Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan diLLƏr universiteti



Yüklə 70,33 Kb.
səhifə6/16
tarix06.04.2022
ölçüsü70,33 Kb.
#54830
1   2   3   4   5   6   7   8   9   ...   16
Nargiz Babayeva diplom isi 2020 SON

Metafora yunan mənşəli söz olub köçürmə mənasını verir. “Metafora” termini, sözün etimologiyasından aydın olduğu kimi, müəyyən keyfiyyətin bir obyektdən başqa bir obyektə keçidi deməkdir. Müasir dilçilikdə metafora sözün əlavə məna çaları qazanması kimi qəbul olunur. Leksik ifadə vasitəsi və üslubi priyom kimi metafora üslubiyyatın bir hissəsidir. Məcazi mənalı söz və söz birləşmələrinin yaranmasına zəmin yaratdığından metafora mənanı xüsusi məhfum kimi öyrənən semasiologiyanın predmetidir. Bəzi dilçilər hesab edir ki, metafora iki obyekt arasında oxşarlıq əsasında yaranır. Dilçi İ.R. Qalperinin fikrinə görə isə, metaforanın oxşarlıq əsasında yaranması fikri yanlışdır. Onun fikrincə iki obyekt arasında hansısa əlamətin oxşar olması həmin obyektlərin oxşar olması demək deyil. Metafora hər iki leksik mənanın eyni zamanda dərk edilməsi nəticəsində yaranır. Qalperin bunu Bayronun əsərindən bir parçanı nümunə göstərməklə izah edir. “Dear Nature is the kindest Mother still” – “Doğma təbiət ən qayğıkeş anadır” cümləsində yazıçı qayğıkeş ananın xüsusiyyətlərini təbiətə aid etməklə metafora nümunəsi yaratmışdır. Ana və təbiət sözlərinin qarşılıqlı əlaqəsi nəticəsində təbiət öz simasını saxlamamaqla həm də ananın xüsusiyyətlərini əks etdirir. (Qalperin, 1981)


Yüklə 70,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin