26
zədələyə bilər.Məsələn, qurğuşun praktiki olaraq bütün orqan və
sistemlərə toksiki təsir göstərir.Baxmayaraq ki, ən ağır pozğunluq
sinir və ürək-damar sistemlərində, qan sistemində, qaraciyər və
bağırsaqlarda aşkar edilir.Qurğuşun depo əmələ gətirməsi əsasən
sümüklərdə olur.
Toksiki effekt, yuxarıda qeyd edildiyi kimi zəhərlərin
istehsalat şəraitində mikroiqlim parametrlərinin, fiziki faktorların
orqanizmlə qarşılıqlı əlaqəsinin nəticəsində baş verir.Zəhərin
toksikliyi havanın temperaturunun yüksəlməsi, eləcə də azalması
zamanı dəyişilir.Havanın temperaturunun yüksəlməsi zəhərlərin
uçuculuğunu artırır və onun konsentrasiyasını işçi zonası
havasında artırır.Havanın yüksək temperaturu zamanı toksiki
təsirin güclənməsi bir sıra uçucu maddələrdə:benzin, azot
oksidləri, civə buxarları, karbon oksidləri, xlorofos və b. qeydə
alınır.Bu səbəblər nəticəsində orqanizmin vəziyyətindəki
dəyişikliklər:termorequlyasiyanın pozulması, güclü tərləmə
zamanı su itkisi, maddələr mübadiləsində dəyişikliklər və bir çox
biokimyəvi proseslərin sürətlənməsi baş verir.
Zəhərlə birlikdə eyni zamanda orqanizmə səs-küy və
vibrasiyanın təsiri zamanı zəhərin təsir gücünün artdığı barədə
ədəbiyyatda məlumatlar vardır.Bunun səbəbi mərkəzi sinir və
ürək-damar sisteminin funksional vəziyyətində baş verən
dəyişikliklərlə əlaqədardır.
Dostları ilə paylaş: