Həyatın sığorta olunma müqavilələrinin əsas növləri. Təcrübədə həyatın sığorta olunmasım bir-birindən fərqlənən polislərin 3 baza növünə bölürlər:
həyatın müəyyən müddətə sığorta olunması - həyatın müəyyən müddətə qədər sığorta olunması sığortaçı, sığorta olunmuş şəxsin ölümü zamanı sığorta mükafatlannm əvəzinə müqavilədə ifadə olunmuş sığorta məbləğinin ödənilməsinə görə məsuliyyət daşıyır;
həyatm ömürlük şəkildə sığorta olunması - sığorta olunmuş şəxsin bütün həyatı ərzində baş verən hadisələrin sığorta olunması. Sığortaçı, müqavilənin fəaliyyət göstərdiyi müddət ərzində sığorta olunmuş şəxsin ölməsi zamanı, sığorta
mükafatınm əvəzinə müqavilədə ifadə olunmuş sığorta məbləğinin ödənilməsinə görə məsuliyyət daşıyır;
həyatm qanşıq şəkildə sığorta olunması - ölüm və müəyyən müddətə qədər yaşamaq hallannın sığorta olunması. Sığortaçı müqavilənin son müddətinə qədər və eləcə də müqavilənin təsir müddətinin bitməsinə qədər sığorta olunmuş və ya ölmüş şəxs qarşısında sığorta məbləğinin ödənilməsinə görə məsuliyyət daşıyır. (B.X.Ataşov, Ə.Ə.Ələkbərov, N.N.Xudiyev, 2018, ss. 90-91)
Həyatın müddətli sığorta müqaviləsi. Bu həyat sığortasının ucuz və sadə növüdür. Müddətli həyat sığortası müəyyən bir dövrü əhatə edir. Bu adətən “şəffaf həyat sığortası” adlandırılır, çünki bu sığorta növü ailədə gəlir gətirən şəxsin vaxtından əvvəl öldüyü halda onun varislərini qorumaq üçün nəzərdə tutulmuşdur. Əgər sığortalı nəzərdə tutulmuş dövr ərzində ölərsə, sığorta məbləğini benefisiar qəbul edir. Müddət olaraq əksərən 10, 20 və 30 illik ola bilər.
Dünya sığorta bazarında müddətli həyat sığortası özü də iki yerə ayrılır: sabit və dəyişkən. Belə ki, sabit müddətli sığorta zamanı qeyd olunan müddət ərzində sığortalı dəyişməz miqdarda sığorta haqqı ödəyir və ölüm baş verdiyi halda onun faydası heç vaxt azalmır. Dəyişkən müddətli həyat sığorta müqaviləsində verilən müdət ərzində həyat sığorta polisində iki haldan biri baş verir – ya sığorta haqqı artır, ya da sığorta məbləği azalır.
Müddətli həyat sığortasından fərqli olaraq daimi həyat sığortası bütün həyatını əhatə edir. Belə ki, bu sığorta növündən istifadə edən şəxs gələcəkdə təminat ala bilməmək və ya uşaqlarına miras qoyacaq heç bir vəsaitin olmaması qorxularını öz üzərindən atmış olur. Əhalinin bu sığorta növünü seçməsinin digər bir səbəbi isə vergi güzəştlərinin və gələcəyə investisiya imkanlarının geniş olmasıdır. Bu sığorta növünün ustün cəhətləri ilə yanaşı mənfi cəhətləri də vardır. Daimi həyat sığortasının qiyməti müddətli sığortaya nisbətən daha yüksəkdir və onun polisini təsdiq etmək daha mürəkkəbdir.
Daimi və ya ömürlük həyat sığortasının isə üç əsas növü vardır. Bunlara bütün həyatın sığortası, universal və indeksləşdirilmiş universal həyat sığortaları aiddir.
Bütün həyatın sığortası (whole life insurance) - adından da göründüyü kimi əgər sığorta haqları ödənməyə davam edilərsə bütün həyatı əhatə edən bir sığorta növüdür. Bununla yanaşı ödənilən məbləğlər aşağı faizli hesablarda yığılır. Yığım məqsədi ilə həyat sığortası axtaran şəxslər üçün bu sığorta növü əvəzedilməzdir. Buradan əldə olunacaq vəsait yavaş tempdə artmaqdadır və sığortalının benefisiarları sığorta məbləğini əldə edəcəklər.
Universal həyat sığortası digər daimi həyat sığortalarından fərqlənir. İlk olaraq qeyd etmək istərdim ki, sığortalı sığorta haqqının məbləğinin nə qədərinin ölümü ilə bağlı fonda və nə qədərinin nağd pul hesabına köçürülməsinə qərar verə bilər. Eynı zamanda daha çox və ya daha az sığorta haqqı ödəyə bilər. Universal həyat sığortasını digər sığorta növlərindən fərləndirən başqa əlamət isə onun sığorta polisinin yetkinlik dövrünün olmasıdır, bu isə adətən 95, 100 və ya 121 yaşlarına çatdıqda olur.
İndeksləşdirilmiş universal həyat sığortası universal həyat sığortasının bir növüdür. Bu sığorta növü sığorta polisinə kapital qoymaq üçün sahibkarı seçməyə icazə verir. Sığorta şirkəti bir və ya daha çox investisiya seçimləri təklif edir, hansı ki, məshur indeksin (məs., S&P 500 və ya NASDAQ 100 kimi) böyümə sürətinə uyğunlaşdırmaq üçün yaradılmışdır. Bu o deməkdir ki, sığortalı nağd pulunun dəyərini sığorta bazarı haqında çox məlumatı olmadan da daha sürətli artıra bilər.
Dostları ilə paylaş: |