Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə95/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   91   92   93   94   95   96   97   98   ...   113
Ödənilməli  olan  zərər.
  Klassik  tərifə  görə  vurulmuş  zərər  yalnız  o 
halda  ödənilməlidir  ki,  o,  müstəqim,  səhih  olsun  və  pul  ilə 
qiymətləndirilə bilsin. 
Müstəqim  zərər  anlayışı  indiyədək  də  mövcud  olan  çoxsaylı 
fəlsəfi şərhlərin meydana çıxmasına səbəb olmuşdur. Həqiqətən də səbəb 
və nəticə arasındakı əlaqələrin xarakteri barədə həmişə mübahisə etmək 
olar, 
Praktikada inzibati məhkəmələr bəzən düşünmədən iki ideyaya: 
normalhq ideyasına və qarşılıqlı səbəb əlaqəsi ideyasına müraciət edirlər. 
Normalhq  ideyasına  müraciət  zamanı  müəyyənləşdirməyə  çalışırlar  ki, 
zərərin  vəziyyəti  yaranmış  halın  normal  nəticəsidir  və  xarici  amilin 
təsirindən əmələ gəlmişdir; qarşılıqlı səbəb əlaqəsi ide- 
188 


yasma müraciət edilərkən təqsirə görə ümumi hakimiyyətin məsuliyyəti 
həcmini  müəyyənləşdirmək  üçün  aydınlaşdırmağa  çalışırlar  ki,  həmin 
məsuliyyət zərəri doğuran təqsirlə və yaxud vəziyyətlə həm də zaman və 
məkan etibarilə son dərəcə sıx bağlı olsun. 
Qarşılıqlı  səbəb  əlaqəsi  anlayışı  nəzarət  altında  yenidən  tərbiyə 
müəssisəsində  yerləşdirilmiş,  rejimdə  saxlanan  gənc  cinayətkarlarla 
əlaqədar artıq xatırladılmış, məhkəmə praktikasından götürülmüş misalda 
əyani şəkildə nəzərə çarpırdı. Əgər həmin cinayətkarlardan biri qaçarsa, 
vətəndaşlara və yaxud onların əmlakına zərər vurmaq təhlükəsi yaradarsa, 
belə hallarda isə məsuliyyət dövlətin üzərinə qoyulur. 
Səhih zərərdə, vurulmuş zərər səhih olmalıdır. Lakin o, gələcəkdə 
də meydana gələ bilər. Zərər potensial formada, misal üçün, zərərçəkən 
gələcəkdə  əldə  edəcəyinə  ümid  bəslədiyi  sabit  gəliri  itirdiyini  bil- 
dirməməsinə baxmayaraq, həmin zərər ödənilə bilər. Məsələn, namizəd 
qanunsuz  qərara  görə  müsabiqədə  iştirak  etmək  imkanından  məhrum 
edilmişdirsə,  müsabiqədən  müvəffəqiyyətlə  keçməsi  şansları  olduğu 
təqdirdə  ona  cərimə  ödəniləcəkdir;  əgər  həmin  şanslar  son  dərəcə 
ümidsizdirsə, onda zərər eventual (əlverişli şəraitdə mümkün olan) hesab 
ediləcək və cərimə ödənilməyəcəkdir. 
Pul  ilə  qiymətləndirilə  bilən  zərər  pul  ilə  qiymətləndirilməlidir. 
Bu ideyadan belə bir nəticə çıxarmaq olar ki, cərimə yalnız maddi zərər 
üçün ödənilməlidir. 
Lakin  indi  ümumi  məhkəmələr  kimi  inzibati  məhkəmələrdə  də, 
qeyri-qanuni  intizam  tənbehi  ilə  ad-sana,  nüfuza  qəsd  şəklində  mənəvi 
zərər,  yaxud  zərərçəkənin  yaşı  və  cinsi  nəzərə  alınmaqla  üz  yarası 
şəklində estetik zərər vurulmasına görə cərimə ödənilməsi təcrübəsindən 
çox geniş istifadə edilir. Bu praktika həyat şəraitinin qəflətən pisləşməsi 
adlandırılan halda da tətbiq olunur; bu, çox yayğm anlayışdır, lakin misal 
üçün, atalarını itirmiş uşaqları düşünəndə həmin anlayışın mənası asanca 
aydınlaşır. Belə itki onlar üçün nəinki təkcə gəlir mənbəyinin itirilməsinə 
maddi problemlər yaradacaq, həm də mənəvi zərər olacaqdır ki, bu isə ailə 
üçün  atanı  -  adətən,  pul  ilə  qiymətləndirilə  bilməyən,  lakin  «həyat 
şəraitinin qəflətən pisləşməsi» kimi dumanlı yayğın ifadədə əksini tapan 
hər şeyin itirilməsi deməkdir. 
Nəhayət,  Dövlət  Şurası  artıq  bir  çox  illərdən  bəridir  ki,  öz 
praktikasım  mülki  məhkəmələrin  praktikasına  uyğunlaşdırmaqla,  yaxın 
qohumun  itirilməsi  nəticəsində  yaranan  mənəvi  iztiraba  görə  cərimə 
ödənilməsi  təcrübəsindən  istifadə  edir.  Hazırda  Dövlət  Şurasının 
müəyyənləşdirdiyi  qayda  üzrə,  subay  kişilərə  və  dul  qadınlara,  yetim 
qalmış  uşaqlara  cüzi,  daha  çox  rəmzi  ödənc  -  5-10  min  frank  verilir, 
nənələrə və babalara bundan da az çatır. 
189 


Zərərin  qiymətləndirilməsi  üçün  cərimə  ödənilməsi  nəzərdə 
tutulursa, onun məbləğ ifadəsi müəyyənləşdirilməlidir. 
Cərimə məbləği mümkün qədər dəymiş zərərə bərabər olmalıdır. 
Lakin  mənəvi  zərər  məsələsi  və  pul  nişanlarının  devalvasiyası  ilə 
əlaqədar olaraq çətinliklər meydana çıxa bilər. 
Mənəvi zərər dedikdə mahiyyətcə subyektiv xarakterli zərər başa 
düşülür ki, bunu da obyektiv qiymətləndirmək məhkəmə üçün çətindir. 
Ən əwəl həyat şəraitinin qəflətən pisləşməsi məsələsi baxımından demək 
olar  ki,  inzibati  məhkəmələr  tərəfindən  təyin  edilən  cərimə  məbləğləri 
xeyli artırılmışdır. 10 il ərzində, 1955-ci ildən 1965-ci ilədək olan dövrdə 
bu  məbləğlər  təxminən  üç  dəfə  artmışdır.  Bununla  da  həmin  cərimə 
məbləğləri, müvafiq şəxslərə inzibati işlər üzrə hakimlərdən daha artıq 
səxavət göstərən mülki ədliyyə hakimlərinin təyin etdikləri belə cərimələr 
məbləğinə yaxınlaşmışdır. 
Beləliklə, 
Dövlət 
Şurası 
zərərə 
görə 
kompensasiya 
ödənilməsindən  söhbət  getdikdə  ədalətliliyi  təmin  etmək  məqsədilə 
imkansızlar arasında zərərçəkənlərə vergi verənlər müqabilində üstünlük 
verir. 
Pul nişanlarının devalvasiyası ilə bağlı problem çoxdan meydana 
çıxmış  və  gündəlikdə  qalmaqdadır.  Söhbət  cərimə  məbləği  miqdarını 
hansı  tarixdən  etibarən  müəyyənləşdirməkdən  gedir;  əgər  klassik 
nəzəriyyəyə uyğun olaraq bədbəxt hadisənin baş verdiyi tarix seçilərsə, 
həmin  tarixdə  -  məhkəmə  qərarının  qəbul  edilməsi  tarixi  ilə  cərimə 
ödənilməsi tarixi arasındakı müddətdə pul vahidinin devalvasiyası nəzərə 
alınmayacaqdır.  Beləliklə, cərimə  öz  dəyərinin  bir  hissəsini  itirmiş  pul 
vahidləri ilə veriləcək; bu müddət ərzində əmək haqqının qiymətlərinin 
artması ona səbəb olacaqdır ki, zərərçəkən həqiqətdə ona vurulmuş zərərə 
uyğun adekvat kompensasiya almayacaqdır. 
Təxminən qırx il ərzində frank öz real dəyərini, demək olar ki, yüz 
dəfə  itirdiyinə  baxmayraq,  Dövlət  Şurası  pul  vahidinin  dəyər 
məzmununda sabitliyi fıksiyasına əsaslanmışdı. 
Özünün  21  mart,  1947-ci  il  tarixdə  qəbul  edilmiş  iki  qərarında 
Dövlət  Şurası  daha  realist  mövqe  tutdu  və  real  olaraq  ödənilən 
cərimələrin  yenidən  qiymətləndirilməsini  həyata  keçirməyi  qərara  aldı. 
Dul  qadın  Obrinin  işi  ona  yetirilən  bədən  xəsarəti  barədə  idi:  söhbət 
bədbəxt hadisə nəticəsində öz ərini itirmiş dul qadından gedirdi. Dövlət 
Şurası  müəyyən  etmişdir  ki,  bu  halda  gəlirin,  yəni  ərin  əmək  haqqının 
itirilməsi bədbəxt hadisənin baş verdiyi gündən deyil, məhkəmə qərarının 
qəbul  edildiyi  gündən  nəzərə  alınmalıdır.  Başqa  sözlə,  zərərçəkən 
bədbəxt hadisə baş verdikdən sonra tariflərdəki artım nəzərə alınmaqla 
verilən gündən əvvəl ödənilən əmək haqqı dərəcəsi əsasında 
190 


müəyyənləşdirilən  məbləğdə  cərimə  almalıdır.  Əgər  cərimə  renta 
şəklində verilərsə, pul vahidinin sonradan qiymətdən düşməsini ödəmək 
üçün indeksləşdirilməlidir.^-'* 
Maddi  zərərə  gəlincə,  qərara  alınmışdır  ki,  onun  dəyərinin 
təminatı qərarın qəbul edildiyi gün üçün deyil, cərimənin ödənilməsinə 
başlandığı  gündən  müəyyənləşdirilsin.  Əgər  cərimənin  ödənilməsi 
hüququ,  maliyyə  və  yaxud  maddi  səbəblərə  görə  gecikdirilirsə,  zərər 
vurulan günlə cərimənin ödənildiyi gün, daha dəqiq cərimə ödənilməsi 
mümkün olan gün arasındakı dövrdə qiymətlərin artması mütləq nəzərə 
alınmalıdır. 
Cərimə  ödənilməsi  tələbli  məhkəmə  iddialarına  aid  üç  məsələ 
praktik cəhətdən mühüm məsələlərdir. 
Kreditorun  müəyyən  edilməsi.  Cərimə,  adətən,  zərərçəkənə 
ödənilməlidir, lakin nəzəri cəhətdən güman edilən cavabdehin arxasında 
sığorta  şirkətinin  simasında  real  cavabdeh  dura  bilər,  çünki  o,  artıq 
zərərçəkənə zərər üçün əvəz ödəmişdir. 
Bundan  başqa,  məhkəmə  prosesində  cavabdehlərin  digər  kate- 
qoriyası-həm xüsusi, həm də inzibati hüquqda çox mühüm rol oynayan 
sosial sığorta kassaları da meydana çıxmışdır. 
Həqiqətən  də  söhbət  bədən  xəsarətlərindən  getdikdə 
(məhkəmələrdə  belə  işlərə  çox  tez-tez  baxılır)  zərərçəkənlərin 
əksəriyyətinin  sığortalanmış  olduğu  məlum  olur;  bu  zaman  onların  ya 
müalicə  və  dərmanlar  üçün  çəkilən  xərclərinin  natural  ifadədə  əvəzi 
şəklində,  ya  əmək  qabiliyyətinin  itirilməsi  və  yaxud  azalması  zamanı 
ödənilən renta şəklində, ya da ailə başçısı öldüyü təqdirdə dul qadına və 
uşaqlara  pensiyalar  şəklində  sosial  sığorta  müavinətlərindən  istifadə 
edirlər. 
Qanunla  müəyyənləşdirilmişdir  ki,  sosial  sığorta  kassası  həmin 
məbləğlərin  ödənilməsi  hesabına  «təqsirli  üçüncü  şəxs»dən  -  inzibati 
hüquqda  ümumi  kollektivdən  vəsait  tələb  edə  bilər.  Lakin  qanun 
həmçinin müəyyən etmişdir ki, məsuliyyət daşıyan üçüncü şəxs cəriməni 
iki  dəfə  -  bir  dəfə  zərərçəkənə,  ikinci  dəfə  isə  kassaya  ödəməməlidir. 
Deməli,  əvvəlcə  zərərçəkənə  dəymiş  zərər  üçün  ödəniləsi  cərimənin 
ümumi  məbləği  müəyyənləşdirilməlidir,  sonra  kassa  həmin  məbləğdən 
əvvəlcə özü ödədiyi məbləği tutur. Bu ödənclər çox zaman bərabər, bəzən 
isə cərimənin ümumi  miqdarından çox olur, nəticə etibarilə zərərçəkən 
ödənilməsi məhkəmə qərarına əsasən dövlət idarəetmə 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin