orqanına həvalə edilmiş bütün cərimə məbləğini məhz' kassadan
alacaqdır. Bu, müasir praktikada olduqca mühüm əhəmiyyət kəsb edən
yeni elementdir. Lakin 1973-cü il qanunu ilə bu sistemin
fəaliyyət-nəticələri xeyli zəifləmişdir, çünki müəyyən edilmişdir ki,
sosial sığorta kassalan fiziki və mənəvi xarakter daşıyır.
Xarici paritetlər problemi dövlət idarəetmə heyətinin və xüsusi
bölmənin, yaxud xüsusi ictimai müəssisələrin qulluqçularının əmək
haqlannm nisbətində öz ifadəsini tapır.
Qeyd edilmişdi ki, ümumi (ictimai) və yaxud xüsusi müəssisələrin
qulluqçuları bərabər əməyə görə dövlət administrasiyasının qul-
luqçulanndan daha yüksək əmək haqqı alır; 1955-ci ildə ümumi (ictimai)
bölmə daxilində dövlət administrasiyası qulluqçuları və müəssisələrin
qulluqçuları üçün əmək haqları miqdannın uyğunlaşdırılması prinsipi
müəyyən edilmişdi; lakin belə uyğunlaşdırma heç vaxt tam həyata
keçirilməmişdir. Demək olar ki, ümumi (ictimai) müəssisələrin
qulluqçulan həmişə dövlət administrasiyası qulluqçulanndan daha yüksək
maaş alır və eyni zamanda, xüsusi müəssisələrin qulluqçula- nna da
ümumi (ictimai) müəssisələrin qulluqçularına nisbətən daha yaxşı haqq
ödənilir.
Lakin bu müddəanı başqa bir fikirlə tamamlamaq lazımdır: daim
yeni bir ümumi müəssisədə və yaxud eyni bir idarəetmə aparatında eyni
vəzifədə işləyən qulluqçunun əmək haqqı idarəetmə aparatında işlədiyi
dövr ərzində xüsusi müəssisədəkinə nisbətən daha çox artır. Əmək
haqqının hərəkət dinamikası çarpazlaşır. Adətən xüsusi bölmədə əmək
haqqı ilk mərhələdə nisbətən daha yaxşı ödənilir. Lakin xüsusi bölmədə
əlaqədar şəxsin məvacibinin dəyişmə xətti ümumi bölmədə məvacibin
artma xəttindən aşağıdır, bunun nəticəsində müəyyən bir məqamda bu
xətlər çarpazlaşır və əmək fəaliyyətinin sonunda bütün əvvəlki şərtlər
daxilində ümumi bölmə qulluqçusunun məvacibi, əlbəttə ki, xüsusi
bölmə qulluqçusu ilə müqayisədə daha yüksək olacaqdır.
Eyni bir işin yerinə yetirilməsi zamanı zahiri bərabərlik problemi
daha kəskin şəkildə ortaya çıxır. İdarəetmə aparatmdakı maki- naçı ilə
xüsusi bölmənin makinaçısı arasında peşə baxımından fərq yoxdur. Bu,
keçmiş Fransa Radio Verilişləri və Televiziya İdarəsində «Avropa-1» və
yaxud RTX stansiyalanmn kütləvi proqramlannda tamamilə eyni işi
yerinə yetirən operator, səsyazma texniki peşələri ilə əlaqədar böyük
problemlər yaratmışdı. İnformatika sahəsində açıq- aşkar çatışmayan
mütəxəssislərin əməyinin ödənilməsində də vəziyyət belə idi. Burada
müdiriyyət onunla əlaqədar olaraq
çox çətin vəziy-
192
yətə düşür ki, eyni əmək müqabilində onun təklif etdiyi məvacib xüsusi
bölmə çərçivəsində müvafiq əməyə görə verilən məvacibdən xeyli aşağı
idi.
Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, ümumi bölmədə
əməyə görə haqq qanunla və qanun aktları ilə ciddi və qəti surətdə
müəyyənləşdirilir, halbuki xüsusi bölmədə əməyə görə haqq tələb və
təklif qanununun təsirindən asılıdır. Əgər xüsusi bölmədə müəyyən
məqamda bəzi peşələr üzrə mütəxəssis, misal üçün, informatika
mütəxəssisləri çatışmazlığı müşahidə edilərsə, onların əmək haqqı
artırılacaq, ümumi bölmədə isə əmək haqqı dondurulmuş vəziyyətdə
qalacaq və bu səbəbdən həmin bölmə özünə lazım olan mütəxəssisləri
toplaya bilməyəcəkdir.
Bu cür geridəqalma rəhbər kadrlarla əlaqədar xüsusilə nəzərə
çarpır: «İsti yeri tutmaq» ənənəsi, yəni yüksək səviyyəli məmurların
ümumi müəssisələrdə və xüsusi bölmənin müəssisələrində işə keçməsi
təzahürü bununla izah olunur.
Məhz əməyə görə məvacib miqdarı müəyyənləşdirilməsində sərt
münasibətə gəlincə daha artıq dərəcədə qeyri-normal və hüdudsuz miqyas
alan bu münasibəti aradan qaldırmaq üçün indi əlavə haqq ödənilməsi
praktikası geniş yayılmağa başlamışdır.
Dostları ilə paylaş: