Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Sahibkarlıq fəaliyyətində risk-menecmentin təşkili xüsusiyyətləri



Yüklə 0,52 Mb.
səhifə11/30
tarix24.03.2022
ölçüsü0,52 Mb.
#54087
1   ...   7   8   9   10   11   12   13   14   ...   30
aysel-2

Sahibkarlıq fəaliyyətində risk-menecmentin təşkili xüsusiyyətləri

Risk – bir maliyyə kateqoriyasıdır. Buna görə də riskin dərəcəsi və ölçüsünə maliyyə mexanizmləri vasitəsi ilə təsir etmək mümkündür. Belə təsir zamanı maliyyə menecmenti və xüsusi strategiyadan istifadə edilir. Məsələn, E.S.Stoynovun ümumi redaksiyası ilə hazırlanmış «Maliyyə menecmenti» monoqrafiyasında şahidi oluruq: «…Risk-menecment əslində maliyyə menecmentinin bir qismini təşkil edir». Maliyyə menecmenti ilə risk-menecmentini bir-birindən təcrid etmək düzgün deyil. Risklər, onları törədən səbəblərin, nədənlərin məzmunu, xarakteri risk-menecment baxımından yalnız statik deyil, dinamik halda başa düşülməlidir. [10, s.454]

Strategiya və üsulların məcmusu risklərin idarə edilməsinin xüsusi mexanizmini təşkil edir, bu da risk-menecmentdir. Belə ki, risk menecment özündə maliyyə menecmentinin bir hissəsini cəmləşdirir. Risk-menecmentin əsasında riskin səviyyəsinin aşağı düşməsi üzrə həyata keçirilən məqsədyönlü arama və işlərin təşkil olunması, gəlir əldə olunması və onun artırılması kimi vəzifələr dayanır. Risk-menecmentin son məqsədi sahibkarlığın məqsədi ilə eynidir. O risklərin maksimum azaldılması və gəlir əldə olunması ilə sıx əlaqəlidir. Risk-menecment özlüyündə sahibkarlıq fəaliyyəti nəticəsində yaranan riskin maliyyə münasibətləri ilə idarə olunması sistemini cəmləşdirir. Risk-menecment özündə idarəetmənin strategiya və taktikasını da cəmləşdirir. Strategiya deyildikdə qoyulmuş hədəfə çatmaq üçün vəsaitlərin istifadə edilməsi istiqamətləri və üsulları anlaşılır. Bu üsula uyğun olaraq müəyyən edilmiş qayda-qanunlar və qərar qəbuluna olan məhdudiyyətlər daxildir. Strategiya digər variantların seçilib atılmasına və həll qaydalarına ideyanı toplamağa kömək edir. Qoyulmuş məqsədə çatdıqdan sonra strategiya bir istiqamət və üsul kimi özünün fəaliyyətini durdurur. Yeni hədəflər yeni strategiya tələb edir.

Taktika isə dəqiq şərtlərlə qoyulmuş məqsədə nail olmaq üçün konkret metod və üsullardan ibarətdir. Taktikanın vəzifəsi indiki sahibkarlıq fəaliyyəti zamanı idarəetmədə optimal həll metodları və üsullarının toplanmasıdır.

Risk-menecment bir sistem kimi 2 yarım sistemdən ibarətdir:



  • idarə oluna bilən yarım sistem (idarəetmənin obyekti)

  • idarə edən yarım sistem (idarəetmənin subyekti).

Risk-menecmentdə riskin reallaşdırılması prosesində idarə etmə obyekti risk, kapitalın riskli qoyuluşu və sahibkarlıq subyektləri arasında olan iqtisadi münasibət hesab edilir.Belə iqtisadi münasibətlərə sığorta edənlə sığorta olunan, borc alan insanla kreditor, sahibkarlar arasında olan münasibət və s. daxildir.

Risk menecmentdə idarəetmənin subyektində fərqli təsir üsul və yolları vasitəsilə idarəetmənin obyektinin məqsədyönlü fəaliyyətini həyata keçirən şəxslərdən (maliyyə meneceri, sığorta mütəxəssisi, akvizitor, aktuari və başqa) ibarət xüsusi bir qrupdur. İdarəetmə subyektinin idarəetmə obyektinə təsiri, yəni idarəetmə prosesi özü, yalnız idarəedənlə idarəolunan yarım sistemlər arasında təyin edilmiş informasiyanın mübadiləsi anında həyata keçirilə bilər. İdarəetmə prosesi onun tam məğzindən asılı olmayaraq həmişə informasiyanın qəbulunu, ötürülməsini, işlənməsini və istifadəsini istəyir. Risk-menecmentə hazırkı vəziyyətdə güvənilir və kifayət qədər informasiyanın qəbulu böyük rol göstərir, belə ki o risk şəraitində konkret qərar qəbul etməyə imkan yaradır.

Risk-menecmentin fəaliyyətində informasiya təminatı informasiyanın bir çox növ və hallardan ibarətdir: statistik, iqtisadi, kommersiya, maliyyə və başqa.

Bu cür informasiyalar baş verə biləcək hər hansı sığorta hadisəsi, məhsula olan tələb və məhsulun həcmi, maliyyə dayanıqlığı və müştərilərin, partnyorların, rəqiblərin ödəmə qabiliyyəti, qiymətlər, məzənnə və tariflər, həmçinin sığorta şərtləri, dividend və faizlər və s. barədə məlumat verir. Məlumata sahib olan bazara sahibdir. Bəzi növ informasiyalar bəzən kommersiya gizliliyi ola bilər. Buna görə də müxtəlif növ informasiyalar intellektual mülkiyyətin (know how) bir növü hesab oluna və nizamnamə kapitalına əmanət kimi saxlanıla bilər. Yüksək ixtisaslaşmış menecer, hər zaman bütün informasiyanı, ən pis informasiyanı və ya hər hansı açar informasiyanı əldə etməyə və ya ümumiyyətlə verilmiş mövzu barədə danışmaqdan (susmaq əslində ünsiyyət formasıdır) və məlumatı öz mənafeyi üçün istifadə etməyə cəhd göstərir. İnformasiya az-az toplanır. Lazım olan məlumatın menecerdə olması ona maliyyə və kommersiya qərarlarının tez qəbul edilməsinə yardımcı olur, verilmiş qərarların doğruluğuna, itkilərin aşağı salınmasına və mənafenin artırılmasına təsir göstərir. Sazişlərin bağlanması anında gərəkli olan məlumatın istifadəsi baş verə biləcək maliyyə itkilərinin ən aşağıya endirilməsinə gətirib çıxarır. İstənilən qərar informasiyaya bağlıdır. İnformasiyanın keyfiyyəti vacib önəm daşıyır. Məlumat nə qədər çox yayılmışdırsa, qərar qəbul etmək də bir o qədər çətindir. Məlumatın keyfiyyəti ötürülməsi zamanı deyil, onun qəbulu zamanı dəyərləndirilməlidir.İnformasiya tez köhnəlir, buna görə də onu operativ olaraq istifadə etmək lazımdır.Sahibkar subyekt yalnız məlumatı toplamağı deyil, eyni zamanda onu saxlamağı və lazım olan zaman ondan istifadə etməyi də bacarmalıdır.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin