Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan diLLƏr universiteti



Yüklə 70,33 Kb.
səhifə16/16
tarix06.04.2022
ölçüsü70,33 Kb.
#54830
1   ...   8   9   10   11   12   13   14   15   16
Nargiz Babayeva diplom isi 2020 SON

Annotasiya

Tərcümə dillər arası ünsiyyət vasitəsidir. Tərcüməçilər xalqlar arasında körpü rolunu oynayır və o, yalnız sözlərin deyil, həmçinin bir xalqın mədəniyyətinin, həyat tərzinin, adət-ənənəsinin başqa bir dilə tərcüməsidir. Müasir dünyamızda və ədəbiyyatda çox geniş yayılmış bədii təsvir və ifadə vasitələrinin geniş kütlələrə çatdırılması üçün tərcüməsinin uyğun və düzgün şəkildə edilməsi mütləqdir. Bu baxımdan bu tədqiqat işinin obyekti olan Culian Barnesin "Aqibət duyğusu" (The Sense of an Ending) əsərinin Azərbaycan dilinə tərcüməsində obrazlı ifadə və təsvir vasitələrinin əksi yollarının araşdırılması vacib əhəmiyyət kəsb edir. Hər bir tərcümə sahəsi kimi bu sahə də xüsusi diqqət tələb edir, belə ki, bir bədii təsvir və ya ifadə vasitəsinin dil və ya mədəniyyətdən digər birinə tərcüməsi zamanı hədəf dil və mədəniyyətin dəyər və normaları, dilin ifadə imkanları kimi spesifik xüsusiyyətlər mütləq nəzərə alınmalıdır.



Mənim buraxılış işimin mövzusu obrazlı ifadə və təsvir vasitələrinin Azərbaycan dilində əksi yollarıdır. Buraxılış işi giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Buraxılış işinin birinci fəslində bədii təsvir və ifadə vasitələrinin əsas daşıdığı xüsusiyyətlərdən, həmçinin ümumi tərcümə üsullarından, ikinci fəslində isə Culian Banresin həyat və yaradıcılığı və eyni zamanda Culian Barnesin "Aqibət duyğusu" (The Sense of an Ending) əsərinin Azərbaycan dilinə tərcüməsində obrazlı ifadə və təsvir vasitələrinin əksi yollarından bəhs olunmuşdur. Tədqiqat işinin nəticə hissəsində isə bu tədqiqat işindən əldə olunan nəticələrə yer verilmişdir.



Yüklə 70,33 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin