Tədqiqatın elmi yeniliyi: Tədqiqatın elmi yeniliyi kimi aşağıdakıları qeyd
etmək olar:
- Biznes sferasında keyfiyyətin mahiyyəti izah edilmişdir;
5
- Keyfiyyətin idarə olunmasının xüsusi funksiyaları və əsas metodları müəyyən
edilmişdir;
- Bazara olan tələbatın və məhsulun keyfiyyətinin proqnozlaşdırılması həyata
keçirilmişdir;
- Məhsul keyfiyyətinin artırılması üzrə göstəricilər qiymətləndirilmişdir.
6
FƏSİL1. BİZNESDƏ KEYFİYYƏTİ İDARƏETMƏ SİSTEMİNİN
FORMALAŞ MASININ NƏ ZƏ Rİ -METODOLOJİ Ə SASLARI
1.1.Biznesin idarə olunmasında keyfiyyə tin mahiyyə ti və ə sas mə zmunu
Keyfiyyət müasir dövürdə müxtəlif ölkələrin iqtisadi və sosial inkişafının
ə
saslarından biri kimi böyük potensiala malik olduğunu artıq subut etmişdir.
İ
nkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, keyfiyyətin yüksəldilməsi iqtisadiyyata
təsir edən kifayət qədər güclü qüvvədir.
Keyfiyyət anlayışı insanların və sistemlərin “səhv etməsi” və
“mükəmməlliyə çatmaq istəyi” gerçəyindən ortaya çıxmışdır. Latıncadan “Qualis”
sözündən əmələ gəlmiş və “Qualitas” sözü ilə ifadə edilmişdir.
Bir neçə il əvvəl “Keyfiyyətli”olaraq xarakterizə edilən bir məhsul bu gün
“Siravi”, sabah isə “Qəbul Edilə Bilməz” olaraq xarakterizə edilir. Başqa sözlə,
keyfiyyətli məhsul və xidmət təqdim edə bilmək üçün hər vaxt özünü aşa bilmə
qabiliyyətinə qovuşmaq lazımdır. Qalıcı müvəffəqiyyət və davam etdirilə bilər bir
iş sahibi ola bilmək üçün əvvəlcə “İdarəetmə Keyfiyyətimizi” artırmalıyıq.
“Keyfiyyət” - təyin olunan şərtlər altında və təyin olunan bir zaman müddəti
içində istənilən funksiyaları yerinə gətirə bilmə qabiliyyətidir.
“Keyfiyyət” - bir məhsulun istifadə edilmə uyğunluğunu təyin edən
xüsusiyyətlərinin məcmusudur.
“Keyfiyyət” - əvvəlcədən müəyyən edilmiş olan spesifikaların və ya
standartlara uyğun istehsal etmək faktorudur (1,35).
Keyfiyyətin təmin edilməsi keyfiyyət standartlarının, keyfiyyətə görə
məsuliyyətin bölüşdürülməsinin və işlərin keyfiyyətinə nəzarətin işlənib
hazırlanmasını nəzərdə tutur. Keyfiyyət günün tələbidir.
Keyfiyyət hər keçən gün daha da dost olduğumuz bir anlayış olur. Ancaq,
cəmiyyətdə keyfiyyət deyilincə ilk ağla gələn müəyyən standartlara uyğun gələn,
gözəl, inkişaf etmiş, kimi sifətlərin kənarıdır, "Keyfiyyət". Keyfiyyət, qısaca,
gözləmələri aşmaq deməkdir. Bu tərifiylə də insanlığın, davamlı inkişafın bir
7
ifadəsini ehtiva edər. Dinamik bir anlayışdır. çünki, insanların gözləmələri hər
qarşılandığında yüksəlmə meyli göstərər.
Müştərilər tərəfində axtarılan müəyyən şərtləri ən yaxşı qarşılayan
mənasında istifadə edilən “Keyfiyyət” qısaca “məqsədlərə uyğunluq dərəcəsi”
olaraq təyin oluna bilməkdədir. Buradakı məqsəd istehlakçıların istək və arzularını
qarşılaya bilməkdir.
Keyfiyyət xüsusiyyəti baxımından dinamik bir xüsusiyyət daşımaqda,
istehlakçı ehtiyaclarına paralel olaraq inkişaf etməkdə və dəyişməkdədir.
Məlumat yığmaq məqsədilə istehsalçı, yeni texnikanın tətbiqi və
təşkilatlanmanı inkişaf etdirərək eyni maya dəyəri ilə, lakin yüksək keyfiyyətdə
məhsul istehsal etməli və istehlakçıların keyfiyyətlə bağlı olan tələblərini yerinə
yetirmək məcburiyyətindədir.
İ
stehlakçıların bir çoxlarına aşağı keyfiyyətin mənfi təsir göstərməsi
gerçəyini gözardı etmək olmaz. Aşağı keyfiyyət istehsalçı üçün səhvləri tapma və
düzəltmədəki xərc deməkdir. Bəzən bu xərclər böyük səviyyələrə çatmaqdadır.
Ayrıca aşağı keyfiyyətin müştərilərdəki güvən itkisindən ötəri məhsulun bazar
payının azalmasın səbəb olacağı da açıqca bilinməkdədir.
Bir məhsulun keyfiyyəti, Keyfiyyət Parametrləri olaraq xarakterizə edilən
ünsürlərdən meydana gəlməkdədir. Bu ünsürlər malın növünə görə fərqliliklər
göstərməkdədir. Mexanika və elektrotexniki mallarda bu ünsürlər məhsuldarlıq,
təhlükəsizlik, xarici görünüşə əlaqədar ola bilərkən, kimyəvi məhsullar üçün fiziki
və kimyəvi xüsusiyyətlər, tibbi təsir, zəhərlilik və dad kimi parametrlər
ə
həmiyyətli ola bilməkdədir.
Təriflər və məlumatlardan belə nəticəyə gəlmək olar ki, keyfiyyət özündə
iki xüsusiyyəti ehtiva etməkdədir :
1)
Obyektiv xüsusiyyətlər
2)
Subyektiv xüsusiyyətlər.
Obyektiv xüsusiyyətlər insan faktorundan kənarda qalan xüsusiyyətlərdir.
Subyektiv xüsusiyyətlər isə obyektiv xüsusiyyətləri görməkdən, hiss
etməkdən və düşünməkdən qaynaqlanan xüsusiyyətlərdir.
8
Keyfiyyətin subyektiv xüsusiyyətləri nə ölçüdə obyektiv hala gətirilə
bilinirsə o ölçüdə nəzarət etmək imkanı ortaya çıxmaqdadır. Standart obyektiv
ölçülər əsasında görə işləyən bir üsuldur. Digər bir mənada isə keyfiyyət dediyimiz
anlayışın skeletini təşkil etməkdədir. Obyektiv əsaslara görə düzəldilmiş bu skeletə
bəzi subyektiv xüsusiyyətlər də əlavə edilməsilə “keyfiyyət” anlayışı meydan
gəlməkdədir.
Standarta uyğun mal - minimum keyfiyyətə sahib deməkdir. Lakin hər
standarta uyğun mal mütləq ən yüksək keyfiyyətdə mal demək deyildir. Bununla
bərabər “keyfiyyətli mal” da “standarta uyğun mal” mənasında başa
düşülməkdədir.
Keyfiyyət istehlakçıda inam duyğusu yaratmaqdadır. İnam (güvən)
meyarının meydana gəlməsi keyfiyyətin qiymətləndiriləbilmə imkanı ilə bağlıdır.
Qiymətləndiriləbilmə isə ölçülə bilmə imkanı ilə bağlıdır. Ölçülə bilmə keyfiyyət
ilə əlaqədar metodoloji işləri əhatəsinə girməkdə və müxtəlif test və araşdırmaları
ehtiva etməkdədir.
Məhsul və məmulatların keyfiyyətinin, istehsalçılar tərəfindən istifadəçi və
ya istehlakçıya etibarlı və neytral quruluşlar tərəfindən verilmiş bəzisənədlərlə
zəmanətə alınması da əhəmiyyət daşımaqdadır. Verilən sənəd (sertifikat) inam
vasitəsi olacağından keyfiyyət sertifikatlı bir məhsul istehlakçılar tərəfindən rəğbət
görəcəyi də bir gərçəkdir.
Qısaca ifadə ediləcək olsa, standartlar, keyfiyyətə nəzarət, sənədləşdirmə və
metodoloji işlərin təşkil edilməsi keyfiyyətin yüksəldilməsi istiqamətində təsirli
vasitələr olduqları ortaya çıxmaqdadır.
Günümüz qloballaşan bazar şərtləri və istehsal faktorlarının sərhəd
tanımayan işləyişi, keyfiyyət faktını hər zamankindən daha çox ön plana
çıxarmışdır. Keyfiyyət anlayışını bu cür ön plana çıxaran, yaşanan sürətli dəyişmə
müddətində çıxarılan mal və xidmətlərdəki müxtəliflik, beynəlxalq ticarətdə
liberallaşma, ticari sərhədlərin yox olması, texnoloji irəliləmələr və bu inkişafların
özü ilə gətirdiyi yeni rəqabət şərtləridir. Dəyişmə və inkişaf, heç bir zaman önünə
keçiləməyəcək və maneə törədilə bilməyəcək anlayışlardır. "Nə istehsal etsəm onu
9
sataram" anlayışı yerini "Müştəri ehtiyac və gözləmələrinə görə istehsal etmək"
anlayışına buraxmaq məcburiyyətində qalmışdır. Bu vəziyyətdə rəqabətdə davamlı
üstünlüyü təmin edə bilmənin tək şərti müştəridir. Müştərini təmin etmək üçün,
müştəri ehtiyac və gözləmələrini təyin edərək, bu ehtiyac və gözləmələrə uyğun
mal və xidməti, aşağı xərclə, keyfiyyətli və sürətli bir şəkildə bazara təqdim etmək
lazımdır. Hətta bu gün ümumi keyfiyyət rəhbərliyi fəlsəfəsində müştərinin
gözləmələrinin üzərinə çıxmaqdan danışılmaqdadır. Ümumi keyfiyyət fəlsəfəsi
rəhbərliyi tətbiqləri firmaların rəqabət güclərini artırmaları üçün olmazsa olmaz
tətbiqlər halına gəlmişdir.
Bazar iqtisadiyyatı şəraitində keyfiyyət - ictimai istehsalın bütün
iştirakçılarının və bütövlükdə cəmiyyətin maraqlarının inteqrasiyaedici
amillərindən biri (şəkil 1), yüksək keyfiyyətin təmin edilməsi isə mövcudluğun
obyektiv şərti, həyat səviyyəsinin yüksəldilməsinin mühüm göstəricisi, sosial,
iqtisadi və ekoloji təhlükəsizliyin təminatçıdır.
Dostları ilə paylaş: |