§ 2. Zərərin ödənilməsi qaydası
İnzibati hüquq üçün bu, xüsusi hüquqla müqayisədə daha artıq
dərəcədə özünəməxsus bir sahədir. Buna görə də onu dərindən təhlil
etməyə dəyməz. Üç məsələ haqqında ayırmalar etmək tamamilə
kifayətdir: üzərinə məsuliyyət qoyulan kollektivlər haqqında; zərər
anlayışı haqqında və cərimə ödənilməsi tələbli məhkəmə iddiaları
haqqında.
Üzərinə məsuliyyət qoyula bilən kollektivlər hər dəfə borclunun,
zərərçəkənə cərimə ödəməli olanın xasiyyətini müəyyənləşdirməyi vacib
sayır. Burada yenidən hüquqi şəxsin ilkin anlayışı meydana çıxır. Adi
dildə «administrasiyanın məsuliyyəti» və ya «ümumi hakimiyyətin
məsuliyyəti» ifadəsi işlədilir. Bu ifadələrin hüquqi nöqteyi-nəzərindən
heç bir mənası yoxdur. Müəyyən hüquqi şəxsin - dövlətin və yaxud ərazi
kollektivinin, kommunanın və ya departamentin, ümumi xidmət
funksiyasını həyata keçirən dövlət təsisatının və ya xüsusi orqanın
məsuliyyəti meydana çıxır.
Bu, praktiki cəhətdən çox vacib məsələdir, çünki əgər zərərçəkən
səhvən təqsiri olmayan kollektivə qarşı iddia irəli sürərsə, onda ilk tələb
iddia icraatında tətbiq edilən formula uyğun olaraq ünvanına
yönəldilməmiş hesab ediləcək və hətta zərərçəkənin tələbinin mahiyyəti
üzrə tamamilə əsaslı olsa belə, iddia məhkəmə tərəfindən rədd
ediləcəkdir.
Bununla belə, idarəetmə orqanlarının hansının həqiqətən təqsirli
olduğunu müəyyənləşdirmək bir sıra səbəblər üzündən çox çətin olur.
Misal üçün, eyni bir qulluqçu bir neçə kollektivin adından çıxış
edə bilər; bu, funksional ikiləşmədir; mer gah kommunanın adından
fəaliyyət göstərir, gah da dövlət adından.
Elə də olur ki, bir neçə kollektiv eyni bir funksiyanı yerinə
yetirməkdə əməkdaşlıq edirlər: misal üçün, kommuna yollarının lazımi
vəziyyətdə saxlanmasını təmin etmək üçün dövlət - hüquqi statusa malik
olan yol xidmətini həyata keçirir; bununla yanaşı, bələdiyyə polisinə aid
olan yanğınsöndürmə işləri departament səviyyəsində təşkil edən
xidmətlərə həvalə olunur və xüsusi ictimai təsisat tərəfindən yerinə
yetirilir. Nəhayət, daha bir neçə çətinliklərə rast gəlinir ki, bu da
nəzarətin, gözqoymanm olmamasıdır. Bəs nəzarət altında, bəzən də
yuxarı idarəetmə orqanının tələbi ilə qeyri-qanuni qərar qəbul edildikdə
bunun üçün kim məsuliyyət daşıyır? Kollektiv və yaxud qərar çıxaran
şəxs, yoxsa dövlət orqanı?
184
Bu məsələlərin həlli üçün məhkəmə praktikası iki meyar işləyib
hazırlamışdır: xidmətin xarakterinə aid olan əsas meyar və daşınmaz
əmlaka vurulan zərərlə əlaqədar yardımçı qrupun sahibinin meyarı.
Xidmətin xarakterinin meyarı məsuliyyətin, adətən, xidməti
vəzifə daşıyan kollektivin üzərinə qoyulur. Deməli, zərərin ödənilməsi
həmin xidmətin tabeçiliyində olduğu idarəetmə orqanına həvalə edilir.
Misal üçün, desentralizasiya haqqında 1982-1983-cü illərin
qanunları qəbul edilənədək tikinti üçün icazələr verilməsi dövlət xidməti
orqanları tərəfindən həyata keçirilirdi; hətta icazəni mer verdikdə və ya
rədd etdikdə belə qərarın özü dövlətin məsuliyyətindən doğulur, çünki
mer bu qərarı dövlət adından çıxardır.
İkincisi son dərəcə mürəkkəb məsələdir; polisin fəaliyyəti
sahəsində və nəzarətin həyata keçirilməsi zamanı bu qaydalar da bir qədər
incəliklərlə üzləşir.
Polisin fəaliyyət məsələsi ona görə mürəkkəbdir ki, Fransada
müasir hüquq sistemi xidmətin təşkili ilə bağlı onun məsuliyyəti arasında
uyğunsuzluq nəzərdə tutur. Polis xidmətlərinin təşkili əsasən dövlətdən
asılıdır. Polis bölmələrinin əksəriyyəti dövlət xidmətidir, polis nəfərləri
özləri isə dövlət agentləridir. Bu, şəhər polisinə, respublika təhlükəsizlik
dəstələrinə, jandarmeriyaya da aiddir; yalnız kənd polisi indiyədək
kommuna hakimiyyətlərinin tabeliyindədir.
Xidməti funksiyaların xarakteri baxımından da fərq qoyulmalıdır.
Bir çox hallarda məhkəmə işləri bələdiyyə polisinin fəaliyyətinə aid edilir
(bələdiyyə polisi isə, hətta onun funksiyalarını dövlət agent- ləri yerinə
yetirdikdə belə kommunalann tabeliyindədirlər). Digər hallarda müvafiq
işlər dövlətin tabeliyindəki polisin fəalliyyətinə də aid edilir. Beləliklə,
zərərə görə cavabdeh qismində çox zaman kommuna, bəzi hallarda isə
dövlət çıxış edir.
Kommunanm məsuliyyəti bələdiyyə polisinin qərarları ilə,
məsələn, avtomobil dayanacağı haqqında, yaxud təcili zərurət olduqda
adamları yerləşdirmək üçün mənzillərin müsadirə edilməsi barədə
qərarlarla müəyyənləşdirilir. Yaşayış məntəqələrində yol hərəkəti üzrə
polisə aid bütün məsələlər kommunanm səlahiyyətindədir. Bununla
yanaşı, kömək üçün qonşu kommunalann, hətta departamentlərin
yanğınsöndürmə xidmətlərinə müraciət etməyə məcbur olan kiçik bir
kəndin yanğınsöndürənləri barədə getdikdə belə, yanğınsöndürmə ilə
bağlı bütün məsələlər yanğın baş verən yerin kommunasmm
səlahiyyətindədir.
Polisin fəaliyyət prosesində aşağıdakılar həyata keçirilir:
şəhərlərdə ictimai asayişin qorunub saxlanması, şəhərlərdən kənarda yol
185
hərəkətinə nəzarət edilməsi və nəhayət, xaricilərin işlərinə, sürgünedil-
mənin həyata keçirilməsi nəzarətin həyata keçirilməsinə, yaxud da
məhkəmə qərarlarının yerinə yetirilməsi üçün köməklik məqsədilə
polisdən istifadə edilir.
Belə olduqca çoxcəhətli funksiyaların bir əldə cəmlənməsi təəssüf
ediləcək haldır, çünki polisin xidməti işi ilə bağlı olaraq vurulmuş
zərərlərin ödənməsinə nail olmaq asan deyildir. Əgər zərər məhkəmə
polisinin hərəkətləri nəticəsində dəymişdirsə, bu hərəkətlər dövlət
hakimiyyəti tərəfindən və dövlət adından icra edildiyinə görə bu barədə
mübahisələr ümumi məhkəmələrdə baxılmalıdır. Qeyri-qanuni
hərəkətləri inzibati polis etmişdirsə, onda mübahisələrə inzibati ədliyyə
orqanlarında baxılmalıdır. Əgər bələdiyyə polisi tərəfindən törədilibsə,
dövlət adından fəaliyyət göstərən polisdən söhbət getməsindən asılı
olaraq, bu məsələdə fərq qoyulur. Elə hallar olur ki, eyni bir agent
müəyyən müddət ərzində məhkəmə polisi çərçivəsində fəaliyyətdən
inzibati polis çərçivəsində fəaliyyətə keçir. Yol hərəkətini təmin edən
polis bununla əlaqədar hüquqpozmaya görə cərimə tətbiq edirsə, bunu
məhkəmə polisi adından edir. O, yol hərəkətini pis təmin etdiyinə görə
zərər vurursa, bu zaman bələdiyyə polisi adından çıxış etmiş olur; əgər
avtomobil sürücüsü polis nəfəri ilə mübahisə edərək, nəticədə ona bədən
xəsapəti yetirirsə, onda polis nəfəri dövlət adından hərəkət etmiş olur,
çünki söhbət hüquq qaydalarının qorunmasından gedir.
Nəzarətin həyata keçirilməsi zamanı məsuliyyət prinsipi normativ
aktlarla yaradılır. Məsələn, merin kommuna adından qəbul etdiyi
bələdiyyə qərarı kommuna üçün məsuliyyət yaradır. Lakin o, bu qərarı
qəbul etməyə kommunanı məcbur edərsə, yaxud əksinə, o, kommunaya
qəbul etmək istədiyi qərarı qəbul etməyi qadağan edərsə^ bu zaman
kommuna dövlətə qarşı iddia qaldıra bilər. Bu halda dövlətin məsuliyyəti
təqsirli nöqsanla əlaqədar olaraq yaranır və zərərçəkənin özü bilavasitə
dövlətə qarşı iddia qaldırmaq hüququna malikdir. Bunun nəticəsində bir
sıra praktik çətinlkilər, o cümlədən dövlət nəzarəti funksiyalarının
əvəzlənməsi zamanı yaranan çətinlkilər ortaya çıxır. Misal üçün, əgər
Respublika komissarı bilavasitə kommuna adından çıxış edirsə, onun
hərəkətləri birinci növbədə kommuna üçün məsuliyyət riski yaradır.
Bu çətinliklər bəzən şikayətçilər üçün çaşdırıcı hal olur və belə
hallar Dövlət Şurasını çətin vəziyyətdən çıxış yolu tapmağa vadar edir.
Məsələn, məcburi vaksinasiya nəticəsində (peyvəndetmə) bəzən
vətəndaşlara zərər vurulur. Vurulmuş zərər dövləti xidmət sahəsi nəti
186
cəsində baş verir. Dövlət Şurasının səhiyyə naziri Lastrojolinin əleyhinə
dair iş üzrə 13 iyul, 1963-cü il tarixli qərarında müəyyən edilmişdi ki, «bu
işdə iki ümumi kollektiv arasında qanunvericilik tərəfindən
müəyyənləşdirilmiş sıx əməkdaşlıq olduğundan» zərərçəkən cərimə
ödənilməsi barədə tələblərə öz mülahizəsi üzrə bu və ya digər ümumi
kollektivə qarşı şikayət vermək hüququna malikdir. Sonradan hər iki
ümumi kollektiv ödəniləsi cərimə məbləğini öz aralarında bölmək barədə
razılığa gələ bilərlər. ,
Lakin bu cür məhkəmə praktikası indiyədək yalnız vaksinasiya ilə
əlaqədar olaraq müvafiq şəxslərin başına gələn bədbəxt hadisələrlə
məhdudlaşmışdır.
Beləliklə, məhkəmə praktikası perspektivli olmalıdır. Bu
baxımdan idarəetmə fəaliyyətinin mürəkkəb peripetiyalannda, vurulmuş
zərərə görə cavabdeh kollektivin axtarışında çətinliklərlə üzləşən
zərərçəkənə cərimə ödənilməsini asanlaşdırmaq məqsədilə gələcəkdə,
bəlkə də, bu ideyaya yenidən qayıdılmalı olacaqdır.
Qurğunun sahibi - memarı tərəfindən aparılan ümumi işlərlə
vurulan zərər inzibati məsuliyyətin çox mühüm kateqoriyasını təşkil edir.
Bu halda məsuliyyət daşıyan şəxs qurğunun sahibi olacaqdır; o,
ümumi-mülki qanunvericilik üzrə sahibin ekvivalentidir.
Misal üçün, yol şəbəkəsi üzrə qurğunun sahibi kimi yollar
baxımından - dövlət, departament yollan baxımından - departament və
kommuna çıxış edir. Lakin müəyyən meyarlar və bəzi xüsusiyyətlər
vardır ki, bunların da yeganə məqsədi zərərçəkənin cavabdeh şəxsin və ya
orqanın axtarmasını asanlaşdırmaqdır. Göstərilən hallarda zərərçəkənin
vəziyyəti olduqca əlverişlidir, çünki o, iddiaçıdır və qurğunun sahibi -
zərərçəkən qarşısında həmişə məsuliyyət daşıyan şəxsdir. Zərərçəkən
göstərilən halda zərərin ödənməsi barədə iddia ilə işi gördürən sahibkara
və ya qurğunun saxlanmasına cavabdeh olan digər ümumi kollektivlərə
müraciət edə bilər.
Konkret cavabdeh axtarmaq problemi həmişə inzibati hüquqa xas
olmuşdur, bu ondan irəli gəlir ki, administrasiyanın fəaliyyəti çox-
şaxəlidir və onun fəaliyyəti bütün əraziyə yayılmışdır ki, bu da öz
ifadəsini idarəetmə bölmələrinin və hüquqi şəxslərin müxtəlifliyində
tapır.
Əlavə etmək lazımdır ki, çox zaman nəzəri cəhətdən güman edilən
cavabdehin arxasında cərimə ödəyicisi - real cavabdeh durur. Məsələn,
sığorta şirkəti. Şirkət dövlətin özünün sığortaçısıdır və ona qarşı iddia
irəli sürüldükdə ziyanı məhz o ödəyir. Lakin departamentlər, kommunalar
və yaxud təsisatlar da fərdi şəxslərin hüquqları ilə sığor
187
ta olunmağa meyillidirlər və onlara qarşı iddia irəli sürüldüyü zaman
cəriməni əslində sığorta şirkəti ödəyəcəkdir. Digər tərəfdən, çox zaman
zərərçəkən artıq öz sığorta olunduğu sığorta şirkətindən ödənc almış olur.
Bu zaman məhkəmədə gedən proses öz nümayəndələri ilə təmsil olunan
iki sığorta şirkəti arasında yaranan proses olacaqdır. Belə təsəvvür
yaranır ki, bir tərəfdən kommuna, digər tərəfdən isə vətəndaş çıxış edir,
lakin əslində onların hər ikisinin arxasında sığorta şirkətləri durur.
Dostları ilə paylaş: |