Oksimoron mənaca bir birinə zidd olan iki sözdən ibarət söz kombinasiyasıdır. Bu kombinasiya isim ilə sifət və yaxud da sifət ilə zərfdən təşkil olunur. “Low skyscraper”, “terribly sorry”, “cruel kindness”, “living death” kimi ifadələr oksimoron nümunələridir. (literarydevices.net/oxymoron)
İroniya yunan mənşəli söz olub (eirōneía) sözündən yaranmışdır. İroniya fikrin birbaşa deyil, örtülü yollarla, işarələrlə ifadə edilməsidir. İ.R.Qalperin irooniyanın tərifini belə verir: “ İroniya iki bir-birinə zidd sözlərin lüğəvi, kontekstual və məntiqi mənalarının eyni zamanda realizasiyasına əsaslanan stilistik vasitədir”. (Qalperin, 1986). İroniya bildirən söz xüsusi intonasiya tərzi ilə deyilir. İroniya bir çox oxşar xüsusiyyətləri olsa da satira ilə qarışdırılmamalıdır. Satira daha sərt, tənqidedici xarakter daşıyır. İroniyanın üç növü var.
Verbal ironiya – həqiqətə zidd olan sözlərdən istifadə etməklə yaranır. Məşhur ingilis dramaturqu Şekspirin “Yuli Sezar” əsərində Mark Antoninin Sezarın qətlində iştirak edən Brutu “an honorable man” yəni şərəfli insan adlandırması verbal ironiya yaradıb. (J. Smith, 2018)
Dramatik ironiya - teatrda, dram əsərlərində daha çox istifadə olunan bu ironiya növü auditoriyanın bildiyi bir şeyi obrazın bilməməsindən qaynaqlanır, beləliklə dramatik ironiya vasitəsilə ilə daha çox cahillik, cəhalət tənqid olunur. Şekspirin “Otella” əsərində ona qarşı plan hazırladığından xəbərsiz olan Otellonun Laqonu “vicdanlı insan” adlandırmağı, və bundan auditoriyanın xəbərdar olmağı dramatik ironiyaya nümunə ola bilər. (A. Gilbert, 2001)
Vəziyyətə görə ironiya – adından da göründüyü kimi ironiyanın bir növü baş verməsi gözlənilən bir hadisə baş vermədikdə istifadə olunur. Bədii ədəbiyyatda geniş yayılmış ironiya növlərindən biridir. Yazıçılar ironiyanın bu növündən istifadə etməklə kəskin ziddiyyətlər yaradır, beləliklə reallıqlar və görünənlər arasında kəskin fərqi göstərir. Gi de Mopassanın “Boyunbağı” əsərində qadının dəyərli hesab etdiyi boyunbağını alması üçün borc götürüb həmin boyunbağını itirməsi, illər keçdikdən sonra isə həmin boyunbağının saxta olduğunu öyrənməsi bu ironiya növünə bariz nümunədir. (A. Hansberry, 2018)