§1.2. Müxtəlif idarəetmə məktəbləri və onların inkişaf xüsusiyyətləri
İ
dаrəеtmə bütün tаrix bоyu mövcud оlmuşdur. Аmmа оnun təsirеtmə
xüsusiyyətləri və icrа mеxаnizmi bаşqа cür оlmuşdur. İdarəetmənin inkişаfınа əsаs
təkаn vеrən qüvvə, İngiltərədə bаş vеrmiş sənаyе inqilаbı оlmuşdur. Аmmа
idаrəеtmənin inkişаfındа və uğurlаrındа əhəmiyyətli sıçrаyış ilk dəfə Аmеrikаdа
yаrаnmışdır. XIX əsrin əvvəllərində АBŞ yеgаnə ölkə idi ki, оrаdа insаn özünün
milliyyəti və mənşəyi ilə bаğlı prоblеmləri unudаrаq öz pеşəsi üzrə iş tаpа bilirdi. АBŞ
dövləti yаrаndığı gündən təhsil аlmаq istəyənləri ciddi dəstəkləmişdir. Təhsil, insаnlаr
а
rаsındа intеllеktuаl səviyyənin yüksəlməsi, müxtəlif sаhələrdə, еləcə də biznеs
sаhəsində və idаrəеtmədə üstünlük yаrаdırdı. Bu və yа digər аmillər iri istеhsаl
sаhələrinin mеydаnа gəlməsinə səbəb оldu ki, bu dа оnlаrın еlmi yоllа
təkmilləşdirilməsini və yеni idаrəеtmə üsullаrının tətbiqini tələb еdirdi.
İ
darəetmənin bir elm kimi formalaşıb inkişaf etməsində idarəetmə məktəblərinin
böyük rolu olmuşdur. İdarəetmə məktəbləri bu sahədə nəzəri biliklərin formalaş-
masında, elmi məqalələrin və əsərlərin yazılmasında, elmi təklif və tövsiyələrin veril-
məsində xüsusi rol oynamışdır. Aşağıdakı idarəetmə məktəblərinin yaranıb, müəyyən
tarixi dövrləri keçməsi idarəetmənin tarixində əlamətdar hadisə kimi qiymətləndirilir:
1.
Elmi idarəetmə məktəbi ( 1886–1920)
2.
Klassik və ya inzibati idarəetmə məktəbi ( 1920 – 1950)
3.
İnsani münasibətlər məktəbi ( 1930 – 1950)
4.
Davranış qaydaları haqqında elmi məktəb
5.
Müasir idarəetmə (kəmiyyət) məktəbi (1950 – indiyədək).
Elmi idarəetmə məktəbi idarəetmə elminin yaradıcısı hesab edilir. Onun
nümayəndələrindən Fredrik Uinslou Teylor, Henri Hant, Frenk Cilbert, Lillian
Cilbert və başqalarını göstərmək olar.
Bu məktəbin banisi Fredrik Uinslou Teylor olmuşdur. Qərb alimlərinin fikrincə
1911-ci ildə Fredrik Uinslou Teylor (1856 – 1915) “Elmi idarəetmənin prinsipləri”
kitabını dərc etdirməklə ilk dəfə idarəetməyə elmi yanaşmanın əsasını qoymuşdur. O,
13
bundan əlavə “İşəmuzd sistemi” (1895), “Sex menecmenti” (1903) kimi kitabların da
müəllifidir. Onun məzarının üzərində “Elmi menecmentin atası” sözləri yazılmışdır.
Elmi idarəetmə məktəbinin nümayəndələri belə hesab edirdilər ki, müşahidə,
ölçü, məntiq və təhlildən istifadə edərək əl əməyini təkmilləşdirmək olar. Bunun
nəticəsində də işlərin daha səmərəli icra olunması təmin ediləcəkdi.
Elmi idarəetmə məktəbi insan amilini də diqqətdən kənarda saxlamırdı. Bu
məktəbin nümayəndələri belə hesab edirdilər ki, sistematik olaraq stimullaşdırma və
motivləşdirmə vasitəsilə işçinin əmək məhsuldarlığını və istehsal həcmini artırmaq
olar. Bu elmi idarəetmə məktəbinin əsas nəaliyyətlərindən idi. Bundan əlavə istehsal
prosesinin bərpa olunması məqsədilə istehdalda kiçik istirahətlər və fasilələr nəzərdə
tutulurdu. Bu rəhbərliyə yerinə yetirilməsi nəzərdə tutulan istehsal normalarını
müəyyən etməyə imkan verirdi. Həmçinin, müəyyən olunmuş istehsal normasından
artıq məhsul istehsal edənlərə əlavə əmək haqqı ödənilməsi nəzərdə tutulurdu. Bu
yanaşmada əsas məsələ ondan ibarət idi ki, əlavə iş nəticələri əlavə maaşla
nəticələnəcəkdi. Bundan başqa elmi idarəetmə məktəbi işdə həvəsləndirmə sisteminin
yaradılması fikrini də irəli sürmüşdür ki, bu da istehsalın inkişafına və artım tempinə
təsir amili kimi dəyərləndirilmişdir. Bu məktəbin nümayəndələri görüləcək işləri
yerinə yetirmək üçün işçilərin işə uyğunluğunun müəyyən olunması, intellektual və
fiziki cəhətdən işə uyğun olan işçilərin seçilməsi və onların öyrədilməsi prosesini vacib
hesab edirdilər.
F.Teylor və onun ardıcılları insanların fiziki əməklərinin yüngülləşdirilməsinin
mümkün və vacib olduğunu sübut etməyə çalışırdılar. Onlar elmi yolla sübut etməyə
çalışırdılar ki, bir insan – işçi bir sutka ərzində gördüyü işi 8 saat ərzində yerinə yetirə
bilər. Norma və normativlərin yaranması məhz bu məktəbin adı ilə bağlıdır.
F.Teylor öz sınaqları və elmi işləri ilə təsdiq etməyə çalışırdı ki, onun hazırladığı
ə
məyin elmi təşkili metodları və onun əsasında formalaşdırdığı “elmi idarəetmənin”
prinsipləri” müasir istehsalda əsas inqilab olacaq və köhnəlmiş avtoritar idarəetməni
rasional elmi yanaşmalarla əvəz edəcəkdir. Teylorun elmi idarəetmə sistemi ondan
14
ibarət idi ki, əmək icraçı və idarəedici əməyə bölünməlidir. İstehsal prosesində hər bir
işçi müəyyən bir funksiyaya görə məsuliyyət daşımalıdır. Teylor öz kitabında yazırdı
kı, bir tip insan əvvəlcə işin planını hazırlamalı, digər tip insan isə onu icra etməlidir.
Teylora görə inzibati sistemin yerinə yetirməli olduğu vəzifələr aşağıdakılardır:
-
İdarəetmənin əvvəlki primitiv metodlarının elmi metodlarla əvəz edilməli,
hər bir idarəetmə elementi üzrə elmi metodlar işlənib hazırlanmalıdır;
-
İşçilərin elmi əsaslarla seçilməsini, öyrədilməsini və inkişaf etdirilməsini
təmin etməlidir;
-
Elm və işçilərin fəaliyyətini əlaqələndirməli, onlar arasında vəhdət
yaratmalıdır. İşçilərin fəaliyyətinin elmi prinsiplər əsasında qurulmasını
təmin etməlidir;
-
İcraçılar (işçilər) və idarəedicilər (menecerlər) arasında əməyin dəqiq
bölüşdürülməsini həyata keçirməli, işçiləri icraçı əməyə, idarəediciləri isə
inzibati və nəzarət işlərinin yerinə yetirilməsinə istiqamətləndirməlidir.
Teylorun fikrincə, elmi idarəetmənin yuxarıda qeyd olunan prinsipləri insan
fəaliyyətinin istənilən sferasına tətbiq oluna bilər.
O, elmi idarəetməyə bütün heyətin maraqlarının yaxınlaşdırılması aləti kimi
baxırdı. Onun fikrincə, elmi idarəetmə müxtəlif tərəflər arasında ziddiyyətləri aradan
qaldıracaq, məhsuldarlığın artması nəticəsində işçinin rifahı yaxşılaşdıracaqdır. Teylor
hesab edirdi ki, müəssisə üçün səmərənin əsas meyarı maya dəyərinin aşağı
salınmasıdır. Teylorun elmi idarəetmə sistemində əmək səmərəliliyin əsas mənbəyi,
sex isə elmi idarəetmənin tətbiqinin əsas həlqəsi kimi çıxış edirdi.Teylor əməyi hər
ş
eydən əvvəl fərdi fəaliyyət kimi qiymətləndirirdi. O, hesab edirdi ki, əmək
məhsuldarlığının əsas hərəkətverici qüvvəsi şəxsi maraqdır. Hər bir işçi ondan nə tələb
olunduğunu bilməlidir, idarəedici isə işçini konkret tapşırığa uyğun məlumatlandırmalı
və onu istiqamətləndirməlidir. Teylor işçilərin yorğunluğunun azaldılması, işin
stimullaşdırılması kimi üsullardan istifadə edirdi. O, insan amilini inkar etmirdi, daha
çox individual inkişafa üstünlük verirdi. Teylorun elmi idarəetmə sistemində ustanın
yerinə funksional inzibati sistem gəldi və bu da təşkilatların funksional idarə
15
edilməsində yenilik idi.
F.Teylor bir sıra tədqiqatlar və eksperimentlər aparmışdır. Bu tədqiqatlar və
eksperimentlər nəticəsində bir sıra ümumi prinsiplər müəyyən etmişdir:
Ə
məyin bölgüsü; əməyin ölçülməsi; tapşırığın icrası üzrə təsvirlər;
stimullaşdırma proqramları; əmək individual fəaliyyət kimi; motivasiya; fərdi
qabiliyyətlərin rolu; menecmentin rolu; həmkarlar ittifaqlarının rolu; idarəetmə
təfəkkürünün inkişafı.
Elmi idarəetmə məktəbinin digər bir nümayəndəsi Teylorun tələbəsi Henri
L.Hant (1861 – 1919) olmuşdur. Henri L.Hant “Əmək, əmək haqqı və gəlir” (1910),
“Sənaye rəhbərliyi” (1916), “Əməyin təşkili” (1919) əsərlərinin müəllifidir. O.
Mükafat ödəmə metodikasını hazırlamışdı, istehsalın planlaşdırılması üçün kart-
sxemlər tərtib etmişdi. Hant sənayedə insan amilinin vacib rolunu öyrənirdi. 1901-ci
ildə Hant istehsal tapşırıqlarının tez və keyfiyyətli icrasını təmin edən mükafat sistemi
hazırladı. Bu sistemin tətbiqi bir çox müəssisələrdə əmək məhsuldarlığının artması ilə
nəticələndi. Hant qeyd edirdi ki, işçilər sistematik olaraq sənaye əməyi vərdişlərini
mənimsəsələr, bu təkcə məhsuldarlığı deyil, həm də işçilər və əmr edənlər arasında
səmərəli kooperasiya sistemini inkişaf etdirər. “Əməyin təşkili” kitabında Hant
biznesin sosial məsuliyyəti haqqında fikirlərini inkişaf etdirirdi. O qeyd edirdi ki,
biznes sistemi sosial məsuliyyəti dərk etməli və özünü cəmiyyətə xidmət etməyə həsr
etməlidir, əks halda cəmiyyət onu dağıtmağa həsr edəcək. Çünki, cəmiyyətin öz
maraqları vardır. Hant sənayedə insan amilinin vacib rolunu öyrənirdi. “Menecmentin
bütün problemlərindən ən vacibi insan amilidir” fikri məhz ona məxusdur.
Elmi idarəetmə məktəbinin digər bir nümayəndələri ər-arvad olan F.Cilbert
(1868-1924) və L.Cilbert (1878-1972) olmuşdur. Onlar “Hərəkətlərin öyrənilməsi”
(1911), “İdarəetmənin psixologiyası” (1916) əsərlərinin müəllifləridir. Onlar istehsal
prosesində fiziki işi öyrənirdilər və istehsala yönəldilən səylərin azaldılması hesabına
məhsul istehsalını artırmaq imkanlarını tədqiq edirdilər. F.Cilbert əsas diqqətini
hərəkətlərin tədqiqinə yönəltmişdi. F.Cilbert öz tədqiqatları zamanı müasir ölçmə
metodlarından və alətlərindən (konoçəkiliş, şkaloqram və sairə) geniş istifadə edirdi.
16
Onlar işin icrası zamanı nəzarətə imkan verən cihaz kəşf etmişdilər və onu
mikroxronometr adlandırmışdılar. Onlar bu cihaz vasitəsilə əməliyyatların icrası vaxtı
hansı hərəkətlərin yerinə yetirildiyini və onların nə qədər vaxt apardığını qeyd
edirdilər. Alınan məlumatlara əsaslanaraq, onlar qeyri-effektiv hərəkətləri aradan
qaldırmaq üçün iş əməliyyatlarını dəyişir və işin səmərəsini yüksəltməyə çalışırdılar.
Ə
vvəlki sistemlərlə müqayisədə bu fenomenal hadisə idi.
Elmi idarəetmə məktəbi idarəetmənin ayrıca bir elm sahəsi olduğunu isbat etmiş
və sübut etmişdir ki, idarəetmə əməyi (zehni əmək) fiziki əməkdən ayrılmalıdır. Elmi
idarəetmə məktəbi idarəetmə elminin əsasını qoymaqla idarəetməyə dair aşağıdakı
məzmunda yeni nəzəriyyələr, elmi fikirlər və təkliflər irəli sürmüşlər:
İ
darəetmə əməyi fiziki əməkdən ayrılmalıdır; əmək fəaliyyətində iş və vaxt
normaları tətbiq edilməlidir; təşkilatlarda işçiyə artıq iş üçün mükafat verilməlidir; əl
ə
məyi yüngülləşdirilməli, bundan ötrü yeni texnoloji proseslər tətbiq olunmalıdır.
Bu cür təkliflərin və nəzəriyyənin yaranması idarəetmənin elmi-nəzəri əsasını
təşkil edirdi.
Klassik və ya inzibati idarəetmə məktəbinin nümayəndələri təşkilatın
ümumilikdə idarəedilməsinin təkmilləşdirilməsi yollarını axtarırdılar. Onlar təşkilatın
ümumi xüsusiyyətlərini və qanunauyğunluqlarını müəyyən etməyə çalışaraq ona
geniş perspektiv nöqteyi-nəzərindən baxırdılar. İnzibati idarəetmə məktəbinin
nümayəndələri elmi idarəetmə məktəbinin yaradıcılarından fərqli olaraq iri biznesdə
yuxarı rəhbərlik səviyyəsində işləmişdilər. Bu məktəbin yaradıcısı və bəzən
“menecmentin atası” hesab olunan Anri Fayol daş-kömür istehsalı ilə məşğul olan
böyük fransız kompaniyasına rəhbərlik edirdi. Lindel Urvik İngiltərədə idarəetmə
məsələləri üzrə məsləhətçi idi.
Klassik məktəbin nümayəndələri elmi idarəetmə məktəbinin tərəfdarlarından
fərqli olaraq idarəetmənin sosial aspektlərinə çox da diqqət göstərmirdilər. Onların
tədqiqat işi elmi yanaşmalardan daha çox şəxsi müşahidələrə əsaslanırdı. Klassiklər
təşkilatlara geniş perspektivdən baxaraq onun ümumi xüsusiyyətlərini və qayda
qanunlarını müəyyən etməyə çalışırdılar. İnzibati məktəbin əsas məqsədi
17
idarəetmənin universal prinsiplərini formalaşdırmaqdan ibarət idi. Onların fikrincə,
təşkilat bu prinsiplərə əməl edərsə daha səmərəli fəaliyyət göstərəcək.
Bu prinsiplər iki əsas aspekti nəzərdə tuturdu. Onlardan biri təşkilatın idarə
edilməsinin rasional sisteminin yaradılması idi. Biznesin əsas funksiyalarını müəyyən
edərək, klassik nəzəriyyəçilər təşkilatın kiçik bölmələrə və işçi qruplarına
bölünməsinin ən yaxşı yollarını axtarmağa çalışırdılar. Bu ənənəvi funksiyalar isə
maliyyə, istehsal və marketinq hesab olunurdu.
Klassik prinsiplərin ikinci əsas aspekti isə təşkilatın strukturunun qurulmasını və
işçilərin idarəedilməsini əhatə edirdi. Əsas prinsip ondan ibarət idi ki, işçi bir
rəhbərdən əmrlər almalıdır və ancaq bir nəfərə tabe olmalıdır.
H.Emerson (1853-1931) idarəetmədə qərargah prinsiplərinin tədqiqatçısı kimi
məşhurlaşmışdı. Emerson baş qərargah konsepsiyasını işləyib hazırlamışdı. Baş
qərargah nəzəriyyəsinə əsasən hər bir hərbi məsələ qərargahın bir zabiti tərəfindən
öyrənilirdi və yalnız bütün mütəxəssislərin ümumi fikri rəhbərə düzgün məsləhət verə
bilərdi. Hərbi rəhbər isə son qərar qəbul etməli və ona görə məsuliyyət daşımalı idi.
H.Emerson hesab edirdi ki, qərargah prinsipi bütün təşkilatlara tətbiq edilə bilər və
onun hərbi sahə ilə məhdudlaşması düzgün deyil.
Amerikan meneceri R.Robbi (1864-1929) “Təşkiletmə üzrə mühazirələrində”
kamil təşkilatı ordu ilə eyniləşdirilirdi. R.Robbinin ideyalarına əsasən hərbi təşkilat
öz intizamı, nizamnamələrin sərtliyi, məsuliyyət və tabeçiliyin səmərəliliyi ilə digər
təşkilatlara çox kömək etmişdir. Çünki o, böyük kütlələrlə münasibət yaratmaq və
idarə etməklə çox əlaqədardır.
Q.Xopf (1882-1949) tərəfindən optimal təşkilat ideyası irəli sürülmüşdür. O
qeyd edirdi ki, optimum işgüzar təşkilatın inkişafının elə bir forması kimi müəyyən
edilə bilər ki, ölçü, maya dəyəri, insani qabiliyyətlər kimi amillər arasında tarazılığı
saxlaya və biznesin vəzifələrini reallaşdırmağa kömək edər. Xopf idarəetməni
təkmilləşdirəcək bir sıra təkliflər irəli sürmüşdür.
18
İ
darəetmə konsepsiyasının formalaşmasında ingilis alimi Oliver Şeldonun
(1894-1951) da mühüm rolu olmuşdur. O, “İdarəetmə fəlsəfəsi” kitabında (1923)
idarəetmənin etik tərəflərini qeyd edirdi və ona aid məsuliyyəti açıqlayırdı. Şeldona
görə idarəetmənin fəlsəfəsini hazırlamaq, yəni elmi əsaslandırılmış və gündəlik qəbul
edilən prinsiplər formalaşdırmaq lazımdır.
Müasir mütəxəssilərin fikrincə Fransız inzibatçısı və sahibkarı Anri Fayol
(1841-1925) XX əsrin ortalarına qədər idarəetmə sahəsində Avropanın ən məşhur
tədqiqatçısı və təcrübəçisi olmuşdur. Anri Fayol idarəetmə barədə ilk dəfə sistemli
şə
kildə nəzəriyyə irəli sürmüşdü. Məhz bu səbəbdən onu “menecmentin atası”
adlandırırdılar. Anri Fayolun idarəetmə nəzəriyyəsinə əsas tövhəsi ondan ibarət
olmuşdur ki, o, idarəetmə prinsiplərini sistemləşdirdi və bir neçə qarşılıqlı əlaqəli
funksiyaları idarəetmənin universal funksiyaları kimi təqdim edərək, onların tətbiqinə
tam proses kimi baxırdı. Anri Fayol “İnzibati idarəetmə nəzəriyyəsi”nin yaradıcısıdır.
O, öz fikirlərini “Ümumi sənayə idarəetməsi” (1916) kitabında yazmışdır. A.Fayol
idarəetməni funksional yanaşma baxımından tədqiq edərək onu planlaşdırma,
təşkiletmə, koordinasiya və nəzarətə bölmüşdür.
Bu məktəb ona görə klassik adlanırdı ki, tarix boyu yaranan bütün idarəetmə
prinsipləri, funksiyaları və metodları bu məktəb tərəfindən sistemləşdirilmiş,
nizamlanmış və idarəetmədə tətbiq olunmağa başlanılmışdır.
A.Fayol öz əsərində idarəetmənin 14 prinsipini qeyd etmişdir:
Ə
məyin bölgüsü; hakimiyyət və məsuliyyət; intizam; sərəncamların vahidliyi;
vahid rəhbərlik; şəxsi maraqların ümumi maraqlara tabe etdirilməsi; heyətin
mükafatlandırılması; mərkəzləşmə; skalyar zəncir; qayda-qanun; ədalət; heyətin
sabitliyi; təşəbbüskarlıq; korporativ ruh.
Maks Veber (1864-1920) isə “Bürokratik idarəetmə nəzəriyyəsinin”
yaradıcısıdır. O, bürokratik idarəetməyə qaydalar, təşkilati struktur, əmək bölgüsü,
19
karyera vəzifəsi kimi baxmışdır. Bununla bərabər, bürokratik idarəetmənin mənfi
cəhətlərini də qeyd etmişdir ki, bunlar - sərt qaydalar və ləng qərarvermədir.
İ
nzibаti (klаssik) idаrəеtmə məktəbi idаrəеtmə prinsiplərini müəyyənləşdirdi,
idаrəеtme funksiyаlаrını təsvir еtdi ve təşkilаtın bütünlüklə idаrə оlunmаsınа sistеmli
yаnаşmаnı izаh еtdi. Bu məktəb idаrəеtmə prinsiplərini, idаrəеtmə quruluşunu
(strukturunu), idаrəеtmə funksiyаlаrını, idarəetmənin mеtоdlаrını, idarəetmənin
üslublаrını еlmi sürətdə müəyyənləşdirdi və bərqərаr еtdi.
İ
nsani münasibətləri məktəbinin əsasını amerikan sosioloqu və psixoloqu olan
Elton Meyo (1880-1949) qoymuşdur. O hesab edirdi ki, əvvəlki idarəetmə metodları
ə
məkdaşlığın deyil, maddi səmərəliliyin əldə olunmasına istiqamətlənmişdir. İnsani
münasibətlər məktəbi idarəetmədə yeni yanaşmanın, təşkilata “sosial sistem” kimi
yanaşmanın tərəfdarı idi. O, qeyd edirdi ki, işçi fizioloji və maddi tələbatlara malikdir
və onların ödənilməsi iqtisadiyyat inkişaf etdikcə asanlaşır. Bundan başqa insanın
ünsiyyət, özünüreallaşdırma, tanınma kimi sosial tələbatları da mövcuddur və onların
ödənilməsi daha çətindir.
Elton Meyo məşhur təcrübələrini ABŞ-ın Xotron şəhərində yerləşən “Uestern
Elektrik” şirkətində aparırdı. O, öz tədqiqatları nəticəsində müəyyən etmişdir ki,
dəqiq işlənmiş işçi əməliyyatları və yaxşı əmək haqqı heç də həmişə məhsuldarlığın
artmasına səbəb olmur. Bəzən işçilər rəhbərliyin istəyindən və maddi stimulundan
daha çox öz iş yoldaşlarının təsirinə reaksiya verirlər. Tədqiqatlar nəticəsində
meydana çıxan belə nəticələrə əsaslanaraq, psixoloji məktəbin tədqiqatçıları hesab
edirdilər ki, əgər rəhbərlər işçilərə daha çox qayğı göstərərsə işçilərin razılıq
səviyyəsi də bir o qədər artacaq və bu da məhsuldarlığın artmasına səbəb olacaq.
Onlar insan münasibətlərinin idarə edilməsi fəndlərindən istifadə etməyi məsləhət
görürdülər.
“Uestern Elektrik” şirkətində E.Meyo və onun əməkdaşları tərəfindən aparılan
və 12 il davam edən tədqiqatlar istehsalın ahəngi və məhsuldarlığına ciddi təsir
göstərən qeyri-formal qrup fenomenini aşkar etdi. Aşkar edildi ki, xüsusi norma və
20
mövqelərini hazırlamaq, əmək prosesində kollektivin ayrı-ayrı üzvlərinin
hərəkətlərinə ciddi sosial nəzarət müəyyən etmək bu qrupa xas olan cəhətlərdəndir.
Buna görə də qeyri-formal münasibətləri heç bir vəchlə özbaşına buraxmaq olmaz.
Ə
ksinə, fəhlələr və administrasiya arasında əməkdaşlıq əsasında onları idarə etməyi
öyrənmək lazımdır.
Bu məktəbin digər bir nümayəndəsi isə Meri Parker Follet (1868-1933)
olmuşdur. İlk dəfə M.P.Follet menecmenti “digər insanların köməyi ilə yerinə
yetirilən iş” adlandırmışdır. O kiçik qruplarda sosial münasibətləri öyrənmişdi. Öz
baxışlarını “Yaradıcı təcrübə” (1924), “Enerjili idarəetmə” (1941), “Azadlıq və
tabeçilik” (1949) kitablarında əks etdirmişdir. Onun fikrincə, əmək kollektivindəki
münaqişələr hər zaman destruktiv deyildir, müəyyən şərtlər altında onlar konstruktiv
də ola bilir. Birinin digərinə tabeçiliyi kimi qəbul olunan hakimiyyət insan hisslərini
tapdayır və effektiv təşkilatın bazası ola bilməz. Demokratiya hər kəsdən istifadə
edən və ayrı-ayrı individi kompensasiya edən böyük qüvvədir. Liderlik hakimlik
etməyə öyrəşən şəxsiyyət göstəricisi deyil. Lider müəyyən təhsilin köməyi ilə
formalaşır və ağıllı lider nəinki gələcəkdə baş verən situasiyanı dərk etməli, eyni
zamanda onu yaratmalıdır.
İ
nsani münasibətlər məktəbi əmək məhsuldarlığının yüksəldilməsi və son
nəticənin əldə olunması üçün fərdi münasibətlərin idarə olunmasını, onların sosial və
psixoloji vəziyyətlərinin nəzərə alınmasını, rəhbərlərin işçilərə qayğı ilə yanaşması
faktorlarını aşkar etdi. Bu məktəbinin nümayəndələri fərdi davranış, qrupların
meydana gəlməsi, qrup davranışı, insanlararası münasibət, motivasiya və liderlik
kimi məsələləri tədqiq etməklə onları idarəetmə elminə gətirmişlər.
Davranış qaydaları haqqında elmi məktəb. Sosiologiya və psixolgiya elmlərinin
inkişafı, tədqiqat metodlarının təkmilləşdirilməsi iş yerində davranışın öyrənilməsini
daha ciddi elmi şəklə saldı. Davranış qaydaları haqqında elmi məktəbin əsas simaları
Kris Ardciris, Rensis Laykert, Duqlas Mak-Qreqor, Frederik Qertsberq olmuşdur. Bu
tədqiqatçılar sosial qarşılıqlı əlaqələrin, hakimiyyətin və avtoritetin xarakterinin,
21
təşkilati quruluşun, təşkilatlarda əlaqələrin, liderliyin, işin məzmununun və əmək
fəaliyyətinin keyfiyyətinin dəyişməsinin müxtəlif tərəflərini öyrənirdilər.
Davranış haqqında elmi məktəb şəxslərarası münasibətlərin yaradılması
metodlarında diqqəti cəmləşdirməklə, insan münasibətləri məktəbindən çox
uzaqlaşmışdır. Bu məktəbin əsas məqsədi insan ehtiyatlarının effektivliyinin artırılması
hesabına təşkilatın effektivliyinin artırılmasıdır. Əsas məqam ondan ibarət idi ki,
davranış haqqında elmin düzgün tətbiqi həm ayrıca işçinin, həm də təşkilatın
effektivliyinin artırılmasına kömək edəcəkdir. Davranış yanaşması o qədər
populyarlaşmışdı ki, artıq 60-cı illərdə demək olar ki, bütün idarəetmə sahəsini əhatə
edirdi.
“İnsan ehtiyatları” nəzəriyyəsinin görkəmli nümayəndələrindən biri Duqlas Mak-
Qreqor (1906-1964) olmuşdur. D.Mak-Qreqor öz konsepsiyasının əsasına nəzəriyyələr
dixotomiyasını qoyaraq onu “X” və “Y” nəzəriyyəsi adlandırmışdır. “X” nəzəriyyəsi
sosial idarəetmənin problemlərinə ənənəvi baxışı əsas götürürdü. “Y” nəzəriyyəsi isə
idarəetmə prosesində individual və təşkilati məqsədlərin inteqrasiyasını əsas götürüdü.
“X” nəzəriyyəsinin əsas müddəaları aşağıdakılardır:
Adi insan daxilən işi qəbul etmir və ondan müxtəlif yollarla çəkinmək istəyir;
insanların çoxu məcbur edilməli və istiqamətləndirilməlidirlər ki, məqsədləri
reallaşdırsınlar; adi insan nəzarət olunmamağa və məsuliyyətdən azad olmağa çalışır;
adi insan kiçik ambisiyalara malik olur və müdafiəyə ehtiyacı var.
“Y” nəzəriyyəsinin əsas müddəaları aşağıdakılardır:
Ə
məkdə fiziki və intellektual qüvvələrin sərfi oyun və istirahətdə olduğu kimi
təbiidir; xarici nəzarət və ya cəza təhlükəsi təşkilati məqsədlərə çatmaq üçün yeganə
vasitələr deyil; insan ona tapşırılmış vəzifələrin icrası zamanı özünüidarəetməni və
özünənəzarəti həyata keçirir; mükafatlandırma vəzifələrin reallaşdırılmasının mühüm
tərkib hissəsi olmalıdır; adi insan müvafiq şəraitdə məsuliyyəti öz üzərinə götürməklə
yanaşı, həm də onu axtarır; təşkilati problemlərin həlli zamanı yüksək təxəyyül,
orijinallıq və yaradıcılıq insanlar arasında daha geniş yayılır;
22
“X” nəzəriyyəsinin mərkəzi prinsipi idarəetməyə ənənəvi yanaşma, birbaşa
hakimiyyət tətbiq etmək vasitəsilə rəhbərlik və nəzarətdir. “Y” nəzəriyyəsinin əsas
mahiyyəti isə inteqrasiyadır. Elə bir şəraitin yaradılmasıdır ki, təşkilatın bütün üzvləri
individual məqsədlərinə müəssisənin kommersiya uğuru vasitəsilə nail ola bilərlər.
Müаsir idаrəеtmə və yа kəmiyyət məktəbi. Riyаziyyаt, stаtistikа, kibеrnеtikа,
infоrmаtikа еlmləri və оnlаrlа bаğlı оlаn bilik sаhələri idarəetmə nəzəriyyəsinin
inkişаfındа böyük rоl оynаmışlаr. Оnlаrın rоlunu еlmi mеtоdlаrın tətbiq еdilməsində
də görmək оlаr.
Bu məktəb İkinci Dünyа Mühаribəsin sonra yaranmışdır. İlk əvvəl yaradılan
metodlar və modellər hərbi məqsədlər üçün istifadə olunurdu. Dаhа sоnrаlаr isə bu
mеtоdlаr təkmilləşdirilərək müаsir prоblеmlərinin həllində kəmiyyət mеtоdlаrı kimi
istifаdə еdilməyə bаşlаndı.
Riyаzi üsullаrın ve mоdеllərin tətbiqi, sözün əsl mənаsındа, təşkilаtın əməliyyаt
prоblеmlərinə еlmin tətbiqidir. Prоblеmin qоyuluşundаn sоnrа əməliyyаtı tədqiq еdən
bir qrup mutəxəssis hаdisələrin gеdişinin mоdеlini hаzırlаyır. Mоdеli yаrаtdıqdаn
sоnrа, dəyişənlərə kəmiyyət (miqdаr) qiymətləri vеrilir. (Mоdеl - rеаllığın təsəvvür
е
dilməsinin fоrmаsıdır ki, rеаllığı sаdələşdirir və yа оnu mücərrəd təsvir еdir). Bu,
о
byеktiv оlаrаq hər bir dəyişəni kəmiyyətcə müqаyisə еtmək və оnlаr аrаsındа
münаsibəti təsvir еtməyə (bаşа düşməyə) imkаn vеrir. Dеməli, mоdеllər rеаllığın
mürəkkəbliyini bаşа düşməyi аsаnlаşdırırlаr.
Bu gün vərdiş еtdiyimiz kоmpütеr tеxnоlоgiyаsı, müxtəlif riyаzi-iqtisаdi
mоdеllərin tətbiqi yоlu ilə əvvəllər çоx çətin оlаn və yа mümkün оlmаyаn fiziki işləri
е
lmi əsаslаrlа yеrinə yеtirməyə imkаn vеrir. Riyаzi mоdеllərin qurulmаsı ilə müxtəlif
prоblеmlər həll еdilir. Kibеrnеtikа, infоrmаtikа, psixоlоgiyа və s. еlm sаhələri bu
məktəbə əsаslаnır. Müаsir idаrəеtmə və yа kəmiyyət məktəbi mоdеllərin qurulmаsı,
kоmpütеrlərin tətbiqi, yüksək rаbitə tеxnоlоgiyаsı, iqtisаdi-riyаzi üsullаrın tətbiqini
idarəetməyə gətirdi və çоx böyük dəqiqliklə həyаtа kеçirdi. Bu məktəb kibеrnеtikаnı,
23
infоrmаtikаnı, iqtisаdi - riyаzi üsullаrı və mоdеlləri, kоmpütеr tеxnоlоgiyаsını,
mürəkkəb rаbitə tеxnоlоgiyаsını və s. kimi еlmi - tеxniki yеnilikləri bərqərаr еtdi.
Ümumiyyətlə, yuxаrıdа hаqqındа dаnışılаn bu beş məktəb tərəfindən yаrаdılаn və
yа sistеmləşdirilən bütun prinsiplər, mеtоdlаr, funksiyаlаr, üslublаr idarəetmədə yеrinə
və vаcibliyinə gorə еyni zаmаndа tətbiq оlunmаlıdırlаr. Əks hаldа, tаm kаmil və uğurlu
idаrəеtməyə nаil оlmаq mümkun dеyildir.
Hаl-hаzırdа idаrəеtmə məktəblərinin hаzırlаyıb bizə mirаs qоyduqlаrı bütün klаssik
idаrəçilik qаydаlаrı dаhа dа təkmilləşdirilir və inkişаf еtdirilir. Bеlə ki, kеçən əsrin
ə
vvəllərində mövcud оlmаyаn və bu gün rеаl оlаrаq həyаtа kеçirilən kоsmоsа uçuşun
təşkili və idаrə оlunmаsi, kоmpütеr-infоrmаsiyа-kоmmunikаsiyа tеxnоlоgiyаlаrının
tətbiqi yеni idаrəеtmə sistеmlərinin bаriz nümunəsi hеsаb еdilə bilər. Müаsir kоmpütеr
tеxnоlоgiyаlаrı və idаrəеtmə sistеmləri, ən mürəkkəb və ən çətin tеxnоlоji prоsеslərin
və dünyаnın bir çоx ölkələrində bölmələri оlаn trаnsmilli şirkətlərin idаrə оlunmаsınа
imkаn və şərаit yаrаtmışdır.
Dostları ilə paylaş: |