Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


§3. Fənn üzrə təlimin planlaşdırılması



Yüklə 175,75 Kb.
səhifə55/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   51   52   53   54   55   56   57   58   59
riyaziyyat 11

§3. Fənn üzrə təlimin planlaşdırılması
İllik planlaşdırmanın yaradılması müəllimlərin qarşısında duran ən
mühüm vəzifədir. Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara
nail olmaq üçün müəllimlərin fəaliyyət istiqamətidir. İllik planlaşdırmada
tədris vahidinin nə zaman və hansı ardıcıllıqla tədris ediləcəyi, eyni zamanda
hər fəslə ayrılacaq vaxt göstərilir. Fənnin planlaşdırılması ardıcıllığı
aşağıdakı kimidir:

  1. Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən
    müəyyən etmək.

  2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək. (Tədris
    vahidlərinin ardıcıllıqla müəyyənləşdirilməsi dedikdə, məzmunun ardıcıllığı
    (asandan çətinə doğru), xronoloji ardıcıllıq (zaman ardıcıllığı), məntiqi ardı-
    cıllıq (əvvəlcə o anlayışlar öyrədilir ki, onlar növbəti anlayışların açılmasın-
    da mühüm əhəmiyyət daşıyır) nəzərdə tutulur.


  1. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq
    (Tədris vahidləri üçün vaxt bölgüsünü müəyyənləşdirərkən fənn üzrə illik
    dərs saatlarının ümumi sayı hesablanır. Hər tədris vahidinin əhəmiyyətliliyi və
    mürəkkəbliyi baxımından vaxt müəyyən edilir.)

  2. Hər bir halda şagird maraqlarım nəzərə almaq .

İllik planlaşdırma apararkən müəllmı aşağıdakı sənədlərə istinad
etməlidir:


•M əzm u n standart ları
•Qiymətləndirmə standartları
•Tədris planı
•Dərslik (İstifadə olunacaq mətnlər və digər materiallar)
Müəllim üçün vəsait




Tədris
vahidi

Mövzu

Təlim
məqsədi

Reallaşdırılacaq
standart
(standartlar)

Resurslar

Təlim və
tədris
fəaliyyəti

Saat

Tarix















































Nümunəvi illik planlaşdırma əsasında müəllim fərdi olaraq gündəlik və
ya həftəlik dərs planlaşdırması tərtib edir.


§4. Təlimin təşkilində istifadə olunan forma və üsullar


Standartlar nəticəyönümlü və şagirdyönümlü olduğundan onların
reallaşdırılmasında fəal təlim metodlarından istifadə edilməsi məqsədəuyğun
hesab edilir. Fəal təlim şagirdlərin idrak fəaliyyətinə əsaslanan və təhsil
prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi
nəzərdə tutur. Şagirdlərin parta arxasında oturaraq kitab oxuması, iş vərəq-
lərini doldurması, müəllimi dinləməsilə yanaşı, eyni zamanda kitabxanada,
kompüterdə qrup və ya fərdi şəkildə fəaliyyət göstərməsi onun əsas əlamətlə-


rindən hesab edilir. Fəal təlim müasir şəraitdə pedaqoji prosesin qurulmasına
yeni yanaşmadır. Belə yanaşma tərzində təlim şagirdlərin təkcə yaddaşının
yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfək-
kürün inkişaf etdirilməsinə, ən mühüm bacarıq və vərdişlərin əldə olunmasına
yönəldilir. Bu zaman şagirdlər açıq sual vermək, problemləri araşdırmaq,


tədqiqat aparmaq və müzakirə etmək imkanı qazanırlar. Onlar təlim materi-
allarının mənimsənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələri-
ni, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, iimumüəşdıı mələr
aparmağı öyrənirlər. Beləliklə, uşaqlar həm tədris, həm də sosial xarakterli
problemlərin müstəqil həllinə cəlb olunur, müxtəlif informasiya mənbələrin-
dən istifadə edir, sistematik olaraq müstəqil şəkildə bilik ehtiyatını artırırlar.


al_təlim metodlarının xarakterik susiyyətləri:


1 Diqqət ilk növbədə şagird şəxsiyyətinin formalaşdırılmasına yönəlir

  1. Müəllim təlim fəaliyyətinin əlaqələndiricisi, şagirdlərin məsləhətçisi
    köməkçisi kimi çıxış edir

  2. Problemin həlli prosesində şagirdlər fəal tədqiqatçı olur

4 Bilik və bacarıqlar şagirdlər tərəfindən müstəqil əldə edilir.


91




  1. Müəllim-şagird, şagird-şagird arasında əməkdaşlıq üçün şərait yaranır.

  1. Dərslərin inteqraliv təşkilinə üstünlük verilir.

  2. Qeyri-standart dərslərin tətbiqinə geniş yer verilir.

Fəal dərsin mərhələləri:


  1. mərhələ: motivasiya, problemin qovulması

Hər bir tədqiqat problemi müəyyənləşdirməklə başlayır. Əsl problem
həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün ilk
növbədə tədqiqat sualının formalaşdırılması lazım gəlir. Çünki tədqiqat sualı
yeni biliklərin kəşf olunmasında bələdçi kimi çıxış edir.
Bu mərhələ şagirdləri düşünməyə, idraki fəallığa sövq etdiyindən həm də
motivasiya adlandırılır. Bu prosesdə uşaq öz fikrini “Zənnimcə”. “Mənə belə
gəlir ki”, “Mən belə hesab edirəm ki” sözlərindən istifadə etməklə ifadə edir.
Motivasıyanın uğurlu alınması üçün aşağıdakı şərtlərə əməl olunması
tövsiyə edilir:

  1. Motivasiya üçün seçilən material qeyri-adi, maraqlı olmalı;

  2. Fərziyyələri yoxlamaq, tədqiqat aparmaq və yaradıcılıq üçün imkan
    verməli;

  3. Müəllim şagirdlərə yönəldici suallar verməli, fərziyyələri irəli sürərkən
    onları həvəsləndirməli;

  4. Tədqiqat sualı təlim standartlarına əsasən müəyyənləşdirilməli və
    dərsin məqsədinə yönəldilməlidir.

  1. mərhələ: tədqiqatın aparılması

Dərsin məqsədinə və tədqiqat sualına uyğun iş üsulları seçilir. Tədqiqat
sualına cavab verməyə kömək edəcək faktları tapmaq üçün məqsədyönlü iş
aparılır. Şagirdlərə müxtəlif çalışmalar verilir. Beləliklə, tədqiqat sualına ca-
vab tapmaq üçün zəmin yaranır. Toplanmış faktlar əsasında təqdimatlar ha-
zırlanır.
Tədqiqatın nəticələri aşağıdakı təqdimat formalarında ümumiləşdirilir.
•ifadə yazılar, təsvirlər, əsərlər, şeirlər, esscler;
•sxemlər, cədvəllər, qrafiklər;
•illüstrasiyalar, kitablar, qəzetlər;
•nağıllar, tapmacalar, atalar sözləri, zərbi-məsəllər, uydurmalar, yanıltmaclar;
• təcrübələr, eksperimentlər;
•maketlər, modellər, rəmzlər;


92




  • layihələr;

  • qaydalar, qanunauyğunluqlar;

  • səhnələşdirmələr;

  • nəğmələr, musiqilər;

  • referatlar;

  • krossvordlar və s.

  1. mərhələ; informasiya mübadiləsi

Tədqiqat üçün ayrılmış vaxt bitdikdən sonra müəllim tapşırığın icrasının
başa çatdığını bildirir. Bundan sonra şagirdlər informasiyanın təqdimatına
başlayır, əldə etdikləri yeni informasiyaları digər iştirakçılarla bölüşürlər.
Həmin təqdimatların əks olunduğu iş vərəqləri lövhədən asılır.

  1. mərhələ: informasiyanın müzakirəsi və təşkili

Mövcud mərhələnin məqsədi yeni əldə edilmiş informasiyanı sistemləş-
dirmək və qrupların hazırladıqları təqdimatlar arasındakı əlaqəni üzə çıxar-
maqdır. Bu mərhələdə müəllim köməkçi suallardan istifadə etməklə əldə
olunmuş faktların məqsədyönlü müzakirəsini təşkil edir. Məlumat sxem, qra-
fik, cədvəl, təsnifat və s. formalarda dinlənilir. Nəticədə tədqiqat sualına
cavab aydınlaşır. Müzakirə prosesində müəllim öz fikirlərini şagirdlərə zorla
qəbul etdirməməlidir.

  1. mərhələ: nəticə və ümumiləşdirmə

Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi ilə əldə olunan bilgiləri
ümumiləşdirir, əldə edilmiş ideyanı tədqiqat sualı ilə (o bu suala cavab
verirmi?) və şagirdlərin ilkin fərziyyələri ilə (bunların arasında düzgün
olanları varmı?) müqayisəsini təşkil edir.

  1. mərhələ: yaradıcı tətbiqetmə


Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini
artırır. Bu məqsədlə şagirdlərə praktik tapşırıqlar verilir. Əgər yaradıcı
Tətbiqetməni dərhal icra etmək mümkün olmursa, o sonrakı dərslərdə həyata keçirilir.
VII mərhələ; ev tapşırığı
Dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün ən geniş yayılmış sərbəst iş forması ev tapşırığıdır. Fəal təlim prosesində belə tapşırıqlardan istifadə olunur.Onların daha çox tədqiqat və yaradıcılıq






.






93




elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar və s.) ilə
zəngin olmasına diqqət yetirilir.
Qiymətləndirmə

Qiymətləndirmə şagirdlərin təlimdəki nailiyyətlərinin dəyərləndirilməsi
prosesidir. Qiymətləndirmə konkret meyarlar üzrə aparılmalıdır. Müəllim
şagirdləri əvvəlcədən bu meyarlarla tanış etməlidir.
Refleksiya
Refleksiya - təlim prosesinin bütün mərhələlərini təhlil etməyə və onu
dərindən başa düşməyə imkan verir.
Şagirdlərə dərs zamanı təlim fəaliyyətini izləməyə kömək edə biləcək bir
neçə sual verməklə (məsələn, biz nəticəyə necə gəlib çıxdıq? Biz nə etdik?
Qarşıya qoyulmuş problemin həllində sizə nə kömək etdi? və s.) onların fikir-
lərini sistemləşdirmək mümkün olur. Nəticədə şagird öz tədqiqat fəaliyyətinin
əsas mərhələlərini bir daha nəzərdən keçirir.
Fəal dərsi səmərəli təşkil etmək üçün ilk növbədə müəllimin planlaşdırma
bacarığı olmalıdır. O dərs dediyi fənn üzrə bütün mərhələləri aydın təsəvvür
edə bilməli, onlara aid perspektiv və cari planlar hazırlamağı bacarmalıdır.
Bu zaman aşağıdakı sualların cavablarını özü üçün konkretləşdirməlidir.

  • Nə öyrəniləcək?

  • Necə öyrəniləcək?

  • Hansı şəraitdə öyrəniləcək?

  • Nəticələr necə qiymətləndiriləcək?

Dərs planlaşdırılarkən hansı təlim standartının (standartlarının) reallaş-
dırılması müəyyənləşdirilməli, ona (onlara) uyğun təlim məqsədi (təlim məq-
sədləri), müvafiq metod və vasitələr seçilməlidir.
Fəal dərsin planında aşağıdakıların nəzərə alınması didaktik cəhətdən
əhəmiyyətli hesab edilir.

  1. Mövzunu müəyyənləşdirmək;

  2. Standartı konkretləşdirmək;

  3. Dərsin məqsədini (məqsədlərini) müəyyən etmək;

  4. Dərsin motivasiyasım işləyib hazırlamaq;

  5. Tədqiqat sualını müəyyənləşdirmək;

  6. Aparılacaq tədqiqatın mərhələlərini planlaşdırmaq və bu zaman aşağı-
    dakıları dəqiqləşdirmək;


94




  • Tədqiqat üçün tapşırıqları,

  • İş üsulları və formalarını,

• Məlumat mənbələrini.

  1. Müzakirə üçün suallar hazırlamaq;

  2. İdeyaları və alınacaq nəticələri qısaca ifadə etmək;

  3. Dərsin hər mərhələsinə sərf olunacaq vaxtı müəyyənləşdirmək;

  4. Qiymətləndirmə standartlarına əsasən vasitələr hazırlama;

  5. Dərs üçün lazım olan resursları (təchizatı) müəyyən etmək.


Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin