Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Həyat sığortasında Azərbaycan və dünya modelinin təhlili



Yüklə 287,66 Kb.
səhifə8/14
tarix02.01.2022
ölçüsü287,66 Kb.
#36376
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
Bayramzad-Samir-Qulu

Həyat sığortasında Azərbaycan və dünya modelinin təhlili


Azərbaycanda yeni yaranmış sahə olan həyat sığortası özünəməxsus inkişaf yolu keçmiş və müəyyən inkişaf səviyyəsinə çatmışdır. Əsas inkişaf dövrü kimi son illəri göstərsək daha doğru olar, çünki əhalidə bu sektora maraq son dövrlərdə daha çox artmışdır. Ölkəmizdə orta yaş həddinin digər dünya ölkələri ilə müqayisədə çox da yüksək olmadığını nəzərə alsaq, bu sahənin ölkə üçün əhəmiyyətini görə bilərik. Elə bu məsələnin son illər ictimaiyyətə daha çox gətirilməsinin nəticəsidir ki, tələbat əvvəlki illərlə müqayisədə sürətlə artmışdır. Təbiidir ki, bu inkişaf ölkə üzrə baxıldıqda yüksəkdir, yəni həyat sığortasının qədim yaranma tarixinə malik olan ölkələrlə müqayisədə bu göstəricilər olduqca aşağıdır.

Məlumdur ki, Azərbaycanın sığorta tarixi çox uzun bir dövrü əhatə etmədiyindən təcrübə imkanları da zəif olmuşdur. Bu səbəbdən də ölkə olaraq sığorta sahəsində əsas görülməli tədbirlərdən biri də keçmiş tarixə malik və sahə üzrə yüksək inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə etmək,

onların inkişaf istiqamətlərini izləmək və ən əsası əldə olunan məlumatları təhlil edərək ölkə əhalisinin tələbinə uyğun həyat sığorta modeli yaradılmalıdır. Bunun nəticəsi olaraq isə ölkədə bu sahə üzrə davamlı inkişafa nail olmaq üçün düzgün strategiya seçilə bilər.

Bu sektor üzrə qabaqcıl ölkələrin təcrübələrini Azərbaycanda tətbiq etməzdən əvvəl təhlil etdiyimiz ölkələrdən fərqlənən bir neçə göstəriciləri nəzərə almaq lazımdır. Bunlardan ilki odur ki, ölkəmizdə daxili bazar inkişaf etmiş ölkələrlə müqayisədə çox kiçikdir.

Eyni zamanda bu sahəyə olan tələb Böyük Britaniya və ABŞ kimi ölkələrdə olduğu qədər deyildir. İkinci mühüm məqam ondan ibarətdir ki, ölkədə bu sektorun inkişafı üçün tam azad mühit yoxdur və xarici şirkətlərin milli bazarı ələ almaq imkanları yüksəkdir. Digər tərəfdən sığorta sahəsində ixtisaslı kadrların azlığı maneələrdən biridir. Sektoun yeni olması ilə əlaqədar ölkə əhalisinin, xüsusilə də regionlarda yaşayan əhalinin həyat sığortası ilə bağlı informasiyaları azdır. Buna görə də sığorta sahəsində dəyişiklik olduqda iqtisadi subyektlərin reaksiyası gözləniləndən uzun dövrü əhatə edəcəkdir. Bütün bunları nəzərə alaraq İEÖ təcrübələrinin ölkəmizə tətbiqi zamanı bu məsələlərə də diqqət yetirilməlidir.

Ümumiyyətlə, ölkədə həyat sığortasının tətbiqindən danışarkən, ilk olaraq, diqqət yetirilməli olan məsələ onun sosial xərc aspektidir. Ona görə ki həyat sığortasının ilk meydana çıxdığı dövrlərdə məhz sosial ehtiyacların qarşılanması üçün yaradılmışdır. Bu baxımdan ölkədə yaşlılıq həddinin aşağı olması, müharibə şəraiti olduğu üçün hərbiçilərdə ölüm hallarının tez-tez baş verməsi həyat sığortasın inkişafının əhəmiyyətini təsdiqləyir.

Digər vacib məsələ ondan ibarətdir ki, Azərbaycanda ailələr üzrə götürdükdə gəlir yalnız bir şəxsin fəaliyyəti nəticəsində əldə olunur və bu da bu tip ailələrdə ailə başçısının başına gələcək hər hansı bədbəxt hadisə nəticəsində ailənin gəlirlərini itirmək ehtimalını göstərir. Qeyd olunan bütün amilləri nəzərə alaraq rahat bir şəkildə deyə bilərik ki, ölkəmizdə sosial xərclərin qarşılana bilməsi üçün həyat sığortası mühüm şərtdir və bunun

ictimaiyyətə təbliğ edilməsi və sığorta xidmətləri ilə təmin edilməsi qarşıda duran əsas məsələlərdən biridir.

Həyat sığortası sahəsində uğurlu ölkələrin təcrübəsindən görə bilərik ki, dövlət bu sektorun inkişafına şərait yaradaraq sosial xərclərini azaltmağa nail olmuşdur. Bu isə ölkədə həm həyat sığortasının inkişafı, həm də sosial sahənin daha güclü fəaliyyət göstərməsi və əhalinin rifah halının yüksək olması baxımından ölkə üçün faydalıdır. Dövlətin təklif etdiyi müavinət və yardımlardan fərqli olaraq sığorta şirkətlərinin əhaliyə təklif etdiyi sığorta məhsulları daha çox və müxtəlifdir.

Bu səbəbdən də Azərbaycanda dövlətin sosial xərclərini azaltmaq üçün həyat sığortasının inkişafı mühüm əhəmiyyət kəsb edir. Həyat sığortasının inkişafı sadəcə sosial xərcləri azaltmaqla kifayətlənmir, eyni zamanda yeni iş yerlərinin yaradılmasına, məşğulluğun təmin edilməsinə və ÜDM-də payının artmasına da xidmət etmiş olur. Ona görə də bu sektorun inkişafına dövlət dəstəyinin verilməsi ölkədə həm iqtisadi inkişafın təmin olunmasına, həm də sosial ehtiyacların ödənməsinə səbəb olacaqdır.

Həyat sığortası sahəsində dünyanın qabaqcıl ölkələrinin bu sahadə tətbiq etdiyi modelləri, təcrübəsini nəzərdən keçirdikdə həyat sığortasında tətbiq olunan imtiyazları də nəzər yetirmək vacib şərtlərdən biridir . Bu sahədə ən önəmli şəkildə diqqəti cəlb edən məsələlərdən biri də bu sektorun inkişafının ilkin mərhələlərində həyat sığortası sahəsində vergi güzəştlərinin, imtiyazların tətbiq olunmasıdır. Yəni bu sahənin inkişafının sosial və iqtisadi üstünlüklərini diqqətə almaqla ölkənin bu sektorun çiçəklənməsinə verə biləcəyi ən səmərəli təkan məhz imtiyazların, vergi güzəştlərinin geniş şəkildə tətbiq edilməsidir.

Vergi güzəştlərinin vaxtında, düzgün, səmərəli tətbiqi nəticəsində insanlar arasında həyat sığortasına olan inamın, meyilliyin artmasına, bu sahədə inkişafa gətirib çıxarır. Dünyanın bu sahədə hegomon ölkəsi sayılan Böyük Britaniyanın təcrübəsindən belə məlum olur ki, ilk dəfə olaraq bu sektorda vergi güzəştləri təqaüd alan əhali qrupları üçün həyat sığortasına olunan ödənişlərin şirkətləri tərəfindən vəsaitlərin ödənilməsinə tətbiq edilmişdir. Bunun əsas səbəbi ondan

ibarətdir ki, həmin ərəfədə əhalinin bu qrupunun sosial yönümlü sıxıntısının çox olması, daha çox maddi dəstəyə ehtiyacı olması idi.

Bu beynəlxalq təcrübə əsasında Azərbaycan Respublikasında da sığortalananların qruplaşdırılması zəruridir. Qruplaşmalar əsasən əhalinin həyat səviyyəsinə görə, çalışdığı yerlərə görə, yaş və ya cins kateqoriyalarına görə aparıla bilər. Qruplaşdırma əsasında həyat sığortası ödənişlərinə ehtiyacı daha çox olan insanların toplandığı həyat sığortası istiqamətinə güzəştlərin tətbiqi daha da effektiv olacaqdır.

Bununla belə nəzərdə saxlamaq lazımdır ki, dövlətin sosial büdcə xərclərində də insanların maddı köməyə daha çox ehtiyacı olan hissəsinə ödənilən vəsaitlər daha artıq paya sahibdir. Beləliklə də vergiyə tətbiq olunan güzəştlər vasitəsilə həyat sığortasının ən çox vəsaitlə təchiz olunmaqda olan sahələrinin büdcədəki payını minimuma endirmək mümkündür. Belə olan hallarda tətbiq olunan vergi güzəştləri vergi daxilolmaları qismən azaltsa da, bu addım vasitəsilə həyat sığortasında insanların daha çoxunu cəlb etməklə sığorta şirkətlərininn inkişafına təkan verməklə onların ölkə iqtisadiyyatındakı dəyərlərini artırmaqla ümumilikdə dövlətin gəlirlərinin çoxalmasına səbəb olacaqdır.

Bunu nəzərə alaraq ölkəmizdə həyat sığortası ödənişlərində tətbiq olunan vergi güzəştlərinin sığortalananlar qrupuna yaşlı əhali qrupunu, hərbçi ailələrini, tikinti sahəsində fəaliyyət göstərən əhali qrupunu, digər həyat üçün təhlükəli yarada sahələrdə çalışan əhali qrupunu aid etmək olar.

Sözü gedən qruplarda bədbəxt hadisələrin baş tutması ehtimalının daha artıq olması və beləliklə da ölüm halları baş verdiyi zaman bu ailələrin qazanclarından məhrum olması, onlara veriləcək ödənişlərin miqdarının çox olması və tezliklə ödənişlərlə təmin olunması tələb olunur. Bu səbəbdən bu istiqamətlər üzrə tətbiq olunan vergi güzəştlərinin tətbiqi istər istər sığorta sektorunun davamlı inkişafının təmin edilməsi, istər sosial ehtiyacların daha səmərəli ödənilməsi, istərsə də ümumi iqtisadi artımın təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Dünya təcrübəsinə əsaslanaq deyə bilərik ki, həyat sığortasının inkişafına əhəmiyyətli sürətdə təsir göstərmiş tədbirlərdən biri də liberal idarəetmə

sisteminin geniş şəkildə tətbiq edilməsidir. Liberal idarəetmi sistemi inkişaf etmiş ölkələrdə daha geniş şəkildə yayılmışdır.

Azad idaetmə sistemində həm özəl həm də dövlətin sığorta şirkətləri rəqabətqabilliyətli bazarda öz xidmətləri ilə öz yerlərin tapırlar . Azad idarəetmə bazarında monopolist şirkətlərə qadağalar qoyulmasa da bazar özün tənzimləməkdədir. Məhz azad idarəetmə sisteminin davamlı şəkildə tətbiq olunması nəticəsində Böyük Britaniya həyat sığortası sahəsində dünyada yüksək səviyyədə inkişaf etmiş dövlətlərdən biridir.

Azad idarəetmə sisteminin tətbiq olunması sığorta bazarındakı sığorta şirkətlərinə daha geniş imkanlar yaradaraq onların bazar iqtisadiyyatındakı rolunun kəskin şəkildə artırır. Azad idaəetmə sistemi iki yolla tənzimlənə bilinir:


  • Birbaşa yolla dövlət yumşaldıcı vergi sisteminin tətbiqi ilə, bazara daxil olmanın rahatlığı ilə təsir edir.

  • Dolayı yolla isə şirkətlərin səhmlərinin artırılması, əhali arasında maarifləndirici siyasətin tətbiqi kimi yollarla köməklik göstərir ki, bu dolayı yolla həyat sığortasının inkişafının artırılmasıdır. Yəni əvvəllər dövlətin bu sahədə yaratdığı idarəetmə sistemini daha yumşaq etməsi sığorta şirkətlərinin imkanlarını artıraraq onları inkişafa yönəldir və insanların əksər hissəsini həyat sığortası xidmətlərindən yararlanmasına şərait yaradır.

İqtisadiyyatın istənilən sahəsində inkişaf dinamikasının təmin olunması məqsədilə bu sahənin tərkib hissəsi olan iqtisadi subyektlər üzərində nəzarət sisteminin yumşaldılması mühüm əhəmiyyət kəsb edir. Yalnız bu şəkildə təşkil olunmuş nəzarət altında iqtisadi subyektlər inkişaf edərək sığorta bazarında öz yerlərini tutacaqdır.

Belə ki, həyat sığortası şirkətlərinin öz inkişaflarına çataraq bazarda öz mövqelərini tutması nəticəsində təklifin tələbi qarşılaması şirkətlərin gəlirliyinin daha da çoxalmasına, həm də insanların sığortaya daha çox ehtiyacı olan hissəsinin həyat sığortası ilə tam təmin edilməsinə şərait yaradacaqdır. Lakin,

şirkətlər bazarda öz mövqelərini tutduqdan sonra dövlətin bu sahədə olan nəzarətinin artırılması çox önəmlidir. Çünki, tam liberal idarəetmənin tətbiq olunması sığorta şirkətlərinin əhəmiyyətli şəkildə artırdıqdan sonra onların monopolist rəqabət aparmasının əngəlləyəcəkdir. Respublikamızın daha kiçik miqyaslı bazara malik olması bu halın baş verməsi ehtimalını yüksəldir.

Ölkəmizdə insanların həyat sığortası xidmətləri barədə daha az informasiyaya malik olması yumşaq idarəetmə sisteminin ölkədə daha uzummüddətli dövrü əhatə edəcəyini söyləmək olar. Nəzərə almaq lazımdır ki, Azərbaycanda həyat sığortası öz inkişaf səviyyəsinə görə iqtisadiyyatımızda yüksək paya malik deyildir, demək bu sahədə inkişafa nail olmaq üçün nəzəri metodlardan səmərəli istifadə labüddür. Bu səbədən dövlətin bu sahədə tənzimləmə siyasətinin yerinə yetirən hüquqi sənədlərdə yumşaldıcı mexanizmlərin həyata keçirilməsi vacibdir.

Dünya təcrübəsinə nəzər salsaq görərik ki, həyat sığortasının ölkə iqtisadiyyatındakı payını artıran və ona iri həcmdə kapital cəlb olunmasının vacib səbəbi zamanla onun xarakterini dəyişərək ancaq bədbəxt hallar ilə bağlı xərclərin vaxtında ödənilməsi vasitəsi kimi deyil, vasitəçilik əməliyyatları reallaşdıran əsas vasitədir. Nəticə etibarilə artıq 19-cu əsrin başlanğıcından Qərb dövlətlərində həyat sığortası böyük maliyyə institutları kimi fəaliyyət göstərirlər. Göstərilən nöqteyi nəzərdən, ölkəmizdə iqtisadiyyatın davamlılığının təmini üçün əsas vasitə həyat sığortası qurumlarının maliyyə institutları kimi inkişaf etdirilməsinin təmin edilməsi ola bilər.

Bunu da nəzərə alsaq ki, ölkəmizdə maliyyə bazarları zəif inkişaf etmişdir və bununla da sərbəst pul ehtiyatlarının yatırılmasında müəyyən maneələr yaranır, bu məqamda həyat sığortasının vasitəçilik fəaliyyətlərini genişləndirmək üçün tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Fərdlərin pul ehtiyatlarının daha səmərəli və təhlükəsiz bir şəkildə iqtisadiyyatın inkişafına transformasiya edilməsi üçün göstərilən bu fəaliyyətlərin genişləndirilməsi tövsiyyə olunur.

Eyni zamanda neftin qiymətinin düşməsi ilə əlaqədar ölkə gəlirlərinin həcminin azaldığı bir vəziyyətdə bu məsələnin əhəmiyyəti də artır və əvvəl yığıma üstünlük verən əhali artıq pul vəsaitlərini iqtisadiyyata cəlb etməklə dövriyyəni artırmış olarlar.

Ölkə iqtisadiyyatında hal-hazırda möcvud olan böhranın baş verməsinin əsas səbəblərindən biri isə mövcud olan bank sisteminə inamın itməsi və bank sektorunun daha böyük risk almasıdır. Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, həyat sığortası pul vəsaitlərinin istiqamətləndirilməsi üçün alternativ bir vasitə olaraq iqtisadi aktivliyin artırılmasında dolayı yolla inflyasiyanın qarşısının alınmasında mühüm rola malik ola bilər.

Banklar tərəfindən həyata keçirilən vasitəçilik əməliyyatları prosesdə iştirak edən iki tərəfin marağına xidmət etdiyi halda, həyat sığortasının vasitəçilik əməliyyatları həm də sosial aspektə malikdir və sığortalının ailə üzvlərinin də maliyyə təhlükəsizliyini təmin etməyə xidmət edir. Bu səbəbdən də həyat sığorta sahəsinə maliyyə ehtiyatlarının yönəldilməsinin təşviqi üstünlük təşkil edir və məlum olduğu kimi onun iqtisadi və sosial dəyəri yüksəkdir. Beləliklə, həyat sığortası dedikdə sadəcə insanların həyatlarını sığortalamaq üçün olan bir vasitə düşünülməməli, eyni zamanda onun iqtisadi əhəmiyyətini də vurğulamaq lazımdır.

Digər mühüm məqam isə uzunmüddətli maliyyələşmənin həyata keçirilməsində həyat sığortasının səmərəli bir vasitə olmasıdır. Əslində həyat sığortasına pul vəsaitinin cəlb edilməsi uzunmüddətli layihələr həyata keçirən qurumlar üçün səmərəlidir.

Yuxarıda da qeyd etdiyim kimi ümumiyyətlə sığorta sektoru İEÖ-in iqtisadiyyatlarında aparıcı sahələr sırasındadır və iqtisadiyyatda əhəmiyyətli dərəcədə dəyər yaradan sahələrdən biridir. Sığorta sektorunun məqsədi insanları, onların ailələrini və əmlaklarını xoşagəlməz və arzuolunmaz hadisələrin mənfi nəticələrindən qorumaqdır.

İEÖ-də yaşayan insanlar digərlərindən fərqli olaraq, müxtəlif bədbəxt hadisələrin baş vermə ehtimalını başa düşərək, sığortaya könüllü formada

müraciət etməkdədir. Qabaqcıl ölkələrdə fəaliyyət göstərən sığorta ekspertləri sığorta bazarlarını tədqiq edərkən belə bir nəticəyə gəlmişlər ki, ölkə ÜDM- sində sığortanın payının nə qədər az və ya çox olması ölkə əhalisinin sığortaya olan marağı və sığorta bazarının inkişafı ilə birbaşa əlaqəlidir. Dediklərimizi sığorta sektorunun yüksək səviyyədə inkişaf etmiş ölkələrin sığorta yığımlarından da görmək olar.

Şəkil 4. Ölkələr üzrdə həyat sığortasının ÜDM-də payları (2016)





KANADA

3,19%




ABŞ


Yüklə 287,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin