74
РЕЗЮМЕ
SUMMARY
REFERAT
4
GİRİŞ.
Mövzunun aktuallığı. Azərbaycanda bazar iqtisadiyyatının tələbləri və yeni
iqtisadi sistemin yaradılmasının şərtlərindən biri ilk növbədə torpaq üzərində
mülkiyət munasibətlərinin yenidən qurulmasıni tələb edirdi. Iqtisadi islahatların
əsasını təşkil edən aqrar-torpaq islahatları nəticə etibarı ilə yeni mülkiyət formalarını
özündə əks etdirməklə təkmil torpaq bazarının formalaşmasına istiqamətləndirildi.
Qısa dövr ərzində ölkənin kəndlərində yaşayan vətəndaşlara torpaq pulsuz
paylandı.Bunun nəti əsində bütün kəndlilər torpaq mülkiyətçisinə çevrildi. Kənddə
yeni torpaq munasibətləri formalaşmağa başladı. Respublikanın fiziki və huquqi
şəxslərinə mülkiyətlərində olan torpaq sahələri üzərində mütəsna hüquqlar verildi.
Hazırda bir çox torpaq sahəsinin alqı-satqısı aparılır. Eyni zamanda torpaq
sahələri bank kreditləşməsi zamanı girov qoyulur. Bəzən torpaqlar qohumlara və
digər şəxslərə bağışlanır. Bütün bu kimi hallarda habelə digər hallarda mülkiyət,
istifadə və icarə ilə bağlı hüquqlar dəyişilir. Torpaqla bağlı əlaqədar dövlət orqanları,
yerli özünü idarə etmə orqanı olan bələdiyyələr, fiziki şəxslər və huquqi şəxslər
arasında formalaşan iqtisadi və huquqi məsələlər torpaq bazarında reallaşır. Bu kimi
munasibətlərin yaranması və formalaşması prosesinin təkmilləşdirilməsi torpaq
üzərində mülkiyətçilərin torpaq üzərində yaranmış olan bu və ya digər hüquqlarından
tam və dolğun istifadəsini təmin etmiş olar. Bu da öz növbəsində mövcud tələblərə
cavab verən torpaq bazarının formalaşdırılması ilə nəticələnər. Hər hansı bir əmlakın
qiymətləndirilməsi üzrə standartların tərtibatı ilə məşğul olan Beynəlxalq Komitənin
tərtib etmiş olduğu Beynəlxalq Qiymətləndirmə Standartlarında qeyd edilir ki, torpaq
hər birimizin həm həyatımızın,həm də yaşam tərzimizin ayrılmaz bir hissəsidir.
Torpaqlar mövcudluğumuz üçün əsas sayılır.
Beynəlxalq Qiymətləndirmə Standartlarında istifadədə olmayan torpaq
sahələri, həmçinin münbitləşdirilmiş torpaq sahələri daşınmaz əmlak adlandırılır. Bu
torpaq sahələrinin real bazar dəyərinin qiymətləndirilməsi öz növbəsində iqtisadi
anlayışlara aiddir. Həmin sənəddə qeyd edilir ki, bütün digər daşınmaz əmlak növləri
5
kimi, torpaqların da dəyəri çoxlu amillərdən asılıdır.Bura daxildir torpaqların
nadirliyi, bu sahələrin uzunömürlülük istifadə imkanları,həm də coğrafi cəhətcə
daimiliyi daxildir. Torpaq bazarında təklifin məhdud olması vəzziyyəti, həmçinin
bütün torpaq ehtiyatlarının özünəməxsus şəkildə və spesifik faydalılığı ilə torpaq
resurslarının qiyməti müəyyən edilir.
Torpaq ehtiyatları da hər hansi bir əmtədə olduğu kimi müxtəlif real və
potensial bir tələbatı ödəyir. Bütün torpaq ehtiyatları müəyyən bir keyfiyət -
kəmiyyət xarakteristikasına malikdir. Torpaq ehtiyatları əmtəəlik bütün
xarakteriskalara malik olaan bir alqı-satqı obyektidir.
Vergiyə cəlb etmə baxımından torpaq resurslarının real bazar dəyərinin dəqiq
və real qiymətləndirilməsi mövcud vergitutma sisteminin əsasını təşkil edir. Vergiyə
cəlb etmə məqsədi ilə dəyərləndirmədə istifadədə olan torpaq ehtiyatlarımın real
bazar dəyərinin müəyyən olunması məqsədi ilə dəyərləndirilməsinə təsir edir. Bütün
torpaq mülkiyətçilərinin ədalətli vergi məbləğinin öddənilməsinə zəmanət verir. Hər
hansı torpaq sahələrinin bazar dəyərinin tam dəqiqliklə qiymətlndirilməsi istifadədə
olan torpaqlardan səmərəli istifadə olunmasını tənzimləyir. Torpaq sahələrinin
qiymətləndrilməsi məsələləri dövlət və özəl sektor səviyyəsində əsaslı qərarrın qəbul
olunmasına əsas verir. Torpağın qiymətləndrilməsi zamanı artıq köhnəlmiş
məlumatların və informasyaların istifadəsi toprağlardan istifadə üzrə səmərəliliyi
aşağı salır və bu yeni şəhərlərin yaşayış massivinin arzuolunmaz model ilə aparılması
ilə nəticələnir.
Torpaq resurslarnın fiziki baxımdan üzərində,həm də təkində olan və üstündə
olanlara götürülmüş səth kimi baxmaq lazımdır. Torpaq sahənin formasını isə ucu
Yer kürəsinin tam mərkəzinə dirənmiş olan, tərəfləri isə birbaşa açıq kosmosa
yönəlmiş piramida şəklində təsəvvür etmək olar. Huquqi baxımdan torpağa sahiblik
birbaşa inzibati məhdudiyyətlərə riayət edilməsi şərti ilə bu torpaqa sahib
olmaq,ondan istifadə olunması və toprağ üzərində sərəncam etmək hüququdur.
Torpaqı qüvvədə olan qanuna zidd şəkildə istifadə etmək və torpaqı istifadəyə
vermək olmaz.
6
Hər sahədə və yerdə olan torpaq ehtiyatləri təsvir olunur və müəyyən metodika
ilə dəyərləndirilir. Bu vəzifələr bütün qiymətləndirilən torpaq sahələrinin başlıca
xüsusiyyətlərini müəyyən edən konkret kadastr xəritələrini zəruri etmiş olur. Torpaq
ehtiyatları haqqında informasiya məlumatlarının, həmçinin sahələrin yerləşməsinin,
mülkiyət mənsubiyyətinin,torpaqların ölçülərinin, münbitliyinin və digər fiziki
xüsusiyyətlərinin inventarlaşdırılmasını tələb edir.
Torpağın dəyərini müəyyən edən zaman onun bazar,həm də istehlak dəyəri
anlayışları arasında olan fərqlərin izahı çox vacibdir. Hər hansı bir mülkiyət
sahəsinin bazar qiymətləndirilməsi həmin mülkiyət obyektinin açıq bazarda olan
rəqabət şəraitində nəzərdə olan satış qiymətidir.Lakin həmin mülkiyət obyektinin
istehlak dəyəri isə konkret olaraq həmin mülkiyət obyektinin istifadəsi üçün təyin
edilmiş dəyərini göstərir. Qeyd etmək olar ki,bir çox mülkiyət sahəsinin hər zaman və
hamısının bazar dəyəri ilə istehlak dəyəri biri-birinə bərabər olmur. Məsələn, iri
şəhərlərin ətrafında və yaxınlığında olan kəndli-fermer təsərrüfa-tının bazar dəyəri
onun istehlak dəyərindən yüksək formalaşa bilər. Əksər ölkələrin bir çox
qanunvericilik və normativ huquqi sənədlərində,aktlarında qeyd olunmuşdur ki,
vergitutma məqsədi ilə kənd təsərüfatı iqtisadiyyatnda dövriyədə olmayan torpaqlar
əsasən bazar dəyərinə görə, kənd təsərüfatında istifadədə olan torpaq ehtiyatları isə
onun istehlak dəyərinə görə dəyərləndirilməlidir.
Torpaq ehtiyatları üzərində hər hansı mülkiyət hüququ bütün demokratik və
azad olan ölkələrin mövcud qanunları ilə müəyyən edilir. Həmin ölkələrin
məhkəmələri tərəfindən torpaq ehtiyatlarının üzərində hər hansı bir hüquq müdafiə
olunur.
Bütün torpaq ehtiyatlarının nadirlilik xüsusiyyəti vardır. Bu onun daşınmamaz-
lığından və təklifin təsbit edilməsindən yaranır. Hər hansı bir torpaq ehtiyatını təkrar
istehsal etmək olmur. Torpaq resursları bütün digər məhsulların istehsal edilməsi
tələb olunan bir istehsal amilidir. Torpaq ehtiyatları bütün digər sərvətlərin
mənbəyidir.
Torpaq ehtiyatlarının mövcud qiyməti əsasən kapitalaşdırılmış renta kimi çıxış
7
edir. Bu zaman torpaq ehtiyatlarının bazar dəyəri tələb və təklif əsasında müəyyən
olunur. Tələb- təklif qanununa əsasən bazarda torpağın bazar dəyəri və qiyməti aşağı
düşdükdə torpaq bölmələrinə tələbat artır. Torpağın qiyməti artdıqda isə mövcud
torpaqların ehtiyatlarına,sahələrinə tələbat azalır. Torpaq resursları bir əmtəə kimi
bazara çıxarılır. Bu zaman onun əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki,
bazara təklif olunan torpağın miqdarı məhdudlaşır. Bu məhdudlaşma təbiət tərəfindən
olur. Ona görə də torpağın qiyməti əsasən onun təyinatına uyğun tələblə müəyyən
olunur. Belə ki, torpaqda istehsal edilən məhsulların qiymət səviyyəsi ilə həmin
torpaq sahələrinin qiyməti müəyyən olunur. Məsələn, əgər istehsal olunan taxılın və
ya kartofun qiymətləri kəskin aşağı düşərsə, bu zaman onların yetişdirildiyi torpaq
sahələrinə olan tələb də kəskin ixtisar olunacaq. Torpaq sahələrinin qiyməti də
müvafiq olaraq aşağı düşəcəkdir.
Mövcud torpaq resurslarından səmərəli istifadəyə imkan verən və bu prosesi
stimullaşdıran, ölkədə maliyə, iqtisadi və texnoloji siyasəti ilə tam əhatə edilən təkmil
torpaq bazarı hələ formalaşmamışdır. Təkmil torpaq bazarının formalaşdırılması
ölkədə reallaşdırılan aqrar-torpaq islahatlarının məqsədyönlü-lüyündən, kənd
təsərüfatına yararlı torpaq sahələrinin öz məqsədi üzrə istifadə edilməsi dərəcəsindən,
maliyə-kredit imkanlarından tam və dolğun istifadə etməklə torpağın məhsuldarlıq
səviyyəsinin artırılmasından asılıdır. Bu məqsədlə respublika əhalisinin ərzaq
təminatçısı olan kənd təsərüfatında torpaq resursları bazarının təkmilləşdirilməsi və
tənzimlənməsi mexanizmi formalaşdırılmalıdır.
Torpaq
resursları bazarında torpaq resurslarının qiymətləndirilməsi
xüsusiyyətləri torpaq bazarı munasibətlərində mühüm əhəmiyyət kəsb edir. Torpaq
resurslarının real bazar qiymətinin müəyyən olunması çox vacib məsələdir.
Respublikada kadastr qiymət rayonlaşması aparılmışdır. Kadastr qiymətləndirmə
rayonları və yarımrayonları üzrə torpaqın keyfiyəti və kənd təsərüfatı bitkilərinin
məhsuldarlıq göstəriciləri nəzərə alınmışdır. Bu əsasdan təbii təsərüfat sahələri üzrə
torpaq ehtiyatlarının normativ dəyər qiymətləri hazırlanmışdır. Respublikamızda
torpaq resurslarına kütləvililik şəkidə tətbiq edilən kadastr dəyərinin və qiymətlərinin
8
müəyyən olunmalıdır. Torpaq resurslarına bazar qiymətlərinin və real dəyərinin
müəyyən olunması bazar munasibətləri şəraitində böyük əhəmiyyətə malikdir,xüsusi
əhəmiyyət kəsb edir. Lakin kadastr dəyərinin mövcud imkanları azdır. Əmlakın tam
və geniş şəkildə istifadə edilməsinə imkan vermir. Buna görə də torpaq resurslarının
qiymətləndirilməsində bazar metodlarının tətbiq edilməsi və istifadə imkanlarını
çoxaldır.Azərbaycan Respublikamızın torpaq bazarında ipoteka kreditləşməsinin
tətbiqi imkanları və perspektivinin mövcud olması şəraitində torpaq resurslarının real
bazar qiymətinin və dəyərinin müəyənməşdirilməsi ipotekanın və torpaq resursları
ilə əlaqədar əməliyyatların artmasına,həmçinin çoxalmasına səbəb olmuşdur. Torpaq
resurslarının real bazar dəyərinin qiymətləndirilməsi torpaq ehtiyatları ilə əlaqədar
iqtisadi mübahisələrin həllinə, alqı-satqı əməliyyatlarının çoxalmasına və torpaq
ehtiyatlarının səmərəli istifadə edilməsinə gətirib çıxaracaqdır.
Torpaq resurslarının iqtisadi dəyərləndirilməsi dövri olaraq yeniləşməni tələb
edir. Butün bu işləri reallaşdırmaq məqsədilə bir sıra problemlər həllini tapmalıdır.
Belə ki,torpaq resurslarının qiymətləndirilməsi üçün mövcud metodika mövcud
tələblər baxımından əsasən təkmilləşdirilməli, iqtisadi-statistik informasiyalara görə
ölkədə torpaq resurslarının iqtisadi dəyərləndirilməsi aparılmalı, normativ hüquqi
aktlar,sənədlər dəqiqləşdirilməlidir.
Dissertasiya işinin bu istiqamətdə aparılması tədqiqat mövzusunun aktuallığını
artırır.
Dostları ilə paylaş: |