III.Fəsil: Kommersiya müəssisəsinin insan resurslarinin idarə etmə sisteminin
v
təkmilləşməsi üzrə tədbirlər.
3.1.Kommersiya müəssisələrinin insan resurslarinin təkmilləşməsinin əsas
vvvv
istiqamətləri.
3.1.1. “Bazarstore”un əmək haqqı sisteminin təkmilləşdirilməsi.
İşçilərin motivasiyası həmişə firmanın idarə olunmasında əsas prinsiplərdən
biridir. Əsas katalizator isə təbii ki, maddi faydadır. Heyətin motivasiyasının
artırılması üçün kompensasiya paketindən istifadə olunmalıdır. Bu paket faktiki
əmək haqqı və işçiyə verilən sosial güzəştdən ibarətdir (sığorta, yemək, nəqliyyat
və digər xərclər). Məsələn:
- xüsusi mükafatın ildə bir dəfə işdə fərqlənənlərə tətbiq olunması.
- ilin nəticələrinə görə korporativ mükafatların verilməsi
- xüsusi mükafatlandırma sistemindən istifadə tövsiyyə olunur (ixtisas, vəzifəyə
görə görülən işin mürəkkəbliyinə görə, peşəkar fəaliyyətə görə.). Amma belə bir
yanaşma bəzi çətinliklər yaradır. Supermarketin idarə etmə sistemini analiz edəcək
aşağıdakı kiçik nəticələri görə bilərik:
Bazarstore”un idarə olunmasında əsas çatışmazlıq işçilərin kiçik axının
olmasıdır. Bütün verilənləri təhlil edərək, araşdıraraq supermarketdən işçi axınının
əsas səbəbinin əmək haqqının az olması və işçilərin kariyerada yüksəlmələrinin
motivasiyasının aşağı olmasıdır.
İşçi heyətinin idarə edilməsində rəhbərliyin əsas vəzifəsi personalın
dayanıqlığını yüksəltməkdir. Bu məqsədə personalın idarə edilməsi sistemini
təkmilləşdirmək məqsədəuyğundur:
1. Əmək haqqı sistemini yaxşılaşdırmaq;
2. İşçilərin xidmıti istiqamətinin yüksəlməsi üçün tədbirlər görmək;
3. İşçilərin attestasiyasını motivasiya metodu kimi tətbiq etmək;
Məsələn, bu mükafatın verilməsi mütəmadiyyən işçilərdə bunun bir əmək
haqqı kimi qiymətləndirmə təəsüratı yaradır, onu verməyəndə əmək haqqının
azaldılması kimi qəbul edilir. Təbiidir ki, material- maddi artımların işçilərin
motivasiyasında əsas üsul kimi hesab etməməliyik. Digər üsullar da yəqin ki var,
59
məsələn, kollektivin etiqadı, əmək şəraitinin yaxşılaşdırılması, onlara əlavə
istirahət günlərinin verilməsi və s. Prinsip etibarı ilə işçinin əmək haqqından
aidiyyatı olmayan tutulmalar edilməməlidir. İşçilərin ictimai mükafatlandırılmasını
artırmaq lazımdır.
Sosial medafiə heyətin əmək haqqının artırılması hesabına əməyin
nəticələrinin yüksəldilməsidir. Əsas metodlardan biri əmək haqqının yaxşılaşması
metodudur. Müəssisələrdə hazırlanan mükafatlandırma sistemi bu yüksəlişi
məhdudlaşdırmanı aradan qaldırır (anketləşmə, kollektivin yığıncağı). Beləliklə,
əmək haqqının yaxşılaşmasının əsas variantları var. Mükafatın miqdarı və işçidən
tutulan haqlar kollektivə istiqamətlənir. Sosial güzəştlər və onların üdənilməsi
ildən-ilə artır.
Bütün işçilər sosial güzəştlərin, əlavə paketlərin olduğu işləri sevirlər. Amma
bu bütün işçilərə nəsib olmur. “Elastik güzəştlər” sistemini tətbiq etmək tövsiyyə
olunur- yəni sosial güzəşt və ödəmələrə uyğun, müvafiq elastik yanaşma. Bunun
mahiyyəti ondadır ki, elə bil ki, çox geniş güzəşt dəsti işçiləri daha çox seçməyə,
təşkil etməyə imkan verir.
Güzəştlər və ödəmələr işçiləri motivasiya edir. Onlar aşağıdakılara xidmıt
edirlər:
- Əməkdaşların sosial müdafiəsi
- İxtisaslı işçilərin cəlb olunması
- Firmaya sadiqlik ruhunu inkişaf etdirmək.
Müəssisənin sosial ödəmələrinin ümumi siyahısı kollektivlə müzakirə edilməlidir
(anketləşmə, kollektivin yığıncağı).
Dostları ilə paylaş: |