Səviyyələr IV
III
II
I sentyabr oktyabr noyabr dekabr yanvar fevral mart aprel may
1 yarımil
II yarımil
23
Şagirdlərin qiymətləndirilməsi prosesində praktik şəkildə obyektiv
qiymətləndirmənin əldə edilməsi son dərəcə vacib məsələdir, lakin bu zaman
pedaqoji-psixoloji məsələlərin nəzərə alınması da aktual problemlərdən sayı-
lır. Tədris ilinin əvvəlində aparılan diaqnostik qiymətləndirmənin funksiyaları
müəllim və şagirdlərin tədris ili boyunca fəaliyyətini istiqamətləndirir. Forma-
tiv qiymətləndirmənin nəticəsinin jurnalda qeyd olunmamasına baxmayaraq
onun funksiyaları daha vacibdir, çünki şagirdin müntəzəm fəaliyyəti və gələ-
cək nailiyyəti bu qiymətləndirmədən asılıdır. Məhz bu zaman müəllimlə şa-
gird arasında psixoloji məqamlar daha qabarıq özünü göstərir.
Əvvəl qiymətləndirmənin psixoloji-pedaqoji xüsusiyyətlərini bir qədər
açıqlayaq. Yaradılan yeni metodik sistemlərdə hazırda şagirdin qiymətləndi-
rilməsi məsələsinə iki münasibət var:
şagirdin təlim fəaliyyətinin müntəzəm surətdə qiymətləndirilməsi;
şagirdin qiymətləndirilməməsi.
Təcrübə və tədqiqatlar göstərir ki, şagirdin təlim fəaliyyəti qiymətləndiril-
məlidir. Bunun da iki cəhəti var:
şagird öz əməyinin müsbət nəticəsinə görə sevinir, fərəh hissi keçirir, o
cümlədən valideynlər də razı qalır;
şagird aldığı aşağı qiymətə görə iztirab çəkir, bədbinləşir və valideyn-
lər narazılıq hissi keçirirlər.
İkinci halın baş verməməsinin başlıca səbəbini müəllimdə axtarmaq la-
zımdır. Belə ki, şagirdin tədris fəaliyyətinə düzgün, sistemli şəkildə nəzarət və
təlimin yüksək səviyyədə keçirilməsi qiymətləndirmənin müsbət olmasını
təmin edir.
Qiymətləndirmə əsasında müəllim həm də öz işində müəyyən korreksiya-
lar aparmalı olur və özünə sual verir: «Mən iş prosesimi necə qurmuşam?»
Nəticə baxımından «Harada səhvə yol vermişəm?» Həmin sualı şagird də özü-
nə verməlidir: «Mən nə üçün aşağı qiymət alıram, nəyi səhv yerinə yetirmişəm
və necə etməliyəm?» Çox vaxt praktikada müəllim şagirdə öz tələblərini irəli
sürür və şagird də (onun valideyni də) müəllimi qeyri-obyektivlikdə günahlan-
dırır. Əslində hər ikisinin (müəllim və şagirdin) fəaliyyəti təhlil olunmalı, nöq-
sanlar aşkar edilməli və hər tərəf özünə aid olan səhflərini düzəltməlidir.
Digər tərəfdən şagirdin tədris fəaliyyətində şəxsiyyətyönümlü nəzarətə və
tərbiyəyə yer verilməlidir, şagird özünə nəzarəti və özünüqiymətləndirmə işinə
hazır olmalıdır. Bu məqsədlə müəllim hansı məsələləri əsas götürməlidir?
24
Müəllim öz fəaliyyətinin mövzusunu dərk etməli və bunu şagirddən də tə-
ləb etməlidir. Yəni şagird bilməlidir ki, dərs ona nə üçün lazımdır, öyrənmək-
lə, o, nə qazanır və ya öyrənməsə, nə itirir. Şagird öz müvəffəqiyyətinə (həm
də məğlubiyyətinə) normal yanaşmalı, onu qiymətləndirməyi bacarmalıdır.
Müəllim və şagird öz fəaliyyətlərini planlaşdırmağı bacarmalıdırlar.
Şagird müəllimin nəzarəti və göstərişi ilə müəyyən ardıcıllıqla hansı məsələlə-
rin olacağını, hansı çətinliklərlə qarşılaşacağını və onu necə aradan qaldırmaq
yollarını bilməlidir.
Müəllim təlimin nəticələrini təhlil etməlidir. O, nəticələrin alınması yolları-
nı, buraxılan səhvlərin aşkar edilməsi və səbəblərinin araşdırılmasını, ümu-
miyyətlə alınmış nəticənin qarşıya qoyulmuş məqsədə uyğun olub-olmamasını
müəyyənləşdirməlidir. Bu məqsədlə şagird tədris fəaliyyətində yerinə yetirdiyi
məsələləri və onların tədrisin nəticələrinə təsirini qiymətləndirməyi bacarmalı,
verilən qiymətlərin xarakteristikalarını bilməlidir ki, ona bu qiyməti nə üçün
verdilər, bu qiymət onun fəaliyyətinin nəticəsinə uyğundurmu.
Qiymətləndirmə prosesinə son dərəcə ciddi, məsuliyyətli və ehtiyatla
yanaşılmalıdır. Müəllim şagirdlərdə öz gücünə inam hissi gücləndirmək üçün,
pedaqoji ustalığını nümayiş etdirməli, şagirdin hər bir müvəffəqiyyətini fərəh-
ləndirici sözlərlə xüsusi olaraq qeyd etməlidir. Qiymətləndirmə ədalətli olma-
lıdır. Lakin bu, o demək deyildir ki, şagirdlərin müvəffəqiyyətinə nail olmaq
üçün müəllim yersiz güzəştlərə cəhd etməlidir. Bu zaman qiymətləndirmə nəti-
cəyə uyğun gəlməz, şagirdi qiymətin obyektivliyindən, reallığından uzaqlaş-
dırar. Müəllim sadəcə olaraq şagirdləri müəyyən seçilmiş suallar əsasında
bilikləri əldə etmək üçün isiqamətləndirərsə, bu proses şagirdlərdə öz fəaliyyə-
tinin qiymətini hiss etməyə imkan verər. Bəzi müəllimlər iş təcrübəsində şa-
girdlərə şagirdlər tərəfindən qiymətvermə və ya özünüqiymətləndirmə priyo-
munu da tətbiq edirlər. Məsələn, müəllim keçirdiyi yoxlama işini şagirdlərlə
birlikdə (şagirdin fəal iştirakı ilə) yoxlayır. Bu iş metodu şagirdlərdə heç bir
şübhəyə yer qoymur və onlar buraxdıqları səhvləri tezliklə düzəltməyə
çalışırlar. Bəzi hallarda isə müəllimlər şagirdlərin müstəqil işini yoxlayarkən,
buraxılan səhvləri işarə edir, lakin düzəltmirlər. Bu yanaşma həm müsbət və
həm də mənfi cəhətə malikdir. Təcrübə göstərir ki, bu zaman uşaqların əksə-
riyyəti səhvlərin tapılmasında fəal iştirak edir. Bəziləri isə - az qismi həmin
səhvləri nə dərk edir, nə də düzəldə bilmir. Son nəticədə onlarda inamsızlıq
yaranır. Bu cür uşaqlar üçün səhvlərin düzəlişi çox vacibdir.