Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 287,66 Kb.
səhifə12/14
tarix02.01.2022
ölçüsü287,66 Kb.
#36376
1   ...   6   7   8   9   10   11   12   13   14
Bayramzad-Samir-Qulu

NƏTİCƏ VƏ TƏKLİFLƏR


Tədqiqat işinin ayrı-ayrı bölmələrində sığorta proseslərinin idarə olunması, pensiya sisteminin və həyat sığortasının təkminləşdirilməsi və onun tənzimlənməsi ilə əlaqədar mövzular təhlil edilmiş, ümumiləşdirilmiş nəticələr alınmışdır.

Bununla belə, müasir dövrdə həyat sığortasının fəaliyyət sferasının genişlənməsi, qlobal sferada tərəqqinin tətbiqi sığorta fəaliyyətini əsasən də həyat sığortasını ön plana çıxarmışdır. Son illərdə ölkəmizdə sığorta proseslərinin təkminləçdirilməsi, sığorta şəffaflığının artirılıması, ölkə əhalisinin həyat sığortasının dərk olunmasında müvafiq addımlar atılır və inkisaf etmiş ölkələrinin təcrübəsinin yerli sığorta bazarında tətbiq olunmasında mühüm işlər həyata keçilimişdir. Rəqabətə davamlı sığorta bazarının yaradılması, düzgün rəqabətin bərqərar olması, müasir texnologiyalardan istifadənin təmin olunması, EVAM sisteminin tətbiqi nəticəsində siğorta bazarında inkişafa nail olunması mümkündür. Həyat sığortasının inkisafı, özəl sığorta sirkətlərinin yaradılması həmçinin əhalinin sosial müdafiəsinə ayrılan büdcədə ədalətli bölgünün yaradılmasını təmin edir. Huquqi və inzibati cəhətdən təmzinlənən həyat sığortası əhalinin öz gələcəyi, rahatlığının təmin olunması üçün seçimlərinin yaradılmasına şərait yaradacaq. Müasir dövrdə sosial təhlükəsizliyin təmin olması əsas prioritet məsələ olmalıdır ki bu dünya praktisasında pensiya fondlarında əsas ünsür olaraq

qiymətləndirilir. Sosial təhlükəsizlik sisteminin varlığı ölkələrin iqtisadi və sosial inkişaflarına bağlı olaraq dəyişməklə birlikdə müasir dövlət anlayışının əvəzsiz elementlərindən biri olmaqdadır.

Özəl pensiya sisteminə daxil olan kiçik sərmayəçilər institusional investorların sahib olduqları üstünlüyə malik olmalıdırlar. Çünki, pensiya şirkəti kiçik sərmayəçilərdən təşkil olunmuş fond idarəçiliyini professional fond idarəetmə şirkətlərinə yönləndirməlidir. Özəl pensiya sisteminin strukturunu əmələ gətirən kriteriyaların sosial yönümlü olması, iştirakçıların öz yığımlarından mənfəət eldə etmək imkanı, könüllü iştirak hüququ, iştirakçıların dövlət sosial müdafiə sistemində keçirdiyi vaxt və ödədiyi sığorta haqlarının və ya hüquqlarının bu

sistemə ötürülməməsi özəl pensiya fondlarının ön plana çıxmasına şərait yaratmaqdadır.



Tədqiqat işinin müxtəlif bölmələrində təsvir edilən və əldə edilmiş nəticələrə uyğun olaraq irəli sürülmüş təkliflər aşağıdakılardan ibarətdir ;

  • Ölkəmizdə təşkil olunan müxtəlif həyat sığortası layihələri üzrə elmi texniki potensialdan nailiyyətlərin maliyyələşdirilməsi və kommersiyalaşması ilə əlaqədar problemlərin həll edilməsi sosialyönümlü inkişafa müsbət təsir göstərə bilər.

  • Sığorta- fond proseslərinin idarə olunması və tərəqqi etməsində, sahələrarası əlaqələrin yaxşılaşdırılmasında dünya təcrübəsindən yararlanmaqla beynəlxaq sınaqdan keçmiş modellərin tətbiqi, bazar strukturunun düzgün təskili yaşam sığortasının fəaliyyətinin inkişafı üzrə dinamizmi artıra bilər və uzunmüddətli dövrdə inkişaf metodologiyasında davamlı artım tendensiyasına nail olunmasına səbəb olacaqdır

  • Dünyanın inkişaf etmiş ölkələrində olan özəl fondların yaradılması, onların düzgün siğorta- büdcə siyasətinin aparılması əhalidə həyat sığortasına meyilliyin artmasına gətirib çıxaracaq

  • Ölkəmizdə həyat-yaşam sığortasına inamın tam olmamasına görə düzgün maarifləndirmə aparmaq, özəl həyat sığortası zamanı gəlirlilik imkanlarını, mütəmadi öz investisiyalrını izləmək imkanlarının aşılanması bu sahədə inkiıafa təsir göstərəcəkdir

  • Həyat sığortası respublikamızda yeni sahə olmasın nəzərə alaraq inkişafa nail olunması üçün dünyada tətbiq olunmuş modellərin tətbiq olunması, texnoloji yeniliklərin tətbiqi bu sahədə inkişafın təmin olunmasına, daxili bazarın formalaşmasına şərait yarada bilər

Yüklə 287,66 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin