Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Özəl pensiya fondları və həyatın yığım sığortası



Yüklə 287,66 Kb.
səhifə11/14
tarix02.01.2022
ölçüsü287,66 Kb.
#36376
1   ...   6   7   8   9   10   11   12   13   14
Bayramzad-Samir-Qulu

Özəl pensiya fondları və həyatın yığım sığortası


Bütün dünyada olduğu kimi Azərbaycanda da sosial təhlükəsizlik sistemi ilə əlaqədar mübahisələr son illərdə gedərək artmış, sistemin mövcüd vəziyyəti ilə davamlı olmayacağı və yenidən konfiqurasiya edilməsinin mühümlüyü barədə məsələlər ortaya qoyulmuşdur. Buradan yola çıxaraq, özəl pensiya fondlarından danışmazdan əvvəl məsələni daha da aydınlaşdırmaq üçün “sosial təhlükəsizlik” anlayışının açıqlamasını vermək daha doğru olacaqdır.

Sosial təhlükəsizlik (social security) sözünün kökü latınca olub, tarixən çox fərqli mənalarda işlənmiş və fərqli şəkillərdə şərh edilmişdir. İlk olaraq “sosial təhlükəsizlik” anlayışı “sosial yardım” (social assistance) formasında başa düşülmüş və özündə dini düşüncələrdən təsirlənmişdir. Ancaq, XX əsrin əvvəllərində sosialist davranışların siyasi sistemə olan təzyiqlərini zəiflətmək məqsədi ilə sosial yardım əvəzinə “sosial sığorta” anlayışı 1871-ci ildən etibarən Otto Von Bismarck tərəfindən istifadə olunmağa başlanmışdır.

Sosial təhlükəsizlik anlayış olaraq bir cəmiyyətdə xüsusən, yaşlılıq, işsizlik, xəstəlik, iş qəzaları, əlillik, hamiləlik və ölüm kimi sosial risklər səbəbindən gəliri azalmış şəxslərin başqalarının köməyinə ehtiyacı olmadan yaşama və dolanma ehtiyaclarını qarşılayan bir sistemlər toplusudur. Şəxslərə müəyyən sosial risklərin baş verməsi nəticəsində yaranan müxtəlif zərərlərin, əlavə məsrəflərin və ya gəlir itkilərinin bir hissəsinin və ya bütünlüklə kompensasiyasına yönəldilmiş iqtisadi zəmanət sistemidir.

Ortaya çıxan əlavə məsrəflərin və ya gəlir itkisinin müəyyən bir zümrə və ya bütün cəmiyyət tərəfindən kollektiv qaydada paylaşaraq qarşılanmasını, bununla da fərdlərin tək tək öhdəsindən gələ bilməyəcəyi sosial problemlərin həll edilməsini təmin etməyə istiqamətlənmiş tədbirlər toplusudur.

Hazırki dövrdə sosial təhlükəsizlik anlayışı ölkələrin və cəmiyyətlərin inkişaf və rifah səviyəsinin mühüm göstəricisi kimi qiymətləndirilir. İnkişaf etmiş ölkələrdə sosial təhlükəsizlik beynəlxalq siyasətlər içərisində prioritet olaraq yer alarkən, az inkişaf etmiş və inkişafda olan ölkələrdə ödənilməyəcək xərclər, inkişafa aparmayan ünsür olaraq fədakarlıq və təzyiq qruplarının ictimai istəyi kimi dəyərləndirilərək, bu qrupların təsirləri ölçüsündə sosial təhlükəsizlik sistemləri yaradılmaqdadır.

Sosial təhlükəsizlik sisteminin varlığı ölkələrin iqtisadi və sosial inkişaflarına bağlı olaraq dəyişməklə birlikdə müasir dövlət anlayışının əvəzsiz elementlərindən biri olmaqdadır.

Sosial təhlükəsizlik həm beynəlxalq konvensiyalar, həm də milli konstitusuyalar tərəfindən zəmanət verilmiş bir insan hüququdur. Digər tərəfdən, məlumatlar göstərir ki, sosial təminat imkanları hər bir ölkədə bərabər şəkildə bölüşdürülmür. Əslində dünyada yaşayan hər 5 nəfərdən 1-i sosial təminat əhatəsinə daxil olan xidmətlərdən istifadə edə bilər.

Sosial təminat sistemləri son 20 illik periodda bütün dünyada ciddi problemlərlə qarşılaşmış, “sosial tminat” və “böhran” anlayışları birlikdə istifadə edilmişdir. Xüsusilə sığorta sistemlərinin artan məsrəfləri, orta və uzun müddətdə maliyyə davamlılığı və bu vəziyyətin milli iqtisadiyyatlar üzərində

yaratdığı həddindən artıq maliyyə yükü həm siyasi, həm də sosial böhranların yaşanmasına yol açmaqdadır.

Digər tərəfdən demoqrafik cəhətdən zaman keçdikcə yaşlanan əhali, iqtisadi inkişafının və sosial təminat proqramlarının maliyyə tarazlığını zərbə vuran əlavə təsir yaradır. Yaşlı nüfusun sağlamlıq xərclərinin artması və pensiya yaşlarının uzadılması sosial təminat sistemlərini çıxılmaz bir vəziyyətə gətirməklə, nəticədə ənənəvi sosial təminat sistemlərinin sonunun gəldiyinə dair bir qənaətə gətirib çıxarır.

Birləşmiş Millətlər Təşkilatının Dünya Əhali Gözləntisi Hesabatına görə 2017-ci ildə dünya əhalisinin 12,7%-i 60 yaşdan çox, 2050-ci ildə bu göstəricinin 21.2%-ə çatacağı təxmin edilir. Azərbaycanda isə bu göstərici 2017-ci ildə 1.08% təşkil etmişdir. Lakin bu göstəricinin 2050-ci ildə 21% olması gözlənilir. Əhalinin yaşının artması, istehlakının yavaşlaması, işçi qüvvəsinin azalması və iqtisadi inkişafın ləngiməsi mənasına gəlir. Digər tərəfdən sosial təminat və səhiyyə xərcləri artarkən, bu xərclərə vergi ödəmək vasitəsilə mənbə olan işçi qüvvəsi azalır.

Şəkil 7. Dünydada və Azərbaycanda 60 və daha yüksək yaşlı şəxslərin ümumi əhalinin sayında nisbəti (2017,2050)





25,0%

21,2%




21%

20,0%










15,0%

12,7%







10,0%










5,0%




1,08%




0,0%











Mənbə: www.populationpyramid.net
Sosial təminat adətən sosial sığorta haqqı və vergi kimi məcburi vasitələrlərlə maliyyələşdirildiyi üçün sosial qoruma iqtisadiyyat və məşğulluq

üzərində gedərək ağırlaşan bir yük olmaqdadır. Bu yük ölkələr arasında nəzərə çarpacaq dərəcədə fərqlənməkdədir. OECD ölkələrində sosial təhlükəsizlik üçün edilən bütün xərclər milli gəlirin 20-35%-inə yaxınlaşmaqdadır.

Sosial müdafiə sistemindəki problemlər bu məsələdə həll səylərini də özü ilə birlikdə gətirmişdir. 1980-ci illərdə başlayan sosial təhlükəsizlik sistemindəki yenidənqurma səyləri heç vaxt parametrik və sistemin struktur xarakterini dəyişmək istiqamətində olmamışdır.

Dünya Bankı hazırladığı bir hesabat ilə 1994-cü ildə parametrik həll ilə bağlı müzakirələrə töhfəsini vermişdir. 1994-cü ildəki hesabatda təklif edilən könüllülük əsasında özəl pensiya proqramlarının beynəlxalq səviyyədə siyasi, iqtisadi və sosial cəhətdən müzakirə edilməsi üçün bir başlanğıc olmuşdur. Dünya Bankının ənənəvi sosial müdafiə sistemləri yerinə təklif etdiyi model çox açıqdır: Klassik model yerinə tamamilə dəyişdirilmiş, fərdi qənaətə əsaslanan və özəl sığorta fondları tərəfindən idarə olunan bir sistem yaratmaq.

Beynəlxalq Valyuta Fondu (BVF), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD), Dünya Bankı kimi beynəlxalq təşkilatlar tərəfindən sosial müdafiənin ictimai xidmət və vəzifəsi olma xüsusiyyətləri tənqid edilməkdədir. Bu mənada mövcud ictimai sosial müdafiə rejiminin bütövlükdə aradan qaldırılıb onun yerinə məcburi Özəl Sığorta Modelinin yaradılması ilə əlaqədar fikirlər çox təsirli olmuşdur. Çünki, Latın Amerikasında Çili rəhbərliyi altında bəzi ölkələr Özəl Sığorta Modeli ilə fəaliyyət göstərməyə başlamışdır. Yeni yanaşma, qismən və ya tamamilə özəl sektor tərəfindən idarə edilən özəl pensiya proqramlarının tamamlayıcı bir proqram kimi dövlət pensiya sisteminə daxil edilməsini nəzərdə tutmuşdur. Bu yanaşma klassik və geniş yayılmış pensiya sisteminin toplu olaraq tərk edilməsi mənasına gəlirdi.

Nəticə olaraq çox ölkədə sosial müdafiə sisteminin təmin etdiyi standartın azalması və sosial müdafiə haqlarının qoyulmuş hədəflərə çatmaqda zəif

olması, ehtiyacların sosial müdafiə tərəfindən ödənməyən hissəsinin şəxslərin fərdi yığımları ilə bağlanması düşüncəsini gündəmə gətirmişdir. Sosial müdafiə sisteminin ən mühüm fəaliyyət növlərindən biri olan pensiya haqları sahəsində ortaya çıxan ehtiyacı ödəmə mexanizmi üçün özəl və ya fərdi pensiya planları olmuşdur.

Özəl pensiya fondları Dövlət Sosial Müdafiə Fondunun bir tamamlayıcısı olaraq fərdlərin pensiyaya istiqamətlənən yığımlarının investisiyaya yönləndirilməsi ilə pensiya dövründə əlavə bir gəlir mənbəyi olaraq, rifah səviyyəsinin yüksəldilməsi, iqtisadiyyata uzun müddətli maliyyə mənbəyi yaradaraq, məşğulluğun artırılması və iqtisadi inkişafa yardımını düşünərək, könüllü qoşulmaya əsaslanan və müəyyən edilmiş yardım ödəniş əsasına görə qurulan sistem olaraq başa düşülən özəl pensiya sistemi əslində bir “yığım və investisiya sistemi” olduğu üçün həm iqtisadi, həm də sosial müdafiə çərçivəsində bir quruluşdur.

Sistem könüllü iştiraka əsaslanması ilə birlikdə mövcud sosial müdafiə sisteminə alternativ olmayıb tamamlayıcı xarakterinə sahibdir. Sistem özəl pensiya şirkətləri tərəfindən həyata keçirilməsinə baxmayaraq audit və nəzarət ictimaiyyətin əlindədir.

Özəl pensiya fondları şərtləri əvvəlcədən müəyyən edilmiş bir müqavilə əsasında işçilərin pensiya dövrünün başlanğıcına qədər şəxsi hesablarına mütəmadi olaraq köçürülən maliyyə vəsaitlərinin dəyərləndilməsi əsasında fəaliyyət göstərir. Özəl pensiya fondlarının əsas funksiyası işçilərin pensiya dövründə əldə edəcəkləri maliyyə vəsaitlərinin artımına yönəlmişdir.

Özəl pensiya sisteminə daxil olan kiçik sərmayəçilər institusional investorların sahib olduqları üstünlüyə malikdirlər. Çünki, pensiya şirkəti kiçik sərmayəçilərdən təşkil olunmuş fond idarəçiliyini professional fond idarəetmə şirkətlərinə yönləndirir. Beləliklə, kiçik sərmayəçi heç vaxt ala bilməyəcəyi yardımı Özəl Pensiya Sistemi vasitəsilə ala bilir.

Özəl pensiya sistemi dünya ölkələri arasında fərqli olsa da eyni meyarlara sahibdir. Özəl pensiya sisteminin strukturunu əmələ gətirən kriteriyalar aşağıda göstərilmişdir:



      • Sistemin iştirakçılarına əmək qabiliyyətli olduqda və ya əmək qabiliyyətini itirdikdə əlavə gəlir mənbəyi təmin etmək;

      • Ödənişlərin hər bir iştirakçının şəxsi hesabında izləndiyi və hər kəsin yığımları məbləğində gəlir əldə edəcəkləri;

      • İştirakçıların dövlət sosial müdafiə sistemində keçirdiyi vaxt və ödədiyi sığorta haqlarıının və ya hüquqlarının bu sistemə ötürülməyəcəyi;

      • Dövlət nəzarətində özəl şirkətlər tərəfindən icra edilən;

      • DSMF-dən tamamilə ayrı fəaliyyət göstərən;

      • Könüllü iştirak hüququ;

      • Mövcud DSMF-ə əlavə və tamamlayıcı pensiya sistemidir.

Bu sistemə mümkün qədər tez qoşulmaq vacibdir. ÖPF-a 20 yaşında qoşulmuş iştirakçının pensiya dövründə əldə edəcəyi məbləği əldə etmək üçün 35 yaşında qoşulmuş şəxs iki qatı qədər ödəniş həyata keçirməlidir.

ÖPF-ı zəruri hallarda iştirakçıların xeyrinə risklərin idarə edilməsinə müdaxilə edə bilər. İştirakçılar pensiya vaxtlarında ödənişlərini istər toplu formada, istər də aylıq ödənişlər formasında əldə edə bilərlər. Eyni zamanda dövr bitdikdə, yəni şəxs pensiya yaşına çatdıqda belə vəsait ödəməyə davam edə bilər.

Pensiya fondlarının idarə olunmasında dünyada iki sistem mövcuddur. Bunlar ehtiyatlı sistem və məhdud sistemdir. Ehtiyatlı sistem fond idarəçiliyində məhdudiyyətlərin ən az səviyyədə olduğu sistemdir. ABŞ və İngiltərə başda olmaqla bir çox ölkədə tətbiq edilmişdir. Pensiya fondlarının keçən 10-15 illik göstəricilərinə baxdıqda ehtiyatlı sistemin fəaliyyət göstərdiyi ölkələrdə gəlirlərin məhdud sistem tətbiq edən ölkələrə nisbətdə daha yüksək olduğunu görərik. Çünki, fond menecerləri bazardakı vəziyyətə

görə ən yüksək gəliri ən az risk ilə əldə etmək üçün işləyirlər və bunun üçün ehtiyatlı davranmalıdırlar.

Özəl pensiya proqramlarının tarixinə nəzər yetirdikdə XIX əsrin 70-ci illərindən başladığını görərik. 1875-1929-cu illərdə ABŞ və Kanada 421 özəl pensiya proqramı yaratmışdırlar. İngiltərədə ilk ÖPF biznesmenlər və sənətkarlar üçün yaradılan “Of St.James at Garlekhithe of London” olaraq tanınır. Özəl pensiya sistemi üçün əsas sürətlənmə dövrü böyük iqtisadi çətinliklərin yığımları məhv etdiyi, inamsızlıq və gələcək qayğısının artdığı 1929-cu il böhran sonrasıdır. Sistem Avropada 1940-cı illərdə yayılmasına baxmayaraq, ABŞ-da daha gec yayıldığına görə keçmiş pensiya fondları xüsusilə böyük müəssisələrdə mövcudluğunu davam etdirmişdir.

Fond qaydalarının və əlavə kimi olan pensiya təminatı müqavilələrinin tədqiq olunması zamanı pensiya sxemləri 2 qrupa bölünür:



  • Pul vəsaitlərinin müəssisə və ya hər hansı sektor çərçivəsində paylanmasını əsas götürən həmrəy pensiya sxemləri;

  • Pensiya ödənişlərinin tam formada və qabaqcadan fondlaşdırılmasına əsaslanan yığım pensiya sxemləri:

Şəkil 8. Pensiya sxemlərinin təsnifatı



Mənbə: (B.X.Ataşov, Ə.Ə.Ələkbərov, N.N.Xudiyev, 2018, s. 168)

Sxemdən də göründüyü kimi yığım üzrə sxemlərin özü də 3 yarımqrupa bölünür:



  • İştirakçının ölümü halında pensiya müqaviləsinin müddətinin sona çatmasına qədər irsi olaraq keçməsini göstərən əmanət sxemi;

  • Fonda mənsub olan iştirakçılar arasında məsuliyyət paylaşımını göstərən pensiya sığorta sxemləri;

  • Yığım mərhələsində əmanət sxemlərini, ödəniş zamanı isı sığorta sxemlərini tətbiq edən qarışıq pensiya sxemləri.

Bəzi İEOÖ üçün yığım pensiya sxemi daha əlverişlidir. Özəl pensiya fondlarının əksər hissəsi yığım mərhələsində pensiya əmanət sxemlərini tətbiq edirlər. Pensiya ödənişlərinin həcmi və növü, əlavə pensiya tərtib olanan andan yığım pensiyalarının ölçüsünə uyğun formada təyin edilir.

ÖPF-nin 90%-i ödənilən sığorta haqlarının müəyyən olunmuş ölçüsü əsasında sxemlər təklif edilir. Bu sxemlər üzrə götürdükdə pensiya təminatının lazımi səviyyəsinin riski sahibkarın üzərindən əmanətçiyə keçir. Pensiya dövrünə çatanda fond iştirakçısı pensiya ödənişlərini, şəxsi hesabındakı yığım ölçüsünə uyğun şəkildə alır.

Sxemlər, hansı ki ödənişlərin müəyyən edilən həcmini özündə ifadə edir, nadir vaxtlarda təqdim olunur, bununla da sxemlərin mühüm riski sahibkar və ya fondun üzərinə düşür. Müqavilə imzalandığı vaxtdan sxemlər üzrə gələcək pensiyanın həcmi müəyyənləşdirilir. Beləliklə, pensiya haqlarının həcminin müəyyən edilməsi üçün prinsip və qaydalar onların təyin edilən həcmindən, onların davamiyyətindən, mövcud inestisiya siyasətindən, ölkədə iqtisadi və demoqrafik vəziyyətin dəyərləndirilməsindən asılı olan balanslar aktuar hesablaşmaları vasitəsilə həyata keçirilir. Pensiya dövrü çatdığı zaman iştirakçıya müqavilədə nəzərdə tutulmuş məbləğdə pensiya ödənişi həyata keçirilir.

Müxtəlif pensiya növlərindən iştirakçı öz istəyinə uyğun, sərbəst şəkildə seçim etmə imkanına sahibdir:



    • Ömürlük pensiya;

    • Birdəfəlik pensiya;

    • Təcili pensiya;

    • Digər növləri.

Ömürlük pensiya fond iştirakçısının ölümü halında onun varislərinə keçmir. Bəzi hallarda sadəcə olaraq həyat yoldaşı bu ödənişin müəyyən hissəsini əldə edə bilir.

Razılaşdırılan müddət ərzində ödənişi həyata keçən pensiya ödənişlərində isə vaxtından əvvəl iştirakçının ölümü zamanı pensiya məbləğinin qalan məbləği birdəfəlik və ya periodik şəkildə varislərə ödənilir.

Pensiya məbləğinin birdəfəlik ödənişi zamanı müqavilədə qeyd olunan müddət bitdikdə fərd şəxsi hesabında yığılmış məbləği toplu şəkildə əldə edir.

Pensiya hesabında toplanmış pul vəsaitinin müəyyən hissəsinin birdəfəlik şəkildə ödənməsi – pensiya təminatından istifadə edən fərdin şəxsi hesabındakı məbləği başqa fonda köçürə bilmək hüququ vardır. Fond müqavilədə göstərilmiş şərtlər əsasında, qeyd olunan pul vəsaitlərini zərərləri də nəzərə alaraq başqa fonda köçürməlidir.

Fond tərəfindən formalaşdırılan pensiya ehtiyatları iştirakçılara tətbiq olunmuş öhdəliyə görə şəxsi ödəmə qabiliyyətini təmin edir. Pensiya ehtiyatları isə pensiya haqqı və onların yerləşdirilməsindən əldə edilən fond gəlirlərindən ibarət olur.

İştirakçılar tərəfindən cəlb edilən vəsaitlərin ölçüsü və gələcək fəaliyyətlərinin uğurları təsis edən şəxslərin əmanətlərinin həcmindən asılıdır. Ehtiyatlatların yüksək çəkisinə görə qabaqcıl yer, əksər hallarda ilkin kapitalı və ya departamentlərə ayrılan təşkilat şəbəkəsini təqdim etmiş, eyni zamanda zəngin təsisçilərə sahib pensiya fondlarına məxsusdur.

ÖPF aktivlərinin əsas hissəsini fonda əmanət qoymuş şəxslərin üzvlük haqqı təşkil edir. Adətən, fondun aktivlərinə iştirakçıların şəxsi hesablarındakı fiziki və hüquqi şəxslərin pul əmanətləri də adi edilə bilər. ÖPF-inə

yerləşdirilən üzvlük haqlarının potensial həcmini müəyyənləşdirmək üçün ilkin şərt vətəndaşların əmanətlərinin həcmini dəyərləndirmək mühümdür.

Qeyd etmək lazımdır ki, investisiya gəlirlərinin ÖPF-da aktivlərin yaranmasında mühüm əhəmiyyəti vardır. Adətən, ÖPF-nin aktivlərinin investləşdirilməsindən əldə edilən maliyyə vəsaitləri aiddir. Hər bir pensiya fondu üçün nəzərdə tutulmuş investisiya üzrə proqram individuallıq kəsb edir.

Fond rəhbərliyi və fondun aktivlərinə rəhbərlik edən şirkətlər investisiya üzrə proqramın tərtibində fəal iştirak edirlər.

Təşkilat aktivlərinin idarə edilməsi kommersiya fəaliyyəti kimi qiymətləndirildiyinə görə ÖPF aktivlər ilə işləyə bilməz, ona görə də həmin iş bu sahədə ixtisaslaşmış şirkətlərin öhdəliyinə verilməlidir.

Fond aktivlərinin idarə edilməsi üzrə müqavilə, qanunvericilikdə qeyd olunmuş əmlakın vəkalət ilə idarə edilməsi aktı əsasında yaradılmalıdır. Aktivlərin idarə olunmasını öz üzərinə götürən şirkət aktivlərin saxlanması və omların dövlət müəyyən etdiyi rentabellik səviyyəsinə uyğunluğuna görə fondun qarşısında məsuliyyət daşıyır.

Dünyanın inkişaf etmiş ölkələrinin, xüsusilə sosial yönümlü iqtisadiyyata malik ölkələrin ÜDM-sində pensiya fondlarının xüsusi çəkisi olduqca yüksəkdir. Eyni zamanda qeyd etmək istərdim ki, bu ölkələrdə özəl pensiya fondlarının təşkilinə və inkişafına əhəmiyyətli dərəcədə şərait yaradılmışdır. Belə ki, buna səbəb olaraq, bu kimi fondların dövlətin sosial yükünü azaltmasını göstərmək olar. Aşağıdakı Şəkil 8-də bəzi OECD ölkələrinin ÜDM-sində pensiya fondlarının çəkisi göstərilmişdir.

Bildirmək istərdim ki, 2018-ci ildə OECD ölkələri üçün ortalama pay 53.3% təşkil etmişdir. Şəkil 8-dən gördüyümüz kimi Niderland, İslandiya, Avstraliya, İsveçrə, Böyük Britaniya, Kanada, ABŞ, İsrail kimi inkişaf etmiş ölkələrdə pensiya fondlarının payı OECD ortalamasına nisbətdə yüksəkdir. Bu İEÖ ilə yanaşı Çilidə də pensiya fondlarının ÜDM-dəki payı olduqca yüksəkdir.


Şəkil 9. OECD ölkələrinin ÜDM-sində pensiya fondlarının payı (2018)

Mənbə: www.oecd.org

Bundan başqa aşağıdakı cədvəldə Böyük Yeddiliyə daxil olan ölkələrdə özəl pensiya fondlarının 2013-2017-ci illərdə aktivlərinin həcmi qeyd olunmuşdur:

Cədvəl 3. Böyük Yeddilik ölkələrinin özəl pensiya fondları aktivlərinin həcmi (2013- 2017) mln USD




2013

2014

2015

2016

2017

Kanada

2 404 868

2 446 621

2 225 732

2 378 020

2 636 401

Fransa

271 357

226 372

212 254

242 592

-

Almaniya

236 932

236 204

220 177

227 312

270 728

İtaliya

163 359

162 889

154 991

165 238

200 850

Yaponiya

867 930

869 084

-

1 598 100

1 623 545

Böyük Britaniya

2 810 564

2 784 630

2 741 924

2 607 820

2 903 324

ABŞ

22 781 169

23 977 517

24 027 423

25 402 370

28 168 971

Mənbə: www.oecd.org

Cədvəldən də aydın olduğu kimi fond aktivlərinin həcminə görə ABŞ olduqca fərqlənir və göstərilən 5 il ərzində artım tempi müşahidə olunmuşdur. Fransa istisna olmaqla digər ölkələrdə 5 il ərzində dalğalanmalar müşahidə edilsə də nəticədə artım müşahidə olunmuşdur.

Özəl pensiya sisteminin üstünlükləri aşağıda qeyd olunmuşdur:


  • İqtisadiyyat və fərdlər arasındakı marjinal yığım trendini artırır;

  • Pensiya planı təqdimatında rahatlıq təmin edir;

  • Aktuar balans: Ödənişlər ilə əldə olunan mənfəətin bərabərliyi təmin edilir;

  • Fərdlərin risk və gəlir seçimi etməsinə imkan verir;

  • Fərdlərin pensiya dövrləri ilə bağlı məsuliyyət götürmələrini təmin edir;

  • Fondların müəyyən şirkətlər və mütəxəssislər tərəfindən idarə edilməsi inamı artırır;

  • Dövlət pensiya sisteminə nisbətən daha yüksək real gəlirlə təmin edər;

  • Fərdləri uzun müddət işləməyə və ödəniş etməyə təşviq edər. Sistemin mənfi cəhətləri isə aşağıdakılardır:

    • Sistemin fəaliyyət göstərməsi və etibar qazanması üçün yüksək idarəetmə və marketinq xərcləri tələb olunacaq;

    • Fərdlərin iştirakına əsaslanan bu sistemdə pensiya dövründə əldə ediləcək gəlir tərəfdən fərdlər arasında böyük dalğalanmalar olacaq;

    • Dövlət pensiya sisteminə investisiya qoyulacaq vəsait şirkətlərə keçəcək;

    • Sistemin yaxşı fəaliyyət göstərməyi üçün daim düzəltmə və audit lazım olacaq.

Makroiqtisadi təsirləri:

    • İkinci pensiya haqqına görə pensiya dövründə fərdlərin rifah səviyyələri artacaq;

    • İnfrastruktur və uzun müddətli investisiyalara resurs və yeni iş imkanları yaradılacaq;

    • Sosial müdafiənin əhatə dairəsi genişlənəcək və ictimai yük azalacaq;

    • Fərdlərin yığım meyli artacaq;

    • Maliyyə sektorunda uzun müddətli fondlar artacaq;

    • İnflyasiya ilə mübarizə aparmağa və sabit inkişafa müsbət təsir göstərəcək;

    • Kapital bazarı dərinləşəcək;

    • Yerli kapital qoyuluşları bazardakı dəyişkənlikləri və spekulyasiyaları azaldacaq;

    • Daha rəqabətli, sabit və dinamik bir maliyyə sisteminin qurulmasına dəstək olacaq;


Yüklə 287,66 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin