Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 175,75 Kb.
səhifə2/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   2   3   4   5   6   7   8   9   ...   59
riyaziyyat 11

Müəllif


3


GİRİŞ
Hər bir dövlətin iqtisadi, hərbi, siyasi qüdrəti ilk növbədə onun elmi
kadrları ilə, mütəxəssisləri ilə müəyyən olunur. Ona görə də inkişaf etmiş
dövlətlər öz qüdrətini qoruyub saxlamaq və inkişaf etdirmək üçün təhsilinin
qayğısına qalır. Ali təhsil - orta təhsilə, orta təhsil - ibtidai təhsilə və ibtidai
təhsil - uşaqların həyati hazırlığına və bağça təh
silinə əsaslanır. Keçmiş sovet dövründə çox böyük elmi potensiala malik
olan Azərbaycan müstəqillik əldə etdikdən sonra, təhsilə xüsusi diqqət yetirir.
Riyazi təhsil müasir dövrün ən zəruri təhsil növüdür. Azərbaycanın gələcək
inkişafı bilavasitə riyazi və kompüter təhsili ilə bağlıdır. Riyazi təhsilin
bünövrəsi I-IV siniflərdə qoyulur, V-XI siniflərdə genişləndirilir və
dərinləşdirilir.
Müstəqil Azərbaycan Respublikasında keçirilən Yeni təhsil islahatı
ümumtəhsil məktəblərində riyazi təhsilin yüksək səviyyədə reallaşdırılması
üçün geniş imkanlar açmışdır. Yeni təlim sisteminə (kurikulum) keçid riyazi
təhsilin məzmunu və təşkili formalarında, təlim metodları və vasitələrinin
təkmilləşdirilməsində, pedaqoji təlim texnologiyalarının tətbiq edilməsində
yeni bir mərhələ təşkil edir. Riyazi təhsildə yeni məzmuna və yeni pedaqoji
texnologiyalara keçid heç də o demək deyildir ki, ənənəvi təlim təcrübəsindən
tamamilə imtina etmək lazımdır.
Ulu öndərimiz Heydər Əliyevin «Təhsil millətin gələcəyidir» müddəası ilə
özülü qoyulmuş milli təhsil siyasəti ölkəmizdə uğurla davam etdirilir.
Göründüyü kimi, Azərbaycan təhsili, o cümlədən, riyazi təhsil möhkəm
dayaqlar üzərində qurulmuş və müvəffəqiyyətlə inkişaf etdirilir.
«Yeni qurulan təhsildə idraki inkişafın parametrlərini nəzərə almaq, ona
imkan və şərait yaratmaq əsas amil hesab edilir. Təhsili bilavasitə inkişafyö-
nümlü bir proses kimi stimullaşdırmaq əsas vəzifəyə çevrilir» [ 20; 7]
Təhsil humanist prinsiplərə əsaslanaraq, inzibati xarakterindən uzaqlaşa-
raq, müəllim-şagird münasibətində qarşılıqlı əməkdaşlıq əlaqələrinə söykənir.
Təhsilin əsas göstəricisi - keyfiyyət olmaqla, şəxsiyyətyönümlü xarakter
daşıyır. Təhsildə əhatəlilik, məzmun, texnologiyalar və təlim nəticələrinin qiy-
mətləndirilməsi kimi problemlərin həllinə xüsusi diqqət yetirilir. Təhsilin rəqa-
bət qabiliyyətli olması onun dinamik inkişafını təmin edən faktorlardan
biridir.
Kurikulum təhsil proqramı olmaqla dünya təhsilində bir yeni model kimi
geniş tətbiq olunmaqdadır. Azərbaycan təhsil tarixində ilk dəfə 2006-cı ildə
belə bir sənəd hazırlanmış və təsdiq olunmuşdur. Ümumi orta təhsil
Konsepsiyası olan Milli kurikulum əsasında fənn kurikulumları hazırlanıb,
məktəblərdə tətbiq olunur.


4


Məktəb riyaziyyat kursunun yeniləşdirilməsi təlimin həm məzmununun
və həm də metodlarının təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan son
onilliklərdə orta ümumtəhsil məktəblərində riyaziyyat bir tədris fənni kimi
həyatın tələblərinə, praktik reallığa uyğunlaşdırılır. İlk növbədə məktəbin ibti-
dai siniflərində riyaziyyat təlimi məsələlərinin yeni aspektdə işlənməsi aktual
xarakter daşıyır. Müasir təhsil konsepsiyasında şagirdlərin düşünmə və idrak
fəaliyyətlərinin maksimum inkişaf etdirilməsi prinsipi irəli sürülür. Deməli, gə-
ləcək ibtidai sinif müəllimini XXI əsr məktəbinin tələbləri səviyyəsində hazır-
lamaq lazımdır.
Gələcək ibtidai sinif müəlliminin riyaziyyatdan elmi-metodiki hazırlığına
xidmət edən bu vəsaitdə riyaziyyatın ibtidai məktəb kursu tədrisi metodikası-
nın əsas ideyaları və istiqamətlərinin aşkar edilməsinə cəhd göstərilmiş, peda-
qoji psixologiyanın, didaktikanın və riyaziyyat tədrisi metodikası elminin son
nailiyyətlərinə, qabaqcıl müəllimlərin iş təcrübəsinə və ümumiləşdirilmiş peda-
qoji təcrübəyə istinad edilmişdir.
Kitabın birinci fəslində riyaziyyat kurikulumunun strukturu və xüsusiy-
yətləri şərh olunmuşdur. İkinci fəsildə riyaziyyatın tədrisi metodikasının
vəzifələri və məzmunu, onun elmi-tədqiqat metodları, başqa elmlərlə əlaqəsi
və digər məsələlər işıqlandırılmışdır. Üçüncü fəsildə riyaziyyatın ibtidai
məktəb kursunun məzmunu və quruluşu, tədris proqramları və dərsliklərin
təhlili, sxemləri və başqa məsələlər şərh olunmuşdur. Dördüncü fəsildə
riyaziyyat təliminin metodları, o cümlədən, müasir təlim metodları, onların
təsnifı və xarakteristikaları, təlim prosesində tətbiqi nümunələri və digər məsə-
lələr şərh olunmuşdur. Beşinci fəsildə riyaziyyat təliminin təşkili formaları və
vəzifələri, azkomplektli məktəblərdə riyaziyyat təliminin xüsusiyyətləri və
digər müvafiq məsələlər işıqlandırılmışdır.
Şərh olunan bu materiallar 1-IV siniflərdə riyaziyyatın tədrisi metodika-
sının ümumi məsələlərinə aiddir.
Kitabın xüsusi metodikaya həsr olunmuş VI-XI fəsillərində mənfi ol-
mayan tam ədədlərin nömrələnməsi, hesab əməllərinin, kəmiyyətlərin, cəbr və
həndəsə elementlərinin öyrədilməsi, məsələ həlli metodikası, statistika və ehti-
mal nəzəriyyəsinin tədrisi haqqmda məlumatlar geniş şərh olunmuş və kon-
kret məsələ həlli nümunələri verilmişdir. Əlavələr bölməsində fəal/interaktiv
təlimin strukturu ilə ibtidai siniflərdə riyaziyyat fənninin məzmununu əhatə
edən dərs nümunələri verilmişdir.


5



Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin