7
Giriş
Toksikologiya o elmlərdəndir ki, burada çox saylı faktiki
materiallar çox yüksək templə toplanır, ona görə ki bir sıra
sənaye sahələrində istifadə olunan yeni-yeni kimyəvi maddələr
ətraf mühitdə və istehsalatda insanlar
üçün potensial təhlükə
təşkil edir. Hal-hazırda insanlara məlum olan kimyəvi
maddələrin
ümumi miqdarı 6 milyona çatır. Dünya
ictimaiyyətində kimyəvi məhsullara xərclənən vəsait 2021-ci ildə
hər il üçün 2 trilyon dollar təşkil etmişdir ki,
bu da illik
kommunikasiya xərclərini ötüb keçir.
Dünyada sənaye və kənd təsərrüfatında istifadə etmək
üçün buraxılan kimyəvi birləşmələr 100 minə çatır ki, onların da
1, 5 mini
potensial toksikantlardır.
Dünyada tətbiq edilən
kimyəvi birləşmələrin 25%-i insanlara təsiri zamanı onların
beynini zədələyə bilər.
Bir çox laboratoriyalar və zavodlardan çox saylı kimyəvi
maddələr çıxır ki, onlar müxtəlif monomerlər, həmçinin sintetik
materialların hazırlanmasında
istifadə olunan əlavələr, nadir
metal ərintiləri , yeni reaktivlər, rəngləyicilər, dərman vasitələri,
zəhərli
kimyəvi maddələr, gübrələr, yeni növ həlledicilər,
korroziya ingibitorları və bir çox digər maddələr yüksək toksiklik
və təhlükəlilik təsirinə malikdir. Bu məhsullar təbii olaraq,
təxirəsalınmaz toksikoloji
qiymətləndirmə tələb edir ki, bu da
insanlara zərərli təsirin qarşısının alınmasının əsasını təşkil
etməlidir.
Erkən aparılan toksikoloji müayinələr daha çox toksiki və
təhlükəli maddələrin hətta texnoloji proseslərin az toksiki və az
təhlükəli maddələrlə əvəz edilməsi ilə əlaqədar, lazımsız
əlavə
xərclərdən qaçmağa kömək edə bilər.
Dostları ilə paylaş: