Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


Polimer  taraların möhkəmlik  xassələrini  təyin  edən  metodlar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə31/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   27   28   29   30   31   32   33   34   ...   61
S-f-rov-H-mid

Polimer  taraların möhkəmlik  xassələrini  təyin  edən  metodlar.  Formasaxla-

ma  polimer  taraların  təminat  verildiyi  müddətdə  qablaşdırılmış  məhsulların  sax-

lanması zamanı deformasiyalara davam gətirmək qabliyyətini xarakterizə edir. Həm 

yükün  təsiri  altında,  həm  də  yükün  təsiri  olmadan  polimer  taraların 

formasaxlamasının yoxlanması aparıla bilər.  

Birinci  halda  sınaqlar  tutumu  0,5  l-ə  yaxın  olan  slindrik  formalrda  (silindrik 

forma  asan  deformasiya  olunur)  aparılır.  Yaxud  da  yoxlanılan  tara  nümunəsi 



32 

 

məhsulla  doldurularaq  yük  təsir  etmədən  təminat  verilən  müddətdə  otaq  şəraitində 



saxlanılır.  

Statik yük altında sınaqlar bir qayda olaraq sınaqdan keçirilən tara nümunəsində 

aparılır. Sınaqların aparılması üçün divarının qalınlığı müxtəlif olan taralar hazırlanır. 

Məsələn, taranın cod poliyinilxlorid və ya polistiroldan hazırlanması zamanı minimal 

qalınlıq 100 mkm-dən, polietilen PVX əsalı plastikat kimi daha elastik materiallarda 

qalınlıq  500  mkm-dən başlayaraq seçilir. Nümunələr  məhsulla  doldurulur,  hermetik 

olaraq  bağlanır  və  nəqliyyat  tarasına  yığılır.  Iki  və  üçsıralı  yığılma  zamanı  karton 

aralıqlardan istifadə olunur. Tara yeşiyin üzərində yük plitələri qoyulur ki, bunların 

da  kütləsi  yeçiklərin  anbarlaşdırılmasında  tətbiq  olunan  ştabellərin  kütləsinə 

ekvivalent  olaraq  götürülür.  Sınaqlar  üç  nümunədən  az  olmayaraq  aparılmalıdır.  

Nümunələrə  baxış  qablaşdırılan  məhsula  verilən  təminat  müddətində  ayda  1-2  dəfə 

olmaqla keçirilir. Əgər nümunədə dönməyən deformasiya, mikroçartlar, qatlar,   və s. 

kimi nöqsanlar müşahidə olunmazsa sınaqdan keçirilən tara davamlı hesab edilir.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin