3,31%
TAYLAND
|
3,99%
|
NAMIBIYA
|
4,27%
|
İSVCEÇRƏ
|
4,58%
|
FRANSA
|
5,48%
|
SINQAP UR
|
5,92%
|
İTALIYA
|
6,11%
|
YAP ONIYA
|
6,23%
|
İSVEÇ
|
6,46%
|
DANIMARKA
|
7,33%
|
CƏNUBI KOREYA
|
7,43%
|
CAR
|
10,40%
|
TAYVAN
|
|
15,91%
|
HONQ KONQ
|
|
16,18%
|
Mənbə: www.theglobaleconomy.com
Şəkil 4-dən göründüyü kimi ÜDM-sində həyat sığortasının payı ən yüksək olan ölkələr 16,18% ilə Honq Konq və 15.91% olmaqla Tayvandır. Ümumilikdə isə bu göstəricilərə əsasən deyə bilərik ki, göstərilən ölkələr digər ölkələrlə müqayisədə daha sosial yönümlü və həyat sığorta bazarının yüksək inkişaf etdiyi ölkələrdir.
Əgər Azərbaycanın iqtisadiyyatını və sığorta bazarını inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə deyil, bəzi keçmiş sosialist düşərgəsindən olan Şərqi Avropa ölkələri ilə müqayisə etmiş olsaq, görərik ki, bu ölkələrin çoxunda sığorta
bazarının ÜDM-dəki payı 2% və ya daha çoxdur. Azərbaycanın 2017-cı ilin nəticəsinə uyğun olaraq, sığorta bazarının toplam yığımlarının 457,9 milyon manat və ÜDM həcminin 70,1 milyard manat təşkil etdiyini qeyd etmiş olsaq, bu o deməkdir ki, sığorta yığımlarının ÜDM-də olan payı 1% təşkil etmişdir.
Onu qeyd etmək mühümdür ki, inkişaf etmiş sığorta bazarlarında yığılan ümumi sığorta yığımlarının strukturu, həyat və qeyri-həyat arasında 20:80, 25:75, 30:70, 35:65, 40:60 faiz nisbətində çoxluq olaraq həyat sığortasının xeyrinə dəyişir. Aşağıdakı şəkildən daha aydın görmək olar:
Şəkil 5. Sığorta bazarında həyat və qeyri-həyat sığortasının illər üzrə faiz dəyişkənliyi
Mənbə: www.banker.az
Ümumi sığorta yığımlarında həyat sığortasının üstünlük təşkil etməsi bir daha ondan xəbər verir ki, İEÖ-in vətəndaşlarının sosial müdafiə və pensiya təminatı daha dayanıqlıdır. Bunu nəzərə alaraq deyə bilərik ki, bu ölkələr sosial yönümlüdür və pensiya dövrü çatmış şəxslər kifayət qədər maliyyə ehtiyatına malikdirlər. Hal-hazırda bu göstərici Azərbaycanda 36:64 faiz nisbətində qeyri- həyat sığortasının üstünlüyünə malikdir. Həyat sığortasının ilk illərində isə bu rəqəm, yəni həyat sığortası yığımları ümumi yığımların 10%-ni təşkil edirdi. 5 ildə həyat sığortasının artması hesabına və xüsusilə könüllü həyat sığortası məhsulu olan “həyatın yaşam sığortası” məhsulunun tanınması hesabına bu rəqəm yuxarıda göstərildiyi kimi illər ərzində artmışdır.
Bundan başqa Azərbaycan iqtisadiyyatında həyat və qeyri-həyat sığortasının yerini və həcmini göstərmək üçün onun 2012-2017 illər ərzindəki statistik məlumatlarına nəzər yetirə bilərik. Bunun üçün aşağıdakı cədvəldə əks edilən məlumatlara diqqət yetirək. Qeyd edim ki, göstərilən məbləğlər cəlb edilmiş sığorta haqlarının həcmidir.
Cədvəl 2. Azərbaycan sığorta bazarında 2012-2017-cı illər üzrə vəziyyət
İlllər
|
2012
|
2013
|
2014
|
2015
|
2016
|
2017
|
Həyat sığortası (mln. manatla)
|
36,8
|
68,7
|
105,0
|
116,5
|
138,7
|
166,9
|
Qeyri-həyat sığortası (mln. manatla)
|
305,7
|
337,0
|
324,2
|
326,2
|
319,2
|
295,7
|
Cəmi:
(mln. manatla)
|
342,5
|
405,7
|
429,2
|
442,9
|
457,9
|
462,6
|
Mənbə: www.banker.az
Sığorta bazarını inkişafına nail olmaq və mövcud potensialda effektiv istifadə etməklə, sığorta yığımlarının həcmini artırmaq və sığorta sektorunun Azərbaycanda dayanıqlı və sistemli, eyni zamanda cəmiyyətin etibar edə biləcəyi bir sahəyə çevirmək üçün aşağıda verilənlərə diqqət edilməlidir.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, “Sığorta fəaliyyəti haqqında” AR qanuna uyğun olaraq, sığorta bazarına nəzarət edən mövcud requlyator Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Sığorta bazarını inkişaf etdirmək” kimi məsul vəzifəni daşıyır. Yəni, həyata keçirəcəyi strateji və taktiki tədbirlər vasitəsilə sığorta bazarını inkişaf etdirməyə ilk olaraq requlyator məsuliyyətlidir.
Qeyd edilən requlyator tədəfindən görüləcək mühüm məsələlərdən biri kimi icbari sığortanın növləri satışı üzrə daha rasional və praktik nəzarət mexanizmlərinin araşdırılaraq tətbiqi daha məqsədyönlüdür. Misal üçün göstərə bilərik ki, 2015-ci ildə Bakı şəhərində keçirilmiş olan Beynəlxalq Sığorta Forumunda requlyatorun rəsmi nümayəndəsi tərəfindən göstərilən bir fakt, yəni icbari sığorta növü olan əmlakın icbari sığortası üzrə mövcud potensialın sadəcə 25%-nin fəaliyyətdə olduğu faktı bunu deməyə əsas verir ki, lazımi nəzarət mexanizmləri icbari sığortanın satışında da qurulmamışdır.
Requlyatorun tərəfindən həmçinin, bazarın genişləndirilməsi yönündə də mühüm addımlar atılmalıdır. Misal olaraq televiziya kanallarının birində əhalinin sığorta sahəsində maarifləndirilməsi üçün proqramların təşkil edilməsini və davamlı şəkildə sığorta sahəsində baş verən dəyişikliklərlə bağlı əhalinin məlumatlandırılmasını göstərmək olar. Eyni zamanda müxtəlif icbari sığorta növləri üzrə layihələrin hazırlanması və Milli Məclisə təqdim edilməsi həm də bu sığorta məhsullarının tətbiq olunması sığorta bazarının inkişafı baxımından təkan olar. Bununla yanaşı, sığorta bazarında əsas iştirakçı kimi fəaliyyət göstərən qeyri-həyat və həyat sığorta təşkilatları bazarın gələcək inkişafı üçün əhəmiyyətli dərəcədə aktivləşdirilməlidir. Çünki, hər şeydən əvvəl sığorta şirkətinin fəaliyyət məqsədi yüksək satışa, daha çox müştəri cəlb edilməsinə və kütləvi surətdə məhsullarının satışını təmin etməyə istiqamətlənmişdir.
Bütün bunları həyata keçirmək üçün isə yuxarıda da qeyd etdiyim kimi ölkə əhalisinin kütləvi surətdə istər kütləvi informasiya vasitələri olan televiziya, qəzetlər, junallar, istərsə də sosial şəbəkələr vasitəsilə məlumatlandırılmasının əhəmiyyətli rolu vardır. Eyni zamanda bu sahədə həm universitetlərdə, həm iş yerlərində, həm də fərdi olaraq bu fəaliyyətlə məşğul olan qurumlarda təşkil olunmuş seminarlar vasitəsilə daha dəqiq informasiya verilməsi məqsədəuyğundur. Hal-hazırda ölkəmizin sığorta bazarında 21 sığorta şirkəti fəaliyyət göstərməkdədir və bu şirkətlərdən sadəcə 3-ü (“Paşa Həyat”, “Atəşgah Həyat”, “Qala Həyat”) həyat sığortası sahəsində çalışır.
Qeyd etmək lazımdır ki, bu sahədə ilk fəaliyyətə başlamış şirkət 1998-ci ilin mart ayında təsis edilmiş “Atəşgah Həyat” Sığorta Şirkətidir. 2017-ci ilin yekun məlumatlarına əsasən şirkətin cəlb etdiyi sığorta haqlarının məbləği 38,369,909.56, sığorta ödənişləri isə 55,046,153.06 təşkil etmişdir. Bir digər həyat sığorta şirkəti olan “Paşa Həyat” Sığorta Şirkəti 2010-cu ildən fəaliyyətə başlamışdır. Eyni ilin yekununa əsasən “Paşa Həyat” 152,757,723.26 məbləğində sığorta haqqı cəlb etmiş və 58,004,591.98 məbləğində isə sığorta ödənişləri həyata keçirmişdir. Bu şirkətlərlə müqayisədə geri qalan “Qala Həyat” Sığorta Şirkətində isə sığorta haqları və ödənişlər müvafiq olaraq 19,893,537.72 və 17,582,577.22 təşkil etmişdir.
Şəkil 6.Azərbaycanda həyat sığorta şirkətləri üzrə sığota haqları və ödənişləri (2017)
Mənbə: www.insure.az
Bu məlumatlara əsasən demək mümkündür ki, “Paşa Həyat” Sığorta Şirkəti sahə üzrə ölkəmizdə aparıcı yerdə dayanır. Buna səbəb olaraq əhalinin həyat sığortası ilə bağlı geniş məlumatlandırılması, keçirilmiş treyninqlər, tələbələrə açıq təcrübə proqramları, reklam vasitəsilə ictimaiyyətə tanıdılması ilə özünə inam yarada bilmiş və Şəkil 6-dan gördüyümüz kimi 2017-ci ildə yüksək miqdarda maliyyə ehtiyatı cəlb etmişdir. Əvvəlki statistik göstəriciləri də nəzərə alaraq deyə bilərik ki, cəlb olunmuş sığorta haqqlarının əksər hissəsi həyatın yaşam sığortası ilə bağlıdır. PAŞA Həyat Sığorta şirkəti hazırda ölkəmizin həyat sığorta bazarında liderlik edir.
Dostları ilə paylaş: |