Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

Gigiyenik təcrübədə 
orqanizmə təsir dərəcəsinə görə
ən çox istifadə olunan
təsnifat
: Zərərli maddələr təhlükəliliyinə 
görə dörd sinifə bölünür.( DÜST 12.1.007-76 )
1-ci – fövqaladə təhlükəli maddələr; 
2-ci – yüksək təhlükəli maddələr; 
3-cü- orta təhlükəli maddələr; 
4-cü- az təhlükəli maddələr . 
2.3. ZƏHƏRLƏRİN ORQANİZMƏ DAXİL OLMA 
YOLLARI VƏ ORQANİZMDƏKİ AQİBƏTİ 
Sənaye 
zəhərlərinin 
toksikokinetikası 
və 
toksikodinamikası. 
Toksikokinetika-
Toksikologiyanın bir bölməsi olub,
zərərli kimyəvi maddələrin orqanizmə daxil olmasını, sorulma 
mexanizmini, bioloji transformasiyasını və eliminasiyasını 
öyrənir.
Toksikodinamika 
dedikdə toksikologiyanın bölməsi
kimi zərərli kimyəvi maddələrin orqanizmdə baş verən 
kompleks dəişikliklərinin öyrənilməsi nəzərdə tutulur. Toksikant 
orqanizmə düşərək ayrı-ayrı orqan və toxumalarda paylanır,
transformasiya olunaraq yeni kimyəvi birləşmələr əmələ 


17 
gətirməklə, bu və ya digər orqanlarda toplanaraq depo əmələ 
gətirir və yaxud orqanizmdən xaric (eliminasiya) olunur. 
Bir cox zəhərlər bu və ya digər dərəcədə insan 
orqanizmində 
metabolik 
dəyişikliklərə 
uğrayır, yəni 
biotransformasiya
olunur. Biotransformasiya daha çox iki 
mərhələdə gedir: 1.hidroksilləşmə (oksidləşmə), reduksiya və 
hidroliz olunaraq, aralıq məhsulu əmələ gətirir 2.qlükuronlaşma,
sulfatlaşma, metilləşmə, qlütationla birləşməsi nəticəsində
əmələ gələn aralıq məhsullar zülallarla, amin turşuları ilə 
konyuqasiya olunaraq, yaxsi həll olunan - qeyri toksiki maddələr 
şəklində orqanizmdən xaric olunurlar. Yəni zəhərlərin 
zərəsizləşməsi və ya detoksiyasi baş verir. 
Biotransformasiya problemi ondan ibarətdir ki, tez-tez az 
toksiki və yaxud tamamilə toksiki olmayan maddə metobolik 
dəyişiklik prosesində ilk vəziyyətinə nisbətən xeyli toksiki xassə 
kəsb edir. Belə ki, nitratlar nitritlərə (10 dəfə çox toksiki), karbon 
4-xlorid(CCl
4
) CCl
3
-ə (5 dəfə toksiki), xlorofos dixlofosa (7 dəfə 
çox toksiki) maddəyə çevrilir.
Qeyd edilməlidir ki, zəhərlərin insan orqanizminə təsiri 
orqan və toxumalardakı hüceyrə reseptorları vasitəsilə həyata 
keçirilir. Fermentlər(ən çox), hüceyrə membran sahələri və yaxud 
onların orqanellaları (xüsusən ribasom, mitaxondrilər, lizosom),
aminturşuları, DNT, purin nukleotidləri, vitaminlər, hormonlar 
və mediatorlar reseptorların funksiyalarını icra edirlər. 
Toksikantların insan orqanizminə daxil olma yolları, 
paylanma prinsipləri, xaric olma yolları bir sıra səbəblərdən 
asılı olur

1.Toksikantın fiziki-kimyəvi xassəsindən (suda və yağlarda həll 
olması, molekul ölçüsündən). 
2.Orqanın qan təchizatından. 
3. Orqanların funksional vəziyyətində (qaraciyər, böyrəklər,
ağciyərlər), onların bu və ya digər toksikantlara qarşı 
dayanıqlığından.


18 
4.Toksikantların baryerlər vasitəsilə nüfuzetmə qabiliyyətindən 
(o cümlədən hematoensofalik). 
5.Zəhərlərin bu vəya digər reseptorlar vasitəsilə bu və ya digər 
orqanlara təsirinə görə oxşarlığı (tropizm). Belə ki, miokard 
hüceyrə reseptorları ürək qlikozidlərinə, ağciyər toxuması isə 
aminazinə qarşı daha həssasdır. 
Kimyəvi maddələrin toksiki təsir intensivliyi xeyli 
dərəcədə onların aqreqat vəziyyətindən və orqanizmə daxil olma 
yolundan asılıdır. İstehsalat zəhərləri qazlar, buxarlar, maye,
aerozol, bərk maddə, həmçinin qarışıq şəkildə olmaqla 
orqanizmə tənüffüs orqanları, mədə bağırsaq traktı,
zədələnməmiş dəri, bəzi hallarda isə gözün selikli qişası 
vasitəsilə daxil ola bilirlər. 
Toksiki maddələrin ən çox daxilolma intensivliyi- qaz, 
buxar, aerozol və qaz-buxar qarışığı şəklində tənəffüs yolları 
vasitəsi ilə olurki, bu da ağciyərlərdən böyük həcmdə havanın 
keçməsi ilə, xüsusilə də fiziki gərginlik zamanı ümumi alveol 
səthinin (100 m2-dən çox) və ağciyər kapilyarlarından daimi 
olaraq güclü qan cərayanı keçməsi ilə şərtlənir. Belə şəraitdə 
zəhərlər sürətlə qana daxil olur və bütün orqanizmə yayılır. Bəzi 
maddələr məsələn, əksər üzvi həlledicilər, yağ və aromatik sırali 
karbohidrogenlərin buxarları qana dəyişilməmiş şəkildə daxil 
olduğu halda, digər qrup zəhərlər isə alveollarda dəyişilərək yeni 
birləşmələrə çevrilir, sonra qana nüfuz edir və bütün orqanizmə 
yayılır. 
Buxar və qaz şəklində olan kimyəvi maddələrin 
mayelərdə həll olunma əmsalı fiziki-kimyəvi göstərici kimi vacib 
əhəmiyyət kəsb edir.Toksiki maddənin suda həll olunma xassəsi 
onun havadan qana daxil olma sürətini artırır. Belə ki, müxtəlif 
birləşmələrin qanda həll olunma göstəricisi, onların suda həll 
olunmasına yaxındır, yəni alveolar havadan qana keçid qazların 
diffuziya qanununa uyğun olaraq 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin