Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiya işinın məqsədi torpaq
bazarında
torpaq
resurslarının
qiymətləndirilməsinin və
real bazar
dəyərləndirilməsinin
nəzəri-metodoloji
məsələlə-rini,
habelə
torpağın
qiymətləndirilməsi üzrə beynəlxalq qiymətləndirmə metodları əsasında torpaq
ehtiyatlarının qiymətləndirilməsinin tənzimlənməsi və torpaq resurslarının
qiymətləndirilməsi üzrə elmi cəhətdən əsaslandırılmış nəticələrin və tövsiyyələr
işlənilməsindən ibarətdir.
Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr müəyyən olunmuşdur:
- Torpaq
resursları
bazarının
mahiyyəti
və
torpaq
resurslarınin
qiymətləndirilməsinin iqtisadi şərtlərinin nəzəri-metodoloji məsələlərinin aşkar
edilməsi;
- torpaq resurslarının qiymətləndirilməsinin təşkilati-huquqi mexanizminin
müəyyən edilməsi;
- torpaq resurslarının dəyərləndirilməsi və qiymətləndirilməsi sahəsində
beynəlxalq təcrübənin öyrənilməsi;
- torpaq resurslarının qiymətləndirilməsiının iqtisadi və inzibati huquqi
istiqamətinin müəyyən edilməsi;
- torpaq resurslarının kadastr qiymətləndirilməsinin mövcud mexanizminin
tədqiqi və öyrənilməsi ;
- torpaq resursları bazarında dəyərləndirmə və qiymətləndirmə metodlarının
tətbiq olunmasına ,təkmilləşdirilməsinə dair elmi cəhətdən əsaslandırılmış olan
təkliflərin hazırlanması.
Dostları ilə paylaş: |