Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Fəsil AZƏRBAYCANDA HƏYAT SIĞORTASININ SOSİAL MÜDAFİƏ SİSTEMİNDƏ ROLU



Yüklə 287,66 Kb.
səhifə10/14
tarix02.01.2022
ölçüsü287,66 Kb.
#36376
1   ...   6   7   8   9   10   11   12   13   14
Bayramzad-Samir-Qulu

Fəsil AZƏRBAYCANDA HƏYAT SIĞORTASININ SOSİAL MÜDAFİƏ SİSTEMİNDƏ ROLU




    1. Həyatın yığım sığortası – sosial müavinətin alternativ bir aləti kimi


Bildiyimiz kimi əksər inkişaf etmiş ölkələrdə yoxsulluq riskinin azaldılmasında, fərdləri və ailələrini ölüm və əlillik kimi gözlənilməz hadisələr zamanı maliyyə təhlükəsizliyini təmin etməkdə həyat sığortası mühüm rol oynayır. Həyat sığortası eyni zamanda əhali üçün yığım aləti, uzunmüddətli fondlar vasitəsilə əhəmiyyətli dərəcədə maliyyə bazarlarına və digər sektorlara investisiya kanalı kimi çıxış edir. Bu isə iqtisadi artıma və sabitliyə səbəb olur.

Dünya əhalisinin yüksək sürətlə artmaqda olduğu bu dövrdə məlumdur ki, ölkə üzərinə düşən ictimai borc, xərcləri əhali sayına nisbətdə demək olar ikiqat artmaqdadır. Bu isə ölkədə yeni islahatlar keçirilməsini, tədbirlər görülməsini zəruri edir.

Həyatın yaşam və ya digər adı ilə yığım sığortası elə bir həyat sığortası növüdür ki, sığortalı şəxs müəyyən bir müddət ərzində pul vəsaiti və ya sığorta haqqı ödəyir hansı ki onun hesabında yığılır. Əgər sığortalı sığortalandığı müddət ərzində vəfat edərsə o zaman sığorta məbləği benefisiar tərəfindən mənimsənilir. Əgər vəfat hadisəsi baş verməzsə onda sığortalı hesabında yığılmış məbləği özü qəbul edir. Buna görə hər iki halda da sığortalı və ya benefisiar sığorta məbləğindən faydalanmış olur. Digər tərəfdən isə bu həyat sığorta növü vasitəsilə fərdlər əmək qabiliyyətinin itirildiyi dövrdə də dövlətin təmin etdiyi pensiya haqqından əlavə gəlir mənbəyi əldə etmiş olurlar.

Ümumilikdə həyatın yaşam sığortasının özü də iki növə ayrılır. Bunlar mənfəətli və mənfəətsiz yığım sığortalarıdır.

Mənfəətsiz yığım sığortası həmçinin, müddətli sığorta planı kimi də tanınır. Bu sığorta növü sadəcə sığorta haqlarından toplanmış məbləği təklif edir, hansı ki sığortalı tərəfindən ödənilib.

Mənfəətli yığım sığortasında isə sığortalı müqavilədə qeyd olunan sığorta müddəti bitdikdən sonra müəyyən bir məbləğ pul vəsaiti əldə edir. Bu məbləğ sığorta haqqı ilə birlikdə bu illər ərzində yığılmış əlavə bonuslardan təşkil olunmuşdur.

Sığorta şirkətləri tərəfindən bir-birindən fərqlənən bonus növləri təklif edilmişdir. Bonus sığortaçı şirkət tərəfindən sığğortalanan şəxslər arasında bölüşdürülən gəlirlərinə əlavə edilən pul vəsaitidir. Bu əlavə mənfəət sadəcə mənfəətli yığım sığorta müqaviləsi bağlayan şəxslər arasında paylanır və bonusun ödənişi həmin ilə aid olan iddialar, xərclər çıxıldıqdan sonra həyata keçirilir. Bonuslar aşağıdakı kimi sinifləndirilir:


      • Dönüşəbilən bonuslar – Sığortalının vəfatı halında benefisiara və ya müqaviləninv müddətiv bitdikdə özünə ödənəcək məbləğə əlavədir.

      • Terminal bonuslar – İxtiyari əlavə miqdardır ki sığorta məbləğinə əlavə olunur.

Dünya ölkələrinin təcrübələri üzrərindən baxdıqda bu sığorta müqavilələri adətən uzunmüdətli dövr (10,20,30) üçün nəzərdə tutulur. Ümumi olaraq baxdıqda bu sığorta növü bizə pensiya təminatını xatırlada bilər. Çünki, demək olar ki eyni funksiyanı yerinə yetirirlər. Fərqləri isə ondan ibarətdir ki, bu müqavilə könüllü şəkildə bağlanır və sığorta məbləğinin əldə ediləcəyi tarix sığortalı tərəfindən müəyyən oluna bilir.

Məlum olduğu kimi bu sığorta müqaviləsi əmək qabiliyyətli şəxslərlə imzalanır və sığorta haqqının ödəniş üsulu sığortalının seçimindən asılı olaraq dəyişə bilər.

Digər həyat sığortası növlərindən fərqli olaraq bu sığorta müqaviləsini sağlamlığından asılı olmayaraq hər bir vətəndaşın bağlamaq hüququ vardır. Sığorta məbləğinin ödənişinə gəldikdə isə, müqavilədə sığorta ödənişinin dövri ölçüsünə uyğun şəkildə təyin edilir. Sığorta müqaviləsinin şərtlərindən asılı

olaraq bəzən sığorta olunanın müqavilədə göstərilən gəlirin əldə olunmasında payının olub-olmaması araşdırıla bilər. Bu kimi hallarda sığortalı şəxs sığorta ödənişi ilə eyni zamanda sığortaçı şirkətin gəlirdə iştirakı ilə bağlı olan ödəniş həyata keçirməlidir. Sığorta olunan şəxs gəlirdə iştirak edən məbləğ barəsində sığorta etdirənə hər il informasiya verməlidir.

Onu da qeyd etməliyəm ki, bu sığorta növünə istər ölkəmizdə, istərsə də sığorta bazarının yüksək inkişaf etdiyi ölkələrdə yüksək tələb vardır. Buna səbəb olaraq sığorta məbləğinin əldə edilməsi baxımından digər həyat sığorta növlərinə görə daha risksiz olması, həm də sərfəli vergi güzəştlərinin tətbiq edilməsini göstərmək olar.

Ölkəmizdə bu sığorta növünün yeni tətbiq edildiyi zamanlarda əhalinin gəlirlərinə 100% həcmində vergi güzəşti edilirdisə, hazırda 2019-cu ildə Vergi Məcəlləsinin 102.1.8-ci maddəsində edilən dəyişikliklərə əsasən bu güzəştin həcmi 50%-ə enmişdir.

Sığorta ödənişinə gəldikdə isə, ya dövri, ya da birdəfəlik formada ödənilməlidir. “Sığortaçı və sığorta etdirən şəxs tərəfindən sığorta öhdəçiliyinin həqiqi məbləğini nəzərə almaq şərtilə qarşılıqlı öhdəçiliyin həcminin təshih edilməsi üçün sığorta haq- qımn müddətdən əvvəl ödənilməsi formasına indeksasiya təyin olunmalıdır.” (B.X.Ataşov, Ə.Ə.Ələkbərov, N.N.Xudiyev, 2018, s. 162)

Sığortalı şəxs tərəfindən əldə edilən sığorta mükafatının ölçüsü 4 əsas şərtə əsaslanır:



        • Ödənilmiş sığorta haqqının ölçüsündən;

        • Sığorta polisinin imzalanma müdətindən, yəni sığorta məbləğinin ödəndiyi vaxta qədərki illərin sayından, toplam dövr və yığılmış məbləğin çox olması alınacaq mükafatın da bir o qədər yüksək olacağını göstərir;

        • Sığortalının yaş hədindən; belə ki, sığorta olunanın yaş həddi yüksək olduğuna görə toplanacaq dövr az, sığorta haqqı isə yüksək olacaq;

        • Sığortalının cinsi mənsubiyyətindən; göstərilən şərt sığorta şirkəti tərəfindən ödəniləcək məbləğin həcminə təsir edir yəni, o, sığortalının yaşama müddətindən asılıdır və bu səbəbdən də sığorta məbləğlərinin davamiyyət vaxtını və onun üçün vacib olan fondu təyin edir.

Ölkə əhalisinin qocalması istehlakın strukturuna, xüsusən də əhalinin sosial təminatına təsir göstərir. Əksər ölkələrdə əhalinin yaşlanması, onların pensiya təminatının maliyyələşdirilməsi mənbələrinin araşdırılması problemini ortaya çıxarır. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:

        • Pensiya haqlarının əldə edilməsi və ödəniş qaydaları;

        • Ödəniləcək pensiyaların şərtləri və tərtibat qaydaları;

        • Onların yerləşdirilmə imkanları və müqavilələrin ləğv olunması;

        • Ödənişlərin həcminin təyini qaydası və təşkili.

Həyatın yaşam sığortası müqaviləsi həm fərdi, həm də qrup şəklində imzalana bilər. Belə ki, müəssisə işçilərinin uzunmüddətli dövrdə əlavə gəlir əldə etməsi üçün sığortaçı şirkətlərlə qrup sığorta müqavilələri bağlama imkanına sahibdir.

Ümumi nəticəyə gəldikdə həyatın yaşam sığortasının aşaöıdakı üstünlükləri vardır:



      • İnvestisiya üçün faydası qarantiya edilmiş aşağı dərəcəli riski olan plandır;

      • Ailə üzvlərinin maliyyə təhlükəsizliyinə zəmanət verir;

      • Bəzi vergi güzəştlərindən istifadəyə imkan verir.

Ekspertlərin fikrincə daimi olaraq gəlir əldə edən və müəyyən müddətin (günün, həftənin, ayın) sonunda bunu tələb edən şəxslər həyatın yaşam sığortasından istifadə edə bilərlər. Bu intizamlı şəkildə həyata keçirilən bir yığm formasıdır ki, müəyən müdət sonunda əldə edə bilinir. Bu sığorta növündən kiçik bisnesmenlər, maaşlı fərdlər, peşəkarlar olan hüquqşunaslar və həkimlər uzunmüddətli maliyyə məqsədi kimi istifadə etçəlidirlər.

Üstəlik, bu sığorta növü risk almağı sevməyən, qəti insanlar üçün daha uyğundur. Bundan başqa, bu sığorta növü cəmiyyətin bütün təbəqələri üçün nəzərdə tutulmuşdur. Yəni, aylıq gəlirlərin həcmi üçün xüsusi bir limit müəyyən edilməmişdir. Bu isə onu göstərir ki, həyatın yaşam sığortası sadəcə bir sosial təbəqəni deyil ümumilikdə cəmiyyətin rifah halının yüksəldilməsi üçün nəzərdə tutulmuşdur.

Onu da qeyd edim ki, bu kimi fəaliyyətlər cəmiyyətdə fəaliyyət göstərmək, işləmək marağının artmasına, nəticədə məşğulluğun yüksəlməsinə gətirib çıxaracaqdır. Eyni zamanda istər gənc nəsil, istərsə də yaşlı nəsil əmək qabiliyyətlilik illərindən maksimum dərəcədə istifadə etməyə, daha çox gəlir əldə etməyə çalışacaqlardır.

Məlumdur ki hər kəs ailəsi və özü üçün risksiz və geri dönüşümü olan kapital qoyuluşları həyata keçirməyə maraqlıdırlar. Belə ki, bir çox ailə başçılar, yəni ailədə gəlir gətirən şəxslərin gəlirlərini həyatın yaşam sığortasına istiqamətləndirməkdə məqsədləri müxtəlif ola bilər:



      • Pensiya dövründə daha rahat yaşamaq;

      • Əldə edəcəyi məbləğlə biznes qurmaq;

      • Övladlarının təhsilinə kapital qoyuluşu həyata keçirmək;

      • Övladlarının maliyyə təhlükəsizliyini təmin etmək və s.

Gündən-günə artmaqda olan dünya əhalisinin tərkibində yaşlıların sayı artmaqdadır. Əvvəlki dövrlərdə müharibə zamanı xeyli insan həyatlarını itirdikləri üçün yaşlı nəsil azlıq təşkil edirdi. Lakin, müharibələrin azaldığı, demək olar ki bitdiyi bu dövrdə yetkin əhalinin sayı artmaqda davam edir.

Bu isə öz növbəsində ölkədə sosial müavinət alacaq şəxslərin artmasının göstəricisidir. Dövlət sosial müdafiə fondları nə qədər sistemli və düzgün çalışsalar da məlumdur ki, bütün cəmiyyətin tələbatlarını ödəyəcək qədər güclü deyildirlər. Ona görə də əhalinin tələblərinə cavab verəcək həyat sığorta şirkətləri yaradılmışdır.

Azad bazar iqtisadiyyatı şəraitində daim sığorta şirkətləri rəqabət hesabına

güclənir və inkişaf edərək əhalinin tələblərinə daha yaxşı cavab verirlər.

Xüsusilə həyatın yaşam sığortası son dövrlər (2014-cü ildən) məşhurlaşmağa başlamışdır. Sığorta şirkətlərinin təklif etdikləri xidmətlər hesabına əhali öz hesabına gələcəyini qarantiya altına almış olur. Beləliklə, cəmiyyətdə rifah halı yüksəlir, bu isə iqtisadi inkişafa aparan ən mühüm amildir. Dünyanın İEÖ-də bu sektorun inkişafına geniş şərait yaradılmışdır.

İnsan təbiətindən məlum olduğu kimi, uzunmüddətli ağır iş rejimindən sonra insanlar həyatlarını yüngülləşdirəcək bir vasitə axtarırlar. Hər dövrün öz ehtiyacları olduğu üçün artıq yetkinlik yaşına gəldikdə insan investisiya həyata keçirmək istəyir. Lakin, bunun üçün lazımi vəsait olmadığından öz arzu və istəklərini reallaşdıra bilmirlər.

Bu zaman ilk təklif kimi həyat sığortasını düşünmək olar. Əgər fərdlər əmək fəaliyyətinə başladıqları ilk zamanlardan həyatın yaşam sığortası polisindən xəbərdar olsalar və tətbiq etsələr, bu onların gələcək planları üçün bir addım ola bilər.

Cəmiyyətin bəzi nümayəndələri pul vəsaitlərini, yəni yığımlarını düzgün şəkildə həyata keçirə bilmədikləri üçün risk altında qalırlar. Demək istədiyim odur ki, pul vəsaitlərini evdə və ya hər hansı bir formada dövriyyədən kənarda saxlamaqla həm ölkənin maliyyə bazarlarının dönərliyinə, həm də şəxsi hesablarına zərər vermiş olurlar.

İnkişaf etməkdə olan ölkələrdə mühüm məsələlərdən biri olan yeni yetişən nəslin təhsil almaq problemi ölkəmizdə də vacib məsələlərdəndir. Belə ki, fərdlərin gəlirlərinin aşağı olması səbəbi ilə bəzi ailələr övladlarının təhsilinə lazımi vəsait ayıra bilmirlər. Bu səbəbdən cəmiyyətdə mövcud təhsil səviyyəsi aşağı düşür.

Bunun qarşısını almaq üçün ailə başçıları həyatın yığım sığortasına yönəlirlər. Bu daha çox övladların ali təhsillərinə ayrılmış vəsaiti nəzərdə tutur. Belə ki, düzgün təhsil almış gənclər, ixtisaslı kadrlar cəmiyyətimizin gələcəyidir.

Dünyanın ölkələrinə nəzər yetirsək təhsil səviyyəsinin yüksək olduğu ölkələrdə iqtisadi inkişafın, həyat səviyyəsinin yüksək olduğunu da görə

bilərik. Bu dolayı yolla səhiyyənin də inkişafına şərait yaratmış olur. Düngün yetişmiş ixtisaslı kadrlar ölkədə lazımi tədbirlər görə bilərlər.

Son olaraq ailə başçılarının övladlarının maliyyə təhlükəsizliyini təmin etmək üçün həyat sığortası müqaviləsi imzalamasından danışacam. Ümumiyyətlə, həyat sığortasının ilk məqsədi müqavilədə qeyd olunan şəxslərin müqavilə bağlayan, yəni sığorta etdirən şəxs öldükdən sonra maliyyə baxımından çətinliklə üzləşməmələridir. Həyatın yaşam sığortası da eyni məqsədə xidmət etməkdədir.

Eyni zamanda həyat sığortasına müraciət edən şəxslər ölkə iqtisadiyyatına dolayı yolla kiçik də olsa təsir etmiş olurlar. Ona görə ki sığorta şirkətlərinə sığorta haqları ödəməklə iqtisadiyyatda pul vəsaitlərinin dövriyyəsinə yardım edirlər.

Digər tərəfdən həyat sığorta şirkətlərinin fəaliyyətləri dövlətin sosial sığorta sahəsində öhdəliyində olan yükü müəyyən miqdarda azaltmış olurlar.


    1. Yüklə 287,66 Kb.

      Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin