Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə13/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

-zərərsizləşdirmə
-
zəhərin kimyəvi quruluşunun 
dəyişdirilməsi
. Məsələn, üzvi birləşmələr hər şeydən əvvəl 
hidroksilləşməyə (OH-qrupları əmələ gəlməsi) məruz qalır, 
üstəlik bu proseslər aktiv sürətdə əsasən hüceyrələrdəki 
mikrosomal strukturlarda, başlıca olaraq, qaraciyərdə
böyrəküstü və bəzi başqa orqanlarda baş verir.Zəhərlərin 
çevrilmə prosesləri çox cəhətli olub, oksidləşmə, reduksiya,
parçalanma, metilləşmə, kükürd, qlükuron turşusu və amin 
turşuları ilə birləşərək mürəkkəb cüt birləşmə əmələ gətirərək,
sonda xeyli hissə az zəhərli və orqanizmdə aktiv olan maddəyə 
gətirib çıxarır. 
-depo əmələ gətirmə və xaric olma
qanda dövran edən 
zəhərin miqdarını azaltmağın müvəqqəti bir yoludur. Məsələn,
ağır metallar çox vaxtı sümüklərdə, qaraciyərdə, böyrəklərdə,
bəzi hallarda sinir sistemində ləngiyib qalır.Bu proses mürəkkəb 
olub, zərəsizləşdirmənin mükəmməl yolu deyil, belə ki, zəhərlər 
depodan qana daxil ola bilirlər. Zəhərlərin depodan qana daxil 
olması dövrü olaraq sinir gərginlikləri, xəstəlik halları, alkahol 
qəbulu zamanı kəskin artaraq, xroniki zəhərlənmənin 
kəskinləşməsinə səbəb ola bilir. 
Toksiki maddələrin orqanizmdən xaric olunması 
prosesi
xüsusi yer tutur.Kimyəvi maddələrin orqanizmdən xaric 
olması, ağciyərlər, mədə-bağırsaq traktı, böyrəklər, həmçinin 
tərlə, seliklə və qadın südü vasitəsilə mümkündür.Kimyəvi 
maddə həm dəyişilməmiş vəziyətdə, eləcə də metabolitlər 
şəklində evakuasiya olunurlar.Toksiki agentlərin xaric olunma 
sürəti çox faktorlardan:birinci növbədə onun uçuculuğundan,
suda və yağlarda həll olunmasından, kimyəvi quruluşundan,
toplanma xüsusiyyətindən və kumulyativ xassəsindən asılıdır. 
Xüsusi qeyri qənaət bəxş nəticələr zəhərlərin qadın südü ilə xaric 
olunması ola bilər. Məlum olduğu kimi uşaqların həyatının birinci 


24 
illərində orqanizmin toksiki maddələrə qarşı rezistentliyi çox zəif 
və ya olmaya bilər. Qadın südü ilə xlorlaşdırılmış 
karbohidrogenlər, aldehidlər, civə, arsen və bir çox başqa zəhərlər 
ola bilər.Bununla əlaqədar olaraq süd verən analar toksiki 
maddələrlə əlaqədar işə buraxılmamalıdırlar. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin