Formativ qiymətləndirmə Formativ qiymətləndirmənin düzgün təşkilində metodik yanaşmanın rolu
və əhəmiyyətini nəzərdən keçirək.
Formativ qiymətləndirmənin mənasını necə başa düşürük? Şagirdlərin bi-
lik və bacarıqlarının müxtəlif səviyyədə olması artıq məlumdur. Müxtəlif
uşaqlar eyni bir müəllim tərəfindən tədris olunan eyni bir mövzunu müxtəlif
cür qavrayır və təbii ki, müxtəlif nailiyyətlər əldə edirlər. Belə bir qanunauy-
ğunluq da diqqətdən qaçmır ki, çətinliklə dərk edən uşağın öyrənməyə həvəsi
azalır, oxumaq istəmir. Tədrisdə şəxsiyyətə yönəlmiş prinsipə əsaslanan fərdi
yanaşma prinsipi və yeni qiymətləndirmə metodları bu problemi həll etməyə
kömək edir. Məhz bu cür yanaşma yeni qiymətləndirmə sistemində formativ
qiymətləndirmə adlanır. Tədrisin keyfiyyətini yüksəldən bu növ qiymətləndi-
rilmə təkcə şagirdə yönəlməmiş, həmçinin tədrisin ümumi keyfiyyətini də
qiymətləndirməyə yönəlmiş, şagirdlərin yalnız biliyini deyil, onların dünyagö-
rüşünün necə inkişaf etməsini də nəzarətdə saxlayır. Bu zaman qiymətləndir-
mə şagirdin fərdi nailiyyətlərini izləyir, tədrisin ümumi keyfiyyət faizinin yük-
səldilməsinə nəzarət etməklə yanaşı şagirdin ümumi inkişafının formalaşdırıcı
qiymətləndirilməsi kimi çıxış edir. Formativ qiymətləndirmə müəllimlərə hər
bir şagirdlə fərdi şəkildə işləməyə imkan yaradır. Lakin bu prosesi kortəbii şə-
20
kildə həyata keçirmək mümkün deyil. Bir dərs müddətində sinifdəki şagirdlə-
rin hamısının fərdiliyini təmin etmək çətindir. Bunun üçün müəllim fəaliyyət
xəttini sistemli şəkildə əvvəlcədən tərtib olunmuş plan əsasında həyata keçir-
məli, müxtəlif səmərəli üsul və vasitələrdən istifadə etməli, düzgün statistika
aparmağı bacarmalıdır.
Formativ qiymətləndirmənin funksiyaları nədən ibarətdir? Şagirdin qiy-
mətləndirilməsi təlim nailiyyətinin əsas səmərəli aləti olmaqla yanaşı, şagirdin
inkişaf səviyyəsinin ölçüsünü və müəllim-şagird fəaliyyətinin nəticəsini müəy-
yənləşdirir. Bu məsələlər formativ qiymətləndirmə prosesində öz həllini tapır.
Formativ qiymətləndirmənin digər qiymətləndirmə növündən əsas fərqi onda-
dır ki, formativ qiymətləndirmənin nəticəsini əldə etmək üçün müəllim hər bir
şagirdlə fərdi şəkildə işləməyə üstünlük verməklə, onun mənimsəmə səviyyəsi-
ni mütəmadi olaraq nəzarət edə bilir, təlim prosesində daima korreksiyalar
apara bilir.
Ümumi təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi ilə
yanaşı müəllimlər arasında belə bir sual daima səslənir ki, «Qiymətləndirməni
necə aparırsınız?»» Bu sual iki vacib məsələ ilə bağlıdır:
yeni qiymətləndirmə mexanizminə uyğun olaraq tədris prosesində
aparılan qiymətləndirmə normalarının müəyyənləşdirilməsi ilə;
Qiymətləndirmə normaları fənn kurikulumda əks olunan standart və alts-
tandartlar vasitəsilə müəyyənləşdirilir. Formativ qiymətləndirmə zamanı
qiymətləndirmə standartlarının səviyyələrlə müəyyənləşdirilmiş sxemindən
istifadə etmək lazımdır. Bu zaman şagirdin fəaliyyətinin ən yüksək səviyyədə
olması üçün onun bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək üçün çalışmaq
lazımdır.
Qiymətləndirməni hansı yollarla aparmaq olar? «Məktəbdaxili qiymətlən-
dirmənin aparılmasına dair tövsiyələridə formativ qiymətləndirmə zamanı
istifadə olunan üsul və vasitələrin növləri və nümunələri təqdim olunmuşdur.
Şəxsi məktəb təcrübəsi əsasında əldə olunmuş nümunələrlə təcrübəmizi bölüş-
mək istərdik. Aydındır ki, qiymətləndirməni müxtəlif formalarla, müxtəlif
üsullar və vasitələrlə aparmaq olar. Yoxlama nəticəsində şagirdlərin keçmiş
materialı necə mənimsədiklərini, hansı xarakterik səhvləri buraxdıqlarını, bu
baxımdan növbəti dərslərdə ortaya çıxan problemlər üzərində hansı işləri
aparmağı və formativ qiymətləndirmənin nəticələri əsasında şagirdin müvəffə-
qiyyətini müəyyənləşdirmək olur.
CAVAB KARTI
Şagird:
Kart→
Sual ↓!
1
2
3
4
5
6
7
8
9
10
1
2
3
4
22
Şagirdlər cavabları uyğun çərçivədə əvvəl karandaşla, yoxladıldıqdan
sonra isə qələmlə yazır və həll etmək üçün növbəti kartı götürürlər. Müəllim
daim onda qalan cavab kartlarına nəzarət edərək, hər bir şagirdin hansı səviy-
yədə olmasına nəzarət edir. Qarşıya çıxan suallar üzərində iş həftə ərzində
dərsdən sonra xüsusi təyin olunmuş vaxtda aparılır.
Bu üsulla aparılan iş şagirdin müstəqil işləməsinə, asudə vaxtının səmərəli
keçməsinə şərait yaradır. Bu üsulun müəyyən qədər yarış xarakterində olması
şagirdlərdə xüsusi olaraq maraq oyadır: «Görəsən, kim hansı kartı yerinə
yetirir?»
Ümumiyyətlə, ibtidai məktəbdə ən səmərəli qiymətləndirmə mexanizmi
"portfolio" sistemidir. "Portfolio" sistemi hər şagirdin xüsusi dosyesidir ki,
burada şagirdə aid olan və aşağıda adları çəkilənlərlə birlikdə bütün məlumat
və sənədlər qeydə alınır:
cari qiymətlər;
şagirdin dərs fəaliyyəti, onun əhval-ruhiyyəsi, iş qabiliyyəti, yaşıdları
və yaşlılarla münasibəti üzərində gündəlik müşahidələr;
meydana çıxan problemlərin təsviri və onların təhlili;
müəllimin bu şagirdə yanaşmaya düzəlişlər edilməsi haqqında, onun
təliminin fərdiləşdirilməsi istiqamətləri haqqında qeydləri və proqnozları;
valideynlərin gəlib-getmələrinin qeydiyyatı, müəllimin onlarla
müzakirə etdiyi mövzular, şagirdin ailə şəraiti haqqında qeydlər;
psixoloqların psixoloji tədqiqatın nəticələri əsasında rəyi.
Bu zaman şagirdin müəyyən dövr ərzində dərs işləri toplanır və sonra
onun nəticələrinin müəyyən edilməsi və həm nailiyyətlərin, həm də problemlə-
rin keyfiyyətcə təhlili aparılır. Bundan sonra şagirdin inkişafının fərdi proqra-
mı tərtib olunur.
Nəticələr ilkin mənbə nöqtəsini diaqnostik qiymətləndirmədən nəticəsin-
dən başlayan qrafikdə şagirdin nailiyyəti xətt boyunca qrafik şəkildə öz təsvi-
ri əksini tapır.