Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


§ 8. Azkomplektli məktəblərdə riyaziyyat təliminin xüsusiyyətləri



Yüklə 175,75 Kb.
səhifə59/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   51   52   53   54   55   56   57   58   59
riyaziyyat 11


§ 8. Azkomplektli məktəblərdə riyaziyyat təliminin xüsusiyyətləri
Azkomplektli məktəblərdə bir müəllim eyni bir sinif otağında eyni za-
manda iki və ya üç siniflə dərs məşğələsi aparır. Bu məktəblər orta ümumtəh-
sil məktəbləri üçün qəbul edilmiş proqramla işləyirlər. Tətbiq olunan təlim
metodları da digər məktəblərdə tətbiq olunanlarla eynidir. Lakin dərsin təş-
kili və strukturunda mühüm fərqlər vardır.
Ikikomplektli məktəblərdə iki müəllim işləyir. Bu zaman bu müəllimlərin
biri eyni zamanda I və III siniflərdə, digəri isə II və IV siniflərdə məşğul olur.
Çünki, III və IV sinif şagirdlərinin müstəqil işləmə imkanları daha çoxdur.
Cədvəl tərtibi, riyaziyyat dərsinin ııövləıT planlaşdırma
Azkomplektli məktəblərdə tədrisin effektli keçirilməsi üçün dərsin
cədvəlinin düzgün qurulmasının böyük əhəmiyyəti vardır.
Dərs cədvəli tərtibinin iki variantı mövcuddur:

  1. riyaziyyat dərsinin digər fənlərə aid dərslə birgə aparılması;

  2. bütün siniflərdə eyni zamanda riyaziyyat dərsinin keçirilməsi.

ikinci variant daha səmərəli olduğundan, məktəb təcrübəsində daha geniş
tətbiq olunur. Bu həm müəllimin işini asanlaşdırır, həm də şagirdlərin
diqqətini yayındırmır.
Mövzunun xüsusiyyətindən asılı olaraq üç sinifdə eyni sxem, çertyoj və ya
model üzrə müxtəlif məzmunda müstəqil iş vermək olar. Məsələn, II sinif
şagirdləri düzbucaqlınuı tərəflərini ölçüb, onun perimetrini hesablayır, IV
sinif şagirdləri isə düzbucaqlınm sahəsini hesablayırlar. Siniflərin hamısında
eyni zamanda məsələ həlli və ya praktik iş aparmaq olar. Dərsin məzmunu və
məqsədindən asılı olaraq, azkomplektli məktəblərdə riyaziyyat dərsinin dörd
növü tətbiq olunur:


100




  1. bütün siniflərdə yeni material öyrənilir;

  2. siniflərin birində yeni material, o birində isə çalışmalar verilir;

  3. bütün siniflərdə çalışmalar verilir;

  4. siniflərin birində praktik iş icra olunur.

Öz quruluşuna görə birinci dərs növü daha mürəkkəbdir. İşin səmərəli ol-
ması üçün III sinifdə müstəqil iş verilir və müəllim I siniflə işləyir, yeni materi-
alı izah edir. III sinif şagirdlərinə verilən müstəqil iş onları yeni materialı qav-
ramağa hazırlayır. Yeni materialın izahı şagirdlərin keçmiş biliklərinə və müs-
təqil iş nəticəsində əldə etdikləri biliklərə əsaslanır. Müstəqil iş elə tərtib olu-
nur ki, yeni materialı öyrənmək üçün zəmin hazırlayır . Şagirdlər müəllimlə iş-
ləyərkən, müstəqil işin nəticəsini təhlil edir, nəticə çıxarmaq və ümumiləşdir-
mələr aparmağa hazırlanırlar.
İkinci dərs növünün xüsusiyyəti ondan ibarətdir ki, bu zaman müəllim bir
sinifdə yeni materialı izah edir, o biri sinifdə isə keçmiş dərsin möhkəmləndi-
rilməsinə aid çalışmalar icra edilir. Belə dərs növü beş mərhələdən ibarət olur.
Yeni bilik verilən sinfin şagirdləri dərsin üç mərhələsini müəllimlə, iki mərhə-
ləsini isə müstəqil işləyir. Digər sinif isə dərsin üç mərhələsini müstəqil, iki
mərhələsini isə müəllimlə işləyir.
Üçüncü dərs növünün xüsusiyyəti ondan ibarətdir ki, burada müəllimin
siniflərlə işləməsi bərabər paylanır. Dərs dörd mərhələdən ibarət olur. Müstə-
qil işlər bir sinifdə bilik və vərdişlərin yoxlanmasına, digər sinifdə isə bacarıq
və vərdişlərin inkişaf edib, möhkəmlənməsinə xidmət edir.
Dördüncü dərs növünün xüsusiyyəti ondan ibarətdir ki, bir sinif və ya hər
iki sinif ölçmə işini icra edir. Əgər hər iki sinif ölçmə işi aparırsa, onda dərsi
elə qurmaq olar ki, şagirdlər işi birgə yerinə yetirsinlər.
Azkomplektli məktəblərin təcrübəsində planlaşdırmanın bir neçə növü
tətbiq olunur, a) təqvim planı - tədris materialının mövzu və yarımmövzulara
ayrılması (rüblük və yarımillik); b) mövzu planı - hər mövzunun ayrı-ayrı dərs
saatlarına ayrılması, dərslərin planlaşdırılması.
Bir neçə siniflə eyni zamanda işləyərkən, ayrı-ayrı dərslər təkcə məzmu-
nuna görə deyil, həm də təşkili cəhətdən bir-biri ilə əlaqədar olmalıdır. Mövzu
planında hər dərsin mövzusu, təkrar üçün və növbəti mövzunu öyrənmək üçün
material, yoxlama işlərinin məzmunu göstərilir. Planı elə tərtib etmək lazımdır
ki, bir sinifdə yeni dərsin öyrənilməsi digər sinifdə keçilmiş materialın möh-
kəmləndirilməsi ilə üst-üstə düşsün. Müəllim həmçinin hər sinif üçün müstəqil
işin xarakterini, məzmununu və yoxlanması formasını müəyyən edir.
Riyaziyyat dərsləri təşkili cəhətdən bir neçə mərhələyə elə bölünür ki, hər
biri məntiqi cəhətdən bitkin olmalıdır. Dərsin əvvəlini elə təşkil etmək
lazımdır ki, bütün siniflər eyni zamanda işə başlasınlar. Şagirdlərə müstəqil
işləmək priyomlanm da öyrətmək lazımdır. Müstəqil işin məqsədi, icrası,
yoxlanması və səhvlərin düzəlişi şagirdə aydın olmalıdır.

İstifadə edilmiş ədəbiyyat:


1. Adıgözəlov A.S., Əhmədov İ.Q. İbtidai siniflərdə riyaziyyat təliminin xüsusi metodikası. Bakı, 2001
2. Həmidov S.S. İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası. Bakı, 2002
3. Kazımov K.S., Həmidov S.S. Riyaziyyatın tədrisi metodikası. Bakı, 1995
4. Актуальные проблемы методики в начальных классах. М.И.Моро, А.М.Пышкало. Москва, педогогика, 1977
5. Бантова М.А. ,Белтюкова Г.В. , Полевшикова «Методика преподования математики в начальных классах». Москва, Просвещение 1973.
Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin