AZƏrbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 485 Kb.
Pdf просмотр
səhifə1/6
tarix29.05.2017
ölçüsü485 Kb.
  1   2   3   4   5   6

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

MAGISTRATURA MƏRKƏZI 



Əlyazması hüququnda 

 

 



Salahova Xəyalə Rahat  qızı 

 

“Naxçıvan MR-da ətraf mühit komponentlərinin müasir ekocoğrafi vəziyyəti və 



mühafizəsinin sosial-iqtisadi, ekoloji-hüquqi aspektləri” 

mövzusunda 

 

MAGİSTR DISSERTASIYASI 



 

İstiqamətin şifri və adı     060404                 İqtisadiyyat 

          İxtisasın adı                                                      Təbiətdən istifadənin iqtisadiyyatı 

 

və proqnozlaşdırma  



Elmi rəhbər                                                   Magistr proqramının rəhbəri  

(A.S.A., elmi dərəcə və elmi ad)                      (A.S.A., elmi dərəcə və elmi ad) 



 

2

 c.e.n. дос. Xəlilov İ.B. f.r.е.n. dos. F.M.Novruzova  



 

 

Kafedra müdiri  



(A.S.A., elmi dərəcə və elmi ad)                            c.e.n. dos. Mehdiyeva V.Z. 

 

 



 

 BAKI – 2016 

 


 

3

Mündəricat 

 

Giriş……………………………………………………………….3 

FəsilI. Naxçıvan MR-da ətraf mühit komponentlərinin  

ekocoğrafi xüsusiyyətləri………………………………...7 

1.1. Təbii-resurs potensialının mənimsənilməsində relyefin  əhəmiyyəti…...7 

1.2.  qlimin xüsusiyyətlərinin ətraf mühitdən istifadədə əhəmiyyəti………11 

Fəsil II. Naxçıvan MR-nın təbii-resurs potensialı və onlardan  

istifadənin sosial-iqtisadi və ekoloji-hüquqi aspektləri.16 

2.1. Mineral-xammal ehtiyatları və onların ekoloji-iqtisadi  

qiymətləndirilməsi……………………………………………………..16 

2.2. Su və energetika ehtiyatları, onların ekoloji-iqtisadi  

qiymətləndirilməsi……………………………………………………..16 

2.3. Kəndtəsərrüfatı ehtiyatları,onlarınsosial-iqtisadiaspektləri………….37 



Fəsil III. Naxçıvan MR-da ətraf mühit komponentlərinin  

istifadəsindən yaranan ekoloji problemlər və  

onlarınhəllininekoloji-iqtisadivə hüquqi 

qiymətləndirilməsi……………………………………43 

3.1.Naxçıvan MR-da torpaqların istifadəsi vəziyyəti və antropogen……...43 

amillərin torpaq örtüyünə təsirinin ekoloji-iqtisadi aspektləri………...43 

3.2. Naxçıvan MR-da  suların mühafisəsinin sosial-iqtisadi və ekoloji  

aspektləri………………………………………………………………48 

3.3. Naxçıvan MR-da bitki və heyvanat ehtiyatlarının mühafizəsi  

vəziyyəti……………………………………………………………….55 

3.4.Naxçıvan MR-in müasir ekoloji problemləri və onların həlli  

istiqamətləri……………………………………………………………62 

Nəticə və təkliflər………………………………………………………….69 

Ə

dəbiyyat………………………………………………………………….71 

 


 

4

Giriş 



 

Bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  ölkənin  iqtisadi  və  sosial  inkişafı 

nəzərə  çarpacaq  dəyişikliklərə  məruz  qalmışdır.  Bu  məqsədlə  regionların  təbii-

resurs  potensialının  ekoloji-coğrafi,  hüquqi  və  sosial-iqtisadi  qiymətləndirilməsi, 

onlardan  səmərəli  istifadə  və  mühafizə  məsələləri  öz  aktuallığını  daha  da 

artırmışdır.  qtisadi  islahtlarının  elmi  cəhətdən  düzgün  əsaslandıraraq  həyata 

keçirilməsi  respublikanın  mühüm  regionlarından biri olan  Naxçıvan  MR üçün də 

xüsusi  əhəmiyyət  kəsb  edir.  qtisadi  rayonun  təbii-resurs  potensialından  səmərəli  

istifadə,  təbii  ekosistemlərin  mühafizəsi,  təbii  və  antropogen  təsirlərin  ilbəil 

artması  nəticəsində  yaranan  proseslərin  öyrənilməsi,  onların  qarşısının  alınması 

yollarının göstərilməsi dissertasiya işində geniş şərh olunmuşdur. 

Kəskin  təbii  iqlim  şəraitinə  və  zəngin  təbii-resurs  potensialı  imkanlarına 

malik olan Naxçıvan iqtisadi rayonunun relyef xüsusiyyətləri, təbii su ehtiyatları, 

iqlim  şəraiti,  torpaq-bitki  örtüyü  həmin  ehtiyatlardan  səmərəli  istifadəyə  geniş 

imkanlar yaradır. Zəngin aqroiqlim ehtiyatları kənd təsərrüfatının müxtəlif sahələ-

rinin  inkişafına,  rekreasiya  imkanları  kurort-turizm  şəbəkəsinin  genişləndiril-

məsinə,  mineral  resurslardan  istifadə  ətraf  mühitin  mühafizəsinin  aktuallığına 

şə

rait yaradır. 



Naxçıvan MR-nın təbii resurslarından səmərəli istifadə  məqsədi ilə təbii və 

antropogen  faktorların  təsirinin  qiymətləndirilməsi  üçün  regionda  yaranan  torpaq 

eroziya  prosesləri,  dağ-mədən  sənayesinin  ətraf  mühitə  mənfi  təsiri,  su,bitki  və 

heyvan ehtiyatlarına təbii və antropogen təsir amilləri, onların baş vermə səbəbləri 

və onlara qarşı mübarizə tədbirləri hərtərəfli araşdırma tələb edən məsələlərdəndir. 

Tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki,  təbii  və  antropogen  proseslər 

nəticəsində  iqtisadi  rayonda təbii-resurs potensialına  əhəmiyyətli  ziyan  vurulmuş, 

nəticədə regionun ətraf ekoloji mühiti korlanmışdır. 

Naxçıvan  MR-ı  Azərbaycan  Respublikasının  iqtisadiyyatında  mühüm  rol 

oynayır. Meyvəçilik, tərəvəzçilik, üzümçülük, taxılçılıq və kurort-rekreasiya zonası 



 

5

kimi  tanınan  bu  iqtisadi  rayon  inkişaf  etmiş  kənd  təsərrüfatı  sahələrinə,  başlıca 



olaraq onun xammalını emal edən sənaye müəssisələrinə, zəngin balneoloji-kurort 

sərvətlərinə,həmçinin inkişaf edən dağ-mədən,yeyinti,maşınqayırma və s. malikdir. 

Məlumdur  ki,  Naxçıvan  iqtisadi  rayonunda  Azərbaycan    Respublikasında  ən 

perspektivli müxtəlif yeraltı əlvan metal filizi sərvətləri vardır. 

Naxçıvan MR-ı müxtəlif tipli mineral bulaqlarla da zəngindir. Bunlardan ən 

məşhurları  Badamlı,Sirab,Vayxır  və  Darıdağdır.  Dissertasiya  işində  də  məhz 

ə

dəbiyyat  materiallarından  istifadə  etməklə  Naxçıvan  iqtisadi  rayonunun  təbii 



resurs  potensialının  müasir  vəziyyəti,  onlara  təbii  və  antropogen  faktorların  təsiri 

və  bu  təsirlərin  qiymətləndirilməsi,  təbii  resurslardan  səmərəli  istifadə  məsələləri 

araşdırılmışdır ki, bu da mövzunun aktuallığını göstərir. 

ş

in məqsədi. Naxçıvan MR-da təbii-resurs potensialından intensiv istifadə 

prosesində respublika təsərrüfatına dəyən mənfi təsirlərin iqtisadi və sosial-ekoloji 

məsələlərini  təhlil  edib,  onların  inkişafına,  ərazi  təşkilinə,insanların  həyat 

fəaliyyətinə,sağlamlığına  və  bütövlükdə  ətraf  ekoloji  mühitə  vura  biləcəyi 

zərərlərin zəiflədilməsi,qismən qarşısının alinması yollarını öyrənmək və müvafiq 

tövsiyyələr hazırlamaqdan ibarətdir. 

Bu məqsədlə  tədqiqat zamanı aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur:  

—  Naxçıvan  MR-da  təbii-resurs  potensialının  iqtisadi  və  sosial-ekoloji 

tədqiqat obyekti kimi öyrənilməsinin əsaslandırılması, onların nəzəri,  metodoloji,  

ekocoğrafi və hüquqi əsaslarının müəyyənləşdirilməsi; 

—  Muxtar  Respublikada  təbii  və  ekocoğrafi  vəziyyətin  xüsusiyyətlərinın 

təhlili,hər  bir  təbii  və  antropogen  proseslərin,  hidrometeoroloji  hadisənin  fiziki-

coğrafi və ekoloji-iqtisadi əsaslarının, onların respublika təsərrüfatının inkişafı və 

ə

razi  təşkilinə  təsirinin,  əhalinin  və  təsərrüfat  sahələrinin  göstərilən  hadisələrdən 



mühafizəsi  yollarının hazırlanması. 

Tədqiqat  obyekti.  Naxçıvan  NR-sı  ərazisinin  təbii-resurs  potensialı,  

onlardan  müxtəlif  təsərrüfat  sahələrinin  inkişafı  və  ərazi  təşkilində  istifadəsindən 

yaranan  ekoloji  problemlər,  təbii  komponentlərə  dəyən  ziyanlar  və  onların 


 

6

mühafizəsinin iqtisadi, sosial-ekoloji məsələləridır. 



Elmi yenilik. Dissertasiya işinin elmi yenilikləri aşağıdakılardır: 

—  hər  bir  təbii  resursdan  istifadədə  yaranan  neqativ  hadisə  və  proseslərin 

başvermə  səbəbləri,intensivliyi,  əsas  yayılma  arealları  müəyyənləşdirilmiş  və 

onların müxtəlif yönümlü  təsnifatları hazırlanmışdır;  

—  Muxtar  Respublikada  təbii  proseslərin  və  antropogen  fəaliyyətin 

təsərrüfat  sahələrinə vurduğu  zərərləri  müəyyən  etməklə,  bu  məlumatlar  əsasında 

müxtəlif məzmunlu təkliflər hazırlanmişdır; 

—  Naxçıvan  MR  ərazisinin  mineral,  iqlim,  torpaq,su,bitki  və  heyvan 

ehtiyatlarının  intensiv  istifadəsindən  onların  deqredasiyaya  məruz  qalma 

dərəcələrinə görə təhlilləri aparılmışdır; 

— Naxçıvan MR-da təbii resurslarından istifadənin sosial-iqtisadi aspektləri 

və  müasir  ekoloji  vəziyyəti  kompleks  tədqiq  edilmişdir.  Muxtar  Respublikanın 

təbii  sərvətlərinin  mənimsənilməsinin  müasir  vəziyyəti,    əhalinin  məskunlaşma 

xüsusiyyətləri,  təsərrüfat  sahələrinin  intensiv  inkişafının  ətraf  mühitə  və  əhali 

sağlamlığına mənfi təsirləri araşdırılmış, Arazboyu ərazilərdə səhralaşma prosesinə 

qarşı  tədbirlər,  sosial-iqtisadi  və  ekoloji  səmərəliliyin  qiymətləndirilməsi 

işlənmişdir. 

—Toplanmış  statistik  materiallar,  aparılan  tədqiqatların  nəticələrinin  təhlili 

ə

sasında    regionun  təbii  mühitinə  dəyən  ziyanlara  uyğun  olaraq  onların  hər  bir 



komponentə  vurduqları  zərərlərin  azaldılması,  onlara  qarşı  əsaslandırılmış 

mübarizə  tədbirləri  hazırlamaq  üçün  elmi  baxımdan  əsaslandırılmış  təklif  və 

tövsiyyələr verilmişdir. 

Tədqiqatın  informasiya  bazası  və  işlənmə  metodları.  Tədqiqat  zamanı 

Dövlət  Statistika  Komitəsi,Ekologiya  və  Təbii  Sərvəitlər  Nazirliyi,  MEA-nın 

Coğrafiya  nstitutunun,Naxçıvan  MR-nın  müvafiq  nazirlik  və  komitələrinin 

statistik  materialları,  çoxsaylı  ədəbiyyat  mənbələrinlən  istifadə  edilmişdir. 

Tədqiqat  metodları  kimi  kamerial,  analitik,  statistik,  müşahidə,  ümumiləşdirmə, 

kartoqrafik və s. üsullar tətbiq edilmişdir. 



 

7

Praktiki əhəmiyyəti. Bu tədqiqat işi dissertasiyada  irəli sürülmüş Naxçıvan 

MR-da  təbii  resurslardan  istifadə,  antropogen  təsirlərin  geniş  yayıldığı  ərazilərdə 

təsərrüfat  sahələrinin  inkişafı  və  ərazi  təşkili,  onların  mühafizəsi  tədbirləri  və  s. 

alınan  nəticə  və  tövsiyələrdən  ayrı-ayrı  iqtisadi  rayonlarda  aparılan  təsərrüfat 

işlərində istifadə edilə bilər.  

ş

in strukturu və həcmi. Dissertasiya işi giriş, üç fəsil, nəticə və təkliflər, 

ə

dəbiyyat siyahısından ibarətdir. 



 

8

FəsilI. Naxçıvan MR-da ətraf mühit komponentlərinin 



ekocoğrafi xüsusiyyətləri 

1.1. Təbii-resurs potensialının mənimsənilməsində relyefin   

ə

həmiyyəti 

 

K

icik Qafqazın cənub-qərb qurtaracağında yerləşən və tipik dağlıq olkə olan 



Naxçıvan MR-in relyefi başlıca olaraq duzənlik və dağlıq hissədən ibarətdir. Onun 

dəniz  səviyyəsindən  orta  yuksəkliyi  1400  metrə  bərabərdir.  Muxtar  Respublika 

ə

razisinin  mutləq  yuksəkliyinin  amplituda  fərqi  600  metrlə  (Kotam  yaxınlığında 



Arazın vadisi) 3906 metr(Qapıcıq zirvəsi) arasında tərəddüd edir. Ərazinin ucdə bir 

hissəsinitəşkil  edən  və  respublikanın  ən  alcaq  sahəsi  hesab  edilən  Arazboyu 

duzənliyinorta  yuksəkliyi  800  metrə  yaxındır.  Ərazinin  ucdə  iki  hissəsi  dəniz 

səviyyəsindən  1000  metr  yuksəklikdəyerləşməklə,  20  faizinin  mutləq  yuksəkliyi 

2000  metrdən  artıqdır.Naxçıvan  MR-in  aşağı  duzən  zonasını  təşkil  edən 

Arazboyuqurşaq  Muxtar  respublikanın  600-1000  metr  yuksəklikdə  yerləşəngeniş 

sahəsini  əhatə  edir.  Bu  sahə  şimal-qərbdə  Sədərək  duzundənbaşlayıb  Ordubad 

rayonu ərazisində, Kotam yaxınlığında dar zolaq şəklində yüksək dağlar tərəfindən 

Arazın sahilinə sıxışdırılır. 

D

uzənlik hissə Araz cayı ilə alcaq dağlıq arasında yerləşməklə gahgeniş, gah 



da dar sahəni əhatə edir.Arazboyu duzənlik Muxtar respublika ərazisinin 32 faizini 

təşkil  edərək  şimal-qərbdə  Ermənistanın  Ararat  duzənliyi  ilə  birləşir.  Bu  qurşaq 

butov  bir  düzənlik  halında  olmayıb,  respublika  daxilində  bir  necəyerdə— 

Dərələyəz  və  Zəngəzur  dağlarının  meridian  istiqamətindəuzanan  qolları  və  ya 

yuksəklikləri  vasitəsilə  bir  sıra  maili  duzənliklərə(Sədərək,  Şərur,  Boyükdüz, 

Naxçıvan,  Ordubad  və  s.)  ayrılır.Muxtar  respublikanın  şimal-qərbində 

Ermənistanın Ararat çökəkliyi ilə sərhədlənən və Dəhnə-Vəlidağ yuksəkliyinədək 

uzanan  Sədərəkcənubdan  Arazla,  şimal-qərbdən  isə Saraybulaq dağlarının  cənub-

şə

rq  ətəkləri  ilə  sərhədlənir.  Vəlidağ-Dəhnə  yuksəkliyindən  Qarabağlar—  Qıvraq 



tirəsinədək  uzanan  Şərur  duzənliyi  Muxtar  Respublika  ərazisinin  geniş  bir 

 

9

hissəsinitutur. Sıx əhaliyə, munbit torpağa malik olan bu duzənlik Naxçıvan MR-in 



kənd  təsərrufatında  muhum  rol  oynayır.Şərur  duzundən  şərqdə  Qarabağlar— 

Xok—  Tazı    yuksəkliyi  ilə  Duzdağ  tirəsi  arasında  Boyükdüz  yerləşir.  qlimin  və 

hidroloji  şəraitin  təsiri  nəticəsində  Boyükdüz  su  mənbələrindən  məhrum  olmaqla 

təbii şoranlaşmayaməruz qalmışdır.Naxçıvan düzü Arazboyu duzənliyin boyuk bir 

hissəsini  təşkil  edir.  O,  qərbdən  Cəhri-Duzdağ  tirəsi  ilə,  cənub  qərbdən  Arazla, 

cənub-şərqdən  Nehrəm-Ərəzin  yuksəkliyilə,  şimal-şərqdən  Sirab,Nəhəcir, 

Xacaparaq xətti uzrə Sarıdağ-Nəhəcir və Qırxlar dağının ətəkləri ilə əhatə olunur. 

Bu düz Naxçıvan cayı, onun aşağı axınındakı qolları, bir sıra təpəliklər, yarğanlar 

və  dərələrlə  parcalanır.Qərbdən  şərqə  doğru  Əlincəçay,  Qara  dərə,  Gilançay, 

Duylunçay,  Vənəndçay,  Əylisçay  və  Ordubadçayın  gətirmə  konusları  bir  necə 

mailiduzənliklər əmələ gətirmişdir.. Bunlardan ən çox nəzərə çarpanı Culfa, Yaycı, 

Dəstə,  Ordubad  duzənlikləridir.  Bu  maili  duzənliklərin  umumi  sahəsi  10  min 

hektara  qədərdir.  Arazboyu  duzənliyin  ən  geniş  yerinin  Şərqi  Arpacayın 

mənsəbhissəsində yerləşməsi bir tərəfdən burada tektonik çökmə, digərtərəfdən isə 

fəal  eroziya  prosesinin  getməsilə  izah  edilə  bilər.Ərazi  relyefinin  ikinci  əsas 

hissəsini dağlıq sahə, çox az bir hissəniisə dağarası çökəkliklər təşkil edir. Bu sahə 

okean səviyyəsindən 1000 metrdən 3900 metrə qədər ucalır. Duzənliklə orta dağlıq 

arasında  yerləşən  alçaq  dağlıq  sahə  NaxçıvanMR-in  şimal-qərb  və  cənub-şərq 

hissəsində  çox  dar,  mərkəzhissəsində  isə  geniş  bir  sahəni  əhatə  edir.  Sinklinal 

yastanlar,  antiklinal  tirələr  və  kuestlər  onları  parcalamış  çay  dərələrinin  yaratdığı 

darduzənlik zolaqları ilə əvəz olunur.[15] 

O

rta  dağlıq  qurşaq  Naxçıvan  MR-in  şimal-qərb,  mərkəz  və  cənub-şərq 



hissəsini  tutur.  Burada  relyef  1200-1300  metrdən  2000-2300  metrə  qədər  ucalır. 

Yuksək  dağlıq  qurşaq,  orta  dağlıq  qurşağa  nisbətən  çox  dar  zolaq  təşkil  etməklə 

Zəngəzur  silsiləsi  boyu  uzanır.Yuxarıda  gostərilən  dağlıq  sahədə  oroqrafik 

cəhətdən bir-birindən kəskin fərqlənən dağ silsilələri (Zəngəzur və Dərələyəz) və 

onlardanayrılan  qollar  vardır.  Silsilələr  başlıca  olaraq  denudasion-tektonik,  qollar 

isə erozion-denudasion mənşəlidir. Buna başlıca səbəb silsilələrin əsasən tektonik 



 

10

qalxmalar  istiqamətində,  qolların  isə  tektonikqalxmaların  əksinə  getməsidir. 



Muxtar respublika ərazisində olan oroqrafik vahidlər oradan axan çaylar vasitəsilə 

ş

iddətli surətdə parçalanmışdır. 



N

axçıvan MR-in ərazisində əsas üstünlük təşkil edən iki iri oroqrafik vahid 

vardır. Onlardan biri və ən əsası Zəngəzur silsiləsi, digəri isə Dərələyəz silsiləsidir. 

O

rta hundurluyu 3200 metrə catan Zəngəzur silsiləsi Kicik Qafqazın bütün 



silsilələrindən  yuksəkdir.  Onun  ən  yuksək  zirvəsi  olan  Qapıcıq  (3906  metr)  eyni 

zamanda  Kiçik  Qafqazın  AzərbaycanRespublikası  ərazisində  ən  yuksək  zirvədir. 

Qapıcıq  zirvəsi  3865  metr  hundurluyə  malik  olan  daim  qar  xəttindən də  yuksəyə 

qalxır. 


ngəzur  silsiləsi  həm  də  Kiçik  Qafqazın  boyuk  silsilələrindən  biri  olub, 

Naxçıvan  MR  ilə  Ermənistan  arasında  təbii  sərhəd  təşkil  edir.Cənub-şərq 

istiqamətində  tədricən  ucalaraq  Qapıcıq  dağında  öz  maksimumuna  çatan  silsilə 

Qapıcıqdan cənuba doğru yenidən alçalmağa başlayır. Soyuq dağdan (3161 metr) 

cənubda  12-13  kilometrlik  məsafədə  sıldırım  pillələr  şəklində  kəskin  surətdə 

alçalaraq uçurumlu, qayalı yamaclarla Arazın yatağına enir. 

ngəzur silsiləsində bir necə zirvənin yuksəkliyi 3500 metrdən (Nabad dağ, 



Dəvə  boynu,  Qazangöl  dağı,  Səfərdərə,  Yağlıdərə,  Sarıdərə,Şıxyurdu),  bir  necə 

zirvənin  yuksəkliyi  isə  3000  metrdən  (Ağdaban,  Salvartı,Camal,  Aracı,  Dəmirli 

dağ,  Əyri  dağ,  Soyuq  dağ  və  s.)  artıqdır.  Burada  aşırımların  mutləq  yuksəkliyi 

2340 metrlə 3700 metr arasında dəyişir. Zəngəzur silsiləsini mutləq yuksəkliyinin 

dəyişməsinə və parcalanmasına görə üc yerə bölmək olar. Onlardan biri Ağdaban 

dağı  ilə  Gədik  aşırımı  arasında  olan  Salvartı  dağıdır.  Salvartı  dağının  orta 

yuksəkliyi 3000 metrə qədər olub, bəzi yerlərdə suayrıcı hamarlanmışdır. 

rələyəz  silsiləsi  Naxçıvan  MR-in  şimal-şərq  hissəsində  yerləşir  və 



Ermənistan  ilə  Muxtar  Respublika  arasındakı  sərhəd  boyunca  uzanır.  Bu  silsilə 

başlıca  olaraq  iki  hissədən  ibarətdir:  biri  Cəhri  cayının  əsas  dərəsindən  qərbdə, 

digəri isə ondan şərqdə yerləşir.  

rələyəz  silsiləsi  Zəngəzur  silsiləsindən  fərqli  olaraq  əsasən  devon,  daş 



 

11

kömur, perm, trias, yura və təbaşir dövrlərinin əhəng daşlarından, gilli şistlərdən, 



kvarsitdən,  diabazdan  və  başqa  suxurlardan  təşkil  olunmuşdur.  Dərələyəz 

silsiləsinin  Cəhri  çayından  qərbdə  yerləşən  hissəsi  qövs  şəkillidir,  qabarıq  tərəfi 

qərbə çevrilmişdir. Silsilənin ən hundur hissəsi 2400-2700 metr arasında tərəddüd 

edir. Burada ən hundur zirvə 2740 metr (Keçəltəpə dağı), ən alçaq aşırım isə 2200 

metrdir. 

rələyəz  silsiləsinin  şimal-qərbdə  Naxçıvan  MR  ərazisinə  daxil  olan 



hissəsi  çox  mürəkkəb  oroqrafik  quruluşa  malikdir.  Bu  murəkkəblik  relyefdə, 

xususilə  Keçəltəpə  dağından  cənubda özunu  daha aydın göstərir.  Qaraquş,  Cəhri, 

Qaraultəpə, Rəmlər və Buzqov qolları bu dağ silsiləsindən ayrılır. 

rələyəz  silsiləsinin  şimal-şərq  qurtaracağı  3087  metrlik  adsız  zirvə 



yaxınlığında  Zəngəzur  silsiləsilə  biriəşir.  Qayalı  yamacların  ətəyinə  və  çay 

dərələrinin  dibinə  toplanan  çoxlu  aşınma  materialları  sel  əmələ  gəlməsi  üçün 

ə

lverişli şərait yaradır. 



rələyəz  silsiləsi  Naxçıvan  MR-in  şimal-şərq  hissəsində  yerləşir  və 

Ermənistan  ilə  Muxtar  Respublika  arasındakı  sərhəd  boyunca  uzanır.  Bu  silsilə 

başlıca  olaraq  iki  hissədən  ibarətdir:  biri  Cəhri  çayının  əsas  dərəsindən  qərbdə, 

digəri isə ondan şərqdə yerləşir. 

Silsilənin ən hundur hissəsi 2400-2700 metr arasında tərəddüd edir. Burada 

ə

n hundur zirvə 2740 metr (Keçəltəpə dağı), ən alçaq aşırım isə 2200 metrdir. 



Dərələyəz  silsiləsinin  şimal-qərbdə  Naxçıvan  MR  ərazisinə  daxil  olan 

hissəsi  çox  murəkkəb  oroqrafik  quruluşa  malikdir.  Bu  murəkkəblik  relyefdə, 

xususilə  Keçəltəpə  dağından  cənubda özünü  daha aydın göstərir.  Qaraquş,  Cəhri, 

Qaraultəpə, Rəmlər və Buzqov qolları bu dağ silsiləsindən ayrılır. 

Dərələyəz  silsiləsinin  şimal-şərq  qurtaracağı  3087  metrlik  adsız  zirvə 

yaxınlığında  Zəngəzur  silsiləsilə  biriəşir.  Onun  cənub-qərb  hissəsi  isə  Cəhri  və 

Naxçıvan çaylarının arası ilə uzanır.  

Dərələyəz  silsiləsindən  cənuba,  Naxçıvan  çayının  əsas  yatağına  doğru 

getdikcə Təknə, Badamlı, Keçəldağ qolları ayrılır.  


 

12

Muxtar  Respublikanın  şimal-qərb  qurtaracağında  ərazi  mürəkkəb  oroqrafik 



şə

raitə  malikdir.  Buradakı  dağ  zirvələri  2000-2100  m-dən  yuksək  deyildir 

(Kömürlü,  Ardıc,  Mehridağ,  Qabaqyal  və  s.).  Bu  hissə  alcaq  və  orta  dağlıqdan 

ibarət  olmaqla  çox  da  geniş  sahəni  əhatə  etmir.  Dağarası  çokəkliklər  arasında  ən 

irisi Paradaş çokəkliyidir [3,15,24].  

 

1.2.  qlimin xüsusiyyətlərinin ətraf mühitdən istifadədə  

ə

həmiyyəti 

 

Naxçıvan  MR  özünün  kəskin  kontinental  iqlimi  ilə  Azərbaycanın  digər 



fiziki-coğrafi  vilayətlərindən  fərqlənir.  Ərazidə  iqlimi  yaradan  əsas  amillər— 

gunəş radiasiyasının bolluğu, atmosfer dövranının mürəkkəbliyi, relyefin isə xeyli 

müxtəlif  olması  ilə  səciyyələnir.  Qeyd  etmək  lazımdır  ki,  tipik  dağlıq  ölkə  olan 

Naxçıvan  MR-in  müasir  iqliminin  yaranmasında  relyef  əsas  rollardan  birini 

oynayır.  Şərqdən,  şimal-şərqdən  və  şimaldan  Zəngəzur  və  Dərələyəz  dağları  ilə 

ə

hatə  edilməsi,  Ermənistan  və  ran  yaylaları  ilə  qonşu  olması,  həmcinin  geniş  su 



hövzələrindən  xeyli  uzaqlığı  Muxtar  respublikada  xususi  iqlim  şəraitinin 

yaranmasına səbəb olmuşdur. 

Relyef  amili  öz  növbəsində  meteoroloji  ünsürlərin  —  havanın 

temperaturunun, rütubətin, yağıntıların, küləklərin xüsusi rejimini yaradır. Muxtar 

respublikanın  ərazisində  demək  olar  ki,  butun  fiziki  coğrafi  ünsürlərin  şaquli 

zonallığı  müşahidə  edilir.  Məhz  buna  gorə  də  landşaft  qurşaqları  ilə  iqlim 

qurşaqları arasındakı mövcud əlaqəni nəzərə alaraq, iqlimin ayrı-ayrı ünsürlərinin 

tədqiqini şaquli zonallıq qanununa uyğun tərzdə aparmışıq. Qeyd etdiyimiz kimi, 

Muxtar  Respublikanın  ərazisində  müasir  landşaftın  yaranmasında  bir  sıra  iqlim 

amilləri ilə yanaşı, günəş radiasiyasıda mühüm rol oynayır. Muxtar respublikantn 

orta  dağlıq  qurşağında  müşahidə  edilən  günəşli  saatların  orta  illik  miqdarı  (2600 

saat) respublika ərazisinin ançaq düzənlik hissəsində (Kur-Araz ovalığı) və qismən 

alçaq dağlıq hissəsində (Abşeron yarımadası, cənub-şərqi Qobustan, Ceyrançöl və 


 

13

s.) müşahidə edilir. Yuksək dağlıq qurşaqda bu 2400 saata çatır. 



Ə

razidə günəşli saatların çoxluğu nəticəsidir ki, burada ümumi radiasiyanın 

və  radiasiya  balansının  miqdarı  xeyli  böyukdur.  Qeyd  etdiyimiz  bu  ünsürlərlə 

yüksəklik arasında sıx əlaqə mövcuddur. 

Radiasiya ən çox ərazinin düzənlik və dağlıq qurşaqlarında müşahidə edilir. 

lin  isti  yarısında  olan  radiasiya  soyuq  dövrünə  nisbətən  iki  dəfə  artıqdır.  Qeyd 

etmək  lazımdır  ki,  Naxçıvan  MR  ərazisində  müşahidə  edilən  (butun 

yüksəkliklərdə)  ümumi  radiasiyaya  ancaq  Böyuk  Qafqazın  yüksək  dağlıq 

sahələrində rast gəlinir. 

Havanın  orta  illiktemperaturu  Arazboyu  düzənlikdə  və  alçaq  dağlıq 

qurşaqda  14-12  dərəcə,  orta  dağlıq  qurşaqda  8-5  dərəcə,  yüksək  dağlıq  qurşaqda 

isə (2500-3000 metr) 2-1 dərəcə arasında dəyişir. 

lin ən soyuq ayının (yanvar) orta aylıq temperaturu Arazboyu düzənlikdə və 

alcaq  dağlıq  hissədə  mənfi  6-10  dərəcə,  yüksək  dağlıq  qurşaqda  isə  mənfi  10-14 

dərəcə arasında dəyişir.  lin əsas isti ayının (iyul) orta aylıq temperaturu düzənlik 

və alcaq dağlıq qurşaqda 28-24 dərəcə, orta dağlıq qurşaqda 20-16 dərəcə, yüksək 

dağlıq qurşaqda isə 8-6 dərəcə arasında tərəddud edir. 

Qış  aylarında  güclu soyuma  nəticəsində burada  bəzən kəskin şaxtalar olur. 

Havanın temperaturunun orta mütləq minimumu düzənlik, qismən də alçaq dağlıq 

qurşaqda  mənfi  18  dərəcə  olduğu  halda,  orta  dağlıq  qurşaqda  mənfi  18-22 

dərəcəyə, yüksək dağlıq qurşaqda isə mənfi 30 dərəcəyə qədər aşağı düşür. Ərazi 

ücün  havanın  mütləq  minimum  temperaturu  hələlik  mənfi  30,2  dərəcədir.  Bu, 

1933-cu ilin yanvarında müşahidə edilmişdir. 

Yay  ayları  yüksək  termik  şəraitlə  fərqlənir.  Havanın  mütləq  maksimum 

temperaturu düzənlik və alcaq dağlıq ərazidə 40-43 dərəcəyə, orta dağlıq qurşaqda 

30-40 dərəcəyə, yuksək dağlıqda isə 10-20 dərəcəyə çatır. Burada müşahidə edilən 

temperatur amplitudası 70 dərəcədən artıqdır. Termik şəraitin isti və soyuq dovrdə 

belə kəskin dəyişməsi, səth örtüyünün formalaşmasına, kontinental qurşaqlara xas 

olan bitki və torpaq örtüyünün yaranmasına səbəb olur [15,23].  


 

14

Kənd  təsərrüfatının,  xüsusilə  əkinçiliyin  intensiv  inkişaf  etdiyi  düzənlik  və 



alcaq dağlıq qurşaqda sutkalıq orta temperaturu 5 dərəcədən yuxarı olan günlərin 

temperatur cəmi 4500 dərəcəyə, 15 dərəcədən yuxarı isə 3500 dərəcəyə bərabərdir. 

Həmin temperaturun hər biri orta dağlıq qurşaqda 1000 dərəcədən (1500 m) 2000 

dərəcəyə  (2500  m)  qədər  azalır.  Naxçıvan  MR  ərazisində  yağıntı  qeyri-bərabər 

paylanmışdır. Bu fərq ayrı-ayrı dağlıq qurşaqlarda özünü daha aydın göstərir. 

Arazətrafı  maili  düzənliklərdə  də  orta  illik  yağıntının  paylanması  eyni 

dərəcədə  deyildir.  Orta  illik  yağıntının  miqdarı  Culfada  (712  m)  215  mm, 

Dərvişlərdə (900 m) 220 mm, Naxçıvanda (910 m) 251 mm, Ordubadda (928 m) 

276 mm, Qıvraqda isə (910 m) 210 mm-ə bərabərdir. 1000 metr yuksəkliyə malik 

olan sahələrdə orta illik yağıntı 320 mm, 1500 m-də 470 mm, 2000 m-də 630 mm, 

2500 m-də 750 mm, 3000 m-də 720 mm, 3500 m-də 640 mm-dir. Orta illik yağıntı 

təxminən  2500-3000  m-ə  qədər  tədricən  artır,  ondan  yuxarılarda  isə  yenidən 

azalmağa başlayır. 

Hesablamalar göstərir ki, çoxillik dövr ərzində müşahidə edilən ən çox və ən 

az yağıntıların miqdarı nəzərə çarpacaq dərəcədə dəyişir. Culfada ən çox (çoxillik 

dövr ərzində) 355 mm, ən az 90 mm, Dərvişlərdə ən çox 385 mm, ən az 95 mm, 

Ş

ahbuzda ən çox 545 mm, ən az 200 mm, Biçənəkdə ən çox 985 mm, ən az 410 



mm və s. yağıntı müşahidə edilmişdir.  

Naxçıvan  MR-də  qar  örtüyünün  qalınlığı,  yaranması  və  ərimə  vaxtları 

müxtəlifdir. Qar örtüyünün yaranması orta hesabla alçaq dağlıq qurşaqda dekabrın 

20-dən,  orta  dağlıq  qurşağın  aşağı  hissəsində  dekabrın  15-dən,  yüksək  dağlığın 

yuxarısında isə oktyabrın 15-dən başlayır. Qurşaqlar üzrə qar örtüyü davamlı olan 

günlərin  sayı  da  il  ərzində  müxtəlifdir.  Arazboyu  düzənlikdə  qar  örtüyü  40  gün, 

orta dağlıq qurşaqda 80 gün, yüksək dağlıq qurşaqda isə təqribən 200 gün davam 

edir.  Qar  ortuyunun  qalınlığı  və  davamlılığı  kənd  təsərrufatı  bitkilərinin 

inkişafında,  səth  və  yeraltı  suların  artmasında,  torpağın  nəmliyinin  coxalmasında 

muhum rol oynayır. 

Termik rejimin yüksəkliyinin təsiri nəticəsi olaraq, Naxçıvan MR ərazisində 


 

15

mümkün buxarlanma il ərzində duzənlik hissədə 1200-1400 mm arasında tərəddüd 



edir. Bu isə Qafqazda ən yüksək kəmiyyətdir.  

Naxçıvan MR ərazisində müşahidə edilən küləklər əsasən yerli küləklərdir. 

Onların  istiqaməti  çox  hallarda  murəkkəb  relyef  quruluşundan  asılı  olur.  Bəzən 

ə

raziyə  müxtəlif  tip  hava  kütlələrinin  daxil  olması  nəticəsində  bu  ümumi 



qanunauyğunluq pozulur. Muxtar respublika ərazisində ilin soyuq dövründə əsasən 

ş

imal-şərq və şimal-qərb, ilin isti dövründə isə qərb və cənub küləkləri əsir. 



Yanvar  ayında  Arazboyu  düzənlikdə  şimal  küləkləri  20-30  faiz  təşkil  edir. 

yun-avqust  aylarında  qərb,  cənub-qərb  kuləkləri  30-70  faizə,  şimal-şərq  və  şərq 

kuləkləri  isə  0-4  faizə  çatır.  Yüksək  dağlıq  qurşaqda  (2000-3200  m)  ilin  isti 

dövründə əsasən şimal, şimal-şərq və şərq küləkləri müşahidə edilir. 

Yuxarıda qeyd etdiyimiz ayrı-ayrı iqlim ünsürlərinin təhlili bir daha göstərir 

ki,  Naxçıvan  MR-nin  ərazisi  yüksək  termik  şəraiti  və  cuzi  rütubətlənməsi  ilə 

respublikanın  digər  fiziki-coğrafi  vilayətlərindən  kəskin  fərqlənir  və  Cənubi 

Qafqazda  müstəsnalıq  təşkil  edir.  Nəticədə  Naxçıvan  MR-in  iqlimini  beş  tipə 

ayırmışlar. 

Birinci  tip  yayı  quraq  kecən  soyuq  yarımsəhra  və  quru  çol  iqlimidir. 

Arazboyunca  yerləşən  maili  düzənlik  və  qismən  alcaq  dağlıq  sahələri  (600-1100 

m) əhatə edən bu iqlim tipi daxilində orta illik temperatur 10-14 dərəcə, orta illik 

yağıntı 300 mm-ə qədər, mümkün buxarlanma isə 1200-1400 mm-ə qədərdir. Ən 

isti (iyul) ayın temperaturu 29 dərəcə, ən soyuq (yanvar) ayın temperaturu isə 3-6 

dərəcədir.  ldə qar ortuyu 20 gündən 40 günə qədər davam edir. 

kinci  tip  yayı  quraq  və  isti  kecən  soyuq  iqlimidir.  Bu  tip  alcaq  dağlıq 

qurşağın yuxarı, orta dağlıq qurşağın isə aşağı (1100-1600 m) hissəsini əhatə edir. 

Burada orta illik temperatur 8-10 dərəcə, orta illik yağıntı 300-350 mm, mümkün 

buxarlanma isə 800-1100 mm-dir. 

Yayı  quraq  və  sərin  kecən  soyuq  iqlim  tipi  orta  dağlıq  qurşağın  yuxarı, 

yüksək dağlıq qurşağın isə aşağı (1600-2600 m) hissəsini əhatə edir. Burada orta 

illik temperatur 6-10 dərəcə, ən isti (iyul) ayın temperaturu 15-20 dərəcə, ən soyuq 



 

16

ayın  (yanvar)  temperaturu  isə  mənfi  6-10  dərəcədir.  llik  mütləq  maksimum  37 



dərəcəyədək,  illik  mütləq  minimum  isə  mənfi  30  dərəcəyədək  catır.  Orta  illik 

yağıntının miqdarı ən azı 400 mm, ən çoxu isə 800 mm-dir.  

Yayı  quraq  və  çox  sərin  keçən  soyuq  iqlim  ancaq  Zəngəzur  silsiləsinin 

cənub-qərb  yamacında  yüksək  dağlıq  qurşağın  demək  olar  ki,  mərkəz  zolağında 

2600  m-lə  3200  m  arasında  yayılmışdır.  Bu  iqlim  tipinin  əhatə  etdiyi  ərazidə 

yağıntıların  orta  illik  miqdarı  600-700  mm-ə  qədərdir.  Havanın  orta  illik 

temperaturu  1-3  dərəcə,  ən  soyuq  ayın  (yanvar)  orta  temperaturu  mənfi  10 

dərəcədən mənfi 13 dərəcəyədək, ən isti ayda isə (avqust) 8-12 dərəcədir. 

Qeyd etmək lazımdır ki, bu və bundan yüksəkdə yerləşən zonada müşahidə 

edilən  ümumi  radiasiyanın  miqdarı  (150-160  k/kal.  kv.sm)  bütün  Cənubi  Qafqaz 

ücün maksimum miqdar hesab olunur. 

 Ərazinin yuksək dağ zirvələrini (3200 m-dən yuxarı) əhatə edən dağ tundra 

iqlimi,  qış  və  yayın  soyuq  olması  və  yağıntının  bundan  əvvəlki  zonaya  nisbətən 

azalması  ilə  səciyyələnir.  Orta  illik  temperatur  mənfi  3-8  dərəcə,  ən  soyuq  ayın 

orta temperaturu mənfi 13-16 dərəcə, ən isti ayınkı isə 2-8 dərəcədir [15,24].  

 

 



 

 


 

17


Каталог: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> «magиstratura mяrkяzи»
2016 -> Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə