bazardakı inkişaf perspektivini görə bildilər. Onlar başa düşürdülər ki, ərzaq
malları bazarı insanlara çox lazım olan, onların ən çox ehtiyacları olan bir bazardır.
51
Onlar 1993-cü ildən qərar qəbul etdilər ki, ticarətə başlamalıdırlar. Onlar ərzaq
məhsullarının topdan satışı ilə başladılar. İlk topdan anbarlar açdılar və iş başladı.
Sifarişlər artmağa başladı, Türkiyə, Rusiya firmaları ilə əlaqələr yarandı.
Bazaestore işçilərinin sayı artmağa başladı, sahəsi genişləndi. Adı daha çox
tanınmağa başladı. 2005-ci ildə çox əlamətdar hadisə baş verdi. Bakıda ilk
supermarket açdılar. Bu supermarketin geniş əmtəə çeşidi, əlçatan qiymətləri vardı.
Mağaza həmin andan özünə çoxlu alıcı kütləsi cəlb etdi. Firmanın rəhbərliyinə
aydın oldu ki, belə mağazalar insanlara lazımdır, bu istiqamət gərək inkişaf
etdirilsin. Bu supermarketin adı sonra “Bazarstore” adı altında Azərbaycanın əksər
rayonlarında, Bakının rayonlarında mağazalar açılmağa başladı. Son vaxtlar,
Makromart mağazalar şəbəkəsi də “Bazarstore”a daxil olub. Bütün bu illər
ərzində mağaza şəbəkəsi müvəffəqiyyətlə inkişaf edir. Bazarstore şəbəkəsinə,
zəncirinə ənənəvi üsulla ticarət edən bir çox mağazalar da daxil olub, onlar müasir
özünəxidmət üsuluna keçiblər.
“Bazarstore” üçün ən əsas məqsəd alıcıların maksimal olaraq ərzaq mallarına
olan artan tələbatını ödəməkdən ibarətdir. Eyni zamanda xidmətin keyfiyyətini
yüksəltmək,maksimal çeşidini təqdim etməkdən ibarətdir. “Bazarstore”
Azərbaycan bazarında xidmətin keyfiyyətinə görə ilk yerlərində durur. Bütün
bunların , keyfiyyətli xidmətin arxasında orada işləyən çoxlu insanların əməyi
gizlənir.
Təşkilati struktur müəssisənin təşkilati strukturu müvafiq olaraq vəzifəli
şəxslərin tabeçiliyinə uyğun tərkibidir. Təşkilati struktur müəssisənin ştat
cədvəlində və təşkilatti struktur sxemində öz əksini tapır. Supermarketin rəhbəri
digər mağazalarda olduğu kimi direktordur. Supermarketin təşkilati strukturu
aşağıdakı sxemdən görünür:
Heyətin xarakteristikası. Heyət- təşkilatın ştat tərkibidir, bu tərkibə muzdlu
işçilər, həm də mülkiyyətçilər, birgə mülkiyyətçilər daxildir. Onlar idarəetmə,
istehsal, təsərrüfat və digər funksiyaları yerinə yetirir. Mağazaların işçilərinin
tərkibi ştat cədvəlində yerləşir. Müəssisənin heyətinin sayı onun xarakterindən,
mürəkkəblik maştabından, istehsalın əmək tutumluluğundan, idarəetmə prosesləri,
52
onların mexanikləşməsi dərəcəsindən avtomatlaşmadan, mompüterləşmədən
asılıdır.
Mağazanın hazırki vəziyyətdə işçilərinin sayı 65 nəfərdir. Onların içərisində
qadın işçilərin sayı 59 nəfər, kişilər isə 7 nəfər təşkil edir. Mağazanın kollektivinin
orta yaş həddi 23-27 yaş arasındadır. Əksər işçilər iqtisadi, kommersiya təhsili olan
gənc insanlardır. Yarım iş günü saatlarında çalışan ali təhsil müəssisələrinin
tələbələri də çalışırlar.
Mağazanın fəaliyyətinin ilk illərində kadr axını yüksək idi. İndi bu axın
azalıb, amma yenə də bir ayda 1-2 nəfər işdən ayrılır. Müəssisə fəaliyyətində
iştirak əlamətinə görə, əmək funksiyasının xarakterinə görə, eyni zamanda
tutduqları vəzifəyə görə heyət aşağıdakı kateqoriyalara bölünür:
- Ümumi idarəetmə funksiyasını həyata keçirən rəhbərlər.
- . Ali-direktor
- Orta-baş inzibatçı
- Aşağı-ticarət zalındakı inzibatçılar
- Mütəxəssislər-hüquqi, mühəndis-texniki, iqtisadi funksiya yerinə yetirənlər
- Digər funksiyalar; əməkşünas, mühəndis sistemotexnik, baş menecer, təsərrüfat
xidməti, mal irəlilədilməsi üzrə mütəxəssis
- Fəhlələr- bilavasitə material dəyərləri olan və ya texnoloji xarakterli xidməti
göstəricilər, satıcı kassirlər, satıcı məsləhətçilər, aşbazlar, əl baqajı qəbul edənlər,
süpürgəçilər
Müəssisədə əməyin ödənilməsi sistemi. Əməyin ödənilməsinin əsas növü
əmək haqqıdır. Bu forma əməyin müəyyən kəmiyyət və keyfiyyətinə görə xərclərə
görə alınmış əhalinin pul gəlirlərinin şəxsi formasıdır. Müəssisədə saat üzrə tabellə
razılaşdırılmış əmək haqqının vaxtaşırı- mükafatlı formasından istifadə edilir.
İşçilərin vaxtaşırı-mükafatlı əmək haqqı sistemində işçinin əmək haqqı 2 yerə
bölünür.
Əsas və əlavə ödəniş:
İşçinin ümumi mükafatlı əmək haqqı= əsas əmək haqqı+əlavə əmək haqqı
53
Əsas əmək haqqı-əldə olunmuş keyfiyyət göstəricilərinə görə əsas əmək haqqında
qoyulmuş normativ üzrə hesablanır, (istehsal ehtiyatlarına qənaət, işin keyfiyyəti
və s.) manatla.
Əsas əmək haqqı (2.1) formulu vasitəsi ilə hesablanırr.
Ə
ə/h
=T*t
f
T- işçinin saat tarif dərəcələridir, manat.
t
f
– istehsalda faktiki işlənmiş vaxt, saat
Saat tarif dərəcələri ştat cədvəlinə əsasən işçinin okladından asılı olaraq
müəyyən edilir. Əmək haqqı fondu müəyyən bir dövrdə müəssisənin işçilərinin
əməyinin ödənilməsinin xərc smetasında baxılmış vəsait məbləğini özündə əks
etdirir. Əmək haqqı fondunun ölçüsü istehsalının həcmi və əmək məhsuldarlığının
səviyyəsi ilə bağlıdır. “Bazarstore” Yasamal filialında əmək haqqı fondu 7.2%
təşkil edir, yəni mal dövriyyəsinin 7.2%-ni təşkil edir. Əmək fonduna əsas və əlavə
əmək haqqı daxildir. Əsas hissə okladdan və faktiki sərf olunmuş vaxtdan asılıdır.
Əlavə hissəyə mükafatlar, müxtəlif növ ödəmələr daxildir. Əmək haqqı mağazanın
ƏTF-si az hesablanırsa onda direktor özü mükafat hesablaya bilər. Xəstəlik
bülleteni və məzuniyyətlər işçinin maaşından asılı olaraq hesablanır.
Dostları ilə paylaş: