Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə16/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

İstehsalat zəhərlənməsi
baş vermə xarakterinə və 
gedişinə görə kəskin və xroniki olmaqla bölünürlər.
Kəskin zəhərlənmə
hər şeydən əvvəl qəza hallarında baş 
verir.Bu zəhərlənmələr belə xarakterizə olunurlar: 
-toksiki agentin qısamüddətli təsiri-bir iş növbəsindən çox 
olamayaraq; 
-orqanizmə zəhərin nisbətən böyük miqdarda daxil olması;hava 
ilə böyük konsentrasiyada səhv olaraq daxilə qəbul etmə, dəri 
örtüklərinin güclü çirklənməsi; 


27 
-zəhərin bilavasitə təsiri zamanı aydın kliniki təzahürlərin və ya 
nisbi, çox olmayan adətən bir neçə saat davam edən gizli latent 
dövrün olması; 
Kəskin zəhərlənmənin inkişafı, bir qayda olaraq iki 
fazada olur:birinci qeyri-spesifik təzahürlər(baş ağrısı, zəiflik, 
öyümə və s.), ikinci spesifik təzahürlər(məsələn, azot oksidləri ilə 
zəhərlənmə zamanı ağciyər ödeminin baş verməsi) aiddir.
Qəza-təhlükəli kimyəvi maddələrə aid olan toksikantların 
siyahısını bilmək lazımdır (QTKM). 
QTKM-insiyahısına 
aiddir:xlor, ammonyak, sulfat turşusu, hidroflör turşusu, xlorid 
turşusu, azot turşusu, karbondörd xlorid, dixloretan, fosgen,
fosfor oksixlorid, fosfor üzvi birləşmələr(FÜB), karbon oksidi,
hidrogen sulfid, karbon sulfid, sinil turşusu, kükürd anhidridi,
metil xlorid, metil bromid, formaldehid, hidrazin və onun 
törəmələri, dimetilamin, fosforüçxlorid, etilen oksidi,
xlorpikrin, xlorsian, metilakril, trimetilamin, etilendiamin,
aset-onsianhidrin, asetnitril, metil spirti. 
Xroniki zəhərlənmə
zəhərlərin uzun müddət ərzində işçi 
orqanizminə tədricən təsiri zamanı baş verir. Bu, zəhərin özünün 
orqanizmdə 
toplanması 
nəticəsində 
yaranan 
-
material 
kumulyasiya
və yaxud onun törətdiyi 
funksional kumulyasiya
nəticəsində dəyişikliklər inkişaf edir.Orqanizmdə bu və ya digər 
zəhərlə xroniki və kəskin zəhərlənmə zamanı zədələnmiş orqan 
və sistemlər biri-birindən fərqlənə bilər.Məsələn, benzolla kəskin 
zəhərlənmə zamanı əsasən sinir sistemi zədələndiyi halda,
xroniki zəhərlənmədə qan-damar sistemi zədələnir. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin