Polimer taraların vibrasiyaya davamlılıq parametrlərinin nəqliyyatın növündən asılılığı
Nəqliyyatın
növü
Ştabelin
hündürlüyü
m-lə
Rəqslərin amplitudu
x 10
3
mm
Rəqslərin tezliyi
dəq
-1
Üfiqi
istiqamətdə
Şaquli
istiqamətdə
Üfiqi
istiqamətdə
Şaquli
istiqamətdə
Dəmir yolu
2,5
20
30
90
200
Avtomobil
2
15
200
Aviasiya
1
0,2
0,3
100
3000
Zərbəyədavamlılığın təyini. Sınaq zamanı polimer taralara üç növ zərbə
yükünün təsiri fərqləndirilir: taranın bərk səthin üzərinə sərbəst düşməsi zamanı
yaranan zərbə, taraların bir-birinə dəyməsi zamanı yaranan zərbə, taranın özərinə
bərk, ağır əşyaların düşməsi zamanı yaranan zərbə. Qeyd etməkm lazımdır ki,
polistiroldan, qaba polivinilxloriddən, poliakrilonitrildən olan taralar zərbə yüklərinə
daha həssasdırlar, ona görə də bu materialdan olan taraların zərbəyə qarşı sınaq
metodlarının seçilməsi mühüm əhəmiyyət kəsb edir. Zərbə yüklərinin xarakterindən
asılı olaraq zərbəyə qarşı sınaq metodlrının bütün növlərini 3 qrupa bölmək olar:
sərbəst düşmə zamanı zərbə, maili müstəvidə sınaqlar zamanı yaranan zərbə,
bilavasitə nümunəyə təsir edən zərbə.
Nümunənin sərbəst düşməsi zamanı yaranan zərbələrə qarşı müqavimətin təyin
olunması üzrə sınaqların aparılması daha geniş yayılmışdır. Bu sınaqlar özündə həm
ölkəmizdə tətbiq edilən, həm də xaricdə tətbiq edilən bir sıra standart metodikaları
birləşdirir.
Sınağın keçirilməsi zamanı taralar 0,8-1,3m hündürlükdən atılır. Bu zaman
zərbə taranın qapağına, yan səthinə, qaynaq tikişlərinə, yaxud konstruksiyanın başqa
təhlükəli hissəsinə təsir edə bilər. Sınaqlar 20°C –də, həmçinin aşağı temperaturda -
25°C-də və daha yüksək 50°C-də aparılır. Sınaq zamanı taralar nəzərdə tutulan
çəkidə məhsulla və ya buna ekvivalent miqdarda su ilə doldurularaq sınaqdan keçirili.
Doldurulma əmsalı 0,8-0,9 təşkil edir. Zərbəyə davamlılıq uyğun metodikalarda
nəzərdə tutulan qaydalara uyğun olaraq hesablanır.
|