AZƏrbaycan respublikasi təHSİl naz



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə3/50
tarix13.01.2020
ölçüsü4,43 Mb.
#30137
1   2   3   4   5   6   7   8   9   ...   50
4 biznes


 

 

 

 

 

 

 

Бизнесин тяшкили вя идаря едилмяси 

20 


1.3. Biznesin təşkilati-hüquqi formaları 

 

 



Biznesin müxtəlif təşkilati-hüquqi formaları mövcuddur (şəkil 1.2). 

 

 



Şə

kil 1.2. Biznesin təşkilati-hüquqi formaları 

 

Biznesin təşkilati-hüquqi formaları bir sıra əlamətlərə görə fərqlənirlər 



ki, bunlara aşağıdakıları aid etmək olar: 

-  kapital  sahibinin  idarəetmədə  və  müəssisənin  istehsal  fəaliyyətində 

şə

xsən iştirakının zərurilik dərəcəsi; 



-  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən  vətəndaşın  və  kommersiya 

təşkilatının  kapital  mülkiyyətçisinin  kreditorlar  qarşısında  əmlak  məsuliy-

yətinin dərəcəsi; 

-  müəssisənin  nizamnamə  kapitalının  qoyulan  vəsaitin  qaytarılması 

imkanı və qaydası. 

Kollektiv  sahibkarlığın  ən  geniş  yayılmış  formaları  təsərrüfat-yol-

daşlıq  və  təsərrüfat-cəmiyyət  hesab  edilir.  Bunlar  bir  sıra  ümumi  cəhətlərə 

malikdirlər: 

-  təsisçilərin  qoyduqları  pay  hesabına  yaranmış  əmlak,  həmçinin  on-

ların  fəaliyyəti  prosesində  istehsal  və  əldə  edilənlər  üzərində  mülkiyyət 

hüququ vardır; 

-  onların  hamısı  ümumi mülkiyyət  hüququna  malik  olan  kommersiya 

təşkilatlarıdır; 

-  cəmiyyət  və  yoldaşlıq  hüquqi  şəxs  kimi  digər  cəmiyyətlərdə  və 

yoldaşlıqlarda iştirak edə bilərlər; 

Biznesin təşkilati-hüquqi formaları 

 

Hüquqi şəxs  yaratmadan 



vətəndaşların sahibkarlıq 

fəaliyyəti 

 

Kommersiya təşkilatları 



 

Təsərrüfat 

yoldaşlıq 

 

Təsərrüfat 



cəmiyyət 

 

İ



stehsal 

kooperativi 

 

Unitar 


müəssisə 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

21 


- nə qədər ki, cəmiyyət və yoldaşlıq öz əmlakının mülkiyyətçisidir, on-

ların  təsisçilərinin  cəmiyyətə  münasibətə  görə  yalnız  məcburi  xarakterli 

hüququ vardır. 

Təsərrüfat  yoldaşlıq  və  təsərrüfat  cəmiyyət  təsərrüfatçılığın  təşkilati-

hüquqi formasına görə bir-birinə yaxındır ki, bu da bir növdən digərinə keç-

məyə  imkan  verir.  Ancaq  onların  arasında  əsas  fərq  ondan  ibarətdir  ki, 

təsərrüfat  yoldaşlıqda  şəxslər  birləşir,  təsərrüfat  cəmiyyətdə  isə  kapitallar 

birləşir. Bu əsas fərq onların hüquqi vəziyyətini müəyyən edir: 

-  təsərrüfat  yoldaşlıqda  bizneslə  fərdi  sahibkarlar,  yaxud  kommersiya 

təşkilatları məşğul ola bilər; 

- cəmiyyət bir şəxs tərəfindən yaradıla bilər, yoldaşlıq isə yox. 

Hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 

vətəndaş öz  öhdəliklərinə görə bütün əmlakı ilə cavabdehdir. 

Fərdi  sahibkarlıq  həm  fərdi  (təkbaşına)  yaradılan  müəssisə  əsasında, 

həm  də  yoldaşlıq  və  cəmiyyət  formasında  yaradılan  müəssisə  vasitəsilə 

həyata keçirilə bilər. 

Xüsusi fərdi müəssisə bir nəfərin şəxsi mülkiyyəti olaraq həm biznes 

fəaliyyətinin həyata keçirilməsinə görə və həm də bu fəaliyyətlə bağlı alınan 

nəticələrə görə tam məsuliyyət daşıyır. Xüsusi fərdi müəssisənin nizamnamə 

fondu  mövcud  qanunvericiliklə  müəyyən  edilmiş  müddətdə  müəssisənin 

hesablaşma hesabına təsisçinin qoyduğu vəsaitdən əmələ gəlir. 

Fərdi  müəssisənin  əmlakı  müəssisənin  təsisçiləri  və  iştirakçılarının, 

həmçinin onun mənfəətində iştirak  edən şəxslərin qoyduqları pay hesabına 

formalaşır. 

Fərdi müəssisədə əmək fəaliyyəti ilə həm təsisçi, həm də əmək müqa-

viləsi əsasında vətəndaşlar məşğul olurlar. Muzdlu işçilərə əməkhaqqı ödə-

nilir,  həmçinin  mövcud  qanunvericiliklə  nəzərdə  tutulmuş  sosial-iqtisadi 

təminatlar verilir. 

Fərdi  müəssisənin  özünün  ayrıca  hesablaşma  hesabı,  valyuta  hesabı 

olur.  Müəssisənin  əmlakı  mövcud  və  müqavilə  qiymətilə  müəyyən  edilmiş 

həcmdə  balansda  qeyd  olunur.  Prinsipcə  müəssisənin  idarəetmə  strukturu-

nun  istənilən  variantı  mümkündür,  o,  işçilərin  sayı,  istehsalın  xarakteri, 

mülkiyyətçinin  ixtisas  səviyyəsi  və  kompetensiyası  kimi  amillərdən  bila-

vasitə asılıdır. 

Biznes  fəaliyyətində  istifadə  olunan  kapitalın  və  sahibkarın  intellek-

tual  potensialının  artması  təsərrüfat  yoldaşlıq  yaratmaqla  təmin  edilə  bilər 

ki, bunun da iki növü olur: tam şərikli, payçı və şərikli. 

Şə

rikli (tam ortaqlı) müəssisə azı iki fiziki və hüquqi  şəxs tərəfindən 

müqavilə  əsasında  təsis  edilir.  Müəssisənin  şərikləri  onun  öhdəliklərinin 

yerinə  yetirilməsinə  görə  özlərinin  bütün  əmlakı  ilə  məsuliyyət  daşıyırlar. 

Fəaliyyət  göstərən  müəssisəyə  sonradan  daxil  olan  şərik  həm  də  müəssi-

sənin  əvvəlki  borclarına  görə  bütün  əmlakı  ilə  məsuliyyət  daşıyır.  Müəssi-



Бизнесин тяшкили вя идаря едилмяси 

22 


sədən  çıxan  şərik  həmin  vaxta  kimi  müəssisənin  fəaliyyəti  nəticəsində  ya-

ranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət 

daşıyır.  

Payçı və şərikli (komandit ortaqlıqlar) müəssisə azı bir şərik və payçı 

tərəfindən  təsis  edilir.  Şərik  və  payçı  həm  fiziki  şəxs,  həm  də  hüquqi  şəxs 

ola bilər. Şərik müəssisənin öhdəliklərinə və borclarına  görə özünün bütün 

ə

mlakı ilə, payçı isə yalnız müəssisəyə verdiyi pay həcmində məsuliyyət da-



ş

ıyırlar. Fəaliyyət göstərən müəssisəyə daxil olan şərik həm də müəssisənin 

həmin  vaxta  kimi  olan  borclarına  görə  də  bütün  əmlakı  ilə  məsuliyyət  da-

ş

ıyır. Müəssisədən çıxan şərik həmin vaxta kimi yaranmış borclara görə də 



digər şəriklərlə birgə öz əmlakı ilə məsuliyyət daşıyır. 

Müəssisənin  idarə  heyətinin  üzvlərinin  seçilməsində  və  onların  səla-

hiyyətlərini  müəyyənləşdirən  nizamnamə  müddəalarının  qəbul  edilməsində 

yalnız  şəriklərin  səs  vermək  hüququ  vardır.  Nizamnamənin  digər  müd-

dəalarının qəbul edilməsində və müəssisədaxili məsələlərin həllində həm də 

payçıların  səs  vermək  hüququ  vardır.  Payçı  və  şərik  müəssisədən  çıxdıqda 

öz payını geri alır. 

Yoldaşlığın göstərilən növlərinə bir neçə ümumi əlamətlər xasdır: 

1.  Yoldaşlıq  –  insanların  könüllü  birləşərək  sahibkarlıq  fəaliyyəti  ilə 

məşğul olmasıdır. Praktiki olaraq yoldaşlığa çox da böyük olmayan bir qrup 

şə

xslər daxil olur. Şərikləri vahid maraq birləşdirir. 



2.  Yoldaşlıq  –  müqavilə  birliyidir.  Müqavilə  yazılı  şəkildə  bağlanılır 

və tam iştirakçıların hamısı tərəfindən imzalanır. Təsis müqaviləsində şərik-

lərin  adı,  onun  yerləşdiyi  yer  və  idarəetmə  qaydası  haqqında  məlumatlar, 

qoyulan kapitalın həcmi və tərkibi, nizamnamə kapitalında iştirakçıların pa-

yının dəyişilməsi, iştirakçıların məsuliyyəti barədə məlumatlar əks etdirilir. 

3.  Yoldaşlıq  –  əmlak  vasitələrinin  birləşməsidir,  hansı  ki,  pul,  əşya, 

daşınan və daşınmaz əmlak şəklində bağlanıla bilər. Daşınmaz əmlaka tor-

paq sahəsi, su obyekti, meşə, bina, tikililər və s. aid edilir. İştirakçılar həm 

özünün bütün əmlakını, həm də onun müəyyən hissəsini qoymaq hüququna 

malikdir. 

4.  Yoldaşlıq  –  maddi  vəsaitlərlə  yanaşı  şəxsi  qüvvənin  birləşməsidir. 

Şə

xsi  iştirak  işin  yerinə  yetirilməsində,  yaxud  xidmətlər  göstərilməsində 



təşkilati,  sərəncam  və  idarəetmə  fəaliyyətinin  həyata  keçirilməsində,  in-

tellektual əməkdə ola bilər. Bu cür iştirakçının payı müxtəlif ola bilər, ancaq 

müəssisənin fəaliyyətində hər hansı formada şəxsi iştirakı mütləq vacibdir, 

ə

ks təqdirdə iştirakçının mənfəətdən pay istəmək hüququ yoxdur. 



5. Yoldaşlığın məqsədi  özünün  xarakterinə  görə  ən  müxtəlif  birgə  

fəaliyyətdən mənfəət alınması hesab edilir. 

Beləliklə, yoldaşlıq – öz maddi vəsaitlərini birləşdirən və şəxsi səyləri 

ilə  müştərək      fəaliyyətdən      mənfəət      alınmasına      çalışan      iştirakçıların 

bağladıqları müqaviləyə əsaslanan korporasiyadır. 


Бизнесин тяшкили вя идаря едилмяси 

23 


Sahibkarlıq  korporasiyasının  müasir  təşkilati  formalarından  biri  də 

təsərrüfat cəmiyyətləridir. Təsərrüfat cəmiyyətlərinin aşağıdakı növləri fərq-

ləndirilir: məhdud məsuliyyətli cəmiyyətlər, əlavə məsuliyyətli cəmiyyətlər, 

səhmdar cəmiyyətləri. 

Məhdud  məsuliyyətli  cəmiyyətlər  bir  və  ya  bir  neçə  şəxs  tərəfindən 

təsis edilir. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı hər bir tə-

sisçinin kapitalının xüsusi çəkisi əsasında formalaşır. Məhdud məsuliyyətli 

cəmiyyətin iştirakçıları onun öhdəliklərinə cavbdehlik daşımır və qoyduqları 

ə

manətin dəyəri çərçivəsində cəmiyyətin fəaliyyəti ilə bağlı zərərlilik riskini 



öz üzərinə götürürlər. 

Məhdud  məsuliyyətli  cəmiyyət  –  ilkin  kapitalı  iştirakçıların  müəyyən 

pay şəklində təqdim etdikləri vəsaitlə formalaşan korporasiyadır. İştirakçılar 

qoyduqları həmin pay çərçivəsində məsuliyyət daşıyırlar. Məhdud məsuliy-

yətli  cəmiyyət  şəxsi  element  və  maddi  elementi  daha  hormonik  əlaqə-

ləndirməyə imkan verir.  

Məhdud  məsuliyyətli  cəmiyyətin  iştirakçıları  həm  fiziki  və  həm  də 

hüquqi  şəxs  ola  bilər.  Cəmiyyət  bir  şəxs  tərəfindən  də  yaradıla  bilər.  Cə-

miyyətin iştirakçıları uğursuzluq baş verdiyi hallarda çox ziyana düşəcəkləri 

barədə  narahat  olmurlar.  Çünki  onlar  cəmiyyətə  daxil  olarkən  özlərinin 

qoyduqları payına risk edirlər. 

Məhdud  məsuliyyətli  cəmiyyətlərdən  fərqli  olaraq  əlavə  məsuliyyətli 

cəmiyyətin iştirakçıları cəmiyyətin təsis sənədləri əsasında müəyyən edilmiş 

ə

manətin dəyəri çərçivəsində istər öz əmanətləri üzrə öhdəliklərə və istərsə 



də  cəmiyyətin  bütün  fəaliyyətinə  birgə  məsuliyyət  daşıyırlar.  Əlavə 

məsuliyyətli  cəmiyyətin  təsis  sənədləri  məhdud  məsuliyyətli  cəmiyyətin 

tələblərinə, ünvanına və təsisçilərinə uyğun gəlməlidir. 

Korporasiyanın  bu  iki  müqayisəli  növləri  arasında  fərq  aşağıda-

kılardan  ibarətdir.  Əlavə  məsuliyyətli  cəmiyyətdə  iştirakçılar  cəmiyyətin 

ə

mlakı  çatmayanda  öz  şəxsi  əmlakları  ilə  cəmiyyətin  öhdəliklərinə  cavab-



dehlik  daşıyırlar.  Beləliklə,  iştirakçılar  qoyduqları  əmanəti  bir  neçə  dəfə 

artıra  bilərlər  və  bu  nizamnamədə  əks  etdirilir.  İştirakçılar  həmrəy  olaraq 

ə

lavə  məsuliyyət  daşıyırlar.  Əlavə  məsuliyyətli  cəmiyyətin  iştirakçıları  öz 



qoyduqları əmanətlə yanaşı əlavə əmlaka da cavabdehdirlər. Bu cəmiyyətin 

üzvlərinə  imkan  verir  ki,  əlavə  məsuliyyətli  cəmiyyətin  fəaliyyətindəki 

uyğunsuzluqlarla əlaqədar riski azaltsın, yaxud məhdudlaşdırsın. 

Ə

lavə məsuliyyətli cəmiyyətin iştirakçılarından hər hansı birinin müf-



lisləşdiyi  halda  cəmiyyətin  öhdəliklərinə  görə  onun  məsuliyyəti  qalan  iş-

tirakçılar  arasında  onların  qoyduqları  əmanətə  uyğun  proporsional  bölüş-

dürülür. Hərçənd nizamnamədə belə olan halda başqa norma nəzərdə tutula 

bilər. 


Səhmdar  cəmiyyəti  təsərrüfat  fəaliyyətini  həyata  keçirmək  məqsədilə 

nizamnamə  fondunu  səhm  buraxmaq  yolu  ilə  formalaşdıran  fiziki  və  ya 



Бизнесин тяшкили вя идаря едилмяси 

24 


hüquqi  şəxslər  tərəfindən  könüllü  saziş  əsasında  yaradılan  müəssisədir. 

Səhmdar  cəmiyyəti  qapalı,  yaxud  açıq  tipli  səhmdar  cəmiyyəti  formasında 

yaradılır. Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin ək-

səriyyətinin  razılığı  ilə  özgəninkiləşdirilən  cəmiyyət  qapalı  tipli  səhmdar 

cəmiyyəti  hesab  edilir.  Səhmləri  müstəqil  surətdə  özgəninkiləşdirilə  bilən 

cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir. 

Açıq səhmdar cəmiyyəti (ASC) yaradılarkən səhmlər bütün istəyənlərə 

aydın şəkildə satılır. ASC həmçinin səhmlərin azad satışını həyata keçirmək 

hüququna  malikdir,  ASC-də  təsisçilərin  müəyyən  edilmiş  minimum  sayda 

səhmləri  olmalıdır  ki,  kənardan  onlara  qarşı  mümkün  sui-istifadə,  xəyanət 

hallarını aradan qaldıra bilsinlər. ASC-nin başlıca cəlbedici xassəsi odur ki, 

onun  iştirakçıları  başqa  səhmdarların  razılığı  olmadan  onlara  məxsus 

səhmləri ala bilərlər. 

Qapalı  səhmdar  cəmiyyətinin  (QSC)  yaradılması  prosesində  səhmlər 

yalnız  onun  təsisçiləri,  yaxud  əvvəlcədən  müəyyən  edilmiş  qrup  şəxslər 

arasında bölüşdürülür. Əgər QSC təsisçilərindən biri hər hansı cəmiyyətdən 

çıxıb öz səhmlərini satmaq istəyirsə, onda həmin səhmləri həmin cəmiyyətin 

digər üzvləri ala bilər. Yalnız səhmlərin satılması təklifindən 30 gündən 60 

günədək  müddətdə  onları  cəmiyyət  üzvlərindən  alan  tapılmazsa,  onda 

üçüncü şəxsə satmaq olar.  

Səhmdar  cəmiyyətləri  dövlət  əmlakının  özəlləşdirilməsi  prosesində 

orta və iri müəssisələrin əsasında  yaradılır. ”Səhmdar cəmiyyəti haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu    (1994-cü  il)      ölkə  ərazisində  səhmdar   

cəmiyyətlərin yaradılmasını və fəaliyyətini tənzimləyir. 

İ

stehsal kooperativi  birgə istehsal, yaxud digər təsərrüfat fəaliyyətini 

həyata  keçirmək  üçün  üzvlük  əsasında  vətəndaşların  könüllü  şəkildə  bir-

ləşməsidir.  İstehsal  kooperativinin  üzvləri  kooperativin  öhdəliklərinə  görə 

onun  nizamnaməsində  nəzərdə  tutulan  həcmdə  və  qaydada  məsuliyyət  da-

ş

ıyırlar.  İstehsal  kooperativinin    üzvləri  beş  nəfərdən  az  olmamalıdır.  İs-



tehsal kooperativinin  ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağı 

sayılır.  Kooperativin  icra  orqanı  idarə  heyəti  və  onun  sədri  hesab  edilir. 

Kooperativin mühüm xüsusiyyəti ondan ibarətdir ki, burada əməkdə iştirakı 

nəzərə almaqla təkcə mənfəət deyil, həm də ləğv edilən kvota bölünür. 

İ

stehsal kooperativinin  üstün cəhətləri aşağıdakılardan ibarətdir: 



-  kooperativin  mənfəəti  onun  üzvləri  arasında  qoyduqları  paya  mü-

tənasib  deyil,  onların  əmək  töhfəsinə  uyğun  olaraq  bölüşdürülür.  Bu  qay-

dada, həmçinin kooperativ ləğv edildikdən və kreditorların tələbləri ödənil-

dikdən sonra qalan əmlak bölüşdürülür; 

- qanunvericiliklə kooperativ üzvlərinin sayının məhdudlaşdırılmaması 

fiziki şəxslərin kooperativə daxil olmaları üçün böyük imkanlar yaradır; 

-  kooperativin  idarə  olunmasında  bütün  üzvlər  eyni  hüquqa  malik-

dirlər, belə ki, hər birinin yalnız bir səsi vardır. 



Бизнесин тяшкили вя идаря едилмяси 

25 


Unitar  müəssisə  ona  təhkim  edilmiş  mülkiyyətçinin  əmlakına  mül-

kiyyət hüququ olmayan kommersiya təşkilatıdır. Unitar müəssisənin əmlakı 

bölünməzdir, müəssisənin işçiləri arasında və paylara görə bölüşdürülə bil-

məz. Unitar müəssisə formasında yalnız bələdiyyə müəssisəsi yaradıla bilər. 

Unitar müəssisənin nizamnaməsində fəaliyyətin predmeti və məqsədi, həm-

çinin müəssisənin nizamnamə fondunun həcmi, onun formalaşması qaydası 

və mənbələri haqqında məlumatlar əks etdirilməlidir. 

Dövlət, yaxud bələdiyyə unitar müəssisənin əmlakı dövlət, yaxud bələ-

diyyə mülkiyyətində olur və təsərrüfat fəaliyyəti ilə məşğul olan müəssisəyə 

məxsusdur. Unitar müəssisə əmlakının mülkiyyətçisi, qanunla nəzərdə tutu-

lan hallar istisna olmaqla müəssisənin öhdəliklərinə görə cavabdeh deyil. 

Biznesin  təşkilati-hüquqi  formasını  seçərkən  aşağıdakı  əsas  amilləri 

nəzərə almaq lazımdır: 

- sahibkarın  qarşısına  qoyduğu  məqsəd  və  mövcud  sosial-iqtisadi 

mühitdə onun həyata keçirilməsi yolları; 

- ilkin kapitalın yaradılması üsulu; 

- istehsal-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üsulları; 

- biznesin təşkilati forması və idarəetmə metodları; 

-  təsərrüfat  subyektlərinin  yaradılması,  fəaliyyəti  və  ləğv  edilməsini 

tənzimləyən qanunvericilik və normativ-hüquqi baza; 

- sahibkarın istifadə etdiyi əmlakın mülkiyyət forması; 

- istehsalın təşkili forması; 

- müəssisə gəlirinin bölüşdürülməsi qaydası. 

Biznesin  təşkilati-hüquqi  formasının  seçilməsi  haqqında  qərar  qəbul 

edərək sahibkar müəyyənləşdirir: 

- ona  tələb  olunan  mümkün  hüquq  və  öhdəliklərin  səviyyəsi  və  həc-

mini.  Bu  biznesin  profili  və  məzmunundan,  mümkün  tərəfdaşlar  dairəsin-

dən, mövcud qanunvericilikdən asılıdır; 

- müəssisənin nizamnamə fondunun yaradılması formasını. Bu bizne-

sin  profili  və  məzmunundan,  şəxsin  imkanlarından,  fəaliyyət  miqyasından, 

biznesin  həyata  keçirildiyi  sahədə  rəqabətin  səviyyəsindən,  mülkiyyət 

formasından asılıdır; 

- müəssisənin  təşkilati  quruluşunun  ən  effektiv  formasını  və  onun 

idarə olunması sxemini. 

Beləliklə,  biznesin  xarakteri,  fəaliyyət  miqyası,  maliyyə  imkanları, 

həmçinin hər bir konkret halda sahibkarlığın müxtəlif formalarının üstün və 

nöqsan cəhətləri nəzərə alınmaqla ən sərfəli təşkilati-hüquqi formanı seçmək 

mümkündür. 

 


Бизнесин тяшкили вя идаря едилмяси 

26 


I BÖLMƏ.  BİZNESİN  TƏŞKİLİ 

 

II FƏSİL. MÜƏSSİSƏNİN YARADILMASI  

VƏ İQTİSADİ ƏSASLARI 

 

2.1. Müəssisə iqtisadiyyatın əsas subyekti kimi 

 

Müasir  bazar  iqtisadiyyatında  müxtəlif  mülkiyyət  formalı  çoxnövlü 



təsərrüfat   subyektləri əsas rol oynayırlar. Təsərrüfat subyekti hüquqi şəxs-

dir,  mövcud  qanunvericiliyə  uyğun  olaraq  dövlət  qeydiyyatından  keçir  və 

qarşıya qoyulan məqsədə nail olmaq üçün fəaliyyət göstərir.  

Yaranma  məqsədindən  və  fəaliyyətindən  asılı  olaraq  təsərrüfat  sub-

yektləri  kommersiya  və  qeyri-kommersiya  təşkilatlarına  bölünürlər.  Kom-

mersiya    təşkilatının  əsas  məqsədi  mənfəət  əldə  etmək  və  onu  iştirakçılar 

arasında bölüşdürməkdir. Qeyri-kommersiya təşkilatının məqsədi isə sosial   

məsələləri  həll  etməkdir,  əgər  təşkilat  sahibkarlıq  fəaliyyət  ilə  məşğul 

olursa,  onda  alınan  mənfəət  iştirakçılar  arasında  bölüşdürülmür,  yalnız 

sosial və digər ictimai faydalı məqsədlər üçün istifadə edilir. 

 Kommersiya  təşkilatları  bazar  iqtisadiyyatının  özəyini  təşkil  edir. 

İ

qtisadi  və  hüquqi  ədəbiyyatlarda  bu  özəyin  müxtəlif  cür  adlandırılmasına 



rast gəlinir: firma, şirkət, müəssisə, təşkilat və s. 

Məlum olduğu kimi müasir iqtisadi nəzəriyyə iki hissədən: mikroiqti-

sadiyyat  və  makroiqtisadiyyatdan  ibarətdir.  Mikro  və  makroiqtisadi  sis-

temlər biri-birini tamamlayan vahid iqtisadi sistemin tərkib hissələridir. 

Mikroiqtisadi nəzəriyyənin əsasını firma (müəssisə) nəzəriyyəsi təşkil 

edir.  Bu  nəzəriyyə  milli  iqtisadiyyatın  əsas  həlqəsi  kimi  firmanın  fəaliy-

yətini  öyrənir.  Məşhur  alman  alimi  V.Zombart  müəssisəni  uzunmüddətli 

planın  mövcud  olduğu  və  həyata  keçirilməsi  üçün  vahid  iradəli  bir  neçə 

şə

xsin uzun müddət birgə fəaliyyət göstərmələrini tələb edən subyekt adlan-



dırılmışdır. R.Kour demişdir ki, firma resurslardan istifadə istiqamətlərinin 

sahibkardan asılı olmağa başladığı zaman baş verən münasibətlər sistemidir. 

«Firma»  anlayışı  həm  elmi  ədəbiyyatlarda  və  həm  də  gündəlik  biznes 

fəaliyyətində geniş istifadə olunur. 

Qeyd etmək lazımdır ki, dünyanın ayrı-ayrı ölkələrində sözügedən ter-

mindən  istifadənin  fərqli  xüsusiyyətləri  vardır.  Məsələn,  Britaniya  qanun-

vericiliyində «şirkət» anlayışı işlədilir və baza normativ aktlardan biri məhz 

«şirkətlər  haqqında»  qanun  adlanır.  Rusiya  Federasiyasının  qanunvericili-

yində «müəssisə» və «təşkilat» anlayışları təsbit olunub. Bazar iqtisadiyyatı 

inkişaf  etmiş  Qərb  dövlətlərində  biznesin  təşkilati-hüquqi  formaları  kimi 

fərdi xüsusi müəssisə, tərəfdaşlıq və səhmdar cəmiyyəti (şirkət) göstərilir. 


Бизнесин тяшкили вя идаря едилмяси 

27 


Müəssisə  bir  tərəfdən  çoxlu  alt  sistemlərdən  ibarət  olan  mürəkkəb 

sistemi  ifadə  edir,  digər  tərəfdən  isə  daha  yüksək  nizamlı  sistemin  tərkib 

hissəsi  sayılır.  Mexaniki  sistemlərdən  fərqli  olaraq  müəssisənin  sosial-

iqtisadi  sistem  kimi  çoxlu  eynitipli  və  öz-özünə  əmələgələn,  çox  vaxt  for-

malaşmayan fəaliyyət aspektləri olur, hansı ki, məntiqi idarəetmənin ümumi 

nəzəriyyəsi çərçivəsində izah edilir. 

Müəssisə  mülkiyyət  formasından  asılı  olmayaraq  ictimai  təlabatın 

ödənilməsi  və  mənfəət  alınması  məqsədilə  məhsul  istehsal  edən  və  satan, 

işlər  görən  və  xidmətlər  göstərən  hüquqi  şəxs  olan  müstəqil  təsərrüfat 

subyektidir. 

Bazar münasibətləri şəraitində müəssisə özünün istehsal-təsərrüfat fəa-

liyyətini  müstəqil  həyata  keçirir,  istehsal  etdiyi  məhsulun  reallaşdırıl-

masından  alınan  gəlirdən  vergiləri  və  digər  məcburi  ödənişləri  ödədikdən 

sonra sərəncamında qalan mənfəətdən istədiyi kimi istifadə edir. Bu zaman 

müəssisə  mənfəətin  alınması  və  ictimai  tələbatın  ödənilməsi  məqsədlərinə 

nail  olmağa  çalışır.  Klassik  iqtisadi  ədəbiyyatlarda,  xüsusilə  Adam  Smitin 

ə

sərlərində  «görünməz  əl»  termini  işlədilir.  Bu  terminin  mahiyyəti  ondan 



ibarətdir ki, istehsal müəssisəsi və malgöndərən təşkilatlar öz şəxsi gəlirlə-

rini  (mənfəətini)  artırmağa  cəhd  edərkən,  eyni  zamanda  ictimai  tələbatın 

ödənilməsinə  xidmət  edirlər.  Ona  görə  də  sivil  bazar  münasibətləri  şərai-

tində fəaliyyət göstərən hər bir sahibkarlıq subyekti sözügedən məqsədlərin 

ağıllı şəkildə əlaqələndirilməsinə ciddi diqqət yetirilməlidir. 

Qeyd  etmək  lazımdır  ki,  biznes  sahibkarların  iqtisadi  fəaliyyəti,  on-

ların  daim  artan  həcmdə  mənfəətin  alınmasını  və  rentabellik  səviyyəsinin 

yüksəldilməsini  təmin  etmək  qabiliyyətidir.  Bununla  belə,  bazar  iqtisa-

diyyatı  şəraitində  biznesin  inkişafı  istehlak  bazarını  əmtəə  və  xidmətlərlə 

zənginləşdirir, iqtisadiyyatın struktur yeniləşməsini fəallaşdırır, elmi-texniki 

nailiyyətlərin  tətbiqini  stimullaşdırır,  istehsalın  səmərəliliyini  əhəmiyyətli 

dərəcədə yüksəldir. 

Müasir  müəssisə  mürəkkəb  təşkilati  struktura  malikdir.  Bazar  iqtisa-

diyyatı  şəraitində  müəssisənin  təşkilinin  üç  əsas  istiqaməti  istehsalın,  əmə-

yin və idarəetmənin elmi təşkili müstəsna əhəmiyyəti kəsb edir. 

İ

stehsalın elmi təşkili müəssisənin optimal texniki-texnoloji sisteminin 



yaradılması məqsədinə xidmət edir. 

Ə

məyin elmi təşkili əmək kollektivində sağlam münasibətlərin qurul-



masını nəzərdə tutur. 

İ

darəetmənin  elmi  təşkili  müəssisənin  maddi  və  insan  altsisteminə 



məqsədyönlü təsir göstərən texniki, iqtisadi və humanitar sistemdir. 

Bazar  münasibətləri  şəraitində  hər  cür  müəssisə  mənfəət  əldə  etmək 

məqsədilə  istehsal-təsərrüfat  fəaliyyətinin  genişləndirilməsi  və  səmərə-

liliyinin  yüksəldilməsi  istiqamətində  konkret  tədbirlər  həyata  keçirməli, 



Бизнесин тяшкили вя идаря едилмяси 

28 


düzgün maliyyə, investisiya və qiymət siyasəti işləyib hazırlamalı və həyata 

keçirməlidir. 

Cəmiyyət üçün zəruri olan məhsullar istehsal edən, xidmətlər göstərən 

müəssisələrdə  əsas  iqtisadi  proseslər  baş  verir,  istehsalın  texnologiyası  və 

buraxılan  məhsulun  keyfiyyəti  ilə  bağlı  problemlər  tənzimlənir,  iqtisadi  və 

sosial  münasibətlər  qurulur,  ictimai  və  xüsusi  mənafelər  səmərəli  şəkildə 

ə

laqələndirilir.  İstehsal  müəssisələrində  qarşıya  qoyulmuş  məqsədlərə  və 



mövcud  şəraitə  uyğun  olaraq  məhdud  resurslardan  səmərəli  istifadə  etmək 

yolu  ilə  istehlakçıların  tələbatının  optimal  ödənilməsi  üçün  texniki, 

texnoloji, iqtisadi, maliyyə və s. məsələlər uğurla həll edilir. 

İ

qtisadi ədəbiyyatlarda  «firma» və  «müəssisə» anlayışları bəzən sino-



nim kimi işlədilir. Bu fikrə aydınlıq gətirmək lazımdır. Firma geniş profilli 

fəaliyyətlə məşğul olur, yəni istehsal, ticarət, nəqliyyat, bank, auditor və s. 

fəaliyyəti  həyata  keçirir.  Firma  tərkibində  eyni  və  ya  müxtəlif  profilli  bir 

neçə müəssisəni birləşdirməklə istehsal və kommersiya fəaliyyəti ilə məşğul 

olan  iqtisadi  subyektdir.  Firma  bazarın  ilkin  halqası  olub  bazarda  qiymət 

siyasətini formalaşdırır, rəqabət  mübarizəsi  aparır  və  mənfəətin  bölüşdü-

rülməsində iştirak edir. 

İ

qtisadiyyatın  ilkin  həlqəsi  olan  müəssisə  isə  müxtəlif  mülkiyyət  for-



masına  əsaslanan,  ictimai  tələbatın  ödənilməsi  və  mənfəət  alınması  məq-

sədilə məhsul istehsal edən, iş yerinə yetirən və xidmətlər göstərən istehsal-

texniki,  təşkilati  və  iqtisadi  vəhdətə  malik  olan  hüquqi  şəxs  səlahiyyətli 

təsərrüfat subyektidir. 

Bazar  münasibətləri  şəraitində  müəssisənin  sosial-iqtisadi  əhəmiyyəti 

dəyişir və bu dəyişikliklər aşağıdakı əsas istiqamətlər üzrə baş verir: 

- bazarın müəssisəyə qarşı irəli sürdüyü tələbin ödənilməsi; 

-  mümkün  qədər  daha  çox  və  yüksək  keyfiyyətli  məhsul  istehsal  et-

mək; 

- müəssisənin bir çox məsələlər üzrə müstəqilliyinin artırılması . 



Deməli, təsərrüfatçılığın bazar şəraitində müəssisənin sahibkarlıq dav-

ranışı  dəyişir  ki,  bu  da  müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinə  müsbət 

təsir göstərir. 

Hər  bir  müəssisə  təşkilati-hüquqi  formasından,  sahə    mənsubiyyə-

tindən,  buraxdığı  məhsulun çeşidindən, yaxud göstərdiyi xidmət növündən 

asılı olmayaraq açıq iqtisadi sistemdir. Bunu müəssisənin bazar modelindən 

aydın görmək olar. 


Бизнесин тяшкили вя идаря едилмяси 

29 


Şə

Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin