Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Fəsil AZƏRBAYCANDA HƏYAT SIĞORTASININ İNKİŞAF MEYLLƏRİ



Yüklə 287,66 Kb.
səhifə6/14
tarix02.01.2022
ölçüsü287,66 Kb.
#36376
1   2   3   4   5   6   7   8   9   ...   14
Bayramzad-Samir-Qulu

Fəsil AZƏRBAYCANDA HƏYAT SIĞORTASININ İNKİŞAF MEYLLƏRİ




    1. Azərbaycanda həyat sığortasının növləri


“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə həyat sığortası aşağıdakı siniflərdən təşkil olunmuşdur:

      • Həyatın ölüm anından sığortası;

      • Həyatın yaşam sığortası;

      • Əmək qabiliyyətinin sığortası;

      • Sağalmaz xəstəliklərdən sığorta;

      • Annuitet;

      • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.

Qeyd olunan sığorta sinifləri arasında yalnız istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta icbari sığorta növünə aid edilir.

Bu sığorta sinifləri də öz aralarında bir-birlərindən fərqlənirlər. Bu siniflər arasında fərqlərin yaranma səbəbi isə sığorta şirkətlərinin təklif etdiyi məhsullardır ki, bu da siniflərin daxilində növlərə bölünməsinə gətirib çıxarır.

Həyatın ölüm anından sığortası. Adından da görüldüyü kimi sığortalanan şəxs öldüyü zaman sığorta məbləği onun əvvəlcədən təyin etdiyi faydalanan şəxslərə ödənilir. Qeyd etmək lazımdır ki, həyatın ölüm anından sığortası müddətli və müddətsiz olmaqla iki forması mövcuddur.

Həyatın ölüm halından müddətli sığortası zamanı sığorta müqaviləsində qeyd olunan vaxta qədər sığortalının ölməsi halında məbləğ sığortalının təyin etdiyi şəxslərə ödənilməlidir. Əgər müəyyən olunmuş müddət ərzində sığortalı ölməzsə bu müqaviləyə xitam verilir və arzu edilərsə yenidən sığorta müqaviləsi imzalanır. Nəzərə çatdırmaq lazımdır ki, müqaviləyə xitam verilərkən sığortaçı tərəfindən sığortalıya heç bir ödəniş həyata keçirilmir.

Məlumdur ki, istənilən həyat sığorta müqaviləsi bağlanmazdan əvvəl sığortalının tibbi müayinədən keçməsi vacib şərtdir. Nəticədən asılı olaraq müqavilə şərtləri, sığortalının ödəyəcəyi sığorta haqqı və hətta müqavilənin bağlanıb-bağlanmayacağına qərar verilir. Sığortalının istəyindən asılı olaraq müqavilə müddəti başa çatdıqdan sonra eyni tariflərlə, amma tibbi müayinədən keçmədən müqavilənin müddətini uzada bilər. Lakin sığortaçı bu təklifi sığortalı müəyyən yaş həddinə (65 yaşa) çatana qədər etmişdir. Bu yaşdan sonra müqavilə yenilənməsi üçün mütləq şəkildə tibbi müayinə tələb edirlər.

Həmçinin, müqavilə şərtlərindən asılı olaraq avtomatik şəkildə sığortaçı tərəfindən 5 ildən bir və ya 10 ildən bir yenilənə bilər əgər sığotalı imtina etməzsə.

Həyatın ölüm halından müddətli sığortasının sığorta olunan şəxsə daha bir təklifi ondan ibarətdir ki, sabit sığorta məbləği şərti ilə bağlanmış müqavilə müddəti başa çatmamış, tibbi müayinədən keçmədən həyat sığortasına aid olan başqa bir sinfə keçə bilər. Yeni müqaviləyə əsasən sığorta haqqı müqavilə dəyişdirilən zaman sığortalının neçə yaşının olmasından asılı olaraq həmin sığorta növü üzrə normal sığorta haqqı məbləğinə bərabər olacaq.

Kredit və ya ipoteka müqaviləsi üzrə borcu olan və onu aybaay (və ya ilbəil) ödəyən şəxslər həmin kredit və ya ipotekanın qüvvədə olduğu müddətə bərabər müddətdə sığorta məbləğinin aybaay (və ya ilbəil) azalması şərti ilə həyat sığortası müqaviləsi bağlaya bilər. Bu elə bir şərtlə bağlanan müqavilədir ki, müqavilənin qüvvədə olduğu müddətin sonuna qədər sığorta hadisəsi baş vermirsə, sığorta məbləği sıfıra enir. Bu o deməkdir ki, artıq kredit və ya ipoteka müqaviləsi üzrə borc ödənildikcə, sığorta məbləği ona uyğun azalır. Bu cür müqavilənin bağlanmasında məqsəd, ipoteka və kredit müqaviləsi üzrə borc götürmüş şəxs müqavilə qüvvədə olduğu müddətdə öldükdə, onun kreditorunun və ailə üzvlərinin pis vəziyyətdə qalmamasını təmin etməkdir.

Sığorta məbləği müntəzəm olaraq azalmasına baxmayaraq, sığorta haqqı sabit qalır. Əgər sığorta məbləğinin çox azalmasına qədər (məsələn müqavilənin qüvvəsinin sonuna 1-2 ay qalmış) sığorta haqqını ödəyib qurtarmaq istəyirsinizsə bu mümkündür. Məsələn, 25 illik bir sığorta müqaviləsi üzrə sığorta haqqını 20 ilə ödəyib qurtara bilərsiniz. Bu cür sığorta təminatı sabit məbləğli həyat sığortası təminatına nisbətən daha ucuzdur.

Həyatın ölüm halından müddətsiz sığortası. Müddət təyin olunan həyatın ölüm halından müddətli sığortasından fərqli olaraq heç bir müddət müəyyən edilməyən həyatın ölüm halından müddətsiz sığortası da mövcuddur. Sığortalı istənilən zaman dünyasını dəyişdikdə, onun varislərinə sığorta ödənişi verilir. Bu səbəbdən bu növ həyat sığortası müqaviləsi sadəcə investisiya vasitəsilə gəlir əldə etmək niyyətində olan şəxslər üçün deyil, ölümündən sonra öhdəliyindən olan şəxslərə maddi yardım təmin etmək istəyənlər üçün də səmərəlidir.

Həyatın yaşam sığortası. Həyatın yaşam sığortası həyat sığortasının mühüm siniflərindən biridir. Bu sinfin digərlərindən fərqi ondan ibarətdir ki, sığorta məbləği sığorta olunanın müqavilə qüvvədə olduğu müdətdə istənilən vaxt öldüyü halla yanaşı, müqavilədə müəyyən edilmiş müddətə qədər yaşadığı halda da ödənilir.

Anlaşıldığı kimi həyatın yaşam sığortası elə bir həyat sığortası sinfidir ki, burada sığorta ödənişi hər bir halda ödənilir, bu səbəbdən daha sərfəlidir. Məsələn, şəxs azyaşlı övladının həyatını bu şərtlərlə sığorta etdirərsə, müəyyən yetkinlik yaşına çatdıqda onun təhsili və digər maddi təminatı üçün sığorta ödənişi ala bilər.

Bu sinif üzrə sığorta müqaviləsi bağlayan sığortalı müqavilə qüvvədə olduğu müddətdə sabit sığorta haqları ödəyir. Nəzərə alsaq ki, bu sinifdə müəyyən tarix gəlib çatdıqda sığorta ödənişi hər bir halda və daha tez zamanda həyata keçiriləcək, sığorta haqları həyatın ölüm halından sığortasına nisbətən daha bahalı ola bilər. Müqavilədə müddət nə qədər qısa müəyyən

edilərsə, sığorta haqqı bir o qədər yüksək olur, çünki sığorta məbləği daha tez ödənilməlidir. Adətən bu cür müqavilələrin müddəti 10 ildən az olmur.

Həyatın yaşam sığortasında bir fərq də ondadır ki, hadisə baş vermədiyi zaman pul sığorta şirkətində qalmır 3 ildən sonar müştəriyə ödənilir. Sığorta haqqı isə hər ay müştərinin əmək haqqından tutulur.

Aylıq ödəniş nə qədər çox olsa sonda əldə ediləcək məbləğ bir o qədər də çox olur. Müqavilə minimum 3 illik bağlanır.

Həyatın yaşam sığortası bank əmanətliliyini oxşayır. Amma həyatın yaşam sığortasının bank əmanətlərindən iki əsas üstün cəhəti var. Birincisi həyatın yaşam sığortasına yönəldilən vəsait vergidən və sosial ödənişlərdən azaddır.

İkinci üstünlüyü isə odur ki, banka əmanət yatıran şəxs vəfat edərsə yalnız o günə qədər yatırdığı məbləğin ödənişini ala biləcək. Həyatın yaşam sığortasında isə müştəri hətta müqavilə bağladıqdan bir ay sonra vəfat etsə ona müqavilədəki ödəniş məbləği büsbütün vəfat edənin yaxınlarına ödənilir.

Əmək qabiliyyətinin sığortası. Ölüm halı istisna olmaqla hər hansı bir səbəblə fərdlərin keçirdikləri qəza halları ilə bağlı qarşılaşacaqları müalicə xərcləri, qalıcı və ya keçici əlillik və ya qəza səbəbi ilə ölüm risklərinin gətirəcəyi iqtisadi böhranları qarşılamaq məqsədilə həyata keçirilən bir sığorta sinfidir. Qeyd edilməlidir ki, həyat sığorta sinifləri arasında yalnız bu icbari sığortaya aiddir.

Sığorta şirkətləri isə öz siyasətlərinə uyğun olaraq maksimum təminat dəyəri ilə bağlı hüdudlar qoya bilər. Sığortalı istərsə bir neçə sığorta şirkətindən polis təşkil etdirərək bu riski daha yüksək maksimum təminat limitinə çatdıra bilər. Əlillik vəziyyətində onun dərəcəsi “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanuna əsasən qiymətləndirilir və təzminat bu məbləğə uyğun ödənilir. Məsələn, qəzada iki gözünü də itirmiş şəxs I dərəcəli əlil sayılır və təzminatın tamamını əldə etmək haqqı qazanır.

Ancaq sığortalının sağ əlinin bir barmağını və ya sol əlinin, ayağının bütün və ya bir hissəsini, sağ qulağını itirməsi halında, bu orqanların şəxsin

peşəsinə, yəni həyata keçirdiyi işlərdə yerinə yetirdiyi funksiyalarından asılı olaraq zərəri və əlillik dərəcəsi müəyyən olunur. Bu əlillik dərəcəsi sığortalıya ödənəcək təzminat məbləğini təyin etməkdə əsas rol oynayır.

Sağalmaz xəstəliklərdən sığorta məhsulu haqqında ideya, dünya əhalisinin 70%

-dən çox hissəsinin əziyyət çəkdiyi həyati təhlükə törədən xəstəliklərin uğurla müalicəsinə dəstək olmaq məqsədi ilə düşünülmüşdür.

Həyatın Sağalmaz xəstəliklərdən sığorta məhsulu üzrə təminat verilən xəstəliklər qrupuna aşağıdakılar daxildir:


  • Xərçəng

  • Miokard infarktı

  • İnsult

  • Terminal böyrək çatışmazlığı

  • Tac arteriyaların cərrahi yolla müalicəsi

  • Həyati əhəmiyyətə malik orqanların köçürülməsi

Müasir tibb ilkin mərhələdə müəyyən olunmuş bu xəstəliklərin müayinə və müalicəsində yetərli uğur əldə etmişdir.

Lakin, sadalanan xəstəliklər nəticəsində müalicə xərclərinin ödənilməsi həmçinin xəstə olanın uzun müddət qazancını itirməsi labüddür.Bu sığorta növü sayəsində ciddi maliyyə problemlərinin qarşısını almaq və xəstəlikdən qurtulmaq üçün sərfəli imkan əldə etmək mümkündür.

Sağalmaz xəstəliklərdən sığorta məhsulu- nə tibbi sığortanı əvəz edir, nə də ki, təkrarlayır.Eyni zamanda nəzərinizə çatdırmaq istərdik ki, sığorta hadisəsi baş verdiyi halda, sığortalıya ödənilmiş sığorta məbləğinin məhz hansı xərclər üzrə sərf edilməsi ilə bağlı heç bir hesabat tələb olunmur və sığorta müqaviləsi bağlamaq üçün sağlamlığı təsdiq edən əlavə sənədə ehtiyac yoxdur.

Annuitet – Sığorta şirkəti ilə bağlanmış, müəyyən vaxtdan etibarən, məsələn təqaüdə çıxandan sonra fiziki şəxsə müntəzəm olaraq pul məbləği almaq hüququ verən razılıq və ya müqavilədir. Ümumiyyətlə Annuitet istər periodik ödənilən məbləğin alınmasını, istərsə də onun ödənilməsini bildirir.

Məsələn, şəxs həyat sığortası müqaviləsi bağlayır və həmin müqavilə üzrə sığorta hadisəsi kimi onun 70 yaşına çatması və ya bu yaşa çatanadək ölümüm göstərilir. Bu müqavilədə sığorta ödənişinin verilməsi ayda 450 manat olmaqla, aylıq annuitet formasında müəyyən edilir. Beləliklə, bu halda sığorta olunan şəxs 70 yaşını qeyd etdikdən sonra, hər ay ölənədək sığortaçıdan 450 manat alacaqdır.

Bu sığorta növü ölkəmizdə demək olar ki, inkişaf etməyib. Annuitet sığorta zamanı sığortalı (yəni sığortalanan şəxs) sığortaçıya həyat sığortası ilə bağlı birdəfəlik və ya hissəli şəkildə məbləğ ödəyir və daha sonra sığortaçı mütəmadi olaraq sığortalıya ödənişlər edir. Bu ödənişlər (sığorta gəlirləri) sığortalanan şəxsə bir neçə il ərzində, hətta müddətsiz şəkildə, yəni sığortalı vəfat edənə qədər ödənilə bilər. Birdəfəlik sığorta məbləğin təqdim etmək üçün sığortalanmaq istəyən şəxs adətən toplanmış kapitaldan istifadə edir, məsələn təqaüdçü əmanətləri, həyatın yaşam sığortası və yığım həyat sığortası. Xarici təcrübədə təqaüdçülər bu sığorta növündən geniş istifadə edirlər.

Həmçinin belə müqavilələr işçilər, işəgötürən şirkət və sığorta şirkətləri arasında imzalan bilər, yəni işçinin əməkhaqqısında müvafiq sığorta haqları müntəzəm şəkildə tutulur və həmin işçi öz əmək qabiliyyətini itirərsə, ona sığorta ödənişi edilir. Annuitet sığortada ödənişlər birdəfəlik deyil, periodik və əksər hallarda aylıq olur. Sığorta şirkəti məbləği işəgötürən şirkətin hesabına keçirir və işçi hər ay keçmiş iş yerindən sığorta müavinəti alır. Əgər sığortalı vəfat edərsə, onda müavinətləri onun ailə üzvləri və ya varisləri əldə edir. Əgər vəfat edən şəxsin heç bir ailə üzvü yoxdursa, onda sığorta müavinətləri yalnız dəfn xərclərini qarşılamaq üçün ayrılır.

Müqavilədən, qanunvericilikdən və ölkədəki sığorta təcrübəsindən asılı olaraq, digər sığorta növlərində olduğu kimi bu sığorta növünün spesifik xüsusiyyətləri ola bilər. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta. Qeyd etdiyim kimi məcburi həyat sığortası növü olan tibbi sığorta adətən işçiləri işə qəbul edərkən hər bir işçini fəaliyyət prosesi zamanı hər hansı bədbəxt hadisələr nəticəsində xəstəliyə tutulması, əlil qalması və ya həyatını itirməsi nəticəsində dəyəcək

zərəri qaşılamaq üçün tətbiq edilməlidir. AR Əmək Məcəlləsinə uyğun olaraq işçi ilkin və vaxtaşırı tibbi müayinədən keçməlidir.Mövcud qanunvericiliyə əsasən bədbəxt hadisə baş verməsi halında ödənəcək məbləğ sığortalının istəyindən asılı olaraq birdəfəlik və ya aylıq ödənişlər formasında ola bilər.

Ölkəmizdə haqqında danışdığımız icbari və könüllü həyat sığorta növləri üzrə tələbat ildən ilə artmaqda davam edir. Əldə edilmiş son dövrlərin statistik məlumatlarına əsasən deyə bilərik ki, ölkəmizdə həyat sığorta sahəsi yeni sahə olmasına baxmayaraq inkişaf etməkdədir. Aşağıdakı Cədvəl 1-də 2016 və 2017-ci illər üzrə həyat sığorta növlərin miqdarı göstərilmişdir.

Cədvəl 1. Azərbaycanda həyat sığortası növlərinin həcmi (2016,2017)

Həyat sığortası növləri

2016

2017

Həyatın yaşam sığortası

74,443,227.37

108,588,613.30

Həyatın ölüm halından sığortası

33,806,024.41

27,849,590.49

Əmək qabiliyyətinin sığortası

333,436.46

1,637,252.14

Sağalmaz xəstəliklərdən sığorta

45,673.93

105,795.83

İcbari sığorta

30,113,791.68

28,809,417.45

Mənbə: www.insure.az
Cədvəl 1-dən gördüyümüz həyat sığorta növləri üzrə cəlb edilmiş sığorta haqlarının həcmlərini daha aydın müqayisə edə bilmək üçün indi isə onların həyat sığortasındakı paylarının əks olunduğu Şəkil 4-ə diqqət yetirək.
Şəkil 3. Həyat sığortası növlərinin həyat sığortasında payı




Yüklə 287,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin