AZƏrbaycan respublikasi təHSİl naziRL



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix22.06.2020
ölçüsü0,69 Mb.
#31958
1   2   3   4   5   6   7   8
Menecment


Babayev Rəşad Şaiq oğlu 
MÜASİİDARƏETMƏ NƏZƏRİYYƏLƏRİ 
REFERAT 
Magistr dissertasiyası giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. 
“Giriş”  hissəsində  tədqiqat  mövzusunun  aktuallığından,  tədqiqatın  əsas 
məqsədi  və  vəzifələrindən,  obyekti  və  predmetindən,  tədqiqat  metodlarından, 
tədqiqatın  informasiya  bazasından,  tədqiqatın  elmi  yeniliyindən,  praktiki 
ə
həmiyyətindən, dissertasiya işinin strukturu və həcmindən bəhs edilmişdir. 
Tədqiqat mövzusunun aktuallığı.Bazar münasibətləri şəraitindəmakroiqtisadi 
və  mikroiqtisadi  sferada  qarşıda  duran  ən  mühüm  vəzifələrdən  biri  də  müasir 
idarəetmənin nəzəri və metodoloji problemlərini araşdırmaq və həll etməkdir. Çünki, 
elə  bir  sahə  yoxdur  ki,  orada  idarəetməyə  ehtiyac  olmasın.  İdarəetmə  insanların 
fəaliyyətini  istiqamətləndirməklə  və  onların  davranışlarının  əsaslarını  yaratmaqla 
məqsədə nail olmaq bacarığı olub, insan fəaliyyətinin bütün sahələrinə aid edilə bilər. 
Bazar  münasibətlərində  baş  verən  dəyişikliklər  iqtisadi  sistemin  mahiyyətini 
dəyişdirərək  bütövlükdə  idarəçilik  münasibətlərində  də  dəyişikliklər  etməyə  sövq 
edir.  İdarəetmə  münasibətlərində  dəyişiklik  isə  yeni  bazar  münasibətləri  şəraitində 
idarəetmənin təkmilləşdirilməsini və inkişafını nəzərdə tutur. Bu mövzunun aktuallığı 
onunla  xarakterizə  olunur  ki,  idarəetmənin  təkmilləşdirilməsinin  və  inkişafının 
ə
sasında müasir idarəetmə nəzəriyyələrinin və konsepsiyalarının formalaşdırılması və 
inkişafı  durur.  Ona  görə  də  müasir  idarəetmə  nəzəriyyələrinin  və  konsepsiyalarının 
öyrənilməsi  çox  aktual  bir  məsələdir,  eyni  zamanda  mühüm  nəzəri  və  praktiki 
ə
həmiyyət kəsb edir.  
“Müasir  idarəetmə  nəzəriyyələri”  mövzusunda  olan  bu  dissertasiya  işində 
idarəetmənin  aktual  olan  müasir  sferaları  istiqamətində  tədqiqat  aparılmışdır. 

109 
 
Dissertasiya  işində  idarəetmə  elminin  formalaşması,  müxtəlif  idarəetmə  məktəbləri 
və onların inkişaf xüsusiyyətləri, müasir idarəetmənin əsas funksiyaları araşdırılmış, 
son  dövrlərdə  çox  aktual  olan  və  idarəetmənin  yeni  sferası  sayılan  böhran 
vəziyyətlərində antiböhranlı idarəetmənin, müasir iqtisadiyyatda strateji idarəetmənin  
həyata  keçirilməsi,  müasir  korporativ  idarəetmə  modelləri  və  onların  fərqləndirici 
xüsusiyyətlərinin  müqayisəli  təhlili,  əmək  məhsuldarlığının  yüksəldilməsi  və  ona 
təsir  edən  amillər,  idarəetmə  prosesi  və  onun  həyata  keçirilməsi  texnologiyası 
araşdırılmışdır. 
Tədqiqatın əsas məqsədi və vəzifələri. Tədqiqatın əsas məqsədi idarəetmənin 
keçmişdən indiki dövrümüzə qədər olan təkamül yolunun araşdırılması, idarəetmənin 
inkişaf  etdiyi  və  təkmilləşdirildiyi  bir  şəraitdə  müasir  idarəetmə  nəzəriyyələri  və 
konsepsiyalarının  öyrənilməsi  və  onların  müasir  idarəetmədə  tətbiqi  imkanlarının 
müəyyən olunmasıdır. 
Qarşıya qoyulmuş məqsəd aşağıdakı tədqiqat vəzifələrini müəyyənləşdirmişdir: 
-
  İdarəetmə elminin formalaşmasının araşdırılması; 
-
  Müxtəlif  idarəetmə  məktəbləri  və  onların  inkişaf  xüsusiyyətlərinin 
öyrənilməsi; 
-
  Müasir idarəetmənin əsas funksiyalarının müəyyən edilməsi; 
-
  Müasir iqtisadiyyatda strateji idarəetmənin öyrənilməsi; 
-
  Qlobal iqtisadiyyatda böhran və antiböhranlı idarəetmənin öyrənilməsi; 
-
  Müasir  korporativ  idarəetmə  modelləri  və  onların  fərqləndirici 
xüsusiyyətlərinin müqayisəli təhlili; 
-
  Əmək  məhsuldarlığının  yüksəldilməsi  və  ona  təsir  edən  amillərin 
müəyyənləşdirilməsi; 
-
  İdarəetmə prosesi və onun həyata keçirilməsi texnologiyasının öyrənilməsi. 
Tədqiqatın  obyekti  və  predmeti.  Tədqiqatın  obyektini  müasir  idarəetmənin 
həyata  keçirilməsi  prosesləri  təşkil  edir.  Tədqiqatın  predmeti  kimi  isə  müasir 
idarəetmə nəzəriyyələri və konsepsiyaları çıxış edir. 

110 
 
Tədqiqat  metodları.  Dissertasiya  tədqiqatının  metodoloji  əsasını  dialektik, 
sistemli analiz, statistik və analitik metodlar təşkil edir. 
Tədqiqatın  informasiya  bazası.  Tədqiqatın  informasiya  bazasını  yerli  və 
xarici  müəlliflər  tərəfindən  yazılmış  müxtəlif  sferalar  üzrə  idarəetmə  və 
menecment ədəbiyyatları, elmi işlər və internet məlumatları təşkil edir. Tədqiqatın 
informasiya  bazası  aşağıdakı  tələblərə  əsasən  seçilmişdir:  dəqiqlik,  doğruluq, 
obyektivlik, etibarlılıq, müasirlik, müqayisəlilik, əhatəlilik, uyğunluq. 
Tədqiqatın  elmi  yeniliyi.  Dissertasiya  işinin  elmi  yeniliyini  müasir 
idarəetmənin  spesifik  xüsusiyyətləri  nəzərə  alınmaqla  müasir  idarəetmə 
nəzəriyyələri  və  baxışlarının  müxtəlif  sferalar  üzrə  müasir  idarəetmə  prosesində 
tətbiqi üzrə praktiki tövsiyyələr təşkil edir. İşin elmi yeniliklərinə aid aşağıdakıları 
göstərmək olar: 
-
  Müasir idarəetmənin əsas funksiyaları müəyyənləşdirilmişdir; 
-
  Müasir  iqtisadiyyatda  strateji  idarəetmənin  həyata  keçirilməsi  texnologiyası  
araşdırılmışdır; 
-
  Böhran  vəziyyətlərində  antiböhranlı  idarəetmənin  həyata  keçirilməsi 
araşdırılmışdır; 
-
  Müasir korporativ idarəetmə modelləri təhlil olunmuşdur; 
-
  Əmək məhsuldarlığının yüksəldilməsi yolları araşdırılmışdır. 
Tədqiqatın  praktiki  əhəmiyyəti.  Dissertasiya  işinin  müddəaları  makro  və  
mikro  səviyyədə  idarəetmənin  həyata  keçirilməsi  zamanı  mühüm  praktiki 
ə
həmiyyət kəsb edir. Xüsusilə də, yerli və xarici təşkilat və müəssisələr tərəfindən 
ümumi  idarəetmə  prosesinin,  strateji  idarəetmənin,  böhran  vəziyyətlərində 
antiböhranlı idarəetmənin, korporativ idarəetmənin həyata keçirilməsində və eləcə 
də,  əmək  məhsuldarlığının  yüksəldilməsi  istiqamətində  dissertasiya  işinin 
müddəaları mühüm praktiki əhəmiyyət kəsb edir. 

111 
 
Dissertasiya işinin strukturu və həcmi. Dissertasiya işinin strukturu tədqiqat 
işində  qarşıya  qoyulmuş  məqsəd  və  vəzifələrə  müvafiq  olaraq  müəyyən 
edilmişdir.  Dissertasiya  işi  girişdən,  üç  fəsildən,  nəticədən  və  istifadə  edilmiş 
ə
dəbiyyat  siyahısından  ibarətdir.  Dissertasiya  işinin  həcmi  98  səhifədən  ibarət 
olub, özündə 4 sxemi, 4 şəkili və 4 cədvəli əks etdirir. 
Dissertasiya  işinin  “İdarəetmə  fikirlərinin  təkamülü”  adlı  birinci  fəslində 
aşağıdakı məsələlər üzrə tədqiqatlar aparılmışdır: 
-
  İdarəetmə elminin formalaşması;  
-
  Müxtəlif idarəetmə məktəbləri və onların inkişaf xüsusiyyətləri;  
-
  Müasir idarəetmənin əsas funksiyaları.  
İ
darəetmə elminin formalaşması istiqamətində aparılmış tədqiqatlar nəticəsində 
müəyyən  edilmişdir  ki,  idarəetmə  təcrübəsinin  tarixi  çox  qədimdir.  E.ə  5000  il 
ə
vvəl Şumerlərin vaxtından tutmuş bu günümüzə qədər müxtəlif fərdlər və etnik 
qruplar  tərəfindən  idarəetmə  elminin  formalaşması  və  inkişafı  ilə  əlaqədər 
müxtəlif  tövhələr  verilmişdir.  Aparılmış  araşdırmalar  nəticəsində  müəyyən 
olunmuşdur ki, idarəetmənin tarixi qədim və orta əsrlər dövrü, sənayeləşmə dövrü, 
sistemləşmə  dövrü  və  müasir  dövr  olmaqla  dörd  dövrə  bölünmüşdür.  Hər  bir 
dövrün də özünəməxsus xarakterik xüsusiyyətləri mövcud olmuşdur. 
Müxtəlif idarəetmə məktəbləri və onların inkişaf xüsusiyyətləri üzrə aparılmış 
tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, elmi idarəetmə məktəbi, klassik və 
ya  inzibati  idarəetmə  məktəbi,  insani  münasibətlər  məktəbi,  davranış  qaydaları 
haqqında  elmi  məktəb  və  müasir  idarəetmə  (kəmiyyət)  məktəbi  kimi  müxtəlif 
idarəetmə  məktəbləri  mövcud  olmuşdur  və  hər  bir  məktəb  idarəetmə  elminin 
inkişafında  özünəməxsus  idarəçilik  elementlərini  bərqərar  etmişdir.  Tədqiqatlar 
nəticəsində  müəyyən  olunmuşdur  ki,  idarəetmə  elminin  təkmilləşdirilməsi  və 
inkişafında  F.U.Teylor,  H.Hant,  F.Cilbert,  L.Cilbert,  A.Fayol,  H.Emerson, 
R.Robbi,  Q.Xopf,  O.Şeldon,  M.Veber,  E.Meyo,  M.P.Follet,  D.Mak-Qreqor  kimi 
görkəmli nümayəndələrin xidmətləri olmuşdur. 

112 
 
Müasir  idarəetmənin  əsas  funksiyaları  üzrə  aparılmış  tədqiqatlar  nəticəsində 
müəyyən  edilmişdir  ki,  müаsir  idаrəеtmənin  plаnlаşdırmа,  təşkilеtmə, 
koordinasiya, motivasiya və nəzаrət kimi əsаs (univеrsаl) funksiyаlаrı mövcuddur. 
Bu  funksiyaların  hər  biri  spesifik  xarakteristikaya  malikdir.  Tədqiqatlar 
nəticəsində müəyyən olunmuşdur ki, planlaşdırma funksiyası - idarəetmənin ilkin 
funksiyası  olub,  təşkilatın  qarşıya  qoyduğu  məqsədə  çatmaq  yollarını  və  mər-
hələlərini  özündə  birləşdirən,  planların  tərtib  edilməsi  ilə  əlaqədar  olan  bir 
prosesdir, təşkiletmə  funksiyası  - qəbul olunmuş iş planının həyata  keçirilməsini 
təmin  etmək  məqsədilə  hazırlıq  işlərinin  yerinə  yetirilməsindən  ibarətdir, 
koordinasiya  funksiyası  -  ayrı-ayrı  işlərin  və  onların  ayrı-ayrı  mərhələlərinin 
ə
laqələndirilməsi  ilə  də  bağlı  olub,  bütöv  bir  tamın  ayrı-ayrı  komponentlərinin 
ə
laqəli  fəaliyyəti,  qarşılıqlı  təsiri  və  onun  bir  sistem  kimi  dinamik,  tarazılı 
inkişafını  təmin  edir,  mоtivləşdirmə  funksiyası  -  işçiləri  qаrşıyа  qоyulmuş 
məqsədin  yеrinə  yеtirilməsinə  yönəltmək  və  icrаnı  təmin  еtməkdən  ibarətdir, 
nəzarət  fuksiyası  -  intizamın  yaranmasını,  fəaliyyətin  tənzimlənməsini,  qayda-
qanunlara, təlimatlara əməl olunmasını təmin edən idarəçilik funksiyasıdır. 
Dissertasiya işinin “Qlobal iqtisadiyyatda müasir idarəetmə nəzəriyyələri” adlı 
ikinci fəslində aşağıdakı məsələlər üzrə tədqiqatlar aparılmışdır: 
-
  Müasir iqtisadiyyatda strateji idarəetmə nəzəriyyələri;  
-
  Qlobal iqtisadiyyatda böhran və antiböhranlı idarəetmə nəzəriyyələri;  
-
  Müasir korporativ idarəetmə modelləri nəzəriyyəsi.  
Müasir iqtisadiyyatda strateji idarəetmə nəzəriyyələri üzrə aparılmış tədqiqatlar 
nəticəsində  müəyyən  edilmişdir  ki,  strateji  idarəetmə  -  strategiyaların  işlənib 
hazırlanması  və  reallaşdırılması  üzrə  təşkilatların  fəaliyyətləri  ardıcıllığını 
müəyyən  edən  prosesdir.  Tədqiqatlar  nəticəsində  strateji  idarəetmənin  seçilmiş 
obyektdən  asılı  olaraq  korporativ  strategiya,    biznes  strategiyası  və  funksional 
strategiya  kimi  istiqamətləri  müəyyən  olunmuşdur.  Aparılmış  tədqiqatlar 
nəticəsində  strateji  idarəetmənin  əsasını  təşkil  edən  strateji  planlaşdırma 

113 
 
prosesinin niyyət və məqsədlərin müəyyənləşdirilməsi, xarici mühitin təhlili, zəif 
və güclü tərəflərin təhlili, strateji alternativlərin təhlili və  strategiyanın seçilməsi, 
strategiyanın reallaşdırılmasının nəticəsi və strategiyanın qiymətləndirilməsi kimi 
mərhələləri müəyyən olunmuş və təhlil edilmişdir. 
Qlobal  iqtisadiyyatda  böhran  və  antiböhranlı  idarəetmə  nəzəriyyələri  üzrə 
aparılmış  tədqiqatlar  nəticəsində  böhran  və  onun  təsnifatı  müəyyən  edilmişdir, 
böhranın  simptomu  (əlamətləri),  böhran  amilləri,  böhranın  baş  vermə  səbəbləri 
araşdırılmış, böhran vəziyyətlərində antiböhranlı idarəetmənin həyata keçirilməsi 
texnologiyası,  antiböhranlı  idarəetmənin  funksiyaları,  antiböhranlı  idarəetmənin 
səmərəliliyini  təyin  edən  əsas  amillər,  antiböhranlı  idarəetmədə  riskin 
idarəedilməsi  zamanı  əsas  təsir  vasitələri  müəyyən  edilmiş,  müəssisənin 
sağlamlaşdırılması məsələləri öyrənilmişdir. 
Müasir  korporativ  idarəetmə  modelləri  nəzəriyyəsi  üzrə  aparılmış  tədqiqatlar 
nəticəsində  müəyyən  edilmişdir  ki,  müasir  korporativ  idarəetmənin  anqlo  – 
amerikan,  alman,  yapon  kimi  əsas  modelləri  mövcuddur  və  hər  bir  modelin 
spesifik xüsusiyyətləri vardır. 
Dissertasiya  işinin  “Postindustrial  cəmiyyətdə  idarəetmə  nəzəriyyələrinin 
inkişafi” adlı üçüncü fəslində aşağıdakı məsələlər üzrə tədqiqatlar aparılmışdır: 
-
  Əmək məhsuldarlığının yüksəldilməsi nəzəriyyəsi;  
-
  İdarəetmə prosesi və onun həyata keçirilməsi texnologiyası.  
Ə
mək məhsuldarlığının yüksəldilməsi və ona təsir edən amillər üzrə aparılmış 
tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  əmək  məhsuldarlığının 
yüksəldilməsi  maddi-texniki,  ictimai-iqtisadi  və  təşkilati  amillərdən  asılıdır. 
Tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  əmək  məhsuldarlığının 
yüksəldilməsinə  istehsalın  və  əməyin  mexanikləşdirilməsi,  istehsal  prosesinin 
avtomatlaşdırılması, kimyalaşdırılma və elektrikləşdirmə, qabaqcıl texnologiyanın 
tətbiqi,  mövcud  avadanlıqların  təkmilləşdirilməsi,  istehsalın  ixtisaslaşması  və 

114 
 
kooperasiyalaşması,  işçilərin  mədəni,  texniki  və  təhsil  səviyyələrinin 
yüksəldilməsi,  qabaqcıl  istehsalat  təcrübəsinin  tətbiqi,  əmək  intizamının 
möhkəmlənməsi,  operativ  rəhbərlik  və  idarəetmənin  təşkili  kimi  amillər  təsir 
göstərir. 
İ
darəetmə  prosesi  və  onun  həyata  keçirilməsi  texnologiyası  üzrə  aparılmış 
tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  idarəetmə  prosesi  müəssisə  və 
təşkilatların  son  məqsədə  çatmaq  üçün  onun  fəaliyyətinin  həyata  keçirilməsinə 
xidmət  edən bir  prosesdir və onun spesifik  xüsusiyyətləri  mövcuddur.  İdarəetmə 
texnologiyasının  məhsuldar  formada  aparılması  qərarlar,  informasiyalar, 
hakimiyyət, səlahiyyət, məsuliyyət kimi müəyyən idarəetmə resurslarının olmasını 
tələb edir. 
Aparılan  tədqiqat  araşdırmaları  bir  daha  göstərir  ki,  bazar  iqtisadiyyatı 
şə
raitində  müasir  idarəetmə  elminin  təkmilləşdirilməsi  və  inkişafında  müasir 
idarəetmə nəzəriyyələri və konsepsiyaları mühüm rol oynayır. 
 
 
 
 
 
 
 
 
 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin