Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 287,66 Kb.
səhifə2/14
tarix02.01.2022
ölçüsü287,66 Kb.
#36376
1   2   3   4   5   6   7   8   9   ...   14
Bayramzad-Samir-Qulu

İXTİSARLAR VƏ İŞARƏLƏR



ABŞ

Amerika Birləşmiş Ştatları

AR

Azərbaycan Respublikası

BVF

Beynəlxalq Valyuta Fondu

DSMF

Dövlət Sosial Müdafiə Fondu

İEÖ

İnkişaf etmiş ölkələr

İEOÖ

İnkişaf etməkdə olan ölkələr

OECD

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

ÖPF

Özəl Pensiya Fondu

MBNP

Maliyyə Bazarlarına Nəzarət Palatası

ÜDM

Ümumi Daxili Məhsul

MÜNDƏRİCAT

GİRİŞ 7

      1. Fəsil HƏYAT SIĞORTASININ MAHİYYƏTİ VƏ SIĞORTA 10

    1. Həyat sığortası anlayışı və funksiyaları 10

    2. Həyat sığortasının növləri 20

      1. Fəsil AZƏRBAYCANDA HƏYAT SIĞORTASININ İNKİŞAF 26

    1. Azərbaycanda həyat sığortasının növləri 26

    2. Həyat sığortasında Azərbaycan və dünya modelinin təhlili 33

      1. Fəsil AZƏRBAYCANDA HƏYAT SIĞORTASININ SOSİAL 45

    1. Həyatın yığım sığortası – sosial müavinətin alternativ bir aləti kimi 45

    2. Özəl pensiya fondları və həyatın yığım sığortası 51

NƏTİCƏ VƏ TƏKLİFLƏR 63

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 66

Cədvəllərin siyahısı 69

Şəkillərin siyahısı 69

GİRİŞ



Mövzunun aktuallığı. Hazırkı dövrdə insanlar əvvəlki dövrlərlə müqayisədə daha yüksək risk altındadır. Bu risklərin aradan qaldırılmasının mümkünsüz olmasına baxmayaraq bədbəxt hadisələrin baş verməsi halında dəyəcək zərəri minimumlaşdırma imkanı insanlardan asılıdır. Bunun üçün insanlar həyatlarının müxtəlif sahələrində sığortanın müvafiq növlərindən istifadəyə ehtiyac duyurlar. Ölkəmizdə bu tələbatı qarşılayacaq kifayət qədər sığorta şirkətləri mövcuddur. Dissertasiya işində haqqında danışdığım həyat sığortası hazırda dünyada geniş yayılmış sığorta növlərindəndir. Həmçinin ölkəmizdə də son illər sığortanın bu növündən istifadə ildən ilə artaraq genişlənməkdədir. Azərbaycanda həyat sığortası sahəsində nəzərə çarpan artımlar 2012-ci ildən başlamışdır. Buna səbəb olaraq əhalinin həyat sığortası ilə əlaqədar daha düzgün məlumatlandırılmasını, nisbətən həyat sığorta şirkətlərinə inamın artmasını göstərə bilərik.

İnsanlar həyat sığortasına özlərinin və uşaqlarının gələcəkdə daha rahat yaşaması üçün investisiya kimi baxırlar. İstər hazırki dövrdə, istərsə də gələcək dövrlərdə cəmiyyətin həyat sığortasına ehtiyacı olacaqdır və bu sahədə daim yeni tələblər, təkliflərin olması, uyğun olaraq yeni qanunların qəbul edilməsi də mütləqdir. Çünki, hər bir ölkənin məqsədi cəmiyyətinin daha sağlam, güvənə biləcəyi, gələcəyinə dair ciddi narahatlıqları olmayan bir şəraitdə yaşamasını təmin etməkdən ibarət olmalıdır.

Dünya təcrübəsindən görürük ki, özəl fondlar vasitəsilə yaradılan sığorta sistemi əmtəə və xidmət istehsalçılarının, vətəndaşların sosial təminatının, dövlətin iqtisadi mənafelərinin təhlükəsizliyini təmin etməklə yanaşı, eyni zamanda təkrar istehsal prosesinin fasiləsizliyini təmin edir.

Bildirmək istərdim ki, bütün dövrlərdə sığorta sistemi ilə cəlb edilən maliyyə vəsaitlərinə ehtiyac mövcuddur. Belə ki, qeyd edilən maliyyə vəsaitlərinin kredit resursu, iqtisadiyyata investisiya kimi istifadə edilməsinin çox böyük əhəmiyyəti var. Bazar iqtisadiyyatında sığortanın bir funksiyası zərərlərin minimallaşdırılması ilə bağlıdırsa, digər funksiyası isə cəlb olunan vəsaitlərin

iqtisadiyyatda kredit resursu və ya investisiya kimi istifadə olunmasıdır.

Problemin qoyuluşu və öyrənilmə səviyyəsi. Həyat siğotasının mövcudluğu ilə bağlı ilk məlumatlar Qədim Romadan başlanır. Lakin həmin dövrdəki həyat sığortası ilə müasir dövrdəki sığorta fərqlənir. Müasir dövrdə ilk həyat sığortası şirkəti olan “Amicable Society” 1706-cı ildə William Talbot və Sir Thomas Allen tərəfindən Londonda təsis edilmişdir. Digər ölkələrdə həyat sığortasının geniş araşdırılmasına baxmayaraq ölkəmizdə bu sahədə aparılan tədqiqat sayısı azdır. Tədqiqat aparılarkən B.A. Xankişiyev, P.N.Abdullayev, N.N.Xudiyev, A.M.Kərimov, M.Yolçuyevin əsərlərindən, həmçinin türk ədəbiyyatından Ayşe Gül Bölükbaşı, E.Baturalp Pamukçu, Özgür Akpınar, Olgun Küntay kimi dəyərli şəxslərin əsərlərindən daha əvvəl tədqiqat aparmış şəxslərin işlərindən, məqalələrdən və statistik göstəricilərdən istifadə etməklə ölkəmizdəki və dünyadakı vəziyyətlərə ümumi baxış keçirilmişdir.

Tədqiqatın məqsədi və vəzifələri. Tədqiqatın məqsədi ölkəmizdə sığorta bazarını tədqiq edib mövcud problemləri öyrənərək həll yolları irəli sürməkdir. Daha dəqiq desək aşağıdakı vəzifələr yerinə yetirilmişdir:


      • Azərbaycan və dünya sığorta bazarlarında həyat sığortasının yeri və rolunun təhlili;

      • Əhalinin həyat sığortasına münasibəti;

      • Azərbaycan və dünyada həyat sığortasının müqayisəli təhlili;

      • Ölkəmizdə həyat sığortası ilə əlaqəli problemlərin tədqiqi;

      • Mövcud problemlərin həlli yollarının araşdırılması və tövsiyyələr irəli sürülməsi.

Tədqiqatın obyekti predmeti. Aparılan tədqiqat işinin tədqiqat obyektini ümumilikdə dünyada və ölkəmizdə mövcud olan sığorta bazarları və pensiya təminatı sistemi, predmetini isə həyat sığortası, onun yaranması, pensiya sistemində rolu, ona təsir mexanizmləri təşkil etmişdir. İnformasiya bazası kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin, Dövlət Statistika Komitəsinin məlumatlarından, mövcud

qanunlardan, yerli və xarici əsərlərdən, gündəlik mətbuat materiallarından istifadə edilmişdir.



Tədqiqatda istifadə olunan metodlar. Tədqiqat prosesində sistemli və müqayisəli təhlil, qruplaşdırma, analitik və analitik olmayan tədqiqat metodlarının bəzi növlərindən istifadə edilmişdir. Bunlardan məlumatların analizi, məzmun analizi, hadisənin öyrənilməsi metodları göstərə bilərik.

Tədqiqatın informasiya bazası. İnformasiya bazası kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin, Dövlət Statistika Komitəsinin məlumatlarından, mövcud qanunlardan, yerli və xarici ədəbiyyatlardan, gündəlik mətbuat materiallarından, statistik mənbələrdən istifadə edilmişdir.

Tədqiqat nəticəsində əldə edilən elmi-praktiki nəticələr. Aparılan tədqiqat sonunda əldə edilən nəticə ondan ibarətdir ki, dünya təcrübəsindən bildiyimiz qədər həyat sığortasının istər iqtisadi, istərsə də sosial sektorlara təsiri mütləqdir. Ölkə iqtisadiyyatında maliyyə resurslarının artmasını təmin etməklə yanaşı, əhalinin rifah səviyyəsinin artmasına da öz təsirini göstərir.

Nəticələrin elmi praktiki əhəmiyyəti. Əldə olunan nəticələr əsasında ölkədə sığorta bazarının, xüsusilə həyat sığortası bazarının inkişafını təmin etmək, bazarda rəqabət qabiliyyətliliyini artırmaq, idarəetmə sistemini düzgün şəkildə təşkil etmək üçün tədbirlər görülməsi, qərarlar qəbul olunması vacibdir. Bunun hesabına ölkədə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, güclü iqtisadiyyatın qurulmasına nail olmaq mümkündür

Dissertasiya işinin strukturu həcmi. Dissertasiya işi giriş, üç fəsil, səkkiz paraqraf, nəticə və təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısı, istinad edilən mənbələrdən ibarətdir.

  1. Yüklə 287,66 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin