28
TTTS – müvəqqəti təxmini gigiyenik normativ olub, 2 il
müddətinə “Sənaye toksikologiyası” problem komisiyasının
təklifi əsasında təsdiqlənir.
Öyrənilən maddə üzrə YVK
təsdiqləndiyi andan etibarən, hazırki
maddə üçün müəyyən
olunmuş TTTS sənədi öz qüvvəsini itirmiş olur. TTTS
istehsalatın lahiyələşdirilməsi dövrü üçün (təcrübə və yarımzavod
qurğusu şəraiti üçün) müəyyən edilir.
TTTS-ə təsdiq edildikdən sonra yeniden baxılaraq,
işçilərin sağlamlığı və əmək şəraiti üzrə toplanmış məlumatlar
nəzərə alınmaqla YVK ilə əvəz olunur.
Hal-hazırda zəhərli maddələrin işçi zonası havasında
hesablama yolu ilə normallaşdırılmasına
aid kifayət qədər
material toplanmışdır.Hesablama metodlarının əksəriyyətinin
əsasında ümumi prinsip üzrə
müəyyən edilmiş gigiyenik
normativlər və müxtəlif fiziki-kimyəvi və bioloji parametrlər
arasında korrelyasion asılılığın aşkar edilməsinə əsaslanır.
Yuxarıda ifadə olunanlar zərərli kimyəvi maddələrin işçi
zonası havasında TTTS-nə
aid metodik tövsiyyənin
hazırlanmasına imkan verdi.
Təbii ki, hesablama metodları-eksperimental yollarla
YVK-nin əsaslandırılmasını
tam proqramda əvəz edə bilməz,
xüsusilə də spesifik və uzaq effektlər törədə bilən(mutagen,
kanserogen və b.) maddələr üçün.
2.
YVK-nin əsaslandırılması və təsdiqi.
Toksikoloji eksperiment.
Hal-hazırda “işçi zonası
havasında zərərli maddələr üçün sanitar standartların
əsaslandırılması üçün tədqiqatların aparılması üzrə metodik
qaydalar”-dan istifadə edilir.
Dostları ilə paylaş: