Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 175,75 Kb.
səhifə53/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   49   50   51   52   53   54   55   56   ...   59
riyaziyyat 11

FƏSİI

I-IV SİNİFLƏRDƏ RİYAZİYYAT TƏDRİSİNİN
TƏŞKİLİ FORMALARI



§1. Təlim strategiyaları [20; 280-288]
Təlim strategiyaları - müəllimin təlim prosesində istifadə etdiyi forma,
metod və texnikaları əhatə edir. Bu vaxta qədər Azərbaycan pedaqoji
ədəbiyyatında həmin anlayışdan istifadə edilmirdi. Lakin son vaxtlar təhsil
islahatının həyata keçirildiyi bir dövrdə fənn kurikulumları hazırlanarkən
təlim strategiyası anlayışına müraciət edilməyə başlanılmışdır.
Yeni kurikulumlarda təlim strategiyaları anlayışının işlənməsi və peda-
qoji prosesin təşkilində ondan daha səmərəli şəkildə istifadə olunması ilk
növbədə əsas pedaqoji anlayışlardan biri kimi təhsilin müasir tələblər baxı-
mından izahını tələb edir. Başqa sözlə, təhsilə təkcə nəticə, yaxud sadəcə pro-
ses kimi deyil, daha geniş məna çalarına malik ifadə tərzi kimi yanaşılması
lazim gəlir. Xüsusən təhsilin şəxsiyyətyönümlü xarakteri ona bir neçə mövqe-
dən yanaşmağı tələb edir: təhsil dəyərdir, təhsil sistemdir, təhsil prosesdir,
təhsil nəticədir
.
İlk növbədə təhsilə özündə dili, mentaliteti, milli bacarıqları, adət-ənənə-
ləri ehtiva edən dəyər kimi baxılır. Bu dəyərlərin formalaşmasında şəxsiyyətin
istiqamətləndirilməsi, mədəniyyətlilik, kollektivçilik, sistemlilik, bütövlük əsas
aparıcı prinsiplər kimi çıxış edir.
Özünəməxsus sistemə malik olan təhsil, pillələri ilə mövcuddur. Gözləni-
lən nəticələri ilə fərqlənən bu pillələr bir-birini tamamlayır və ardıcıl sıralan-
maqla təhsilin ümumi sistemim təşkil edir Ona görə də təhsilə bir sistem kimi
baxılır. Bu zaman demokratikləşmə, humanistiəşdirmə, differensasiya, fərd i -
ləşmə, sosiallaşdırma, varıativliiık və inkluzivlik aparıcı prinsiplər kimi əsas
rol oynayır.


Təhsil insanın sosiailaşma prosesində ümumbəşəri və milli dəyərlərə
yiyələnməsini davamlı bir fəaliyyət kimi əhatə etdiyindən, ona həm də proses
kimi yanaşılır. Onun didaktik əsasın; isə təbiətə müvafiqlik, praktiklik, istiqa-
mətliük. variativlik, mərhələlilik, fərdi ehtiyacların nəzərə alınması və fasilə-
sizlik təşkil edir Təhsil həm də bütövlükdə müəllim və şagird fəaliyyətinin
yekunu olduğundan ona nəticə kimi baxılır. Bütöv bir mərhələli prosesin sonu


kimi dəyərləndirilir.


88




Yeni fənn kurikulumlarında təlim strategiyaları aşağıdakı məsələləri
əhatə edir:


  • pedoqoji prosesin təşkili prinsipləri,

  • fənn üzrə təlimin planlaşdırılması,

  • təlimin təşkilində istifadə olunan forma və üsullar.


Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin