Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


§2. «Riyaziyyat təliminin məzmunıı» bölməsinin qısa xarakteristikası



Yüklə 175,75 Kb.
səhifə5/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   2   3   4   5   6   7   8   9   ...   59
riyaziyyat 11

§2. «Riyaziyyat təliminin məzmunıı» bölməsinin qısa xarakteristikası
I-IV siniflərin riyaziyyat kursu məzmunu etibarilə, ənənəvi kursu öz
daxilində saxlamaqla, «Statistika və ehtimal» bölməsi ilə tamamlanır.
Strukturu etibarilə spiralvari düzülüşə malik olmaqla, dörd konsentrdən
ibarətdir. Bu konsentrlər mənfi olmayan tam ədədlər hesabı üzərində qurul-
maqla, cəbr və həndəsə elementləri, funksional asılılıqlar, kəmiyyətlər,


8


statistika elementləri və variasıyalı məsələlər həllinə malik olmaqla, ehtimala
aid informasiyadan ibarətdir. Ədədlərin öyrənilməsi milyon dairəsində
tamamlanır. Bunu nəzərə alaraq, ibtidai təhsil pilləsində şagirdlərin riyazi
biliklərinə aşağıdakı tələblər verilir:

  1. Milyon dairəsində mənfi olmayan tam ədədlər üzərində dörd hesab
    əməlinin yerinə yetirilməsi, mövqeli say sistemində rəqəmin ədəddə tutduğu
    yerinə görə qiyməti prinsipi və ədədin mərtəbə vahidini, mərtəbə ədədini və
    mərtəbə rəqəminin ayırd edilməsi. Çoxrəqəmli ədədin kanonik şəkildə
    yazılması.

  2. Hesab əməlində naməlum komponentin tapılması qaydası, əməlin
    komponentlərinin dəyişməsi ilə nəticənin dəyişməsi kimi sadə funksional asılı-
    lıqların ayırd edilməsi.

  3. Kəmiyyətlərə (uzunluq, kütlə, vaxt, sahə, tutum, pul vahidləri) aid
    həyati məsələlərin həll edilməsi, müvafiq praktik işlərin yerinə yetirilməsi.

  4. Sadə müstəvi fiqurların xassələrindən məsələ həllində istifadə edilməsi,
    bir sıra fəza fiqurlarının ayırd edilməsi və onların bir sıra elementlərinin
    fərqləndirilməsi, kəsib-yapışdırmaqla həndəsi fiqurların hazırlanması.

  5. Məsələlər həllində cədvəldən istifadə edilməsi, hadisələrin təsnif edil-
    məsi, sadə variasiyalı məsələlərin həllinin təsvir edilməsi.



Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin