Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


§4. Riyaziyyatdan məzmun xətlərinin zəruriliyi, əsaslandırılması və təlim nəticələri



Yüklə 175,75 Kb.
səhifə7/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   2   3   4   5   6   7   8   9   10   ...   59
riyaziyyat 11

§4. Riyaziyyatdan məzmun xətlərinin zəruriliyi, əsaslandırılması və təlim
nəticələri


  1. «Ədədlər və əməllər» məzmun xəttinin əsaslandırılması

Qeyd etdiyimiz kimi, ənənəvi təlimdə də məzmun xətləri mahiyyəti
etibarilə var idi, lakin formalaşdırılmamışdı. Sadəcə olaraq, ənənəvi proqram
materialları mahiyyəti eynilə qalmaqla, eynicinsliliyinə görə yeni forma kəsb
etmişdir.
Ədədlər saymada, hesablamada, kəmiyyətlərin qiymətini ifadə etmək
üçün istifadə olunan ən mücərrəd riyazi anlayış olub, siniflər üzrə həmin anla-
yış tədricən genişləndirilir və dərinləşdirilir. Ədədlər üzərində yerinə yetirilən
riyazi əməllərin sayı da artır (toplama, çıxma, vurma, bölmə, qüvvətə yüksəlt-
mə, kökalma və s.). İbtidai siniflərdə şagirdlər şifahi və yazılı hesablama vər-
dişlərinə yiyələnirlər. Yuxarı siniflərdə mənfi olmayan tam ədədlər çoxluğu
tam ədədlər çoxluğuna, rasional ədədlər çoxluğuna və həqiqi ədədlər çox-
luğuna qədər genişləndirilir.
Bu məzmun xəttini öyrənmə nəticəsində şagirdlər aşağıdakı bilik və ba-
carıqlara yiyələnirlər:
- ədəd anlayışını, ədədlərin müxtəlif şəkillərdə ifadə olunmasını, ədədlər və
ədədi sistemlər arasında əlaqələri başa düşür;


  • əmətiərin mənasını və yerinə yetirilmə qaydalarını bilir, əməllər arasında-
    kı (məsələn, toplama və çıxma) əlaqələrini dərk edir;

  • dəqiq hesablamalar və təqribi hesablamaları yerinə yetirməyi bacarır.

Bu məzmun xətti vasitəsilə aşağıdakılar təmin olunur:

  • mənfi olmayan tam ədəd anlayışının daxil edilməsi;

  • ədədin mərtəbə vahidi, mərtəbə ədədi və mərtəbə rəqəmi haqqında təsəv-
    vürlərin və anlayışların yaradılması;


11




  • mənfi olmayan tam ədədlər üzərində hesab əməlləri və onların xas-
    sələrinin öyrədilməsi;

  • hesab əməlləri arasındakı əlaqələrin öyrədilməsi;

  • şifahi və yazılı hesablama bacarıqları və vərdişlərinin formalaşdırılması;

  • hissə və kəsr haqqında təsəvvürlərin formalaşdırılması.


Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin