Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan diLLƏr universiteti



Yüklə 70,33 Kb.
səhifə2/16
tarix06.04.2022
ölçüsü70,33 Kb.
#54830
1   2   3   4   5   6   7   8   9   ...   16
Nargiz Babayeva diplom isi 2020 SON

MÜNDƏRİCAT


GİRİŞ 2

I FƏSİL 6

NƏTİCƏ 37

İstifadə olunmuş ədəbiyyat siyahısı 39




GİRİŞ


Mövzunun aktuallığı. Dünyada təqribən yeddi mindən çox dil olduğu bizə bu gün məlumdur. Bu dillərin əksəriyyətinin mövcudluğundan xəbərdar olmasaq belə, ən çox istifadə olunan dillərlə yaxından-uzaqdan tanışıq, onları xəbər portalları, ədəbiyyat sferası və başqa mənbələrdən görür, eşidir, danışır və öyrənməyə çalışırıq. Bu yolda bizə çətinlik törədən, bizi düşünməyə vadar edən məsələlərdən biri isə dilin özünün bədii təsvir və ifadə vasitələri ilə zənginliyi, doğma dilimiz və öyrəndiyimiz dil arasında olan əsaslı mədəni fərqliliklərdir. Elə bu dillərdən ən geniş yayılanı isə dünya dilləri arasında beynəlxalq dil hesab olunan, kökü qədimlərə dayanan, əsasən zəngin dillərdən biri kimi bilinən ingilis dilidir. Doğma dilimizdən bizə məlumdur ki, dilin tərkibində çoxlu sayda bədii təsvir və ifadə vasitələri, yəni metaforalar, epitetlər, mübaliğələr və saymadığım digər vasitələr daim dilin zənginliyindən xəbər verir. Elə bizim dilimizdə olduğu kimi ingilis dilində də bu cür vasitələrlə sıx sıx qarşılaşmaq olar. Məhz bu vasitələr dili daim fərahlandırır, danışıqda və ya yazıda fikri daha ifadəli tərzə çevirir, həm dinləyənin, həm də oxuyanın bir növ könlünü oxşayır.

Nəzərdə saxlamaq lazımdır ki, dil daim özünü yeniləyən bir məfhum olduğundan onun tərkibində yer alan yuxarıda qeyd etdiyim təsvir və ifadə vasitələri də daim dillə birgə yenilənir və dilə xüsusi görkəm qatır.

Digər tərəfdən isə, bölgələr arasındakı mədəni fərqlər səbəbindən, dilin bədii təsvir və ifadə vasitələrini başqa dildə tərcümə etməyə çalışdıqda tərcüməçinin öhdəliyinə məsuliyyətli və çətin vəzifə düşür. Çünki ingilis dilindən yola çıxsaq, oradakı ifadələrin tərcüməsi zamanı doğma dildə ekvivalent çatışmazlığı ola bilər. Bunun əlbəttə ki, əsas səbəbi mədəni fərqlilikdir. Buna baxmayaraq, ən yaxın ekvivalenti tapıb tərcümədə istifadə etmək olduqca məsuliyyətli iş olaraq yenə də tərcüməçinin öhdəliyindədir. Məhz bu sadaladığım səbəblərdən dolayı bu mövzu daim tərcüməçilərin, dil xadimlərinin əsas tədqiqat obyektləri sırasındadır.


Yüklə 70,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin