hallarda siyasi və məhdudlaşdırılmış
hüquqlara da malik olurlar.
Siyasi hüququn əsas prinsipləri olan azadlıq prinsipi Fransa
hüququ üçün spesifıkdir. Onlar bu prinsipə görə bir çox dövlətlərin
qulluqçularından fərqlənirlər, ona görə ki, daha geniş siyasi azadlıqlara
malikdirlər.
Fransada siyasi hüquqlar məhkəmə praktikasına əsaslanır, siyasi
motivlərə görə hər hansı ayrı-seçkilik qanunla qadağan edilibdir. 1
oktyabr, 1954-cü il tarixdə Dövlət Şurası qərar qəbul etmişdir. Həmin
qərarda söhbət əsasən. Akademiyanın inspektorundan, yuxarı Marna
departamentinin çox yüksək rütbəli qulluqçusundan gedirdi. O, eyni
zamanda kommunist bələdiyyə müşaviri idi. Onu testdən
kənarlaşdırmışdılar. Buna əsas səbəb o olmuşdur ki, o, partiya
nümayəndəsi olmaqla yanaşı, həm akademiyada inspektor və həm də
bələdiyyə müşaviri vəzifələrində çalışırdı.
8 iyun, 1962-ci il tarixli qərarına dəyişikliklər edilməsi ilə
əlaqədar olaraq Dövlət Şurası Friştanın işinə baxarkən müəyyən etdi ki, o.
Kommunist Partiyasının rəhbərlərindən biridir. Həmin dövrdə eyni
vaxtda o, mətbuat, telefon və telefon işçiləri federasiyasına rəhbərlik
etmiş və bu müddət ərzində Port işçiləri həmkarlar ittifaqı ilə müqavilə
bağlamışdır. Müqavilə hökumətin siyasətinin əleyhinə olduğuna görə o,
tənqid edilmişdir.
Baxışlar və əqidələr azadlığının məzmununu vicdan azadlığı
təşkil edir, yəni qulluqçunun istədiyi baxışların əsasını ona verilən
konstitusion azadlıq təşkil edir.
İkincisi isə sərbəst olaraq siyasi partiya üzvlüyünə daxil olmaq və
həmin partiyada rəhbər vəzifələrin birini tutmaq onun hüquqi azadlığıdır
(nəzərinizə çatdırım ki, anqlosakson ölkələrdə qulluqçular siyasi