Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan diLLƏr universiteti



Yüklə 70,33 Kb.
səhifə4/16
tarix06.04.2022
ölçüsü70,33 Kb.
#54830
1   2   3   4   5   6   7   8   9   ...   16
Nargiz Babayeva diplom isi 2020 SON

Tədqiqat işinin yeniliyi. Obrazlı bədii təsvir və ifadə vasitələrinin hədəf dilə tərcüməsi ilə bağlı araşdırmaların kökü qədimə dayansa belə, Culian Bornesin “Aqibətin Duyğusu” əsərinə daxil olan obrazlı bədii təsvir və ifadə vasitələrinin Azərbaycan dilinə tərcüməsinin tədqiqatı ilk dəfədir olaraq aparılır. Nəticə etibarilə, bu yöndə aparılan tədqiqat işini yenilik hesab etmək doğru olar.

Tədqiqatda istifadə edilən metodlar. Buraxılış işinin mövzusu obyekti Culian Bornesin "Aqibət duyğusu" (The Sense of an Ending) əsərinin Azərbaycan dilinə tərcüməsində obrazlı ifadə və təsvir vasitələrinin əksi yolları olduğundan tədqiqat işinin metodu əvvəla ifadə və təsvir vasitələrinin nə olduğu barədə araşdırma ətraflı araşdırma aparmaq, sonra əsərin həm məxəz dildə həm də hədəf dildə olan variantını incələmək və istifadə və tərcümə olunan ifadə və təsvir vasitələrini müqayisəli şəkildə tədqiq etmək. yeri gəldikdə isə öz variantımı təqdim etmək tədqiqat zamanı istifadə etdiyim metodlar olaraq sayıla bilər.

Tədqiqatın elmi-praktik əhəmiyyəti. Bədii tərcümə yaşından, cinsindən, cəmiyyətdəki mövqeyindən, dilindən asılı olmayaraq birbaşa və dolayı yolla hamını maraqlandıran və hamıya təsir edən sahələrdəndir. Bununla yanaşı tədqiqat işimdə müzakirə olunan məsələlər gələcəkdə bu və ya digər bədii əsərlərdə tələbələrin qarşısına çıxan bədii təsvir və ifadə vasitələrinin doğma dilimizə tərcüməsi zamanı diqqət olunacaq məqamları görməyə və onların təhlilinə böyük imkanlar yaradır. Bu səbəblərdən dolayı tədqiqat işini həm elmi, həm də praktik cəhətdən əhəmiyyətli hesab etmək olar.

Buraxılış işinin strukturu. Buraxılış işi Giriş, 2 Fəsil, 4 Paraqraf, Nəticə və Ədəbiyyat siyahısından təşkil olunmuşdur.



Yüklə 70,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin