Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


§ 4. Tədris prosesində forma və məzmun



Yüklə 175,75 Kb.
səhifə22/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   18   19   20   21   22   23   24   25   ...   59
riyaziyyat 11

§ 4. Tədris prosesində forma və məzmun
Tədris prosesi sistemində təlimin məzmunu əsas tədqiqat predmetlərindən
biridir. Forma təlimin təkcə təşkili və metodiki strukturu ifadəsi deyil, həm də
məşğələlər sistemi, müəyyən fənnin məzmunu ifadəsidir.
Tədris prosesinin forması geniş və çoxcəhətlidir. Buraya tədris plan-,
proqramlar, onların icrası, məşğələlərin cədvəlləri, kurs təlim sistemi, məşğə
lələr, imtahan və məqbullar, praktika və s. daxildir.
Təlimin formasının hər bir elementi özündə onun məzmununu və istiqa
mətini əks etdirir.
Təlimin forması ilə məzmunun optimal əlaqəsi - təlimin səmərəli şəkıld
təşkili və əsaslandırılmış təlim metodikası ilə müəyyən olunur. Əsas məsəl
tədris prosesində forma və məzmunun əlaqələndirilməsinin ən səmərə
yollarını axtarıb tapmaqdan ibarətdir.


38




Təlimin təkmilləşdirilməsi ilk növbədə tədris fənləri məzmununun
dəyişdirilməsindən başlanır.
Təlimin forması müəyyən dərəcədə statik olmaqla, heç də dərhal təlimin
məzmununun dəyişikliyi ilə razılaşmır, onun ardınca getmir, əksinə, ona mü-
qavimət göstərir.
Tədris prosesinin təkmilləşdirilməsi keyfiyyətcə təlimin vasitələrini,
imalarını, metodlarını və tədris fənlərinin məzmununu dəyişdirir. Bütün
anlar öz növbəsində təhsilin məqsədinə təsir göstərir. Təlimin məqsədləri ilə
asitələri qarşılıqlı əlaqədardır. Daha təkmilləşmiş təlim vasitələrinin
neydana gəlməsi ilə təlimin məqsədləri də dəyişir


39




RİYAZİYYATIN İBTİDAİ MƏKTƏB KURSU
TƏDRİS FƏNNİ KİMİ



§ 1.1-IV siniflərdə riyaziyyat təliminin vəzifələri
Riyazi təhsil ümumi təhsilin zəruri və mühüm hissəsini təşkil edir. Buna
görə də şagirdlərin riyazi hazırlığının gücləndirilməsi - ümumtəhsil məktəbləri
qarşısında duran ən mühüm vəzifədir.
Bir tədris fənni kimi riyaziyyat qarşısında olduqca mühüm və çoxcəhətli
vəzifələr durur. Ən mühüm vəzifəsi - ibtidai məktəb şagirdlərinin zəruri olan
miivafıq riyazi bilik, bacarıq və vərdişlərlə silahlandırmaq və təlimin sonrakı
mərhələsində təhsili davam etirmək imkanını yaratmaqdan ibarətdir. Bu mə-
sələni həll etməklə, məktəb şagirdlərinin hərtərəfli inkişafı üçün riyaziyyat
təlimindən maksimum dərəcədə istifadə etməlidir.
Şagirdlərin riyazi biliklərinin zənginləşdirilməsi və onların inkişafı -vahid
pedaqoji prosesin iki tərəfini təşkil edir.
Şagirdlər riyaziyyatı öyrənmə prosesində proqramın müəyyən etdiyi nəzə-
ri biliklər sisteminə yiyələnməli, bir sıra bacarıq və vərdişlər qazanmalıdırlar.
Riyaziyyatın təlimi yüksək dərəcədə ümumiləşmiş biliklərin şüurlu surətdə
mənimsənilməsini təmin etməlidir. Bu, yalnız təlim inkişafetdiıici xarakter
kəsb etdikdə mümkündür.


Riyaziyyat təlimi şagirdlərin məntiqi təfəkkürünü, yaddaşını, diqqətini,
təxəyyülünü, müşahidəçiliyini, iradəsini, müstəqillik və yaradıcı təşəbbüskar-
lığını inkişaf etdirir.


Riyaziyyatın təlimi zamanı şagirdlər öyrənirlər ki, riyaziyyatın obyektləri
real aləmin fəza formaları ilə miqdari münasibətlərdir və riyazi anlayışlar hə-
yatdan götürülmüşdür. İlk dəfə olaraq, şagirdlərdə konkretlikdən mücərrədli-
yə keçmə bacarığı yaranır və bununla da mücərrəd təfəkkürün inkişafının
əsası qoyulur: düzgün iimumiləşdirmələr aparmaq, verilmiş təklifdən məntiqi
nəticə çıxarmaq (deduktiv təfəkkürün başlanğıcı), nəzəri mühakimələrdən
alınmış nəticələri praktikaya tətbiq etmək kimi vərdişlər formalaşır. Riyaziy-
yat dərsləri şagirdlərdə fikir aydınlığı, nitqin dəqiqliyinin əsaslandırılması,
lakoniklik kimi keyfiyyətlərin qazanılması üçün böyük imkanlar açır.


40




I-IV siniflərdə riyaziyyat təliminin məqsədləri proqramın izahat vərəqin-
də çox düzgün müəyyən edilmişdir.
Təlim və tərbiyənin üzvi vəhdəti biliklərin mənimsənilməsi və şagirdlərin
dərketmə bacarıqlarının inkişaf etdirilməsi, təhsilin nəzəri səviyyəsinin yüksəl-
məsi və biliklərin praktikada tətbiq edilməsi bacarıqlarının formalaşdırılması
prinsipləri ibtidai siniflərin riyaziyyat təlimində aparıcı olmalıdır.
I-IV siniflərin riyaziyyat kursuna dair materialın seçilməsi, onun müəyyən
sistemdə düzülməsi, təlim metodlarının müəyyənləşdirilməsi riyaziyyat təlimi-
nin əsas vəzifələrinin həllinə tabe edilməlidir.

Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin