12
sintez olunan sənaye çirkləndiriciləri, pestisidlər, kimyəvi
məişət preparatları, dərman vasitələri və s. birləşmələr aiddir.
İnsan orqanizminə əmək fəaliyyəti şəraitində təsir
etməklə, işgörmə qabiliyyətinin pisləşməsinə və yaxud
sağlamlığın pozulmasına səbəb olan – peşə və yaxud istehsalat
zəhərlənməsi törədən kimyəvi birləşmələr,
istehsalat (sənaye)
zəhərləri
adlanır. Bu, Toksikologiya elmi tərəfindən toksikoloji
metodla (yunanca- toxicon-zəhər, logos- öyrənmə) –öyrənilir.
Toksikologiya
-
istehsalat zəhərlərinin orqanizmə təsirini
aşkar etməklə, onların zəhərlilik və təhlükəlilik dərəcəsini təyin
edərək, gigiyenik normativlər və tövsiyələr işləyib hazırlayan,
profilaktik yönümlü elm sahəsidir. Sənaye toksikogiyası ən çox
kimya, biologiya, geologiya və riyaziyyatla sıx surətdə
əlaqədardır. Toksikologiya –maddənin insan və heyvan
orqanizminə zərərli təsir mexanizmini, bu zaman ikkişaf edən
patoloji
proseslərin
qanunauyğunluqlarını
öyrənməklə,
zəhərlənmələrin diaqnostikasına, müalicəsinə və profilaktikasına
və s. aid metodlar işləyib hazırlayır. Müasir təsəvvürləri nəzərə
almaqla,
Dostları ilə paylaş: